Əbülfəs Qarayev Azərbaycanın turizm sənayesinin yeni mərhələsindən
danışdı
Bakıda "Iteca Caspian" şirkəti və
onun Böyük Britaniyadan olan tərəfdaşı
"ITE Group" şirkətinin təşkilatçılığı
ilə
16-cı Azərbaycan
Beynəlxalq
Turizm və Səyahətlər - AITF 2017 sərgisi öz işinə başlayıb.
Milli.Az
Trend-ə istinadən
xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda
artıq bu turizm sərgisinin
keçirilməsi
ənənə halını alıb:
"Bu sərgi
regionun ən böyük turizm sərgisidir.
Sərgi artıq dünya
ictimaiyyətinin
marağına səbəb olub, Azərbaycanın
turizm sənayesi özünün
yeni mərhələsinə qədəm qoyub. Bakıda keçiriləcək IV İslam Həmrəyliyi
Oyunları, Formula 1, Bakı
Ticarət
Festivalının keçirilməsi Azərbaycanın
turizm inkişafına
daha da təkan verəcək".
Nazir Prezident
İlham Əliyevin turizm
sənayesi üzrə imzaladığı son sərəncamlarının da bu sahənin inkişafına xüsusi töhfə
verəcəyini bildirib.
Xatırladaq ki, Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə
keçiriləcək sərgi
aprelin 8-də yekunlaşacaq.
AITF sərgisi,
həmçinin
BMT-nin Ümumdünya
Turizm Təşkilatı (ÜTT) və
Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA)
kimi beynəlxalq strukturlar
tərəfindən dəstəklənir. Bu il
sərgidə müxtəlif
turizm istiqamətləri, hava yolları və mehmanxana
şəbəkələri,
eləcə də
turizm sahəsinin digər xidmət
növləri
təqdim
ediləcək. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və
bir sıra digər
ölkələri təmsil
edən
şirkətlər yer alır. Ənənəvi olaraq, sərgidə milli və
regional stendlər
də
iştirak edir. Belarus, Çexiya,
Dominikan Respublikası,
Gürcüstan, Mərakeş və
Tailand kimi ölkələr sərgidə milli stend, Sloveniya
və
Stavropol vilayəti
isə
regional stendlə
iştirak edəcəklərini
təsdiq
ediblər.
Bu il ilk dəfə olaraq, Kolumbiya və
Kubanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə
Kolumbiya və Kuba kimi ölkələr
öz turizm imkanlarını Azərbaycan sərgisində nümayiş etdirəcəklər.
Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çini
təmsil
edən
turizm şirkətləri də var.
Azərbaycanın, eləcə də
ölkə
regionlarının, o cümlədən Qarabağ
bölgəsinin
daxili turizm potensialı bütün çalarları ilə Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinin stendində
təqdim
ediləcək.
Sərgi çərçivəsində vorkşop keçiriləcək və bu tədbir
aparıcı yerli turizm şirkətləri
ilə
işgüzar əlaqələr qurmaq və
vasitəçi
olmadan birbaşa danışıqlar aparmaq
imkanı yaradacaq.
AITF sərgisi
ilə
yanaşı, regionda hotel
və restoran sənayesinin
yeganə
ixtisaslaşmış tədbiri
olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və
Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar "Horex
Caucasus 2017" sərgisi
də keçiriləcək.
Bakı
xəbər.- 2017.- 7 aprel.- S.14