“Respublika
Xatirə Kitabı”nın
şəhid Aydın Abdullayev haqqında povesti çapdan çıxdı
Kitabın müəllifi
“Bakı-Xəbər”in əməkdaşı İradə
Sarıyevadır
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin “Xatirə Kitabı” redaksiyası ilə “Bakı-Xəbər”
qəzetinin birgə layihəsi əsasında
“Şəhidlər ölməz,
Vətən bölünməz”
seriyasından ilk kitab nəşr edilib. “Gözlə, gələcəyəm” adlı
kitabın müəllifi
jurnalist-publisist İradə
Sarıyevadır.
İradə Sarıyevanın “Gözlə, gələcəyəm”
sənədli povestində
23 yaşında Vətən
uğrunda şəhid
olmuş xalqımızın
cəsur oğlu, gizir, kəşfiyyatçı-snayper
şəhid Aydın Əmirsoltan oğlu Abdullayevin ömür yolundan söhbət açılır.
Son dərəcə təsirli səhnələrlə
zəngin olan bu kitabı şəhidlərimizin müqəddəs
ruhlarına yazılmış
elegiyaya bənzətmək
olar. İnanırıq
ki, gələcək nəsillərə nümunə
olacaq şəhid Aydın Abdullayevin ömür yolundan bəhs edən bu kitabı oxucular maraqla qarşılayacaqlar.
“İstedadlı qələm dostum İradə Sarıyevanın
köksündən vurulan
yaralı bir durna harayına sətirlərinin arxasından
Aydının Ay işığı çöhrəsini
görürəm, pıçıltılarını
eşidirəm elə
bil”. Bu ifadə kitabın redaktoru Zülfüqar Şahsevənlinin “Gözlə,
gələcəyəm” kitabına
yazdığı “Gedirsən,
tez qayıt gəl, gözü yolda qalan var”
sərlövhəli redaktor
sözündə yer alıb.
Qeyd edək ki, kitabın layihə rəhbəri Azərbaycan
Respublikası “Xatirə
Kitabı” redaksiyasının
baş redaktoru Nəzakət Məmmədova,
redaktoru tanınmış
qələm sahibi Zülfüqar Şahsevənli,
rəyçisi “Bakı-Xəbər
qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının
İdarə Heyətinin
üzvü Aydın Quliyevdir.
“Azəri Poliqrafia”da
nəşr edilən
“Gözlə, gələcəyəm”
kitabının korrektorları
Kamilə Dilbazi, Aybəniz Sadıqova, texniki redaktoru Dilarə Hüseynova, dizayneri isə Cəfər Kərimovdur.
Bakı
xəbər.- 2017.- 7 dekabr.- S.4.