Azərbaycan Prezidenti
Bakıda Niyazinin abidəsinin
açılışında böyük sənətkarla
bağlı öz şəxsi xatirələrinə də yer
ayırdı...
Bakının Niyazi küçəsində
yerləşən parkda görkəmli dirijor, SSRI Xalq
Artısti, maestro Niyazinin abidəsinin açılış mərasimi
olub.
APA-nın məlumatına görə,
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə
iştirak edib.
Dövlət
başçısı maestro Niyazinin abidəsinin
açılışını edib.
Abidənin
hündürlüyü 3, pyedestalının
hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin
üst plitəsi royalın qapağı formasındadır.
Abidənin pyedestalı isə qara qranitdən
hazırlanıb. Bürüncdən hazırlanan heykəlin
müəllifi Xalq Rəssamı Ömər Eldarov, memarı
isə Əməkdar Memar Elbay Qasımzadədir.
Dövlət
başçısı mərasimdə çıxış
edib. O, Niyazinin Azərbaycan dirijorluq məktəbinin əsasını
qoyduğunu bildirib və qeyd edib ki, bu gün onun
davamçıları öz sənəti ilə bizi sevindirirlər.
“Niyazi
böyük Üzeyir Hacıbəylinin layiqli
davamçısı idi. Niyazi Azərbaycan dirijorluq məktəbinin
əsasını qoyub və bu gün onun
davamçıları öz sənəti ilə bizi sevindirirlər.
Niyazi Azərbaycan musiqi mədəniyyətinə çox
böyük töhfə verib. O, Sovet İttifaqında ən
tanınmış və ən istedadlı dirijorlardan biri idi.
Niyazi Azərbaycanı, Azərbaycan xalqını həm sovet
məkanında, həm dünyada layiqincə təmsil edirdi,
xalqımızın istedadını nümayiş etdirirdi.
Onun dirijorluq sənəti xalqımızın böyük dəyəridir
və demək olar ki, Azərbaycan bəstəkarlarının
bütün simfonik əsərlərinin birinci dirijoru Niyazi
olub.
Dünyada
və sovet məkanında dirijor kimi tanınan Niyazi, eyni
zamanda, gözəl bəstəkar idi, onun əsərləri
bu gün də yaşayır. Onun əsərlərində Azərbaycan
musiqi mədəniyyəti özünü büruzə
verib.Niyazinin çox böyük ictimai fəaliyyəti də
olub. O, bir neçə çağırış Azərbaycan
Ali Sovetinin deputatı seçilib. Onun fəaliyyəti xalq,
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
O, Sovet İttifaqının Xalq Artisti adına layiq
görülüb. Sovet İttifaqının ən
böyük mükafatı - Sosialist Əməyi Qəhrəmanının
qızıl ulduzu ilə təltif edilib. Bu təltiflər və
eyni zamanda, ona verilmiş beynəlxalq mükafatlar doğrudan
da onu göstərir ki, Niyazi böyük şəxsiyyət,
böyük sənətkar və Azərbaycan xalqının
layiqli nümayəndəsi idi. Biz haqlı olaraq onun
sağlığında da onunla fəxr edirdik, bu gün də
fəxr edirik.
Mənim Niyazi ilə bağlı öz
xatirələrim var. Atam, ulu öndər Heydər Əliyevlə
onu dostluq əlaqələri bağlayırdı. Heydər Əliyev
həmişə Niyaziyə çox böyük diqqətlə,
qayğı ilə yanaşırdı. Dəfələrlə
Niyazi müəllim və Həcər xanım bizim evimizdə
olublar. O məclislərdə mən də iştirak
etmişdim və görürdüm ki, doğrudan da Niyazi
çox gözəl insandır. Onu tanıyanlar bilirlər ki,
onun çox gözəl xatirələri olmuşdur, gözəl
əhvalatlar bilirdi, çox zarafatcıl idi, onda çox
böyük yumor hissi var idi. Doğrudan da o xatirələr bu
gün də mənim yaddaşımda yaşayır, bu,
unudulmaz günlər idi. İndi vaxt keçdikcə, əlbəttə,
biz daha aydın şəkildə görürük ki, Niyazi
dahi şəxsiyyət idi və yenə də deyirəm, o,
xalqımızı ləyaqətlə təmsil edirdi.
Azərbaycan
dövləti öz mədəni irsinə həmişə
böyük diqqətlə yanaşır. Biz görkəmli
şəxsiyyətlərimizin xatirəsini
yaşadırıq, əbədiləşdiririk. Son bir
neçə il ərzində şəhərimizin mərkəzində
ardıcıllıqla görkəmli mədəniyyət xadimlərinin
– Fikrət Əmirovun, Qara Qarayevin, Bülbülün, Rəşid
Behbudovun abidələri açılmışdır. Bu
gün bu gözəl parkda, Niyazinin adını daşıyan
bu gözəl küçədə Niyazinin abidəsi də
açılır.
Niyazinin adı Azərbaycanda əbədiləşdirilib.
Azərbaycan teleradio şirkətinin simfonik orkestri, uşaq
musiqi məktəbi, gəmi, küçə onun adını
daşıyır, bu gün də Niyazinin möhtəşəm,
çox gözəl və əzəmətli, eyni zamanda, bu əraziyə
uyğun abidəsi açılır.Onu da qeyd etməliyəm
ki, bu il bir neçə görkəmli şəxsiyyətlərimizin
yubiley tədbirləri dövlət səviyyəsində qeyd
ediləcək. Bülbülün 120 illik, Tofiq Quliyevin,
Cövdət Hacıyevin 100 illik, Mstislav Rostropoviçin 90
illik yubileyləri bu il, Qara Qarayevin 100 illik yubileyi isə gələn
il keçiriləcək. Bütün bu əlamətdar tarixlər
dövlətin tam dəstəyi ilə yüksək səviyyədə
keçiriləcək.
Ümumiyyətlə, demək istəyirəm
ki, biz öz mədəni irsimizə çox sadiqik və
müstəqil Azərbaycan dövləti çox güclü
milli-mənəvi köklər, əsaslar üzərində
qurulubdur. Biz müstəqil, müasir ölkəyik. Ancaq bizim
gücümüzün mənbəyi milli tariximizdir,
keçmişimizdir, mədəniyyətimizdir. Biz xalq olaraq
öz mənliyimizi ona görə qoruya bilmişik ki, öz mədəniyyətimizi,
dilimizi, ədəbiyyatımızı qoruya bilmişik və
bu gün də qoruyuruq.
Azərbaycan xalqı öz görkəmli
nümayəndələri ilə fəxr edir. Fəxr edirik ki,
bizim görkəmli mədəniyyət, incəsənət
nümayəndələrimiz dünya miqyasında özlərinə
yer tapa biliblər. Bu, əlbəttə, xalqımızın
istedadını göstərir və onu göstərir ki, biz
dünya mədəniyyət xəzinəsinə çox
böyük və dəyərli töhfələr
vermişik.Bu gün Azərbaycan dövlətinin siyasətinin
əsas istiqamətlərindən biri də humanitar sahə - mədəniyyət,
incəsənət və ədəbiyyat ilə
bağlıdır. Son illər ərzində bu istiqamətlərdə
böyük işlər görülmüşdür. Bizim
20-dən çox teatrımız, muzeyimiz əsaslı şəkildə
təmir olunub. Azərbaycan o ölkələrdəndir ki, hətta
iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin
inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir.
Çünki bu, həm bu gün üçün, həm də
gələcək üçün lazımdır. Öz mədəniyyətini
qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni
zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik.
Bizim mədəniyyətimiz qürur mənbəyimizdir. Biz mədəniyyətimizi
qoruyuruq və çox şadam ki, çox gözəl gənc
nəsil yetişir. Bizim gənc nəsil artıq həm
müasir musiqini öyrənir, eyni zamanda, öz milli köklərinə
çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm
də beynəlxalq iştirakçıların
qatıldığı muğam festivalları, muğam
müsabiqələri çox böyük maraq doğurur və
bütün bölgələrdən olan gənclər,
uşaqlar, yeniyetmələr çalışırlar ki, o
müsabiqələrdə iştirak etsinlər, özlərini
göstərsinlər. Bu, çox əlamətdar hadisədir.
Bu, sadəcə olaraq bir musiqi müsabiqəsi deyil. Muğam
müsabiqələri bizim milli musiqimizi yaşadan tədbirlərdir.
Bu tədbirlərin çox böyük əhəmiyyəti
var. Müxtəlif bölgələrdə muğam evlərinin
yaradılması, musiqi məktəblərinin tikilməsi bu
istiqamətdə atılan düzgün addımlardır. Mən
son illər ərzində bölgələrdə dəfələrlə
musiqi məktəblərinin, uşaq yaradıcılıq mərkəzlərinin,
muğam mərkəzlərinin
açılışlarında olmuşam və bütün
bu binalar, orada yaradılmış şərait əlbəttə
ki, bizi sevindirir və bir daha bizim niyyətimizi göstərir.
Bugünkü mərasim, yəni, böyük sənətkar
Niyaziyə ucaldılmış bu abidənin
açılışı bax, bu sıradan olan
addımlardır.Mən sizi və bütün Azərbaycan
xalqını bu gözəl hadisə münasibətilə
bir daha təbrik edirəm. Sağ olun”.Sonra Bakı Musiqi
Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli,
bəstəkar, xalq artisti Faiq Sücəddinov, beynəlxalq
müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, xalq rəssamı,
heykəltəraş Ömər Eldarov çıxış
ediblər.Prezident İlham Əliyev abidənin önünə
gül dəstəsi qoyub.Qeyd edək ki, Azərbaycan dirijorluq
məktəbinin formalaşması və inkişafı
Niyazinin adı ilə bağlıdır. Niyazi dirijorluq fəaliyyətinə
ötən əsrin 30-cu illərində başlayıb. 1935-ci
ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik
nümunələrini – “Rast” və “Şur”u nota
köçürən Niyazi 1946-cı ildə gənc
dirijorların baxış müsabiqəsinin laureatı
adını qazanıb, 1949-cu ildə ən məşhur əsərini
– “Rast” simfonik muğamını yazıb. Böyük sənətkar
müxtəlif vaxtlarda Azərbaycan SSR-in Xalq Artisti, SSRİ Xalq
Artisti adlarına, Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət mükafatına, SSRİ Dövlət
mükafatına, Sosialist Əməyi Qəhrəmanı
adına, Nehru adına beynəlxalq mükafata layiq
görülüb. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii
rəhbəri və dirijoru olub.
Dövlət başçısı mərasimdə
iştirak edən mədəniyyət və incəsənət
xadimləri ilə söhbət edib.Sonda xatirə şəkli
çəkdirilib.Bakının Niyazi küçəsində
yerləşən parkda görkəmli dirijor, maestro Niyazinin
abidəsinin açılış mərasimi olub.APA-nın məlumatına
görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə
iştirak edib.
Dövlət başçısı mərasimdə
çıxış edib.
Bakı
xəbər.- 2017.- 3 fevral.- S.3.