Azərbaycan "halal turizm"
standartları yaratmağa
başlayıb...
Bahadur
Bilalov: "Halal standartının
tətbiqindən sonra
islam ölkələrindən
gələn turistlərin
sayında artım qeydə alınacaq"
Müzəffər Ağakərimov:
"Halal standartının tətbiqi həm
İslam Həmrəyliyi Oyunları zamanı özünü göstərəcək,
həm də ölkəmizə digər
ölkələrdən gəlmək
istəyən turistlərin
maraqlarını təmin
edəcək"
Artıq Azərbaycan turizm ölkəsinə çevrilir. Ölkəmizə istirahət üçün
gələn əcnəbilərin
sayı ildən-ilə
artır. Əcnəbilər
arasında islam
ölkələrinin vətəndaşları
üstünlük təşkil
edir.
Açıqlanan statistik rəqəmlərə
əsasən, 2015-ci illə
müqayisədə ötən
il Azərbaycana İordaniyadan 2, Küveytdən
3,2, Qətərdən 5,5, Səudiyyə Ərəbistanı
və Omandan 10, Birləşmiş Ərəb
Əmirliklərindən 22, İraqdan isə 30 dəfə çox turist gəlib. Təkcə bu il Novruz
bayramı münasibətilə
İrandan gələn
turistlərin sayı
70 minədək artıb.
Bu göstəricilər əksər inkişaf etmiş müsəlman ölkələrində tətbiq
edilən halal turizm
modelinin istifadə
edilməsini qaçılmaz
edib. Bu məqsədlə
ölkəmizdə fəaliyyət
göstərən otellər
üçün halal standartı
yaradılıb.
Halal standartının tətbiq edilməsi otelə müsəlman olmayan insanların gəlməsini qadağan
etmir. Sadəcə olaraq bu standartın tətbiqi məhz müsəlman ölkələrindən gələn
turistləri cəlb
etmək məqsədi
daşıyır. Halal standartını almış
otellərdə islam dininin qayda-qanunları nəzərə
alınır.
Halal standartının tətbiq
edilməsi islam
ölkələrindən daha çox turistin gəlməsinə
səbəb ola bilərmi?
Turizm sahəsi
üzrə ekspert Bahadur Bilalov "Bakı-Xəbər"ə açıqlamasında
qeyd etdi ki, son illər əksər dünya ölkələrində halal standartından istifadə
olunur. Əsas məqsəd isə islam ölkələrindən
turist cəlb etməkdir: "Zənnimcə,
Azərbaycan haqlı
olaraq bu məsələni göz
önünə alaraq
halal standartı qəbul
edib. Belə bir standartın
özünün xüsusi
atributları var. Turpaketə
nələrin daxil olması aydın şəkildə qeyd olunmalıdır ki, islam ölkələrindən
gəlmək istəyən
turistlərin diqqətini
cəlb etsin".
Həmsöhbətimizin fikrincə,
halal standartının tətbiqindən
sonra islam
ölkələrindən gələn turistlərin
sayında artım qeydə alınacaq.
B.Bilalov onu
da vurğuladı ki, halal standartı
bütün otellərə
şamil olunmayacaq.
Adıçəkilən standartı tətbiq
edən mehmanxanalar
və turizm şirkəti sayəsində
qatı mühafizəkar
dindar turistləri ölkəmizə cəlb
edə bilərik:
"Çünki elə insan var ki, o yalnız halal formada kəsilmiş heyvanların
ətindən yeyir, mehmanxana otaqlarında
qiblənin işarəsini
göstərən xüsusi
cihaz və dini kitabımız olan Quranın olmasını arzu edir. Bu
və digərləri
halal standartında
əks olunub".
Azərbaycan Turizm Assosiasiyası
sədrinin müşaviri
Müzəffər Ağakərimovun
fikrincə, halal turizm modelinin yaradılması
İslam Oyunlarında
iştirak edəcək qonaqlar üçün müsbət
şərait yaradacaq.
Bu standartın tətbiqi gələcəkdə İslam
dünyası ölkələrindən
Azərbaycana gələcək
turistlərin sayının
artırılmasına səbəb
ola bilər: "Halal turizm
üçün islam
qaydaları ilə restoranlarda qida təqdim olunması, mehmanxanalarda namaz otağı və digər şəraitin yaradılması mühüm
amildir. Standartlaşdırma
İnstitutu, Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası bu sahədə də mühüm işlər görüb.
Ekspertlər də halal
standartının islam
ölkələrindən gələn turistlərə
təqdim olunması
üçün bütün
şəraitin yaradılmasına
təminat verir.
Azərbaycan tolerant ölkə
olmaqla bərabər,
həmçinin, müsəlman
ölkəsidir. İslam Həmrəyliyi Oyunları
da bu modelin yaradılmasına təkan
verib. Bu baxımdan, belə bir modelin yaradılması
ümumilikdə turizmin
inkişafı üçün
müsbət haldır".
Həmsöhbətimizin sözlərinə
görə, halal standartının
tətbiqi həm
İslam Həmrəyliyi Oyunları zamanı özünü göstərəcək,
həm də ölkəmizə digər
ölkələrdən gəlmək
istəyən turistlərin
maraqlarını təmin
edəcək: "O cümlədən
ölkəmizə ilk dəfə
gələn turistlər
hər bir turistin zövqünə
uyğun turizm növünün təşkil
olunduğunu görəcək.
Biz həm Qərb,
həm də Şərqdən gələn
insanların arzularına
uyğun marşrutlar
təklif etmək iqtidarındayıq".
Günel CƏLİLOVA.
Bakı xəbər.- 2017.- 27 aprel.- S.13