Turizm sektoruna investisiya yatıranlara əlavə güzəştlər...
Ruslan Quliyev:
"Xüsusilə
bölgələrdə turizm sahəsinə sərmayə yatıran sərmayədarlara
differensial vergi tətbiq
olunmalıdır"
Artıq Azərbaycan
turizm ölkəsinə çevrilmək
üzrədir. Turizmi və səyahəti sevənlər ilin istənilən fəslində ölkəmizə təşrif
buyurur. Bunu müşahidə etmək
üçün paytaxt
küçələrində bir neçə saat gəzmək kifayətdir.
Turizm sahəsinin inkişafı üçün
dövlət
tərəfindən addımlar atılır. Xatırladaq ki, bu günlərdə Milli Məclisin
Əmək
və
sosial siyasət komitəsinin
iclasında "Turizm
haqqında" qanun
layihəsi
müzakirəyə çıxarılıb.
Milli Məclisin
Sosial qanunvericilik
şöbəsinin
əməkdaşı Adil Vəliyev çıxışı zamanı
bildirib ki, müzakirəyə təqdim
olunan qanun layihəsi
ilkin variantdan xeyli fərqlənir: "Qanun layihəsi ixtisar
edilərək 88 maddədən 70 maddəyə endirilib. Bu hələ də tam yetkin qanun layihəsi
deyil və bir sıra maddələr
ixtisar oluna bilər.
Yəni bu, son deyil.
Qanunda turizm sektorunun stimullaşdırılması məqsədilə bir sıra müddəalar
nəzərdə tutulub. Belə ki, turizm sektoruna sərmayə
qoyan sərmayədarlara
güzəştlərin tətbiqini
nəzərdə tutur".
Turizm sektoruna
yatırım qoyan investorlara güzəştlərin tətbiq
olunması ekspertlər tərəfindən də
müsbət
dəyərləndirilir. Onların
fikrincə,
investorlara güzəşt tətbiq
olunarsa, bu, turizmin inkişafına
və
həmin
sahədə qiymət
dəyişikliyinə səbəb ola bilər.
Turizm sahəsi üzrə
ekspert Ruslan Quliyev "Bakı-Xəbər"ə
açıqlamasında qeyd etdi ki,
Azərbaycanın
dünyaya tanıdılması
əsas məsələlərdən biridir. Bu, istənilən sahədə çalışanların mənəvi borcudur:
"Vaxtilə
Azərbaycan
haqqında yazarlar və
digər
sahənin
nümayəndələri gözəl ifadələr işlədib.
Biz bu prosesi 10 il əvvəl başlatsaydıq,
daha gözəl nəticələr əldə edərdik. Ölkə
başçısı İlham
Əliyevin müvafiq sərəncamları müsbət dəyişikliklərə səbəb olur. Viza sisteminin sadələşdirilməsi, infrastruktur
layihələr, brend mehmanxanalar, təhsil
və
kadr məsələlərində
inkişaf müsbət nəticələrə
səbəb olub. Ümid edirik ki, Strateji Yol Xəritəsinin təsdiqindən sonrakı dövrdə - 2025-ci ilədək fövqəladə dəyişikliyin
şahidi olacağıq.
Hədəfimizdə 10 milyon turistin
qəbul
olunmasıdır. İnfrastrukturu Azərbaycandan zəif
olan Gürcüstan
6 milyona imza atırsa, qısa zaman ərzində biz bunun
ikiqatını həyata keçirməyə hazırıq. Azərbaycan logistika və nəqliyyat dəhlizləri proyektində
uğurlu oyunçu
olmaq istəyirsə,
bu gün istər
hava, istər dəniz, istərsə də
dəmir
yolu nəqliyyat vasitələrinin imkanlarından
daha çox istifadə
etməklə nəqliyyat qovşağı imicini
möhkəmləndirməlidir. Əsas məsələ turistlərin Azərbaycana
gəlməsi deyil. Bəllidir ki, Azərbaycan çox gözəl coğrafi mövqedə yerləşir".
Həmsöhbətimizin sözlərinə görə,
son zamanlar turizm sahəsi
ilə
bağlı çoxlu
sayda sərəncamlar
imzalanıb. Dünya bazarında rəqabət qabiliyyətimizi
artırmaq məqsədilə təqdim
etdiyimiz xidmətlərin maya dəyərinin azaldılması ilə bağlı fəaliyyət genişləndirilməlidir. Kiçik və
orta sahibkarlığın
inkişafına təkan vermək
lazımdır. Turizm sahəsində çalışan şirkətlərin, təsisatların
qorunması ilə bağlı bir sıra qanun layihələri hazırlanır. Bu,
"Turizm haqqında"
qanun layihəsində öz əksini
tapacaq".
R.Quliyev
onu da qeyd
etdi ki, nəinki
milli sahibkarlar, eyni zamanda xarici investorların ölkəyə girişi üçün
dövlət
tərəfindən bütün şərtlər təmin
edilməlidir:
"Əmlak və mənfəət vergisi
güzəşti
tətbiq
olunmalıdır. Xüsusilə bölgələrdə turizm sahəsinə
sərmayə yatıran sərmayədarlara
differensial vergi tətbiq
olunmalıdır".
Günel CƏLİLOVA
Bakı xəbər.- 2017.- 6 aprel.- S.11