Azərbaycan kitabxanalarının elektron kitabxana sisteminin axtarışına çıxdıq

 

Ki­tab­xa­na­la­rın ya­ran­ma­sı in­san­la­rın maa­rif­lən­mə­si­nə, mə­lu­mat­lan­ma­sı­na, bə­dii-es­te­tik zöv­qü­nün for­ma­laş­ma­sı­na bö­yük töh­fə­dir. Azər­bay­can­da ki­tab­xa­na­la­rın ya­ran­ma­sı ta­ri­xi bö­yük­dür və ki­tab­xa­na­la­rı­mız uzun il­lər­dir oxu­cu­la­ra xid­mət edir.

Tex­no­lo­gi­ya­nın in­ki­şa­fı ki­tab­xa­na­la­rın da müa­sir sis­te­mə keç­mə­si­ni tə­ləb edir. Be­lə ki, ki­tab­xa­na­lar elek­tron sis­te­mə keç­mə­li və oxu­cu­la­ra ənə­nə­vi qay­da ilə ya­na­şı, vir­tu­al xid­mət də gös­tər­mə­li­dir. Mə­lum­dur ki, ar­tıq bu­nun­la bağ­lı ge­niş təd­bir­lər hə­ya­ta ke­çi­ri­lir. Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi, elə­cə də di­gər əla­qə­dar na­zir­lik və qu­rum­lar ki­tab­xa­na­la­rın elek­tron­laş­dı­rıl­ma­sı sa­hə­sin­də iş­lər hə­ya­ta ke­çi­rir.

Elek­tron ki­tab­xa­na nə de­mək­dir?

Mə­lum­dur ki, elek­tron ki­tab­xa­na­lar oxu­cu­la­ra in­for­ma­si­ya xid­mə­ti­nin kom­pyu­ter­ləş­mə­si­nin nə­ti­cə­si olub, bə­zi şəxs­lə­rin tə­səv­vür et­di­yi ki­mi, ənə­nə­vi ki­tab­xa­na­la­ra al­ter­na­tiv bir  xid­mət nö­vü­dür.

Qeyd edək ki, elek­tron ki­tab­xa­na­lar ke­çən əs­rin 90-cı il­lə­rin­dən baş­la­ya­raq fəa­liy­yət gös­tər­mək­də­dir. Bu gü­nə ki­mi elek­tron ki­tab­xa­na­lar cid­di kə­miy­yət və key­fiy­yət də­yi­şik­lik­lə­ri­nə mə­ruz qa­lıb. Bu də­yi­şik­lik­lə­ri cə­miy­yət­də in­for­ma­si­ya­nın ro­lu­nun art­ma­sı, cə­miy­yə­tin ope­ra­tiv in­for­ma­si­ya­ya tə­lə­ba­tı dik­tə edib və on­lar in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın son nai­liy­yət­lə­ri­ni tət­biq et­mək­lə hə­ya­ta ke­çi­ri­lir. Elek­tron ki­tab­xa­na­lar uzaq mə­sa­fə­dən oxu­cu­la­ra da­ha dol­ğun in­for­ma­si­ya xid­mə­ti gös­tə­rə­rək, bu xid­mə­tin za­man və mə­kan­dan ası­lı­lı­ğı­na son qo­yur. Ənə­nə­vi ki­tab­xa­na­lar­da in­for­ma­si­ya xid­mə­ti yal­nız ki­tab­xa­na­nın iş saa­tı müd­də­tin­də və məh­dud say­da oxu­cu­la­ra gös­tə­ril­di­yi hal­da, elek­tron ki­tab­xa­na­lar sut­ka­nın iyir­mi dörd saa­tı müd­də­tin­də fəa­liy­yət gös­tə­rir və dün­ya­nın is­tə­ni­lən nöq­tə­sin­də yer­lə­şən qey­ri-məh­dud say­da oxu­cu­la­ra ey­ni za­man­da xid­mət edir. Elek­tron ki­tab­xa­na­lar ra­hat və sər­fə­li bir xid­mət nö­vü­dür. Bu xid­mə­tin təş­ki­li ki­tab­xa­na­la­rın qı­sa müd­də­tə və az xərc sərf et­mək­lə bö­yük in­for­ma­si­ya eh­ti­yat­la­rı­nın oxu­cu­la­rın is­ti­fa­də­si­nə ve­ril­mə­si­ni və oxu­cu tə­lə­ba­tı­nın ope­ra­tiv ye­ri­nə ye­ti­ril­mə­si­ni tə­min edir.

Elek­tron ki­tab­xa­na­lar çox­nüs­xə­li ki­tab­la­rın alın­ma­sı­na olan eh­ti­ya­cı ara­dan qal­dı­rır, ki­tab­la­rın bər­pa­sı­na və mü­ha­fi­zə­si­nə sərf olu­nan xərc­lə­ri mi­ni­mu­ma en­di­rir, bö­yük ki­tab­xa­na sa­hə­sin­dən im­ti­na et­mə­yi tə­min edir.

Elek­tron ki­tab­xa­na ümu­mi is­ti­fa­də üçün açıq olan lo­kal və uzaq mə­sa­fə­də yer­lə­şən pay­lan­mış in­for­ma­si­ya eh­ti­yat­la­rı­na ma­lik­dir. Elek­tron ki­tab­xa­na­la­rın in­for­ma­si­ya eh­ti­ya­tı rə­qəm­li for­ma­da ha­zır­lan­mış müx­tə­lif for­mat­lı sə­nəd­lə­rin­dən iba­rət­dir. Bu sə­nəd­lə­rin bir qis­mi ki­tab­xa­na­nın mül­kiy­yə­ti olub, mər­kəz­ləş­miş for­ma­da elek­tron ki­tab­xa­na­nın veb və FTP ser­ver­lə­rin­də top­la­nır və ənə­nə­vi ədə­biy­ya­tın elek­tron nüs­xə­lə­rin­dən və ki­tab­xa­na tə­rə­fin­dən ödə­niş­li və ya mü­ba­di­lə üsu­lu ilə alın­mış elek­tron sə­nəd və nəşr top­lu­sun­dan iba­rət­dir. On­la­rın bib­li­oq­ra­fik təs­vi­ri müt­ləq ki­tab­xa­na­nın elek­tron ka­ta­lo­qu­na əla­və edil­mə­li­dir.

Bu gün Azər­bay­can­da fəa­liy­yət gös­tə­rən ki­tab­xa­na­la­rın ək­sə­riy­yə­ti elek­tron sis­te­mə ke­çib, on­la­rın sayt­la­rı var və oxu­cu­lar bu sayt­la­ra da­xil ol­maq­la ki­tab­xa­na­la­rın im­kan­la­rın­dan is­ti­fa­də edir. Bu­ra küt­lə­vi ki­tab­xa­na­lar, uşaq ki­tab­xa­na­la­rı, xü­su­si pro­fil­li ki­tab­xa­na­lar, el­mi ki­tab­xa­na­lar da­xil­dir.

Onu da vur­ğu­la­yaq ki, son il­lər elek­tron ki­tab­xa­na­lar in­for­ma­si­ya eh­ti­yat­la­rı­nı da­ha çox mul­ti­me­dia­lı sə­nəd­lər əsa­sın­da komp­lekt­ləş­dir­mə­yə üs­tün­lük ve­rir. Mul­ti­me­dia sə­nəd­lə­ri özün­də in­for­ma­si­ya­nın bü­tün tip­lə­ri­nin: mətn, qra­fi­ka, au­dio, ani­ma­si­ya və vi­deo in­for­ma­si­ya­la­rın in­teq­ra­si­ya­sı­nı tə­min edir. Mul­ti­me­dia sə­nəd­lə­ri in­for­ma­si­ya­nı oxu­cu­ya da­ha dol­ğun çat­dı­rır və uzun müd­dət onun­la ta­nış olan şəx­sin yad­da­şın­da qa­lır.

Elek­tron ki­tab­xa­na müa­sir veb tex­no­lo­gi­ya­sı əsa­sın­da fəa­liy­yət gös­tə­rir.

Azər­bay­can­da han­sı ki­tab­xa­na­lar elek­tron xid­mə­tə ke­çib?

Mə­lu­mat üçün de­yək ki, Azər­bay­can Mil­li Ki­tab­xa­na­sın­da bu sis­tem da­ha əha­tə­li şə­kil­də özü­nü gös­tə­rir. Öl­kə­nin baş ki­tab­xa­na­sı­nın həm bey­nəl­xalq əla­qə­lə­ri var, həm də xa­ri­ci öl­kə­lər­dən say­sız oxu­cu­la­rı. Əl­bət­tə, müa­sir şə­ra­it­də ki­tab­xa­na­lar in­for­ma­si­ya­laş­dı­rıl­mış və­tən­daş cə­miy­yə­ti qu­ru­cu­lu­ğu­nun so­si­al si­fa­ri­şi əsa­sın­da for­ma­laş­maq­da­dır.

Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nə da­xil olan ki­tab­xa­na­la­rın veb-sayt­la­rı oxu­cu­la­rın ix­ti­ya­rın­da­dır.

Bu gün Azər­bay­can Mil­li Ki­tab­xa­na­sı, Res­pub­li­ka Gənc­lər Ki­tab­xa­na­sı, Res­pub­li­ka Göz­dən Əlil­lər Ki­tab­xa­na­sı, Res­pub­li­ka Uşaq Ki­tab­xa­na­sı, Res­pub­li­ka­nın şə­hər ki­tab­xa­na­la­rı, Gən­cə şə­hər MKS, Lən­kə­ran şə­hər MKS, Min­gə­çe­vir şə­hər MKS, Sum­qa­yıt şə­hər MKS, Şir­van şə­hər MKS, Ağ­ca­bə­di ra­yon MKS, Ağ­daş ra­yon MKS, Ağs­ta­fa ra­yon MKS, Ağ­su ra­yon MKS, As­ta­ra ra­yon MKS, Ba­la­kən ra­yon MKS, Bey­lə­qan ra­yon MKS, Bər­də ra­yon MKS, Bi­lə­su­var ra­yon MKS, Cəb­ra­yıl ra­yon MKS, Cə­li­la­bad ra­yon MKS, Daş­kə­sən ra­yon MKS, Fü­zu­li ra­yon MKS, Gə­də­bəy ra­yon MKS, Go­ran­boy ra­yon MKS, Göy­çay ra­yon MKS, Ha­cı­qa­bul ra­yon MKS, Xaç­maz ra­yon MKS, Xı­zı ra­yon MKS, Xo­ca­lı ra­yon MKS, Xo­ca­vənd ra­yon MKS, İmiş­li ra­yon MKS, İs­ma­yıl­lı ra­yon MKS, Kəl­bə­cər ra­yon MKS, Qax ra­yon MKS, Qa­zax ra­yon MKS, Qə­bə­lə ra­yon MKS, Qu­ba ra­yon MKS, Qu­bad­lı ra­yon MKS, Qu­sar ra­yon MKS, La­çın ra­yon MKS, Le­rik ra­yon MKS, Lən­kə­ran ra­yon MKS, Ma­sal­lı ra­yon MKS, Naf­ta­lan ra­yon MKS, Neft­ça­la ra­yon MKS, Sa­at­lı ra­yon MKS, Sa­bi­ra­bad ra­yon MKS, Sal­yan ra­yon MKS, Sa­mux ra­yon MKS, Si­yə­zən ra­yon MKS, Şab­ran ra­yon MKS, Şa­ma­xı ra­yon MKS, Şə­ki ra­yon MKS, Şəm­kir ra­yon MKS, Şu­şa ra­yon MKS, Tər­tər ra­yon MKS, To­vuz ra­yon MKS, Ucar ra­yon MKS, Yar­dım­lı Ra­yon MKS, Yex­lax ra­yon MKS, Za­qa­ta­la ra­yon MKS, Zən­gi­lan ra­yon MKS, Zər­dab ra­yon MKS oxu­cu­la­ra ənə­nə­vi qay­da ilə ya­na­şı, elek­tron xid­mət də gös­tə­rir.

Bu ki­tab­xa­na­la­rın oxu­ca­la­ra gös­tər­di­yi xid­mə­tin sə­viy­yə­si haq­qın­da da­ha yax­şı oxu­cu­lar fi­kir bil­di­rə bi­lər. Am­ma fakt bu­dur ki, döv­lət ki­tab­xa­na­la­rın elek­tron xid­mət gös­tər­mə­si üçün la­zı­mi şə­ra­it ya­ra­dır.

Ba­kı şə­hə­rin­də fəa­liy­yət gös­tə­rən ki­tab­xa­na­la­rın bir ne­çə­si ilə əla­qə sax­la­yıb on­la­rın oxu­cu­la­ra gös­tər­di­yi elek­tron xid­mət­lə ta­nış ol­duq.

Bi­nə­qə­di Ra­yon MKS-dən bil­dir­di­lər ki, bu sis­te­mə da­xil olan ki­tab­xa­na­la­rın bö­yük ək­sə­riy­yə­ti elek­tron­la­şıb və oxu­cu­la­ra la­zı­mi sə­viy­yə­də xid­mət gös­tə­rir. On­lar de­di ki, oxu­ca­lar ki­tab­xa­na­la­rın xid­mə­tin­dən həm bu­ra gəl­mək­lə, həm də sayt­la­rın­dan is­ti­fa­də et­mək­lə is­ti­fa­də edir.

"...Vir­tu­al oxu­cu­la­rı­mı­zın sa­yı 25 min nə­fə­ri ke­çir"

Fi­ru­din bəy Kö­çər­li adı­na Res­pub­li­ka Uşaq Ki­tab­xa­na­sı­nın di­rek­tor mü­va­vi­ni Za­hi­rə Da­da­şo­va bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, təm­sil et­di­yi ki­tab­xa­na 2005-ci il­dən baş­la­ya­raq oxu­cu­la­ra ənə­nə­vi xid­mət­lə ya­na­şı, elek­tron xid­mət də gös­tə­rir: "Bi­lir­si­niz ki, bi­zim ki­tab­xa­na bö­yük ta­ri­xi və ənə­nə­si olan ki­tab­xa­na­dır. Bü­tün dövr­lər­də bi­zim oxu­cu­la­rın sa­yı çox olub, bu gün də çox­dur. 2005-ci il­dən elek­tron sis­te­mə keç­mi­şik, özü­mü­zün ay­rı­ca say­tı­mız var, elek­tron ki­tab­xa­na­mız, səs­li ki­tab­la­rı­mız və s. oxu­cu­la­rın ix­ti­ya­rın­da­dır. Oxu­cu­la­rı­mız həd­din­dən ar­tıq çox­dur. Həm Ba­kı­dan, həm Ba­kı kənd­lə­rin­dən şa­gird­lər küt­lə­vi şə­kil­də ki­tab­xa­na­mı­za gə­lir, və­sa­it­lə­ri­miz­dən is­ti­fa­də edir. Hət­ta av­to­bus tu­tub bu­ra ra­yon­lar­dan da gə­lən oxu­cu­la­rı­mız var. İl ər­zin­də vir­tu­al oxu­cu­la­rı­mı­zın sa­yı 25 min nə­fə­ri ke­çir. He­sab edi­rəm ki, işi­miz təb­liğ olun­duq­ca, vir­tu­al oxu­cu­la­rı­mı­zın sa­yı da­ha da ço­xa­la­caq.

Bi­zim ki­tab­xa­na 2012-ci il­dən Bey­nəl­xalq Uşaq Ki­tab­xa­na­sı Şu­ra­sı­nın üz­vü­dür. Bu təş­ki­lat­da, Azər­bay­can da da­xil ol­maq­la, 78 öl­kə təm­sil olu­nur. Bu da bi­zim on­lar­la sıx əmək­daş­lıq et­mə­yi­mi­zə şə­ra­it ya­ra­dır. Fi­ru­din bəy Kö­çər­li adı­na Res­pub­li­ka Uşaq Ki­tab­xa­na­sı­nın bey­nəl­xalq əla­qə­lə­ri çox ge­niş­dir. Dün­ya­nın bir sı­ra ki­tab­xa­na­la­rı ilə sıx əmək­daş­lıq edi­rik. Biz öz uşaq ya­zı­çı­la­rı­mı­zın əsər­lə­ri­ni Bey­nəl­xalq An­der­son mü­ka­fa­tı­na da təq­dim edi­rik. Uşaq ki­tab­la­rı ilə bağ­lı bü­tün bey­nəl­xalq təd­bir­lə­rə, la­yi­hə­lə­rə mün­tə­zəm ola­raq qo­şu­lu­ruq. Bi­zim ki­tab­xa­na çox zən­gin­dir, bu­ra­da dün­ya­nın bü­tün dil­lə­rin­də ki­tab­lar var. Ey­ni za­man­da,  bu ki­tab­lar elek­tron ki­tab­xa­na sis­te­min­də yer­ləş­di­ri­lib və dün­ya­nın is­tə­ni­lən ye­rin­dən oxu­cu­lar bu ki­tab­lar­la ta­nış ola bi­lir".

Z.Da­da­şo­va­nın de­di­yi­nə gö­rə, ki­tab­xa­na­dan öl­kə­də ya­şa­yan xa­ri­ci­lər və bu­ra­da fəa­liy­yət gös­tə­rən xa­ri­ci­dil­li mək­təb­lə­rin şa­gird­lə­ri də ge­niş is­ti­fa­də edə bi­lir. "Biz­də in­gi­lis, ərəb, la­tış, qa­zax, rus və s. dil­lər­də ki­tab­lar çox­dur. Bu ki­tab­la­rı ki­tab­xa­na­mı­za sə­fir­lik­lər, bey­nəl­xalq qu­rum­lar hə­diy­yə edib. Ki­tab­xa­na­mız res­pub­li­ka oxu­cu­la­rı ilə ya­na­şı, dün­ya oxu­cu­la­rı­nın da üzü­nə açıq­dır. Döv­lət bi­zə bü­tün şə­rai­ti ya­ra­dıb" - de­yə Z.Da­da­şo­va bil­dir­di.

"Oxu­cu­la­rı­mız elek­tron ki­tab­xa­na­mız­dan da is­ti­fa­də edir"

Cə­fər Cab­bar­lı adı­na Res­pub­li­ka Gənc­lər Ki­tab­xa­na­sı isə 2009-cu il­dən oxu­cu­la­ra elek­tron xid­mət gös­tə­rir. Bu ba­rə­də ki­tab­xa­na­nın şö­bə mü­di­ri Sev­da Axun­do­va bi­zim­lə söh­bə­tin­də bil­dir­di. S.Axun­do­va­nın söz­lə­ri­nə gö­rə, ki­tab­xa­na­nın oxu­cu­la­rı­nın sa­yı gün­bə­gün ar­tır: "Bi­zim heç vaxt oxu­cu qıt­lı­ğı­mız ol­ma­yıb. Oxu­cu­la­rı­mız həm elek­tron ki­tab­xa­na­mız­dan, həm də bu­ra gə­lə­rək ki­tab­lar­dan is­ti­fa­də edir. İs­tə­ni­lən oxu­cu elek­tron ki­tab­xa­na­nın xid­mə­tin­dən is­ti­fa­də edə bi­lir. Oxu­cu­la­rı­mız çox­dur. Biz­də ki­tab­lar Azər­bay­can, rus və in­gi­lis dil­lə­rin­də­dir. Bey­nəl­xalq əla­qə­lə­ri­miz də var. Ça­lı­şı­rıq ki, oxu­cu­la­rın tə­ləb­lə­ri­nə uy­ğun şə­kil­də xid­mət gös­tə­rək. Elə bi­li­rəm ki, bu­na na­il olu­ruq".   

"Bu sa­hə­də iş­lə­ri­mi­zi da­vam et­di­ri­rik"

M.Ə.Sa­bir adı­na Mər­kə­zi Şə­hər Ki­tab­xa­na­sı­nın di­rek­to­ru Gül­şən Ab­ba­so­va­nın söz­lə­ri­nə gö­rə, rəh­bər­lik et­di­yi ki­tab­xa­na­da bu pro­se­sə baş­la­nıb: "Bi­zim ki­tab­xa­na­da elek­tron xid­mə­tə ye­ni baş­la­nıb. Ha­zır­da bu sa­hə­də iş­lə­ri­mi­zi da­vam et­di­ri­rik. Oxu­cu­la­ra da­ha çox ənə­nə­vi qay­da­da xid­mət gös­tə­ri­rik. Oxu­cu­la­rı­mız çox­dur və on­lar is­tə­dik­lə­ri ki­tab­la­rı ki­tab­xa­na­mız­dan əl­də edə bi­lir. Ya bu­ra­da, ya da gö­tü­rüb ev­lə­rin­də oxu­yur­lar".

"Elek­tron ki­tab­xa­na­mız­dan is­ti­fa­də edən­lər..."

Mir­meh­di Se­yid­za­də adı­na Ki­tab­xa­na­nın mul­ti­me­dia mü­tə­xəs­si­si Nər­giz Əli­ye­va­nın ver­di­yi mə­lu­ma­ta gö­rə, bu ki­tab­xa­na elek­tron sis­te­mə ke­çib: "Biz çox­dan keç­mi­şik. Oxu­cu­la­rı­mız həm vir­tu­al şə­kil­də, həm də ənə­nə­vi qay­da­da ki­tab­xa­na­mı­zın xid­mət­lə­rin­dən is­ti­fa­də edir. Se­vi­ni­rik ki, bu­ra gə­lən­lər də çox­dur, elek­tron ki­tab­xa­na­mız­dan is­ti­fa­də edən­lər də. Ki­tab­xa­na­mız­da əsa­sən Azər­bay­can, rus və in­gi­lis di­lin­də ki­tab­lar, və­sa­it­lər var. Ki­tab­xa­na­la­rın elek­tron­laş­ma­sı oxu­cu­la­rın ki­ta­ba ma­ra­ğı­nı da­ha da ar­tı­rır. Bu çox yax­şı­dır".

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 28 aprel.- S.15