Azərbaycanın turizmdən gəlirləri
əhəmiyyətli dərəcədə
artacaq
Azərbaycanda qeyri-neft sektorunun mühüm qolu kimi turizmin inkişaf
etdirilməsi istiqamətində
atılan addımlar artıq öz müsbət nəticələrini
verməyə başlayıb.
Bunu ölkəyə gələn tursitlərin sayının artması, eləcə də həmin tursitlərin burada xərclədikləri
vəsaitin miqdarının
çoxalması aydın
surətdə təsdiq
edir.
Məlumat üçün
bildirək ki, cari ilin 11 ayı
ərzində ölkəmizə
gələn xarici vətəndaşların sayı
2 477 908 nəfər olub.
Onlar arasında əsas yeri Rusiya, Gürcüstan,
İran, Türkiyə,
Birləşmiş Ərəb
Əmirlikləri, İraq,
Ukrayna, Səudiyyə
Ərəbistanı tutur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə
bu il əsas
artım tempi göstərən ölkələr
İran, Birləşmiş
Ərəb Əmirlikləri,
Rusiya olub. Mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov da bu fonda vurğulayır
ki, son illər
ərzində turizm qeyri-neft sektoru arasında Azərbaycan iqtisadiyyatının şaxələndiriməsi
istiqamətində aparıcı
sahələrdən biri
olub. O bildirir ki, dövlət başçısının turizm
sahəsinə verdiyi dəstək, göstərdiyi
diqqət və qayğı öz nəticəsini verir. N.Səmədov onu da qeyd edib ki,
ölkəmizə gələn
xarici turistlər 1.3 milyard dollar, Azərbaycandan xaricə gedən turistlər isə 1.2 milyard dollar xərcləyib:
"100 milyon dollar müsbət saldo yaranıb ki, bu da müsbət
haldır".
Hazırda Azərbaycana
ərəb ölkələrindən,
Fars körfəzi dövlətlərindən gələn
tursitlərin sayında
ciddi artım müşahidə olunur. Amma Azərbaycan rus turistlərin də diqqətini getdikcə özünə
daha çox cəlb etməyə başlayır. Rusiyanın “Kommersant Denqi” qəzeti yazır ki, böhran illəri rusiyalı turistləri səyahət
üçün yeni,
maksimum aşağı
büdcəli istiqamətlər
axtarmağa məcbur edib: “Hazırda rusiyalı turistlərin daha bir favoriti
- Azərbaycan meydana çıxıb”. Qəzet “Skyscanner”in
məlumatına əsasən
yazır ki, Yeni il bayramı
günlərində səfərlər
üçün top-20 istiqamətinə
üç yaxın xarici ölkə daxildir: ümumi siyahıda Gürcüstan
8-ci, Azərbaycan 10-cu, Ermənistan
isə 18-ci yerdədir.
Şirkətin inkişaf
üzrə Rusiyada meneceri Dmitri Xavanski bu yaxınlarda
Gürcüstanın
və Azərbaycanın
siyahıda yerlərini
dəyişəcəyini istisna
etmir: “Bir çox səyahətçilər
Tiflisdə olublar və indi özləri
üçün Bakını
kəşf edirlər.
Bundan əlavə, Azərbaycana uçuşlar
rusiyalılar üçün
daha əlçatandır:
yeni reyslər, Bakı-Gəncə marşrutu
üzrə yeni daşıyıcılar, o cümlədən
“Pobeda” aviaşirkəti
yaranıb”. Oxşar hesablamalar “Momondo” axtarış saytında da yer alır.
Xidmətin nümayəndəsi
İrina Ryabovolun sözlərinə görə,
Azərbaycan 2015-ci ildən
öz sıçrayışlı
artımını 141 faizlə
göstərib: “Hazırda
ölkə populyarlığına
görə postsovet məkanı istiqaməti üzrə 4-cü yerdədir.
Lakin bizim proqnozlara əsasən,
2018-ci ildə 2-ci yerə
yüksələcək”.“OneTwoTrip”
şirkətinin inkişaf
üzrə direktoru Arkadi Gines qeyd
edib ki, Bakıya aviabiletlərin yeni il günləri
üçün satışı
il ərzində 70 faiz artıb. Bu, əsasən, uçuşun qiymətinin
analoji dövrdə 27
faiz – 13 min rubladək aşağı
salınması fonunda
baş verib. Rusiya sərhəd xidmətinin məlumatında
bildirilir ki, son 4 il ərzində
Azərbaycana turist səfərlərinin sayı
18 faiz artıb. Nəzərəçarpan pozitiv
dinamika bu il də qorunub
saxlanı. Amma Azərbaycan təkcə rusiyalı deyil, digər ölkələrdən
gələn tursitləri
də çox maraqlandırır. Elə
bunun nəticəsidir
ki, görülən işlər sayəsində
Azərbaycana gəlmək
istəyən turistlər
üçün elektron
qaydada viza müraciətinə ən
geci 3 saata qədər baxmaq mümkün olacaq. “Turizm haqqında” yeni qanun layihəsinə
görə, elektron vizanın sürətləndirilmiş
qaydada alınması üçün müraciət
edildikdə ən geci 3 saat müddətinə
müraciətə baxılacaq.
Qeyd edək
ki, hazırda ölkəyə gəlmək
istəyən turistlər
üçün elektron
qaydada viza müraciətinə ən
tez 3 iş gün müddətinə
baxılır.
Bundan başqa o da
məlumdur ki, Azərbaycanda turizm cəlbediciliyini yüksəltmək
məqsədilə ölkənin
regionlarında 2 və
3 ulduzlu “hostel” tipli yerləşdirmə yerlərinin, iaşə və əyləncə xidməti obyektlərinin yaradılması dövlət
tərəfindən dəstəklənəcək.
Bu barədə məsələ 2018-ci ilin
dövlət büdcəsində
də ayrıca şəkildə nəzərdə
tutulur. Bununla yanaşı, ölkədə
turizmin inkişaf etdirilməsi məqsədilə
bir çox tədbirlərin həyata
keçirilməsi planlaşdırılır.
Belə ki, ölkədə əlverişli
ərazilərdə yeni
turizm zonalarının
yaradılması nəzərdə
tutulur. Dövlət, həmçinin, hədəf ölkələri
ilə birbaşa uçuşların sayının
artırılması, uyğun
qiymətə xidmətlər
təklif edən özəl şirkətlərin
və milli aviaşirkətlərin formalaşdırılmasına
dəstək göstərəcək.
Xaricdən gələn turistlərin
sayının artırılması
məqsədilə qış
turizm komplekslərində
müxtəlif mövsümlərdə
böyük və cəlbedici festivalların
keçirilməsi və
yerləşdirmə imkanlarının
təkmilləşdirilməsi də nəzərdə tutulur. Bundan əlavə, Xəzər
dənizinin Azərbaycana
mənsub olan bölməsindən turizm
məqsədləri üçün
daha səmərəli
istifadəni təmin etmək məqsədilə
yeni özəl və ictimai çimərliklərin yaradılması
və digər bir sıra tədbirlərin
həyata keçirilməsi
planlaşdırılır. Bütün bunlar da, öz növbəsində,
Azərbaycana gələn
turistlərin sayında
ciddi artım olacağını düşünməyə
əsas verir.
Nahid SALAYEV
Bakı
xəbər.- 2017.- 21 oktyabr.- S.11.