"KitabiDədə Qorqud", "Şah İsmayıl", "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib" kimi məşhur dastanlarımıza erməni iddialarının tarixi...

Mə­həm­məd Nə­ri­ma­noğ­lu: "Er­mə­ni­lə­rin Qaf­qa­za son dövr­lər gəl­mə­si­ni təs­diq­lə­yən fakt­lar­dan bi­ri də..."

Ağa­ver­di Xə­li­lov: "Er­mə­ni­lər bi­zim xalq das­tan­la­rı­na əl uzat­maq­la heç nə əl­də et­mir­lər"

 Er­mə­ni sax­ta­kar­lı­ğı­nın sa­yı bi­tib-tü­kən­məz­dir. Sax­ta döv­lə­tə, uy­dur­ma ta­ri­xə və mə­də­niy­yə­tə, qon­dar­ma folk­lo­ra sa­hib olan bu mil­lət dün­ya­da ya­şa­yan bü­tün qə­dim xalq­lar­dan oğur­luq­lar edib. Son­ra da heç nə­dən çə­kin­mə­dən öz ya­lan­la­rı­nı dün­ya­ya yay­ma­ğa cəhd gös­tə­rib­lər. Hət­ta sax­ta­kar­lıq­la­rı­nı mö­tə­bər qu­rum­la­rın qa­pı­sın­dan da içə­ri da­xil et­mə­yə is­rar gös­tə­rib­lər. On­la­rın sax­ta­kar əməl­lə­ri si­ya­si mə­sə­lə­lər­dən tut­muş, mə­də­niy­yə­tə qə­dər bö­yük area­lı əha­tə edir.

Azər­bay­can xal­qı­nın ta­ri­xi tor­paq­la­rı üzə­rin­də qon­dar­ma döv­lət qu­ran, bu­nun­la ki­fa­yət­lən­mə­yib di­gər tor­paq­la­rı­mı­za da id­dia edən, 20 fa­iz əra­zi­mi­zi iş­ğal edən er­mə­ni­lər mə­də­niy­yə­ti­mi­zə, folk­lo­ru­mu­za da əl uza­dıb. Dün­ya on­la­rın tə­ca­vüz­kar si­ya­sə­ti­nə qar­şı mü­ba­ri­zə apar­maq əvə­zi­nə, nə­dən­sə, ağ­zı­na su alıb sus­maq möv­qe­yi­ni tu­tub.

Am­ma, gec-tez, er­mə­ni ya­la­nı­na dün­ya­da küt­lə­vi eti­raz­lar baş­la­ya­caq. Çün­ki ya­lan ayaq tut­sa da, ye­ri­mir, an­caq mü­vəq­qə­ti imək­lə­yir.

Qon­şu döv­lət­lə­rin əra­zi­lə­ri­ni iş­ğal et­mək, on­la­ra məx­sus mad­di və qey­ri-mad­di mə­də­niy­yət abi­də­lə­ri­ni, xü­su­sən folk­lo­ru mə­nim­sə­mək er­mə­ni­lə­rin Qaf­qa­za kö­çü­rül­dük­dən son­ra əsas plan­la­rın­dan bi­ri olub.

Er­mə­ni sax­ta­kar­lı­ğı bü­tün dün­ya­ya ya­yı­lıb...

Bil­di­yi­miz ki­mi, er­mə­ni­lər son il­lər Azər­bay­can mə­də­niy­yə­ti­ni, ağız ədə­biy­ya­tı­nı mə­nim­sə­mək­də da­ha çox irə­li ge­dib. Əv­vəl­lər mah­nı­la­rı­mı­zı, mu­si­qi alət­lə­ri­mi­zi öz ad­la­rı­na çı­xır­dı­lar­sa, in­di das­tan­la­rı­mı­za, epos mə­də­niy­yə­ti­mi­zə, et­noq­ra­fik dü­şün­cə­mi­zə əl uza­dır­lar. Əl­lə­ri ha­va­da qa­la­caq əl­bət­tə.

Qeyd edək ki, Azər­bay­can döv­lə­ti er­mə­ni sax­ta­kar­lı­ğı­nın qar­şı­sı­nın alın­ma­sı üçün bey­nəl­xalq qu­rum­lar qar­şı­sın­da mə­sə­lə qal­dı­rıb. Döv­lət tə­rə­fin­dən bey­nəl­xalq təş­ki­lat­la­ra də­fə­lər­lə er­mə­ni mək­ri­ni if­şa edən sə­nəd­lər təq­dim edi­lib.

Er­mə­ni­lər in­di də das­tan­la­rı­mı­zı mə­nim­sə­yir

Azər­bay­can folk­lo­ru­nun, ənə­nə­lə­ri­nin qa­rət edil­mə­si və mə­nim­sə­nil­mə­si bi­zi cid­di na­ra­hat edir, bu, dün­ya­nı da na­ra­hat et­mə­li­dir. 2016-cı il­də mə­sə­lə Mil­li Məc­li­sin nü­ma­yən­də he­yə­ti­nin səy­lə­ri nə­ti­cə­sin­də Av­ro­pa Şu­ra­sı Par­la­ment As­samb­le­ya­sı­nın ses­si­ya­sı­nın "Azər­bay­can mə­də­ni ir­si­nin qəs­bi və da­ğı­dıl­ma­sı" sə­nə­din­də təq­dim edi­lib. Mil­li Məc­li­sin "Azər­bay­can mə­də­ni sər­vət­lə­ri­nin da­ğı­dıl­ma­sı və mə­nim­sə­nil­mə­si ilə əla­qə­dar" bə­ya­na­tın­da da bu öz ək­si­ni ta­pıb.

Bu gün er­mə­ni­lər çə­kin­mə­dən Azər­bay­can xal­qı­nın qəh­rə­man­lıq və mə­həb­bət das­tan­la­rı­nı da mə­nim­sə­mə­yə cəhd edir. Mə­lum ol­du­ğu ki­mi, on­lar "Əs­li və Kə­rəm", "Şah İs­ma­yıl", "Aşıq Qə­rib", "Ko­roğ­lu" ki­mi das­tan­la­rı­mı­zı da er­mə­ni­ləş­dir­mə­yə ça­lı­şır, Azər­bay­can das­tan­la­rı­nı bi­zim mu­si­qi­nin mü­şa­yiə­ti ilə Er­mə­nis­tan əra­zi­sin­də ya­yır­lar.

O da mə­lum­dur ki, er­mə­ni­lər ana abi­də­miz olan "Ki­ta­bi-Də­də Qor­qud" das­ta­nı­nın da on­la­rın tə­si­ri ilə ya­zıl­dı­ğı­nı "sü­but" et­mə­yə ça­lı­şır­lar.

Mə­lum­dur ki, "Də­də Qor­qud" abi­də­si bi­zim na­dir epo­su­muz­dur və bü­tün dün­ya 2000-ci il­də Azər­bay­can Res­pub­li­ka­sı­nın sa­biq pre­zi­den­ti mər­hum Hey­dər Əli­ye­vin tə­şəb­bü­sü ilə onun 1300 il­li­yi­ni tən­tə­nə­li su­rət­də qeyd et­di. Folk­lor­şü­nas­la­rı­mız qeyd edir ki, er­mə­ni­lər heç bir sü­but və də­lil gə­tir­mə­dən bu şah əsə­ri­mi­zin er­mə­ni tə­əs­sü­ra­tı al­tın­da ya­zıl­ma­sı ki­mi fit­nə­kar mü­la­hi­zə­lə­ri­ni dərc et­di­rir, onu da öz ad­la­rı­na "sə­nəd­ləş­dir­mək" is­tə­yir­lər.

Azər­bay­can döv­lə­ti və xal­qı heç vaxt er­mə­ni fit­nə­kar­lı­ğı qar­şı­sın­da aciz de­yil və biz bu sa­hə­də təd­bir­lər hə­ya­ta ke­çir­mək­lə işi­mi­zi da­vam et­di­ri­rik. Son il­lər Azər­bay­ca­nın mə­də­ni də­yər­lə­ri­nin qo­run­ma­sı is­ti­qa­mə­tin­də Hey­dər Əli­yev Fon­du da bö­yük iş­lər gö­rür. UNES­CO "Qey­ri-mad­di mə­də­ni ir­sin qo­ru­nub sax­lan­ma­sı haq­qın­da" Kon­ven­si­ya qə­bul edib və Azər­bay­can bu bey­nəl­xalq təş­ki­lat­la ya­xın­dan əmək­daş­lıq edir. Ar­tıq bir çox mə­nə­vi də­yər­lə­ri­miz UNES­CO-nun Qey­ri-mad­di mə­də­ni irs si­ya­hı­sı­na da­xil edi­lib və bu iş da­vam et­mək­də­dir.

"Azər­bay­can şi­fa­hi xalq ədə­biy­ya­tı nü­mu­nə­lə­ri­ni öz­lə­ri­nin­ki­ləş­dir­mə­yə..."

Er­mə­ni sax­ta­kar­lı­ğı­na qar­şı mü­ba­ri­zə sa­hə­sin­də fə­al olan ta­nın­mış təd­qi­qat­çı, şa­ir-pub­li­sist Mə­həm­məd Nə­ri­ma­noğ­lu bi­zim­lə söh­bə­tin­də er­mə­ni sax­ta­kar­lı­ğı­nın bü­tün dün­ya­nı na­ra­hat et­mə­li ol­du­ğu­nu qeyd et­di. M.Nə­ri­ma­noğ­lu bil­di­rir ki, er­mə­ni­lə­rin kim ol­du­ğu­nu öz alim­lə­rin­dən yax­şı bi­lən yox­dur. Onun söz­lə­ri­nə gö­rə, bu­na sü­but er­mə­ni əsil­li alim­lə­rin yaz­dıq­la­rı­dır: "Aka­de­mik, folk­lor­şü­nas M.Abeq­ya­nın 1975-ci il­də İrə­van­da çap­dan çıx­mış "Er­mə­ni ədə­biy­ya­tı ta­ri­xi" ki­ta­bın­da bil­di­ri­lir: "...Məz­lum er­mə­ni xal­qı­nın  kök­lə­ri ha­ra­da­dır, bu­ra­ya, in­di ya­şa­dı­ğı mə­ka­na ne­cə, ha­ra­dan, han­sı yol­la gəl­di­yi­ni də­qiq bi­lən yox­dur. Biz­də bu­nun də­qiq və ay­dın sü­but­la­rı, şa­hid­lik edən fakt or­ta­da yox­dur". Beş il­dən son­ra isə öz­lə­ri­nə ta­rix yaz­maq is­tə­yən er­mə­ni­lər bu də­fə əc­dad­la­rı­nın Bal­kan­lar­dan gəl­mə ol­du­ğu­nu or­ta­ya atır.

Məş­hur er­mə­ni mə­də­niy­yət və in­cə­sə­nət xa­dim­lə­ri çox irə­li ge­də­rək XIX əsr­də Azər­bay­can di­lin­dən bəh­rə­lən­mək­lə öz­lə­ri­nin­ki­ni zən­gin­ləş­dir­mə­yə ça­lış­mış­lar. O cüm­lə­dən  kon­kret ola­raq X.Abov­yan, M.Nal­ban­dyan, Q.Ağa­yan, Q.Sun­duk­yan və baş­qa­la­rı bu iş­də öz "mə­ha­rət"lə­ri­ni or­ta­ya qo­yub­lar. Er­mə­ni­lə­rin Qaf­qa­za son dövr­lər gəl­mə­si­ni təs­diq­lə­yən fakt­lar­dan bi­ri də on­la­rın Azər­bay­can şi­fa­hi xalq ədə­biy­ya­tı nü­mu­nə­lə­ri­ni öz­lə­ri­nin­ki­ləş­dir­mə­yə ça­lış­ma­sın­da öz ək­si­ni ta­pır. Çün­ki bü­tün bun­lar XIX əs­rin bi­rin­ci ya­rı­sın­da baş ve­rib. 1850-ci il­də Al­ma­ni­ya­da ələ ke­çir­dik­lə­ri üç­his­sə­li "Min bir ge­cə" na­ğıl­la­rı­nı av­ro­pa­lı oxu­cu­la­ra er­mə­ni və tə­sa­dü­fən də fars xalq na­ğıl­la­rı ki­mi təq­dim edən er­mə­ni­lər, heç şüb­hə­siz ki, 1855-ci il­də "Qaf­qaz  öl­kə­lə­ri" ki­ta­bın­da "Əs­li və Kə­rəm"i özü­nün­kü­ləş­dir­mək­dən, Q.Haq­ver­di­yan "Aşıq Qə­rib və Şah­sə­nəm" na­ğı­lı­nı, Q.Ağa­yan isə "Şah İs­ma­yıl" və "Ko­roğ­lu" das­tan­la­rı­nı da oğur­la­maq­dan çə­kin­mə­yib­lər.

Q.Ağa­yan bir qə­dər də "irə­li ge­də­rək", "Ko­roğ­lu" das­ta­nın­da  Röv­şə­nin kor ki­şi­nin oğ­lu ol­ma­sı­nı təh­rif edə­rək, hə­min sö­zün mə­na­sı­nı itir­mə­yə ça­lı­şıb.

Adı­çə­ki­lən mən­bə­nin ver­di­yi əsas­lan­dı­rıl­mış mə­lu­mat­lar­dan o da aş­kar olu­nur ki, xal­qı­mı­za məx­sus ata­lar söz­lə­ri, zərb-mə­səl­lər be­lə çox asan­lıq­la er­mə­ni­ləş­di­ri­lir­miş".

M.Nə­ri­ma­noğ­lu qeyd et­di ki, er­mə­ni­lər o das­tan­la­rı, di­gər xalq ya­ra­dı­cı­lı­ğı nü­mu­nə­lə­ri­ni mə­nim­sə­mə­yə cəhd gös­tər­sə də, bu uğur­lu alın­mır. Onun fik­rin­cə, bu das­tan­la­rın sırf Azər­bay­can xal­qı­na məx­sus ol­ma­sı ilə bağ­lı ta­ri­xi mən­bə­lər var, bu ba­rə­də dün­ya­nın mö­tə­bər alim­lə­ri­nin fi­kir­lə­ri, təd­qi­qat əsər­lə­ri möv­cud­dur.

"Er­mə­ni­lər öz­lə­ri­ni if­şa edir"

Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Folk­lor İns­ti­tu­tu­nun əmək­da­şı, fi­lo­lo­gi­ya elm­lə­ri üz­rə fəl­sə­fə dok­to­ru Ağa­ver­di Xə­li­lov "Ba­kı-Xə­bər"ə bil­dir­di ki, er­mə­ni sax­ta­kar­lı­ğı­nın qar­şı­sı Azər­bay­can alim­lə­ri tə­rə­fin­dən alı­nır.

Bu­na bax­ma­ya­raq, er­mə­ni sax­ta­kar­lı­ğı­nın sər­həd ta­nı­ma­dı­ğı­nı de­yən alim bil­dir­di ki, on­lar xalq ya­ra­dı­cı­lıq nü­mu­nə­lə­ri­mi­zə əl uzat­maq­la öz­lə­ri­ni if­şa edir: "Er­mə­ni­lə­rin sax­ta­kar fəa­liy­yə­ti­ni if­şa et­mək is­ti­qa­mə­tin­də çox­say­lı iş­lər gö­rü­lüb. Bu iş­lə­rin miq­ya­sı­nı ge­niş­lən­di­ri­rik. Er­mə­ni­lər bi­zim xalq das­tan­la­rı­na əl uzat­maq­la heç nə əl­də et­mir­lər, ək­si­nə, bu­nun­la öz­lə­ri­ni if­şa edir­lər. Qeyd edim ki, Azər­bay­can folk­lor area­lı Azər­bay­ca­nın si­ya­si sər­həd­lə­rin­dən çox ge­niş əra­zi­ni əha­tə edir. Bu area­la Azər­bay­can türk­lə­ri ilə ya­na­şı, on­la­ra qon­şu olan xalq­lar da da­xil­dir. Çün­ki folk­lor mə­də­niy­yə­tin elə spe­si­fik bir sa­hə­si­dir ki, in­teq­ra­si­ya pro­ses­lə­rin­də ak­tiv ro­lu ilə se­çi­lir. Et­nik əl­van­lıq şə­rai­tin­də mə­də­niy­yət­lər də bir-bi­ri­lə çul­ğa­la­şır və qar­şı­lıq­lı tə­sir­lər nə­ti­cə­sin­də ye­ni ça­lar­lar qa­za­nır. Din bir­li­yi və ya et­nik qo­hum­luq ol­du­ğu za­man bu pro­ses­lə­rin di­na­miz­mi də yük­sə­lir. Be­lə or­taq­lıq­la­rın ol­ma­dı­ğı şə­ra­it­də isə apa­rı­cı mə­də­niy­yət do­mi­nant möv­qe qa­zan­mış olur və əha­tə­sin­də­ki et­nik qrup­la­rı da mə­də­ni eh­ti­yat­lar­la tə­min edir. Azər­bay­can və ya onun da aid ol­du­ğu türk mə­də­niy­yə­ti Qaf­qaz­da, İran­da və Şər­qi Ana­do­lu­da do­mi­nant ro­lu ilə se­çi­lir. Bu­nu şərt­lən­di­rən ta­ri­xi-mə­də­ni və si­ya­si fak­tor­lar var".

"Bu sax­ta­kar­lı­ğın ta­ri­xi on­la­rın gə­liş ta­ri­xi ilə baş­la­nır"

Alim vur­ğu­la­dı ki, bu əra­zi­lə­rin kök­lü xalq­la­rı öz­lə­ri­nə məx­sus mil­li folk­lor­la­rı ilə ya­na­şı, or­taq də­yər­lə­rə, mə­də­ni mi­ra­sa ma­lik­dir: "Am­ma bu­nu Qaf­qa­za, o cüm­lə­dən Azər­bay­can əra­zi­lə­ri­nə son iki əsr ər­zin­də gə­lən er­mə­ni ic­ma­la­rı haq­qın­da de­mək müm­kün de­yil. Çün­ki er­mə­ni­lər dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də, müx­tə­lif xalq­lar içə­ri­sin­də ya­şa­mış və on­la­rın mə­də­niy­yət­lə­ri­nin sa­də­cə ic­ra­çı­sı ol­muş­lar.

Ru­si­ya im­pe­ri­ya­sı­nın Qaf­qa­zı iş­ğal et­mə­sin­dən son­ra, yə­ni XIX əs­rin əv­vəl­lə­rin­dən baş­la­ya­raq, Qər­bi Azər­bay­ca­na və Azər­bay­ca­nın Qa­ra­bağ böl­gə­si­nə kö­çüb gə­lən er­mə­ni ic­ma­la­rı tək­cə gəl­dik­lə­ri əra­zi­lə­rin coğ­ra­fi­ya­sın­dan de­yil, ey­ni za­man­da, mə­də­niy­yə­tin­dən nan­kor­ca­sı­na is­ti­fa­də et­mə­yə baş­la­dı­lar. Bu is­ti­fa­də­nin sə­ciy­yə­si on­dan iba­rət idi ki, düş­dü­yü ye­ni mə­də­ni mü­hi­tin mə­ra­sim, mu­si­qi, sə­nət və xalq ya­ra­dı­cı­lı­ğı­nın çe­şid­li nü­mu­nə­lə­ri sax­ta­laş­dı­rı­lır, bun­la­rı er­mə­ni ya­ra­dı­cı­lı­ğı ki­mi təq­dim et­mə­yə ça­lı­şır­dı­lar. Be­lə tə­şəb­büs­lə­ri əks et­di­rən ki­fa­yət qə­dər ya­zı­lı qay­naq möv­cud­dur. Bu sax­ta­kar­lı­ğın ta­ri­xi on­la­rın gə­liş ta­ri­xi ilə baş­la­nır və in­di də da­vam et­mək­də­dir.

Qor­qud­şü­nas­lıq­da KDQ lek­si­ka­sın­da er­mə­ni söz­lə­ri mə­sə­lə­si də var. Bu ba­xım­dan fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru R.A.Baq­ram­ya­nın "Ki­ta­bi-Də­də Qor­qud das­tan­la­rı­nın di­lin­də er­mə­ni söz­lə­ri ad­lı mə­qa­lə­si diq­qə­ti cəlb edir. Mə­qa­lə­nin məğ­zi on­dan iba­rət­dir ki, qon­şu Azər­bay­can xal­qı­nın abi­də­si­nə or­taq hə­yat tər­zi­nə ma­lik er­mə­ni xal­qı­nın çox­lu söz­lə­ri ke­çib. Mü­əl­lif das­ta­nın məhz Qaf­qaz area­lı­na, azər­bay­can­lı­la­ra aid ol­ma­sı­nı er­mə­ni söz­lə­ri­nin var­lı­ğın­da gö­rür və qeyd edir: "Bu söz­lə­rin bö­yük bir qis­mi hə­lə­lik mü­ba­hi­sə­li ol­du­ğu üçün, on­la­rın 19-nu gös­tə­ri­rik".

Xalq das­tan­la­rı və na­ğıl­la­rı­mı­za er­mə­ni id­dia­sı...

Alim bil­dir­di ki, təd­qi­qat­çı hə­min söz­lə­rin das­tan­lar­da ne­çə də­fə iş­lən­di­yi­ni say­mış, Azər­bay­can türk­cə­si ağız­la­rın­da on­la­rı ax­tar­mış və er­mə­ni di­li­nin eti­mio­lo­ji lü­ğə­ti­nə söy­kə­nə­rək on­la­rın er­mə­ni di­li­nə məx­sus ol­ma­sı fik­ri­ni irə­li sü­rür: "Azər­bay­can fi­lo­loq­la­rı hə­min mə­qa­lə­nin qey­ri-el­mi, qə­rəz­li möv­qe­dən ya­zıl­dı­ğı­nı açıq­la­yan ya­zı çap edib.

R.A.Baq­ram­ya­nın er­mə­ni mən­şə­li he­sab et­di­yi söz­lər bun­lar­dır: al, qut, or­ğan, qı­van­maq/­gü­vən­mək, qır­vaş­maq/­qar­vaş­maq, çü­rü­mək, gə­nəz, sur, sü­nük, ər­qu­ru, qo­ru, şu, da­dı, gə­li­sa, xaç, tə­kur, pi­lon, ho­li, az­na­vur.

Bu söz­lə­rin ək­sə­riy­yə­ti türk mən­şə­li­dir. Eti­mio­lo­ji araş­dır­ma apar­ma­dan da bu­nu mü­əy­yən­ləş­dir­mək çə­tin de­yil. Xü­su­si­lə Si­bir türk­lə­ri­nin di­lin­də iş­lə­nən bu söz­lər və on­la­rın tö­rə­mə­lə­ri­nin türk mən­şə­li ol­ma­sı heç bir şüb­hə do­ğur­mur. Fars mən­şə­li kə­li­sa, xaç, yu­nan-la­tın mən­şə­li pi­lon, gür­cü mən­şə­li az­na­vur və s. söz­lə­rin sü­ni şə­kil­də er­mə­ni­ləş­di­ril­mə­si el­mi əsas­dan məh­rum­dur.

Y.Ağa­za­də­nin "SMOMPK" məc­muə­sin­də Azər­bay­can folk­lo­ru mə­sə­lə­lə­ri" ad­lı mə­qa­lə­sin­də məc­muə­də­ki folk­lor ma­te­ria­lı­na mü­na­si­bət bil­di­ri­lib. Mü­əl­lif məq­sə­di­ni be­lə açıq­la­yır: "Məq­sə­di­miz 40 il­dən ar­tıq bir dövr ər­zin­də ar­dı­cıl nəşr olu­nan məc­muə­də folk­lor­la bağ­lı ya­zı­la­rı təh­lil et­mək ol­ma­yıb, sa­də­cə, həl­li son də­rə­cə va­cib olan bir mə­sə­lə­yə -mil­li şi­fa­hi ədə­biy­yat nü­mu­nə­lə­ri­mi­zə sa­hib çıx­maq­dan, mil­li-mə­nə­vi sər­vət­lə­ri­mi­zin öz­gə adı­na çı­xa­rıl­ma­sı ki­mi son də­rə­cə ge­niş şə­kil­də in­ti­şa­rı­nı tap­mış qey­ri-el­mi, qey­ri-əx­la­qi fakt­la­ra qis­mən də ol­sa to­xun­maq­dan iba­rət olub".

Mü­əl­lif fakt­lar de­yən­də bə­zi mətn­lə­rin mil­li mən­su­biy­yə­ti­nin yan­lış gös­tə­ril­mə­si­ni, hə­lə o za­man bu əra­zi­lə­rə ye­ni gəl­miş er­mə­ni­lə­rin bi­zim folk­lor nü­mu­nə­lə­ri­mi­zi sax­ta­laş­dı­ra­raq öz ad­la­rı­na çıx­maq cəhd­lə­ri­ni nə­zər­də tu­tur. Onu da əla­və edim ki, məc­muə­də "Ov­çu Pi­rim", "Mə­lik­məm­məd" ki­mi Azər­bay­can xalq na­ğıl­la­rı­nın, "Şah İs­ma­yıl" das­ta­nı­nın er­mə­ni­lə­rə aid ol­du­ğu gös­tə­ri­lir. Bu mə­sə­lə­lə­rə ay­dın­lıq gə­ti­rən Y.Ağa­za­də M.Po­qo­so­vun "Tey­mur­ləng" haq­qın­da mə­qa­lə­si­ni tən­qid edir və mü­əl­li­fin Əmir Tey­mu­run er­mə­ni ol­ma­sı haq­qın­da rə­va­yə­ti­nin əsa­sı ol­ma­dı­ğı­nı ay­dın­laş­dı­rır. Məc­muə­də er­mə­ni sax­ta­kar­lı­ğı­na da­ir baş­qa nü­mu­nə­lər də var. Əl­bət­tə, bu tip­li mə­sə­lə­lə­rin ay­rı­ca ola­raq təd­qi­qi­nə və təh­li­li­nə cid­di eh­ti­yac var. Çün­ki er­mə­ni sax­ta­kar­lı­ğı çox ge­niş və əha­tə­li bir prob­lem­dir".

A.Xə­li­lov qeyd edir ki, H.İs­ma­yı­lov və S.Qə­ni­yev vax­ti­lə Şir­van əra­zi­sin­dən top­la­nıb SMOMPK məc­muə­sin­də çap olun­muş folk­lor ör­nək­lə­ri­nin bir qis­mi­nin sax­ta­laş­dı­rı­la­raq er­mə­ni­lə­rə aid edil­di­yi­ni ya­zır: "O za­man Göy­çay iki­si­nif­li mək­tə­bi­nin mü­əl­li­mi N.Ka­la­çev fər­qi­nə var­ma­dan çap et­dir­di­yi bir ne­çə Azər­bay­can na­ğı­lı­nı - "Şah İs­ma­yıl", "Əli xan", "Nov­ruz", "Mə­lik Məm­məd", "Qu­lu xan"ı er­mə­ni­lə­rə şa­mil edib". Mü­əl­lif­lər Ka­la­şe­vin be­lə ko­bud nöq­san­la­rı­na bax­ma­ya­raq, yüz iyir­mi il əv­vəl Azər­bay­can folk­lo­ru üçün gör­dü­yü xe­yir­xah işin bö­yük əhə­miy­yət da­şı­dı­ğı­nı da qeyd edir­lər. Əl­bət­tə, bu mə­sə­lə­də Ka­la­şe­vin nə də­rə­cə­də iş­ti­rak et­di­yi­ni mü­əy­yən­ləş­dir­mək çə­tin­dir. Çün­ki o, əya­lət­də top­la­ma işi apar­mış və mətn­lə­ri Tif­li­sə gön­dər­miş­di. Şüb­hə­siz ki, mə­lum məc­muə­nin nəş­rə ha­zır­lan­ma­sın­da sax­ta­kar er­mə­ni per­so­na­lı iş­ti­rak edib. Er­mə­ni­lə­rə məx­sus sax­ta­kar­lıq üs­lu­bu bu­nu bir da­ha təs­diq edir. XIX əsr­dən baş­la­nan bu sax­ta­kar­lıq pro­se­si bu gün də ey­ni üsul və üs­lub­la da­vam et­mək­də­dir".

Alim onu da vur­ğu­la­dı ki, gec-tez, er­mə­ni sax­ta­kar­lı­ğı bü­tün dün­ya­da if­şa olu­na­caq. Onun de­di­yi­nə gö­rə, er­mə­ni­lə­rin hər xalq­dan bir nü­mu­nə oğur­la­ma­ğı axır­da on­la­rın öz ba­şı­na bə­la ola­caq. Er­mə­ni sax­ta­kar­lı­ğı­na qar­şı bi­zim ba­rış­maz möv­qe tut­ma­lı ol­du­ğu­mu­zu de­yən A.Xə­li­lov he­sab edir ki, xa­ri­ci me­dia­da bu­nun­la bağ­lı da­ha çox iş­lər gö­rül­mə­li­dir.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 14 aprel.- S.13