Azərbaycanda atçılıq
turizminin perspektivləri…
Bahadur Bilalov: “Atçılıq
turizminin inkişafı
istiqamətində əsas
iş sahibkarların üzərinə düşür”
At Azərbaycan xalqının
həyatında, məişətində,
həmçinin, döyüş
meydanlarında həmişə
əvəzsiz rol oynayıb. Babalarımız at belində düşmən
üstünə yürüyüb,
zəfər qazanıblar.
Son illər ölkəmizdə
qədim tarixə malik atçılıq ənənələrinin bərpasına
xüsusi diqqət yetirilir. Azərbaycan Prezidentinin müvafiq
Fərmanı ilə
2006-cı ildə Şəki
rayonunda Atçılıq
Turizm Mərkəzinin
yaradılması bu qayğıya bariz nümunədir. Rayonun Daşüz
kəndində yerləşən
mərkəz 2007-ci ilin
fevralından Respublika
Atçılıq Turizm
Mərkəzinin filialına
çevrilib.
Məlumat üçün bildirək
ki, aktiv turizm sahələrindən
biri də atçılıqdır. Bu turizm növü dünyada geniş yayılıb və gəlir gətirən sahələrdən biridir.
Atçılıq turizmi dünyada
turistlərin diqqətini
ən çox cəlb edən sahələrdən biridir.
Bu turizm növünə
maraq göstərənlərin
sayı ildən-ilə
artır. Ölkəmizdə turizmin digər sahələri kimi, atçılıq turizminin
də inkişafı üçün kifayət
qədər imkanlar
var. Azərbaycanın relyefi
atçılıq turizmi
üçün olduqca
əlverişli sayılır.
Elə bu səbəbdən ölkə başçısının
2006-cı ilin aprelində
imzaladığı Fərmana
əsasən, Atçılıq
Turizm Mərkəzi yaradılıb. 2007-ci ildən qurum Respublika Atçılıq
Turizm Mərkəzi adlanır.
Qeyd edək
ki, ölkənin bir sıra bölgələrində
atçılıq mərkəzləri
fəaliyyət göstərir. Həmin mərkəzlərdə
xarici və daxili turistlərə atüstü gəzintilər
və milli at oyunları nümayiş etdirilir.
Atçılıq turizminin Azərbaycanda inkişafı və bu sahəyə maraq hansı səviyyədədir?
Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov “Bakı-Xəbər”ə
açıqlamasında qeyd
etdi ki, atçılıq turizmi ilə bağlı Şəki rayonunda kompleks var. Bu sahənin inkişafı üçün
öncə xüsusi atlara ehtiyac var: “Şəkidə bu sahədə lazımi işlər görülür. Ancaq digər regionlarda təşkil olunmuş formada proses həyata keçirilmir. Atçılıq turizmi ilə
məşğul olmaq
istəyənlərin öncə
atları və təlimatçıları olmalıdır.
Nəzərə almaq lazımdır
ki, hər insan ata minə
bilmir. Ata hansı tərəfdən
yaxınlaşıb, hansı
istiqamətdə minmək
önəmlidir. Ata düzgün yaxınlaşmayanda
o ürkərək xəsarət
yetirə bilir. Bu kimi problemlərin
yaşanmaması üçün
mütləq təşkilati
işləri aparılmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, Sahibkarlara
Yardım Fondu vasitəsilə bu iş maliyyələşməlidir:
“Nəzərə almaq
lazımdır ki, turizmin inkişaf edən və hər zaman tələbat olan sahələrindən biri atçılıqdır. Bu sahənin
inkişafı üçün
sahibkarların üzərinə
böyük iş düşür. Atçılıq turizmi gəlir
gətirən sahələrdən
biridir”.
Günel CƏLİLOVA
Bakı xədbər.- 2017.- 1 dekabr.- S.15.