37 il əvvəl
əməliyyat
olunan xərçəng
xəstəsi
hələ
də
qəbuluma
gəlir”
– Baş həkim
ATU Onkoloji Klinikasının baş həkimi: “İldə bir dəfə yoxlanmaq lazımdır”Bədxassəli şişləri xarakterizə edən əlamətlər xəstəliyin gec dövründə ortaya çıxır. Bu da xəstəliyin ilkin mərhələdə aşkarlanmasını gecikdirir. Belə olan təqdirdə, insanlar bəşəriyyətin ən qorxulu xəstəliklərindən biri sayılan xərçəngə qarşı necə mübarizə aparsınlar? Hansı əlamətlərdən şübhələnib həkimə getmək lazımdır? Xərçəng – mütləq ölüm deməkdirmi?Bu və digər sualları 4 fevral – Xərçəng Xəstəliyinə qarşı Ümumdünya Mübarizə günündə Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi, dosent Nəsimi Qasımova ünvanladıq. Hər kəsi maraqlandıran bu mövzuda müsahibəni təqdim edirik:
– Statistika dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda ildən-ilə onkoloji xəstəlikdən əziyyət çəkən adamların sayının artdığını göstərir. Bunun səbəbi nə ilə əlaqədardır? İnsanların özlərinin asğlamlığına biganə olması, yoxsa həqiqətən yaşayış tərzimizlə bağlıdı?
– Doğrudan da, dünya əhalisində bədxassəli şişə yoluxanların sayı ilbəil artır. Bununla bağlı bu yaxınlarda ölkəmizdə keçirilən beynəlxalq forumda bir Nobel mükafatçısının cavabını təkrarlamaq istəyirəm. Ona da belə bir sual olunmuşdu ki, “Nobel mükafatçısı olaraq bədxassəli şişin belə artmasının səbəbini nədə görürsünüz?” Və o cavabında bildirmişdi ki, eramızdan əvvəl insanların orta yaş həddi 35 yaş, 19-cu əsrdə çar Rusiyasında orta ömür 43,7 yaş idi. 100 il keçdikdən sonra yəni 2013-cü ildə insanların orta ömrü 79 yaşdan yuxarı hesab olunur. Yəni bununla demək istəyirəm ki, 100 il ərzində insanların ömrü 2 dəfə artıb. Belə olanda, xəstə sayının artımı da təbiidir.
1989-cu ildə Ümumittifaq Onkoloji Mərkəzin direktoru, akademik Nikolay Nikolayeviçin bir sözü var idi: “XX əsrin sonu, XXI əsrin əvvəllərində hər kəs öz xərçənginə tutulana qədər yaşamalıdır.” Yəni, insan ömrü o qədər uzun olmalıdır ki, orqanizmdə baş verən proseslər nəhayət hüceyrələrin mutasiya olunaraq bədxassəli şişə keçməsinə səbəb olsun.
“Hər
bir avtomobil kanserogen maddəni atmosferə buraxır”
Lakin, təbii ki, ömür yaşının artması
xərçəngin yayılmasının yeganə və
əsas səbəbi deyil. Bədxassəli şişlərin
belə
geniş yayılması
həm
də
müasir həyatın texniki cəhətdən zənginləşməsi, sosial həyatın
yaxşılaşması, istehsalın
artması ilə əlaqədardır.
Belə ki, artıq
ətraf
mühitin çirklənməsi bizdən asılı olmayaraq, ilbəil-günbəgün artır. Sənayəni nə
qədər əhalinin
yaşayış sahəsindən kənara
aparsaq da, bu mümkün deyil.Məsələn, avtomobilsiz
yaşamaq mümkün
deyil. Hər bir avtomobil də
kanserogen maddə olan 3-4 benzipiril atmosferə
buraxır. İnsanların böyük əksəriyyəti siqaret çəkir, bu da ağciyər xərçənginin yaradan vasitələrdən biridir. Qadınlarımız normal doğuşla nəticələnən
hamiləliklərin sayını kifayət qədər azaldıblar. Əgər əvvəl ailədə
uşaq sayı 5-7 idisə,
indi bu uşaqların
sayı 1-2-dir. Qidalanma
faktoru: ət və ət məhsullarının qəbulu
gündəlik
rasionda kifayət qədər artıb, süd məhsulları,
meyvə-tərəvəz
qəbulu
olduqca azalıb. Bütün bunların xəstəliyin
artmasına təsiri olur.
Rəqəmlərə nəzər salaq: 1996-cı ildə Azərbaycanda
hər
il 5498 xəstə aşkar
olunurdusa, 2015-ci ildə aşkar olunan xəstə sayı 10.354 nəfərdir. Demək ki, 20 il
ərzində təqribən 2 dəfədən çox
artım aşkar olunur. Hələ mən
bu statistikanın tam dəqiq
olduğunu deməzdim, çünki Azərbaycan ərazisinin
20%-dən
çoxu mənfur düşmənlərimiz tərəfindən işğal olunub. Miliyondan yuxarı qaçqın və
məcburi
köçkünlərimiz
var. Onların statistikasının
nə
qədər düzgün olduğunu demək,
mənim
üçün çətindir. Xərçəng nəinki
dünyada, bizim ölkədə də
artan xəstəlikdir.
“Klinikamıza orta hesabla 10 min xəstə
müalicə
edir”
– Ölkəmizdə ən çox hansı orqanlarda (hansı növ) onkoloji xəstəliklər yayılıb? Məsələn, bizim klinikaya
ən
çox hansı yönümlü xərçəng xəstələri müraciət edir?
-2015-ci ilin hesabatında
10.354 nəfərin bədxassəli şiş diaqnozu qoyulub. Bunlardan çoxu
süd vəzinin bədxassəli şişidir- 1751 nəfərdə,
II yerdə
ağciyər
xərçəngi – 1151 nəfərdə, III yerdə mədənin xərçəngi 1073 nəfərdə aşkarlanıb.
Və bu
dünyada da göstəricilər təqribən üst üstə düşür.
Və nəzərə alsaq ki, bizim ölkə də
İnkişaf edən ölkədir
(İEÖ), dünyada qəbul olunmuş statistik məlumatlara
görə
bədxassəlişiş məhz
İEÖ-də
artmağa başlayır.
Çünki bir sra öplkələr artıq inkişaf edib, orda müəyyən stabillik
var. Bizim ölkə müstəqillik
qazandıqdan sonra günügündən
təhsili
ilə,
sərvətləri ilə sürətlə inkişaf edir.
Klinikamıza müraciət
edən
xəstələrin də əksəriyyəti əsasən bu 3 növ xərçəngdən əziyyət çəkir. Lakin onlar
arasında onko-ginekoloji
yönümlü müraciətlər üstünlük
təşkil
edir. İl ərzində orta hesabla xəstəxanamıza on min nəfərə qədər insan bədxassəli şişlə
müraciət
edir. Bunların böyük əksəriyyəti
kimyəvi
dərman
terapiyası alır.
Ötən ilki hesabata əsasən, 2600 nəfərə qədər xəstə isə əməlliyyat olunub.
– Elə
simptomlar varmı ki, yalnız bu xəstəliyə aid olsun? Yəni, insanlar hansı
əlamətləri müşahidə edəndə narahat olub mütləq həkimə müraciət
etməlidirlər?
“Yaşı 35-dən yuxarı
insanlar ildə bir dəfə tam müayinə
olunmalıdırlar”
-Bədxassəli şişləri
xarakterizə
edən
simptomlar onların gec dövrünə təsadüf
edir. İlkin dövdə
hər
orqana xas olan simptomlara bəzən rast gəlinir.
Əgər söhbət süd vəzindən gedirsə,
hər
bir qadın öz-özünü müayinə etməlidir. Mədə-bağırsaqda da insanlar nəsə narahatlıq
hiss etdikləri
an həkimə müraciət
etməlidirlər. Nəcisdə, sidikdə
qan olduqda, bəlğəmdə qan olduqda şübhələnmək
lazımdır. Hərçənd ki, bunlar da ilk simptomlar deyil. Yəni insanlar öz-özlərinə diqqət
yetirməlidirlər. Xəstəliyi tez aşkar
edə
bilmək
üçün yaşı
35-i keçmiş insanlar
ildə
bir dəfə
özlərini
tam müayinə
etdirməlidirlər.
Həmin
ATU-nun Onkoloji Klinikası,
Həm
də
Milli Onkologiya Mərkəzində bunun üçün hər
bir şərait var. Klinikaya
gəlməyə vaxtı
olmayanlar yaxınlıqda
yerləşən poliknikalara müraciət edib, ağciyərlərin
rentgenini, süd vəzilərini müayinə
edə
bilərlər. 10 mərtəbəli Klinikamızda
90 stasionar çarpayısı,
10 gündüz stasionar
çarpayısı var. Binanın
iki mərtəbəsi diaqnostik, digər iki mərtəbəsi isə poliklinik xəstələrin qəbulu
üçündür. Müasir
cərrahi
müdaxilə
mərkəzimiz var. Bədxassəli şişlərin
diaqnostikası üçün
bütün laboratoriyalarımız
mövcuddur: Endoskopik,
ultrosonoqrofik, kardioloji,
mammoqrafiya və s.
Bir şeyi
də
qeyd edim ki, kimyəvi
dərman
terapiya təchizatı artıq
uzun müddətdir ki, dövlət tərəfindən
aparılır.
– Xərçəngin yaranmaması üçün
hansısa profilaktik tədbirlər varmı?
– Bu mənada
profilaktika əsasən iki hissəyə bölünür. Birincisi – dövlət tərəfindən görülən
işlərdir.
Bunlara ətraf
mühitin çirklənməməsi
üçün iri sənaye
mərkəzlərinin əhalinin sıx yaşadığı
ərazilərdən kənara aparması, yaşılllıq
zonalarının salınması,
siqaret, tütün və
spirtli içkilərin reklamının qadağan
olunması və s. daxildir.
İkinci növ tədbirlərə isə profilaktik müayinələr aiddir. Bunlar müəyyən tibb idarələri tərəfindən kütləfi
şəkildə həyata
keçirilir. Amma yenə də
çox şey insanın özündən asılıdır. Profilaktik baxış
keçirilməlidir
ki, hansısa bir xəstəlik aşkar olunduqda, erkən
mərhələ olsun və
onu müalicə etmək
də
asan olsun.
Bədxassəli şişlər ilkin mərhələdə
demək
olar, simptomsuz inkişaf edən xəstəlikdir. Xəstəlik müəyyən vəziyyətə gəldikdən sonra aşkarlarnır.
Bunda da artıq III-IV mərhələ olur.
Bunda da müalicə mümkündür,
amma müəyyən çətinliklərlə qarşılaşa
bilərik.
Odur ki, hər
kəsi
35-40 yaşından sonra
ildə
1 dəfə ümumi həkim müayinəsindən keçməyə çağırıram.
– Xərçəng xəstəliyi mütləq
ölümlə
nəticələnirmi?
– Bu cür yanaşmanı düzgün hesab etmirəm.
İstənilən xəstəlik nə
vaxtsa ölümlə nəticələnə
bilər,
o cümlədən xərçəng. İnsan təbii
ki, fizioloji olaraq, heç bir xəstəliyə tutulmasa belə, müəyyən yaşa
çatdıqda dünyasını
dəyişir.
Xərçəng xəstələri də haçansa dünyasını
dəyişə bilər.
O qədər xəstəmiz var ki, onlar
bədxassəli şişdən
müalicə
olunaraq yaşayıb,
amma infarktdan dünyalarını dəyişirlər.
– Dəfələrlə
mətbuatda
“Xərçəngin dərmanı
tapıldı” kimi xəbərlər yayılır.
Həqiqətdə necədir
– hazırda bu xəstəlikdən, bədxassəli şişlərdən tam müalicə
metodu mövcuddurmu?
-Hələ ötən
əsrin
50-ci illərin
əvvəllərində, 40-cı illərin
sonunda Çin Xalq Respublikasında, İsraildə
xərçəngin çarəsi
tapılması haqqında
xəbərlər dolaşıdrıd.
Amma sonra xəbər yalanlanırdı.
Bu gün bədxassəli şişlərin
müalicəsi
mövcuddur. Yəni, demək
olmaz ki, müalicəsi
yox idi, indi tapıldı. Bu xəstəliyin aşkar olunması üçün əlimizdə kifayət
qədər müayinə
metodları var. Bu xəstəliyin müalicəsi üçün istərsə əməliyyat, istərsə şüa
terapiyası, istərsə də kimyəvi
dərman
terapiyaları elmə məlumdur.
Ölkəmizdə bədxassəli şiş xəstələrinə yardım göstərmək üçün
kifayət
qədər geniş imkanlar var. Deyə
bilərəm ki, MDB məkanında
bu baxımdan ən yaxşı şərait bizdədir.
“37 il əvvəl əməliyyat etdiyim xəstə hələ də
müayinəyə gəlir”
– Bu günə
qədər üzləşdiyiniz
hansı xəstə hələ də yaddaşınızdadır?
Adətən həkim-onkoloqun yaddaşında uzun müddət
yaşayan xəstələr
qalır. Yaxud da əməliyyat vaxtı
çətinə düşdüyümüz və ya əməliyyatdan sonra ağırlaşması
olan xəstələr.
Bakı xəbər.- 2017.- 7 fevral.-
S.11