Tarixdə
iz buraxanlar: Qara Yusif
Qaraqoyunlu dövlətinin qurucusu Qara Yusif 1355-ci
ildə anadan olub. O, Qaraqoyunlu tayfa ittifaqının banisi Bayram
Xocanın nəvəsi, Qara Məhəmmədin
oğludur. Atası Qara Məhəmməd
1389-cu ildə döyüşlərin birində xəyanət
nəticəsində öldürüldükdən
sonra tayfa ittifaqına rəhbərlik Qara Yusifə
keçib.
O vaxtlar
Azərbaycanın siyasi vəziyyəti çox mürəkkəb
olub. Azərbaycanın cənub
torpaqları Cəlairilər dövlətinin tərkibinə
daxil olsa da, ölkədə davam edən feodal çəkişmələri,
Əmir Teymurun və Toxtamış xanın
yürüşləri Cəlairilərə bu torpaqlar
üzərində tam hökmranlıq etməyə imkan
vermirdi. Öz siyasi niyyətlərini
gizlətməyən Qaraqoyunluların Kiçik Asiya
hakimlərini tabe etməyə və Azərbaycanda
hakimiyyətə yiyələnməyə cəhd
göstərməsi onları Əmir Teymur və
Ağqoyunlu hakimi Qara Osman Yuluqla toqquşdurdu. Qara Yusif çox ağıllı bir şəxsiyyət
idi. O başa düşürdü ki, əlində
kifayət qədər canlı qüvvə,
dövrünə görə mükəmməl hərbi
texnika olan Əmir Teymurla təkbaşına
döyüşməklə qələbə qazanmaq
mümkün deyil. Bu mübarizədə
Qara Yusif Osmanlı Sultanı İldırım Bəyazid
və keçmiş rəqibi Cəlairi Sultan Əhmədlə
yaxınlaşır və onlarla müttəfiq olur.
Qara Yusif Sultan Əhmədlə müttəfiq
olduğu illərdə teymurilərlə həlledici
döyüşlərdə iştirak edib. Teymurilərlə
döyüşlərdə geri çəkilməli
olduğu zamanlarda Misir sultanının, Osmanlı
sultanının yardımlarından istifadə etmək
istəyib, səkkiz-doqquz ay İldırım Bəyazidin
himayəsi altında olub. Osmanlı
sultanı Qara Yusifi ondan tələb edən Əmir
Teymura rədd cavabı verib.
Qara Yusifin müsbət keyfiyyətlərinə
görə İldırım Bəyazid ona yaxşı
münasibət bəsləyirdi. Mənbələrin
verdiyi məlumatlardan aydın olur ki, İldırım
Bəyazidin Əmir Teymurla toqquşmasının səbəblərindən
biri də Qara Yusifin Teymura təslim edilməsi tələbinin
rədd edilməsi olub. İldırım
Bəyazid Əmir Teymurun elçilərini yola
saldıqdan sonra Qara Yusifə bildirib ki, Teymur onu təslim
etməyi tələb edir. Qara Yusif isə
deyib ki, onun burada olması dostunun dövləti
üçün təhlükə yaradır. Bəlkə bu əraziləri tərk edib getsin.
İldırım Bəyazid cavabında belə deyib:
"Sən də, mən də, Əmir Teymur da
türkük. Çox təəssüf ki,
biz bir-birimizin üzərinə qılınc çəkirik.
Mən Qara Yusif kimi əzmli və
sözü bütöv bir türk oğlunun məhv edilməsinə
yol verə bilmərəm. Nə qədər
xətrin istəyir, mənim torpaqlarımda öz
tayfanla yaşaya bilərsən".
Qara Yusif İldırım Bəyazidin məğlubiyyətindən
sonra bir müddət ona sadiq Qaraqoyunlu əmirləri ilə
Bağdadda yaşayıb. Teymurilərin Bağdada
hücumunu eşitdikdə Şama
gedib. Onun məqsədi vəziyyət
düzələnə qədər Misir Sultanı Fərəcin
yanında sığınacaq tapmaq idi. Hadisələrin
canlı şahidi Nizaməddin Şaminin salnaməsinə
istinadən, Əmir Teymur Misir Sultanı Fərəcin
yanına elçi göndərərək Qara Yusifin edam edilməsini əmr edib. Salnaməçi
Həsən bəy Rumlu da Əmir Teymurun Qara Yusif
haqqında çıxardığı ölüm
hökmü barədə belə yazıb: "Əgər
Sultan bizim sevgimizə layiqdirsə, Qara Yusifi
öldürsün." Misir Sultanı Fərəc
Əmir Teymurun tələblərindən ehtiyat etdiyinə
görə Şam naibinə Qara Yusifin həbs edilməsini
tapşırıb. Nəticədə, Qara Yusif bir
neçə il Şamda həbsxana həyatı
yaşamalı olub.
Qara Yusif Şamda həbsxana həyatı
yaşadığı illərdə Cəvairi Sultan
Əhmədlə anlaşma bağlayıb. Bu
anlaşmaya görə, Azərbaycanı
qaraqoyunlular, İraqı isə cəlairilər idarə
etməli idi. Fəqət Qaraqoyunlu
dövləti yarandıqdan sonra Sultan Əhməd I
İbrahimin təhrikilə Qara Yusifə xəyanət
etdikdə, məğlub olaraq öldürülüb.
Qara Yusif isə Şirvanşah I
İbrahimi məğlub edərək onu özündən
asılı edib.
Dövrün tarixçiləri Qara Yusif-Əmir
Teymur qarşıdurması haqqında dəyərli məlumatlar
veriblər.
Əmir Teymur nə qədər tədbirli və
uzaqgörən olsa da, Qara Yusifi tamamilə məğlub
edərək aradan götürməyə müvəffəq
olmayıb. Öz igid türkmən
süvariləri ilə Kiçik Asiyanın, Ərəb
İraqının bu başından vurub o başından
çıxan Qara Yusif daim Teymur üçün təhlükə
mənbəyi olub. Hətta bir dəfə
Teymurun bütün ilxısını ələ
keçirərək onun ordusunu miniksiz qoyub. Hələ Dəməşqdə əsirlikdə
olarkən Qara Yusif başa düşürdü ki, Cəlairilər
Azərbaycanda öz hakimiyyətlərini saxlamaq
iqtidarında deyil. Ona görə də
onunla Sultan Əhməd arasında bir anlaşma
bağlanır. Onlar əbədi
dostluğa and içərək azadlığa
çıxdıqdan sonra Sultan Əhmədin Bağdada,
Qara Yusifin isə Təbrizə yiyələnməsinə
dair razılığa gəlirlər. Əslində isə Sultan Əhməd bu vədinə
əməl etmək fikrində olmayıb. Qara Yusif onu təhlükələrdən dəfələrlə
xilas etsə də, o özünü bir hökmdar kimi
tutur, müttəfiqinə adi bir tayfa ittifaqının
başçısı kimi baxırdı. Qara Yusif isə bağladığı
anlaşmaya sadiq qalaraq Bağdadın azad edilməsində
Sultan Əhmədə yaxından kömək edib. Sonra onlar Təbrizə yürüş edir.
Yolda Qara Yusif Sultan Əhmədin
davranışından onun bağladığı
müqaviləyə sadiq olmayacağını hiss
edir. Qara Yusif xəyalında belə deyirdi: "Azərbaycan
torpağını bir daha bu Cəlairi törəməsinin
ixtiyarına buraxmaq olmaz. Onun oğlu Tahir Əlincə
qalasını 14 il müddətində
Teymurdan mərdliklə qoruyan əmir Altun kimi bir igid sərkərdəyə
xəyanət edib, Azərbaycanın basılmazlıq rəmzi
olan Əlincənin süqutuna bais olub. Məhz
bunların yaramaz siyasətinin və idarəçiliyinin
nəticəsidir ki, Azərbaycan torpağı
yağı tapdağı altında qalıb. Daha bəsdir, bu torpağı onun əsl sahibləri
özləri idarə etməlidir".
Qara Yusifin şübhələri özünü
doğruldur, Sultan Əhməd, dəfələrlə
olduğu kimi, bu dəfə də öz müttəfiqinə
xəyanət edir və Təbriz də daxil olmaqla Azərbaycanın
cənub torpaqlarının idarəsini Qara Yusifə
verməkdən boyun qaçırır. Təbriz əhalisinin rəğbət
bəslədiyi Qara Yusif əlverişli məqamdan
faydalanaraq Sultan Əhmədin şəhərdən
qovulmasına nail olur. O, yenidən Bağdada
qaçır.
1406-cı ildə Təbriz
yaxınlığında Şənbi-Qazan deyilən
yerdə Qaraqoyunlu və Teymuri qüvvələri
üz-üzə gəlir. Əmir Teymurun nəvəsi
Əbubəkr bu döyüşdə öz rəqiblərini
həmişəlik aradan götürəcəyinə
ümid edirdi. Fəqət onun
qaraqoyunlu qüvvələri üzərinə
hücum cəhdi heç bir nəticə vermir. Bu zaman Qara Yusif orta əsrlərin türk cəngavərlik
qanunlarına uyğun olaraq nahaq qan tökməmək
üçün Əbubəkri təkbətək
döyüşə çağırır. Fəqət o, bundan imtina edir. Əbubəkr üzərində qələbə
Qara Yusifin şöhrətini artırmaqla
yanaşı, onun sonrakı qələbələri
üçün zəmin yaradır. 1408-ci
ilin aprel ayında Səridrud adlı yerdə Qara Yusifin
qüvvələri ilə Əbubəkrin qüvvələri
arasında yeni döyüş baş verir. Bu döyüş də Qaraqoyunluların qələbəsi
ilə nəticələnir. Əbubəkrin
atası Miranşah öldürülür. Teymurilər Azərbaycanı tərk edir. Bununla da Azərbaycanda Teymurələrin
ağalığına son qoyulur. Azərbaycanın
cənub torpaqları Qaraqoyunluların hakimiyyəti
altına keçir.
Qara Yusif dövlət idarəçiliyi sahəsində
də qabiliyyətli bir hökmdar idi. Bütün
Azərbaycan dövlətinə xas olan Məşvərət
məclisi onun da sarayında fəaliyyət göstərirdi.
Bu məclisin rəyi olmadan Qara Yusif
heç bir addım atmazdı. O, bəzi
hökmdarlardan fərqli olaraq qan tökməyə,
zülm etməyə meylli deyildi. Qətiyyətli
və təmkinli olması ilə dövrünün digər
hökmdarlarından fərqlənirdi. Qara Yusifin əxlaq və din barəsində də
bilikli bir şəxsiyyət olduğunu dövrün mənbələri
təsdiq edir.
Azərbaycan Qaraqoyunlu dövlətinin qurucusu, ləyaqətli
dövlət adamı Qara Yusif tarixdə çox mürəkkəb
və ziddiyyətli bir həyat yolu keçib, zəfərlərdən
ruhlanıb, məğlubiyyətdən dərs alıb. Qara Yusif
dövrünün görkəmli hərbçisi idi.
Onun bu keyfiyyətini hətta o zamanın
döyüşkən hərbçiləri olan Teymurilər
də etiraf edirdilər. Qara Yusif
düşmən üzərinə hücum etməzdən
əvvəl Çingiz xan və Əmir Teymur kimi onun hərbi
qüvvələrinin üstün və zəif cəhətlərini
diqqətlə araşdırar, ondan sonra əməliyyat
planı qurardı. Döyüş
zamanı xəndəklər qazdıraraq ordunun qəfil
yağan ox yağışlarından qorunmasını
təmin edərdi. Ordunun həm
silah-sursat, həm də ərzaqla yaxşı təmin
olunmasını daim diqqətdə saxlayardı. Həmişə əsgərlərlə hərbi
təlim keçər, onların döyüş
üsullarına mükəmməl yiyələnmələrinə
çalışardı. Qara Yusif o
dövrün ən güclüsü Əmir Teymura
qarşı vuruşan yeganə hökmdar idi ki, Fateh belə
onu məğlub edə bilməmişdi. Eyni zamanda yeni bir dövlətin əsasını
qoyması, öz torpaqlarını Teymurilərdən
azad etməsi Qara Yusifin böyük bir tarixi şəxsiyyət
olduğunu sübut edir.
Bəli, Qara Yusif Azərbaycanın dövlətçilik
tarixində öz sözünü demiş tarixi şəxsiyyətdir. Tarixi salnamələrdə
"güclü və əzəmətli əmir"
adlandırılan Qara Yusif görkəmcə
hündürboy, sağlam, qüvvətli bir şəxs
kimi təsvir edilir. Qara Yusif təbiət
etibarilə mərd, geniş ürəkli, verdiyi sözə
sadiq bir hökmdar kimi xatırlanır. O öz
dövlətini qurduqdan sonra güclü ordu
yaradıb, ölkədə quruculuq, abadlıq işləri
aparıb. Tarixi mənbələrə istinadən
belə qənaətə gəlmək olar ki, Qara Yusif
Əmir Teymurun qorxduğu, ehtiyat etdiyi ağıllı
dövlət adamı, təcrübəli sərkərdə
idi. Qüdrətli hökmdar Qara
Yusifin nə vaxtsa onun yaratdığı dövlətə
problemlər yaradacağından qorxduğu
üçün rəqibinin ölümünü istəyib.
Onun Sultan Əhmədi İldırım Bəyazidin,
Sultan Fərəcin yanına göndərərək
Qara Yusifin edamını tələb etməsi təsadüfi
deyil. O, Qara Yusifin qoçaqlığından
ehtiyat etdiyi üçün türk sultanlarından onun
edamını tələb edib. Ağıllı
Əmir Teymur Qaraqoyunlu dövlətinin qurucusu
haqqında düşüncəsində
yanılmayıb. Qara Yusifi türk
tarixində diqqət çəkən şəxsiyyətlərdən
biri hesab edən Faruk Sümər onun uzaqgörən və
təcrübəli bir hərbçi olduğunu
yazıb. Müəllifin gəldiyi qənaətə
görə, onun cəsarətinə, igidliyinə təkcə
əsgərləri deyil, Çağatay başda olmaqla
bütün düşmənləri heyran idi.
Salnaməçi Həsən bəy Rumlu Qara
Yusifin şəxsiyyətinə ehtiramla
yanaşıb, onun hökmdarlıq fəaliyyətinə
yüksək qiymət verib. O, Qara Yusif haqqında belə
yazıb: "Qara Yusif müharibə meydanında qan
içən bir aslan, əyləncə məclisində
isə cövhər saçan bir bulud idi. Ədalətli,
mərhəmətli olması ilə tanınıb, əxlaqı
ilə seçilib. Zalımların
düşməni olub, məsumların rifahına
çalışıb. Ölkəsində
sabitliyi, əmin-amanlığı qoruyub..."
Azərbaycanın Ağqoyunlular və Səfəvilər
dövründə yüksək tərəqqiyə
çatması məhz Qara Yusifin qurduğu Qaraqoyunlu
dövləti zamanında təşəkkül
tapıb.
Qara Yusif qısa müddətdə olduqca qüdrətli
bir Azərbaycan dövləti yaradıb. İmperatorluğa
çevrilən bu dövləti qorumaq üçün
bütün səy və bacarığını əsirgəməyib.
Uzun illərin gərgin və həyacanlı
günləri, şiddətli çatışmalar onun səhhətini
zəiflədib. Hərbi səfərlərin
birində ağır xəstələnən Azərbaycan
hökmdarını xilas etmək mümkün
olmayıb. Qara Yusif 1420-ci il noyabr
ayının 13-də Səidabad kəndi
yaxınlığında vəfat edib.
Allah rəhmət eləsin.
Fazil
QARAOĞLU
professorTarixdə iz buraxanlar: Qara Yusif
Siyasət
21 Apr. 01:20
img
Qaraqoyunlu dövlətinin qurucusu Qara Yusif 1355-ci
ildə anadan olub. O, Qaraqoyunlu tayfa ittifaqının banisi Bayram
Xocanın nəvəsi, Qara Məhəmmədin
oğludur. Atası Qara Məhəmməd
1389-cu ildə döyüşlərin birində xəyanət
nəticəsində öldürüldükdən
sonra tayfa ittifaqına rəhbərlik Qara Yusifə
keçib.
O vaxtlar
Azərbaycanın siyasi vəziyyəti çox mürəkkəb
olub. Azərbaycanın cənub
torpaqları Cəlairilər dövlətinin tərkibinə
daxil olsa da, ölkədə davam edən feodal çəkişmələri,
Əmir Teymurun və Toxtamış xanın
yürüşləri Cəlairilərə bu torpaqlar
üzərində tam hökmranlıq etməyə imkan
vermirdi. Öz siyasi niyyətlərini
gizlətməyən Qaraqoyunluların Kiçik Asiya
hakimlərini tabe etməyə və Azərbaycanda
hakimiyyətə yiyələnməyə cəhd
göstərməsi onları Əmir Teymur və
Ağqoyunlu hakimi Qara Osman Yuluqla toqquşdurdu. Qara Yusif çox ağıllı bir şəxsiyyət
idi. O başa düşürdü ki, əlində
kifayət qədər canlı qüvvə,
dövrünə görə mükəmməl hərbi
texnika olan Əmir Teymurla təkbaşına
döyüşməklə qələbə qazanmaq
mümkün deyil. Bu mübarizədə
Qara Yusif Osmanlı Sultanı İldırım Bəyazid
və keçmiş rəqibi Cəlairi Sultan Əhmədlə
yaxınlaşır və onlarla müttəfiq olur.
Qara Yusif Sultan Əhmədlə müttəfiq
olduğu illərdə teymurilərlə həlledici
döyüşlərdə iştirak edib. Teymurilərlə
döyüşlərdə geri çəkilməli
olduğu zamanlarda Misir sultanının, Osmanlı
sultanının yardımlarından istifadə etmək
istəyib, səkkiz-doqquz ay İldırım Bəyazidin
himayəsi altında olub. Osmanlı
sultanı Qara Yusifi ondan tələb edən Əmir
Teymura rədd cavabı verib.
Qara Yusifin müsbət keyfiyyətlərinə
görə İldırım Bəyazid ona yaxşı
münasibət bəsləyirdi. Mənbələrin
verdiyi məlumatlardan aydın olur ki, İldırım
Bəyazidin Əmir Teymurla toqquşmasının səbəblərindən
biri də Qara Yusifin Teymura təslim edilməsi tələbinin
rədd edilməsi olub. İldırım
Bəyazid Əmir Teymurun elçilərini yola
saldıqdan sonra Qara Yusifə bildirib ki, Teymur onu təslim
etməyi tələb edir. Qara Yusif isə
deyib ki, onun burada olması dostunun dövləti
üçün təhlükə yaradır. Bəlkə bu əraziləri tərk edib getsin.
İldırım Bəyazid cavabında belə deyib:
"Sən də, mən də, Əmir Teymur da
türkük. Çox təəssüf ki,
biz bir-birimizin üzərinə qılınc çəkirik.
Mən Qara Yusif kimi əzmli və
sözü bütöv bir türk oğlunun məhv edilməsinə
yol verə bilmərəm. Nə qədər
xətrin istəyir, mənim torpaqlarımda öz
tayfanla yaşaya bilərsən".
Qara Yusif İldırım Bəyazidin məğlubiyyətindən
sonra bir müddət ona sadiq Qaraqoyunlu əmirləri ilə
Bağdadda yaşayıb. Teymurilərin Bağdada
hücumunu eşitdikdə Şama
gedib. Onun məqsədi vəziyyət
düzələnə qədər Misir Sultanı Fərəcin
yanında sığınacaq tapmaq idi. Hadisələrin
canlı şahidi Nizaməddin Şaminin salnaməsinə
istinadən, Əmir Teymur Misir Sultanı Fərəcin
yanına elçi göndərərək Qara Yusifin edam edilməsini əmr edib. Salnaməçi
Həsən bəy Rumlu da Əmir Teymurun Qara Yusif
haqqında çıxardığı ölüm
hökmü barədə belə yazıb: "Əgər
Sultan bizim sevgimizə layiqdirsə, Qara Yusifi
öldürsün." Misir Sultanı Fərəc
Əmir Teymurun tələblərindən ehtiyat etdiyinə
görə Şam naibinə Qara Yusifin həbs edilməsini
tapşırıb. Nəticədə, Qara Yusif bir
neçə il Şamda həbsxana həyatı
yaşamalı olub.
Qara Yusif Şamda həbsxana həyatı
yaşadığı illərdə Cəvairi Sultan
Əhmədlə anlaşma bağlayıb. Bu
anlaşmaya görə, Azərbaycanı
qaraqoyunlular, İraqı isə cəlairilər idarə
etməli idi. Fəqət Qaraqoyunlu
dövləti yarandıqdan sonra Sultan Əhməd I
İbrahimin təhrikilə Qara Yusifə xəyanət
etdikdə, məğlub olaraq öldürülüb.
Qara Yusif isə Şirvanşah I
İbrahimi məğlub edərək onu özündən
asılı edib.
Dövrün tarixçiləri Qara Yusif-Əmir
Teymur qarşıdurması haqqında dəyərli məlumatlar
veriblər.
Əmir Teymur nə qədər tədbirli və
uzaqgörən olsa da, Qara Yusifi tamamilə məğlub
edərək aradan götürməyə müvəffəq
olmayıb. Öz igid türkmən
süvariləri ilə Kiçik Asiyanın, Ərəb
İraqının bu başından vurub o başından
çıxan Qara Yusif daim Teymur üçün təhlükə
mənbəyi olub. Hətta bir dəfə
Teymurun bütün ilxısını ələ
keçirərək onun ordusunu miniksiz qoyub. Hələ Dəməşqdə əsirlikdə
olarkən Qara Yusif başa düşürdü ki, Cəlairilər
Azərbaycanda öz hakimiyyətlərini saxlamaq
iqtidarında deyil. Ona görə də
onunla Sultan Əhməd arasında bir anlaşma
bağlanır. Onlar əbədi
dostluğa and içərək azadlığa
çıxdıqdan sonra Sultan Əhmədin Bağdada,
Qara Yusifin isə Təbrizə yiyələnməsinə
dair razılığa gəlirlər. Əslində isə Sultan Əhməd bu vədinə
əməl etmək fikrində olmayıb. Qara Yusif onu təhlükələrdən dəfələrlə
xilas etsə də, o özünü bir hökmdar kimi
tutur, müttəfiqinə adi bir tayfa ittifaqının
başçısı kimi baxırdı. Qara Yusif isə bağladığı
anlaşmaya sadiq qalaraq Bağdadın azad edilməsində
Sultan Əhmədə yaxından kömək edib. Sonra onlar Təbrizə yürüş edir.
Yolda Qara Yusif Sultan Əhmədin davranışından
onun bağladığı müqaviləyə sadiq
olmayacağını hiss edir. Qara Yusif xəyalında
belə deyirdi: "Azərbaycan torpağını bir
daha bu Cəlairi törəməsinin ixtiyarına
buraxmaq olmaz. Onun oğlu Tahir Əlincə qalasını
14 il müddətində Teymurdan mərdliklə
qoruyan əmir Altun kimi bir igid sərkərdəyə xəyanət
edib, Azərbaycanın basılmazlıq rəmzi olan
Əlincənin süqutuna bais olub. Məhz
bunların yaramaz siyasətinin və idarəçiliyinin
nəticəsidir ki, Azərbaycan torpağı
yağı tapdağı altında qalıb. Daha bəsdir, bu torpağı onun əsl sahibləri
özləri idarə etməlidir".
Qara Yusifin şübhələri özünü
doğruldur, Sultan Əhməd, dəfələrlə
olduğu kimi, bu dəfə də öz müttəfiqinə
xəyanət edir və Təbriz də daxil olmaqla Azərbaycanın
cənub torpaqlarının idarəsini Qara Yusifə
verməkdən boyun qaçırır. Təbriz əhalisinin rəğbət
bəslədiyi Qara Yusif əlverişli məqamdan
faydalanaraq Sultan Əhmədin şəhərdən
qovulmasına nail olur. O, yenidən Bağdada
qaçır.
1406-cı ildə Təbriz
yaxınlığında Şənbi-Qazan deyilən
yerdə Qaraqoyunlu və Teymuri qüvvələri
üz-üzə gəlir. Əmir Teymurun nəvəsi
Əbubəkr bu döyüşdə öz rəqiblərini
həmişəlik aradan götürəcəyinə
ümid edirdi. Fəqət onun
qaraqoyunlu qüvvələri üzərinə
hücum cəhdi heç bir nəticə vermir. Bu zaman Qara Yusif orta əsrlərin türk cəngavərlik
qanunlarına uyğun olaraq nahaq qan tökməmək
üçün Əbubəkri təkbətək
döyüşə çağırır. Fəqət o, bundan imtina edir. Əbubəkr üzərində qələbə
Qara Yusifin şöhrətini artırmaqla
yanaşı, onun sonrakı qələbələri
üçün zəmin yaradır. 1408-ci
ilin aprel ayında Səridrud adlı yerdə Qara Yusifin
qüvvələri ilə Əbubəkrin qüvvələri
arasında yeni döyüş baş verir. Bu döyüş də Qaraqoyunluların qələbəsi
ilə nəticələnir. Əbubəkrin
atası Miranşah öldürülür. Teymurilər Azərbaycanı tərk edir. Bununla da Azərbaycanda Teymurələrin
ağalığına son qoyulur. Azərbaycanın
cənub torpaqları Qaraqoyunluların hakimiyyəti
altına keçir.
Qara Yusif dövlət idarəçiliyi sahəsində
də qabiliyyətli bir hökmdar idi. Bütün
Azərbaycan dövlətinə xas olan Məşvərət
məclisi onun da sarayında fəaliyyət göstərirdi.
Bu məclisin rəyi olmadan Qara Yusif
heç bir addım atmazdı. O, bəzi
hökmdarlardan fərqli olaraq qan tökməyə,
zülm etməyə meylli deyildi. Qətiyyətli
və təmkinli olması ilə dövrünün digər
hökmdarlarından fərqlənirdi. Qara Yusifin əxlaq və din barəsində də
bilikli bir şəxsiyyət olduğunu dövrün mənbələri
təsdiq edir.
Azərbaycan Qaraqoyunlu dövlətinin qurucusu, ləyaqətli
dövlət adamı Qara Yusif tarixdə çox mürəkkəb
və ziddiyyətli bir həyat yolu keçib, zəfərlərdən
ruhlanıb, məğlubiyyətdən dərs alıb. Qara Yusif
dövrünün görkəmli hərbçisi idi.
Onun bu keyfiyyətini hətta o zamanın
döyüşkən hərbçiləri olan Teymurilər
də etiraf edirdilər. Qara Yusif
düşmən üzərinə hücum etməzdən
əvvəl Çingiz xan və Əmir Teymur kimi onun hərbi
qüvvələrinin üstün və zəif cəhətlərini
diqqətlə araşdırar, ondan sonra əməliyyat
planı qurardı. Döyüş
zamanı xəndəklər qazdıraraq ordunun qəfil
yağan ox yağışlarından qorunmasını
təmin edərdi. Ordunun həm
silah-sursat, həm də ərzaqla yaxşı təmin
olunmasını daim diqqətdə saxlayardı. Həmişə əsgərlərlə hərbi
təlim keçər, onların döyüş
üsullarına mükəmməl yiyələnmələrinə
çalışardı. Qara Yusif o
dövrün ən güclüsü Əmir Teymura
qarşı vuruşan yeganə hökmdar idi ki, Fateh belə
onu məğlub edə bilməmişdi. Eyni zamanda yeni bir dövlətin əsasını
qoyması, öz torpaqlarını Teymurilərdən
azad etməsi Qara Yusifin böyük bir tarixi şəxsiyyət
olduğunu sübut edir.
Bəli, Qara Yusif Azərbaycanın
dövlətçilik tarixində öz
sözünü demiş tarixi şəxsiyyətdir. Tarixi salnamələrdə "güclü və
əzəmətli əmir" adlandırılan Qara
Yusif görkəmcə hündürboy, sağlam,
qüvvətli bir şəxs kimi təsvir edilir.
Qara Yusif təbiət etibarilə mərd, geniş
ürəkli, verdiyi sözə sadiq bir hökmdar kimi
xatırlanır. O öz dövlətini qurduqdan sonra
güclü ordu yaradıb, ölkədə quruculuq,
abadlıq işləri aparıb. Tarixi mənbələrə
istinadən belə qənaətə gəlmək olar
ki, Qara Yusif Əmir Teymurun qorxduğu, ehtiyat etdiyi
ağıllı dövlət adamı, təcrübəli
sərkərdə idi. Qüdrətli hökmdar Qara
Yusifin nə vaxtsa onun yaratdığı dövlətə
problemlər yaradacağından qorxduğu
üçün rəqibinin ölümünü istəyib.
Onun Sultan Əhmədi İldırım Bəyazidin,
Sultan Fərəcin yanına göndərərək Qara
Yusifin edamını tələb etməsi təsadüfi
deyil. O, Qara Yusifin qoçaqlığından ehtiyat
etdiyi üçün türk sultanlarından onun
edamını tələb edib. Ağıllı Əmir
Teymur Qaraqoyunlu dövlətinin qurucusu haqqında
düşüncəsində yanılmayıb. Qara Yusifi türk tarixində diqqət çəkən
şəxsiyyətlərdən biri hesab edən Faruk
Sümər onun uzaqgörən və təcrübəli
bir hərbçi olduğunu yazıb. Müəllifin
gəldiyi qənaətə görə, onun cəsarətinə,
igidliyinə təkcə əsgərləri deyil,
Çağatay başda olmaqla bütün düşmənləri
heyran idi.
Salnaməçi Həsən bəy Rumlu
Qara Yusifin şəxsiyyətinə ehtiramla
yanaşıb, onun hökmdarlıq fəaliyyətinə
yüksək qiymət verib. O, Qara Yusif haqqında belə
yazıb: "Qara Yusif müharibə
meydanında qan içən bir aslan, əyləncə məclisində
isə cövhər saçan bir bulud idi. Ədalətli,
mərhəmətli olması ilə tanınıb, əxlaqı
ilə seçilib. Zalımların düşməni
olub, məsumların rifahına çalışıb.
Ölkəsində sabitliyi, əmin-amanlığı
qoruyub..."
Azərbaycanın
Ağqoyunlular və Səfəvilər dövründə
yüksək tərəqqiyə çatması məhz
Qara Yusifin qurduğu Qaraqoyunlu dövləti
zamanında təşəkkül tapıb.
Qara Yusif qısa müddətdə
olduqca qüdrətli bir Azərbaycan dövləti
yaradıb. İmperatorluğa çevrilən bu
dövləti qorumaq üçün bütün səy və
bacarığını əsirgəməyib. Uzun
illərin gərgin və həyacanlı günləri,
şiddətli çatışmalar onun səhhətini
zəiflədib. Hərbi səfərlərin birində
ağır xəstələnən Azərbaycan
hökmdarını xilas etmək mümkün
olmayıb. Qara Yusif 1420-ci il noyabr ayının 13-də Səidabad
kəndi yaxınlığında vəfat edib.
Allah rəhmət eləsin.
Fazil
QARAOĞLU
professor
Bakiı xəbər.- 2017.- 22 aprel.- S.15