Aydın Abdullayevin müqəddəs şəhidlik yolu belə başlandı...

III yazı

Əv­vəl gö­zü­nə işıq düş­dü. Ona elə gəl­di ki, bü­tün dün­ya işıq­la­nıb.

- Nə işıq­dır bu be­lə? - de­yib özü­nə su­al ver­di. Yu­xu ilə re­al­lı­ğın ara­sın­da qal­mış­dı. Nə edə­cə­yi­ni bil­mir­di. Bir­dən han­sı­sa bir qüv­və ona "nə yat­mı­san, dur" de­di. Əl ha­va­sı­na te­le­fo­nu ax­tar­dı ki, saa­ta bax­sın. Te­le­fo­nu ta­pa bil­mir­di. Na­ra­hat ol­du. Ge­cə­nin bir ya­rı­sı üzü­nə dü­şən işıq nə idi? Düş­dü­yü və­ziy­yə­ti mə­na­lan­dır­ma­ğa ça­lış­dı. Bir şey an­la­ma­dı. Ge­cə­nin ya­rı­sı idi. Aya­ğa dur­du və pən­cə­rə­yə ya­xın­laş­dı. Pər­də­ni çə­kib çö­lə bax­dı. Ət­raf­da heç kəs gö­zə dəy­mir­di. Qə­fil gö­zü sə­ma­ya sa­taş­dı. Göy üzün­də bir çən­gə qa­ra bu­lud gö­rü­nür­dü. Bu­lud on­la­rın ya­şa­dı­ğı bi­na­nın üs­tü­nə tə­rəf  sü­rü­nür­dü. Bu­lu­da ba­xa-ba­xa hiss et­di ki, ürə­yi sı­xı­lır. Elə bil o bu­lud onun ürə­yi­nə çök­müş­dü. Qə­fil ağ­la­dı. Ata için-için, ya­na-ya­na ağ­la­yır­dı. İn­saf­sız bu­lud da ki, axıb gə­lir­di. Bir yer­də da­yan­mır­dı ki, ata bir az sa­kit­ləş­sin, tox­ta­sın. O, göz ya­şı­nı sel ki­mi axı­dır­dı. Ata­la­rın ağ­la­ma­ğı­na döz­mək çə­tin­dir, çox çə­tin. Ağ­lın­dan oğ­lu keç­di. Si­nə­si­ni düş­mə­nə si­pər edən oğ­lu­nun ba­şı­na bir iş gə­lə bi­lər­di­mi?

- Ay­dı­nın ba­şın­da qa­ran­lıq var nə­dir? - ata öz-özü­nə da­nış­dı.

Əs­lin­də, son gün­lər cəb­hə­də baş ve­rən ha­di­sə­lə­rin hər ad­dım­da oğ­lu üçün bö­yük təh­lü­kə ya­rat­dı­ğı­nı yax­şı an­la­yır­dı Əmir­sol­tan ki­şi. Onu da yax­şı bi­lir­di ki, oğ­lu ürək­li­dir, düş­mə­nə qar­şı ba­rış­maz­dır, o heç nə­dən çə­kin­mə­dən düş­mən üzə­ri­nə ge­də bi­lər. Ay­dın təh­lü­kə­nin özə­yin­də ol­ma­ğı se­vir­di. O hə­mi­şə ata­sı­na de­yir­di:

- Ay ata, nə qə­dər düş­mən var, təh­lü­kə qa­çıl­maz­dır. Sən bi­lir­sən ki, mən düş­mən­dən qorx­mu­ram. Er­mə­ni qor­xa­ğın bi­ri­dir. On­la­rın nə­in­ki əs­gər­lə­ri, hət­ta za­bit­lə­ri be­lə bi­zim sı­ra­vi əs­gər­lər­dən qor­xur. On­lar üz­bə­üz dö­yüş­mək­dən qa­çır­lar. Tül­kü ki­mi giz­lə­nib atır­lar. On­lar­da o cə­sa­rət har­da­dır ki, bi­zim­lə üz-üzə gəl­sin. Sən na­ra­hat ol­ma, biz on­la­rı öz yu­va­sı­na qə­dər qo­va­ca­ğıq. Əgər yu­va­la­rı­nı ta­pa bil­sə­lər...

Ay­dın so­nun­cu cüm­lə­ni se­vinc və qü­rur his­si ilə de­yir­di. Oğ­lu­nun düş­mə­nə öl­dü­rü­cü zər­bə­lər vur­du­ğu­nu ata çox yax­şı bi­lir­di. Ay­dın ata­sı­na tez-tez zəng vu­rur, baş ve­rən­lər­lə bağ­lı da­nı­şır­dı. Əmir­sol­tan ki­şi yax­şı bi­lir­di ki, Ay­dın cəb­hə böl­gə­sin­də baş ve­rən dö­yüş za­ma­nı düş­mə­nin bir ne­çə can­lı qüv­və­si­ni və tex­ni­ka­sı­nı məhv edib. Ata oğ­lu­nun fə­da­kar­lı­ğı haq­da dü­şün­dük­cə, göz yaş­la­rı qu­ru­yur­du. Özü­nə tox­taq­lıq ver­di. Qı­sa za­man ər­zin­də baş ve­rən­lə­ri yu­xu ki­mi mə­na­lan­dır­dı. Ürə­yin­də oğ­lu­na və cəb­hə böl­gə­sin­də Və­tə­nin ke­şi­yi­ni çə­kən oğul­la­ra dua oxu­du, Tan­rı­dan on­la­ra sağ­lıq ar­zu­la­dı. Ata­sı Ay­dın haq­qın­da dü­şü­nən­də hə­mi­şə qü­rur­la­nır­dı. Elə bi­lir­di ki, oğ­lu ye­nil­məz­dir.

Əmir­sol­tan ki­şi­nin fik­ri oğ­lu­nun ya­nın­da idi. Bir an da ol­sa Ay­dın ya­dın­dan çıx­mır­dı.

- Sə­hər açıl­sın, uşa­ğa zəng vu­rum, gö­rüm sa­la­mat­çı­lıq­dır­mı? -de­yə ürə­yin­dən ke­çir­di.

Əmir­sol­tan ki­şi Ay­dı­nın qorx­maz­lı­ğı haq­qın­da dost­la­rı ara­sın­da az qa­la əf­sa­nə­yə çev­ri­lən bir ha­di­sə­ni xa­tır­la­dı. Ay­dın üçil­lik cəb­hə hə­ya­tın­da od­dan-alov­dan, ən ağır sı­naq­lar­dan, təh­lü­kə­lər­dən ad­la­mış­dı. Elə 2012-ci ilin ok­tyab­rın­da oğ­lu­nun gös­tər­di­yi fə­da­kar­lıq in­san­lıq ta­ri­xi­nə qı­zıl hərf­lər­lə ya­zıl­ma­lı­dır.

Ay­dın Tər­tər ra­yo­nu­nun Qa­pan­lı kən­din­də xid­mət edir­di. Qa­pan­lı­lar onu öz doğ­ma­la­rın­dan seç­mir, öz­lə­ri­nə ən əziz adam bi­lir­di­lər. Ay­dı­nın bir hə­rə­kə­ti onu Qa­pan­lı ca­maa­tı­nın gö­zün­də da­ha da ucalt­dı. On­lar gi­zi­rin yax­şı­lı­ğı­nı heç və­də unut­ma­ya­caq­dı­lar.

2012-ci ilin so­yuq pa­yız gü­nün­də, da­ha də­qiq de­sək, ok­tyab­rın 26-da bir ha­di­sə baş ver­miş­di. Qa­pan­lı kən­di­nin sa­ki­ni El­məd­din Qu­li­yev tə­mas xət­tin­də mi­na­ya dü­şə­rək hə­lak ol­muş­du. Heç kəs El­məd­di­nin me­yi­ti­ni ha­di­sə baş ve­rən əra­zi­dən çı­xar­ma­ğa ürək et­mir­di. Əl­bət­tə, ora ya­xın­laş­maq hə­ya­tı­nı itir­mək de­mək idi. Me­yi­ti ora­dan gö­tür­mək is­tə­yən in­san gə­rək ölü­mü gö­zü qar­şı­sı­na alay­dı. Ay­dın ölü­mün gö­zü­nün içi­nə dik ba­xıb irə­li­yə doğ­ru hə­rə­kət et­di. Əs­gər­lə­ri, za­bit və gi­zir­lər: - Ay­dın, ge­ri qa­yıt, ora get­mək ol­maz. Hə­lak olar­san, - de­sə­lər də o, yo­lun­dan dön­mə­di. El­məd­di­nin nə­şi­ni gö­tü­rüb ge­ri qa­yı­dan Ay­dın doğ­ma qar­da­şı­nı iti­rib­miş ki­mi hön­kür­dü. El­məd­di­nin bə­də­ni ələ gə­lə­si de­yil­di. Mi­na aya­ğı­nı biç­miş­di, o qə­dər qan itir­miş­di ki, hər tə­rəf onun qa­nı­na bə­lən­miş­di. Ata­sı Ay­dı­nın ke­çən il ona da­nış­dı­ğı bu ha­di­sə­dən xey­li tə­sir­lən­miş­di. Vax­tın ne­cə keç­di­yi­ni hiss et­mə­yən Əmir­sol­tan ki­şi sə­hə­ri di­ri­göz­lü aç­mış­dı.

Ev­də də­rin səs­siz­lik hökm sü­rür­dü. Dan ye­ri ağa­rır­dı. Əmir­sol­tan ki­şi ha­va­nın işı­ğı­na te­le­fo­nu­nu tap­dı, düz gö­zü­nün qar­şı­sın­da imiş, am­ma o bu­nu gö­rə bil­mə­yib. Ki­şi saa­ta bax­dı, hə­lə tez idi.

Əmir­sol­tan ki­şi ye­nə də xə­ya­la dal­dı. Ay­dı­nın uşaq­lı­ğı­nı, ye­ni­yet­mə­li­yi­ni bir-bir ki­no len­ti ki­mi göz­lə­ri qar­şı­sın­dan ke­çir­di, onun­la ara­la­rın­da baş ve­rən mər­həm söh­bət­lə­ri ye­ni­dən yad­da­şın­da can­lan­dır­ma­ğa ça­lış­dı. Ay­dın uşaq vax­tı ata­sı­na çox­lu su­al­lar ve­rər­di, sua­lı­na ca­vab al­ma­yın­ca, on­dan əl çək­məz­di. Ay­dın ata­sı­na xal­qı­mı­zın ta­ri­xi, qəh­rə­man­la­rı, mən­sub ol­du­ğu nə­sil şə­cə­rə­si haq­qın­da su­al­lar ve­rir və ha­mı­sı­na da dol­ğun ca­vab is­tə­yir­di.

- Ata, sə­nin ba­ba­la­rın kim olub? On­lar nə ilə məş­ğul olub? -de­yə ata­sın­dan so­ru­şur­du.

Əmir­sol­tan ki­şi də, öz növ­bə­sin­də, oğ­lu­na ulu ba­ba­la­rı haq­qın­da da­nı­şır­dı.

Ay­dın göz­lə­ri­ni yu­mub xə­ya­la da­lır, özü­nü keç­miş­də hiss edir, qəh­rə­man­lıq gös­tə­rir, di­zi ay­na­lı pəh­lə­van­lar­la gü­lə­şir, şər üzə­rin­də qə­lə­bə qa­za­nır­dı.

- Ata, da­nış, nə olar?

Əmir­sol­tan ki­şi ta­ri­xin o üzün­də qa­lan ha­di­sə­lə­ri, ata­sın­dan eşit­di­yi əh­va­lat­la­rı na­ğıl edir­di oğ­lu­na.

- Oğul, bi­zim ba­ba­la­rı­mız igid, qorx­maz adam­lar olub. On­la­rın di­zi­ni ye­rə gə­tir­mək hər pəh­lə­va­nın işi ol­ma­yıb. Şab­ran hə­mi­şə öz igid oğul­la­rı, düş­mən bağ­rı­nı də­lən ərən­lə­ri ilə şöh­rət­lə­nib. Ata-ba­ba yur­du­muz Zey­və kən­di­nin  ta­ri­xi qə­dim­dir. Bi­lir­sən ki, kən­di­miz dağ­lar qoy­nun­da yer­lə­şir, fü­sün­kar tə­biə­ti in­san­la­rı­nın öm­rü­nü uza­dır.  Oğul, qo­ca­la­rı­mız, aqil in­san­la­rı­mız da­nı­şır­dı ki, bu yer­lər Şeş­pa­rə ma­ha­lı­nın ən qə­dim mə­kan­la­rın­dan olub, hət­ta bu kən­din sa­lın­ma­sı ta­ri­xi­nin VII əs­rin son­la­rı­na tə­sa­düf et­di­yi bil­di­ri­lir. Pir­nə­zir Ba­ba pi­ri kən­di­miz haq­qın­da bö­yük mə­lu­mat ve­rir. Bi­zim nə­sil Sul­tan Əh­məd­li ad­la­nır. Zey­və­də qə­dim­dən kök sa­lan nəs­li­miz bu­ra­da ad-san qa­za­nıb, hör­mət-iz­zət sa­hi­bi olub. Sul­tan Əh­məd bir el pəh­lə­va­nı olub və onun şöh­rə­ti ət­raf ma­hal­la­ra ya­yı­lıb. O, mey­da­na çı­xan­da çox az adam ürək edib onun­la qur­şaq tu­tar­mış. Be­lə eşit­mi­şəm ki, o vaxt gü­lə­şən­lər üçün ay­rı­ca süf­rə açı­lar, üs­tü­nə bə­zək­li xon­ça­lar, nə­mər­lər qo­yu­lar­dı. Bun­lar isə hə­mi­şə ba­ba­mı­za qis­mət olar­dı. O qə­dər güc­lü idi ki, Qu­ba­dan, Ba­kı­dan, di­gər yer­lər­dən onun so­ra­ğı­na Şab­ra­na gə­lən adı bəl­li pəh­lə­van­la­rı da məğ­lub et­miş­di ba­bam. Ba­ba­mız haq­qın­da xalq ara­sın­da bir rə­va­yət də ya­şa­yır. Bir gün Sul­tan Əh­məd öz kənd­lə­rin­dən Də­və­çi­ba­za­ra sat­maq üçün ca­mış gö­nü apa­rır­mış. Yol­da acır və bir kə­na­ra çə­ki­lib çö­rək ye­mə­yə baş­la­yır. Bu vaxt yol­dan ta­nı­ma­dı­ğı cüs­sə­li bir adam ke­çir­miş, o, ba­ba­mı gö­rüb ona ya­xın­la­şır

- Mən Sul­tan Əh­məd­lə gü­ləş­mək üçün Zey­və kən­di­nə ge­di­rəm.  Mə­nə o kən­din yo­lu­nu gös­tər, ge­dim Sul­tan Əh­mə­din kü­rə­yi­ni ye­rə vu­rum.

Ba­bam bı­ğal­tı gü­lüm­sü­nüb qə­ri­bə Zey­və kən­di­nin yo­lu­nu gös­tə­rir. Am­ma qo­na­ğa bir kəl­mə söz də de­yir:

-  Qar­daş, gəl ora get­mə, Sul­tan Əh­məd sə­ni ca­mış gö­nü ilə cı­rar.

De­yi­lə­nə gö­rə, bal­ta­nın kə­sə bil­mə­di­yi ca­mış gö­nü ba­ba­mın əlin­də ov­xa­la­nıb pul-pul olur­muş. Qə­rib qo­naq mət­lə­bi an­la­yır, üzü­nü ba­ba­ma tu­ta­raq:

- Bi­li­rəm, Sul­tan Əh­məd sən­sən, gəl dost-qar­daş olaq.

On­lar duz-çö­rək kə­sib qar­daş-dost ola­caq­la­rı­na əhd-pey­man edir­lər və on­la­rın bu dost­lu­ğu uzun il­lər da­vam edib.

Ba­bam ai­lə hə­ya­tı qu­ran­dan son­ra gü­zə­ra­nı­nı mal-qa­ra sax­la­maq­la, əkin-bi­çin­lə ke­çi­rib, ai­lə­si­ni do­lan­dı­rıb. O, dan sö­kü­lən­də ye­rin­dən du­rar, əmək­lə məş­ğul olar­dı. O, Al­la­ha bağ­lı ha­lal, yax­şı­lıq edən, əlin­dən pis­lik, mər­di­mə­zar­lıq gəl­mə­yən bir in­san olub. Pey­ğəm­bə­rin buy­ruq­la­rı­na, mü­qəd­dəs Qu­ra­na sidq-ürək­dən ina­nır, əməl edir­di. Sul­tan Əh­məd ba­ba­mı­zın ömür-gün yol­da­şı seç­di­yi Əli­və nə­nə­miz də ha­lal ocaq­dan çıx­mış­dı. Ər-ar­vad əl-ələ ve­rib doq­quz öv­lad bö­yü­düb pər­vaz­lan­dı­rıb­lar. On­lar­dan be­şi oğ­lan, dör­dü qız olub. Sə­nin ba­ban, mə­nim atam Bəh­ram ki­şi Sul­tan Əh­mə­din üçün­cü oğ­lu­dur. Ay­dın, ba­la, bi­zim tay­fa­mız, şə­cə­rə­miz hə­mi­şə bi­lə­yi güc­lü, qo­lu qüv­vət­li, di­zi ta­qət­li, ürə­yi tə­pər­li oğul­lar ye­tiş­di­rib. Sən də bö­yü, ba­ba­la­rın ki­mi pəh­lə­van ol, el tə­əs­sü­bü çək, ad-san qa­zan. Ağac öz kö­kün­dən heç vaxt iraq düş­məz, öz kö­kü üs­tə bi­tər, bö­yü­yər, yar­paq­la­nar, çi­çək açar, bar ve­rər. İn­san da ağac ki­mi­dir. Kö­kə bağ­lı­dır. Kö­kü­nü ta­nı­ma­yan ki­şi qəh­rə­man ola bil­məz, oğ­lum.

Ata­sı da­nış­dıq­ca, Ay­dın onun söz­lə­ri­nə diq­qət­lə qu­laq asır, da­nı­şı­lan­la­rı bir-bir yad­daş san­dıq­ca­sı­na yı­ğır­dı. Ay­dın ba­ba­la­rı­nın yo­lu ilə ge­də­cə­yi­ni dü­şü­nür­dü. Ata­sı həm də ona Azər­bay­ca­nın xalq qəh­rə­man­la­rın­dan, qəh­rə­man­lıq ta­ri­xi­miz­dən, İkin­ci Dün­ya Mü­ha­ri­bə­si qəh­rə­man­la­rın­dan, Qa­ra­ba­ğın azad­lı­ğı uğ­run­da ca­nı­nı fə­da edən oğul və qız­la­rı­mız­dan, on­la­rın və­tən­pər­vər­li­yin­dən da­nı­şır­dı, Ay­dın qəh­rə­man­lıq­la bağ­lı söh­bət­lə­ri eşit­mək­dən doy­mur­du. Özü­nü el igid­lə­ri­nə bən­zə­dən Ay­dın yu­xu­la­rın­da da on­la­rı gö­rür­dü.

Ata­sı Ay­dı­nın uşaq­lı­ğı­nın hər ki­çik fraq­men­ti­ni be­lə xa­tır­la­yır, ya­da sa­lır­dı. Ata dü­şü­nür­dü ki, üç oğ­lun­dan ni­yə Ay­dı­nı da­ha çox is­tə­yir, nə üçün Ay­dın haq­qın­da da­ha çox dü­şü­nür?

- Ay­dın cəb­hə­də­dir, Ni­cat­la Ca­vad isə ya­nım­da­dır. Həm də Ay­dın evi­mi­zin son­be­şi­yi­dir axı.

Əmir­sol­tan ki­şi oğ­lu­nun ağır tə­biə­tin­dən, bə­zən ağ­saq­qal­ya­na hə­rə­kə­tin­dən giz­li qü­rur his­si ke­çi­rir­di. Bə­zən ona elə gə­lir­di ki, Ay­dın yüz yaş­lı qo­ca­dır. Çün­ki oğ­lun­da müd­rik­lik gö­rür­dü ata.

Bir də­fə Ay­dın ata­sı­na zəng edib han­sı­sa bir mə­sə­lə ilə bağ­lı məs­lə­hət is­tə­yib­miş.

- Oğ­lum, mən sə­nə nə məs­lə­hət ve­rə bi­lə­rəm ki? Sən mən­dən də ağıl­lı­san, özün qə­rar ver­mə­yi ba­ca­rır­san. Bu gün mə­nim sə­nin məs­lə­hə­ti­nə eh­ti­ya­cım var, oğ­lum, - de­miş­di.

Əmir­sol­tan ki­şi heç Ay­dı­nı bu qə­dər xa­tır­la­ma­mış­dı öm­rün­də. Bir ay əv­vəl gə­lib ni­şa­nın­da iş­ti­rak edib ge­ri qa­yıt­mış­dı.

- Heç ağ­lım­dan çıx­mır. Ay­dın is­tə­di­yi qı­zı ev­lə­ri­nə yo­la sa­lar­kən düz onu dar­va­za­nın qar­şı­sı­na qə­dər apa­rıb. Qı­zın ata­sı ba­yı­ra çı­xıb Ay­dın­la gö­rü­şüb və onu evə də­vət edib. Ay­dı­nın ni­şan­lı­sı­nın va­li­deyn­lə­ri ilə biz əv­vəl­dən ai­lə­vi dost idik. Qı­zın ata­sı bu­na gö­rə Ay­dı­nı evə ça­ğı­rıb. Ay­dın ki­şi­dən üzr is­tə­yib, kə­na­ra çə­ki­lib mə­nə zəng vu­rub:

- Ata, mə­ni evə də­vət edir­lər, ge­dim-get­mə­yim?

- Ay oğul, özün bi­lər­sən, mən sə­nə nə məs­lə­hət ve­rə bi­lə­rəm? - de­yə ona ca­vab ver­miş­dim. Ay­dın gə­lib qız ata­sı ilə sa­ğol­la­şıb, ora­da bir söz de­yib ona:

- Da­yı, mə­nim bö­yük­lə­rim bu dar­va­za­dan içə­ri keç­mə­miş, mən keç­mə­rəm. Ağ­saq­qa­lım gəl­sin, son­ra mən də gə­lə­rəm.

- Ay­dın be­lə oğul­dur. Bö­yü­yün-ki­çi­yin ye­ri­ni bi­lən. Əmir­sol­tan ki­şi fik­rin­də Ay­dın­la da­nı­şır, onun hə­rə­kət­lə­ri­ni göz önü­nə gə­ti­rir, tə­səl­li ta­pır­dı. Am­ma ye­nə ürə­yin­də na­ra­hat­lıq var­dı. Ürə­yi­ni sı­xan ni­ga­ran­çı­lı­ğı qov­ma­ğa ça­lı­şır­dı. An­caq ba­car­mır­dı. O, ev­də­ki­lə­ri oyat­ma­maq üçün aya­ğı­nın ucun­da ev­də var-gəl edir­di.

Ata oğ­lu­nun bir ay əv­vəl cəb­hə­də ke­çir­di­yi ad gü­nü­nü xa­tır­la­dı. Sen­tyab­rın 29-u Ay­dı­nın ad gü­nü idi. Ana­sı biş-düş­lə məş­ğul olur, müx­tə­lif naz-ne­mət­lər ha­zır­la­yır ki, onu cəb­hə­yə Ay­dı­na gön­dər­sin. Bu is­tə­yi­ni Ay­dı­na de­yən­də o bu­na eti­raz et­di.

- Gəl­mək la­zım de­yil. Özü də mən eza­miy­yət­də­yəm, ye­rim­də de­yi­ləm. Gə­lib mə­ni ha­ra­da ta­pa­caq­sı­nız...

Əmir­sol­tan ki­şi oğ­lu ilə te­le­fon­la da­nı­şıb Ni­cat­la Ca­va­dın cəb­hə böl­gə­si­nə get­mə­si üçün on­dan bir­tə­hər ra­zı­lıq al­dı. Am­ma Ay­dın eşi­dən­də ki, ana­sı, qay­na­na­sı da onun ya­nı­na get­mək is­tə­yir:

- Ata, ar­va­dın cəb­hə böl­gə­sin­də nə işi... Yax­şı ki­şi­nin da­lın­ca ar­vad gəl­məz, - de­yib bir­ba­şa ata­sı­nın sö­zü­nü kəs­miş­di.

Ca­vad­la Ni­cat Ay­dı­na baş çə­kib gəl­dik­dən son­ra ata on­lar­dan Ay­dı­nın və­ziy­yə­ti­ni so­ruş­du:

- Akuş (ev­də Ay­dı­nı be­lə ça­ğı­rır­dı­lar) ne­cə­dir, ca­nı-ba­şı yax­şı­dır­mı?

Ni­cat­dan əv­vəl Ca­vad dil­lən­di:

- Lap əla­dır, ata, sa­lam söy­lə­di. De­di ki, mən­dən ni­ga­ran qal­ma­yın. Ca­nı da yax­şı­dır, ba­şı da.

Ni­cat söh­bə­tə mü­da­xi­lə et­di:

- Ata, ma­şal­lah, Ay­dı­nın dost­la­rı ara­sın­da çox yax­şı hör­mə­ti var, ha­mı onu qar­daş ki­mi se­vir. Qar­da­şım­la fəxr edi­rəm.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 13 aprel.- S.14