“Dolma” nəhayət ki, UNESCO-nu fəth edə bildi...

Tahir Əmiraslanov: “Biz buna Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü işlər sayəsində nail ola bildik

img

Azərbaycan milli mətbəxinin şah nemətlərindən olan dolma uzun illər ermənilərin hədəfində idi. Onlar milli mətbəximizə aid olan dolmanı dəfələrlə öz adlarına təqdim etməyə cəhd edirdilər. Lakin Azərbaycan tərəfin erməni saxtakarlığına qarşı apardığı davamlı mübarizə nəticəsində onlar buna nail ola bilmədilər.

 

Artıq dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. APA-n;n məlumatına görə, bu barədə UNESCO-nun saytında məlumat yer alıb. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov özünün “twitter" səhifəsində buna ikillik əmək nəticəsində nail olduqlarını bildirib.

 

Azərbaycana məxsus kulinariya növü kimi dolmanın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmasını müsbət qarşılayan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir ƏmiraslanovBakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, uzun illər aparılan məqsədyönlü mübarizənin nəticəsidir: “Biz buna Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü işlər sayəsində nail ola bildik. Əgər Mehriban xanımın səyləri, nüfuzu olmasaydı, bu hal baş tutmayacaqdı. Ermənilər uzun illər həyasızlıqla yalan məlumatlar yayır, saxtakar niyyətlərə xidmət edirdilər. Onlar həmişə yalan danışır düzgün mübarizə aparmırlar. Azərbaycan mədəniyyət nümunələrinin UNESCO-da nümayiş etdirilməsi qəbul etdirilməsi zamanı UNESCO üzvləri hər zaman görürdülər ki, Mehriban xanımın hər sözünün  arxasında elmi şəkildə əsaslandırılmış gərgin zəhmət ədalət durur. Ona görə o, hansısa bir fikri deyirsə, qurum nümayəndələri ona çox diqqətlə qulaq asır fikri əsas götürülür. Çünki Mehriban xanım heç vaxt ədalətsiz qərar qəbul etmir. Bu da dolmanın Azərbaycan milli mətbəxinin nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə çox güclü təsir göstərdi. Bu işə nail olmağımızın əsas səbəbkarı Mehriban Əliyevadır”.

 

T.Əmiraslanovun sözlərinə görə, Mədəniyyət Turizim Nazirliyi , bu qurumun xarici əlaqələr sektoru da, Azərbaycanın UNESCO-da olan nümayəndəsi bu yöndə işlər görüb. Özünüz bilirsiniz ki, bu sahədə xeyli işlər gördük. “Dolma” festivalları keçirdik. Azərmarka” “Dolma” poçt markaları buraxdı həmin markanın 10 ədədi Dünya Kulinariya Təşkilatı tərəfindən imzalandı, yayıldı. Eyni zamanda bununla bağlı müxtəlif tədbirlər keçirildi. Biz onların elmi əsaslandırılmasının üzərində işləyirdik. 356 dolma növünü ortaya çıxardıq. Bu bizim milli mətbəx nümunəmiz olduğu üçün, bunları həyata keçirdik, öz malımıza yiyə durduq” - deyən T.Əmiraslanov bildirdi ki, bu sahədə Milli Kulinariya Mərkəzi əlindən gələni etdi.

 

İradə SARIYEVA  

Bakı xəbər.- 2017.- 8 dekabr.- S.13.