Tarixdə iz buraxanlar: Hamdi Yazır Əlmalılı
Hamdi Yazır Əlmalılı osmanlıların son
zamanlarında yetişən məşhur din adamlarındandır. 1878-ci ildə Antalyanın Əlmalı
qəsəbəsində
anadan olub. Atası Seriya məhkəməsinin baş katibi olan alim Numah bəydir. Anası Əlmalı alimlərindən olan Əsəd bəyin qızı
Fatma xanımdır.
Hamdi Yazır Əlmalılı oxumağı və yazmağı öz
atasından öyrənməyə başlayıb. İlk və
orta məktəbi Əlmalıda
tamamlayıb. İlk orta təhsili ilə hafizliyini də Əlmalıda tamamlayan Hamdi
Yazır təhsilinə davam etmək
üçün dayısı Mustafa bəylə birlikdə İstanbula gedib və kiçik Ayasofya Mədrəsəsinə yerləşib. Ərəb dilini öyrənərək Qurani-Kərimi əzbərləyib. Daha sonra Müqəddəs
kitabımızı türkcəyə tərcümə
edib. Bəyazid
camisində
tanınan ilahiyyatçı Mahmud Hamdi bəyin dərslərinə davam edərək diplom alıb. Müəllimi
ilə eyni adı
daşıdıqlarına görə,
onları ayırmaq üçün müəlliminə Böyük Hamdi,
ona isə
Kiçik Hamdi adı verilib. Yazılarında
da bu imzadan istifadə
edib. Soyad qanunu çıxdıqda
atasının kəndinin
adını - Yazır soyadını götürübsə də, daha çox doğulduğu
yerə görə Əlmalılı
deyə məşhur olub.
Təhsil aldığı zaman baqqal Arif bəylə Sami bəyin ictimai dərslərinə davam etmək üçün onlardan
icazə alıb və Məktəb-i-Nüvvabda davam etdirdiyi təhsilini birinciliklə bitirib. Digər tərəfdən
də öz arzusu
ilə ədəbiyyat, fəlsəfə və
musiqini öyrənib.
Əlmalılı Hamdi Yazır 1904-cü ildə alim adına
layiq görülüb. Beləcə,
Bəyazid camisi
müəllimi
olaraq dərs verməyə başlayıb. Bir tərəfdən də Məktəbi
Nüvvab (hakim yetişdirən
təhsil
ocağı) məktəbində təhsilini davam etdirərək buranı da bitirib və
hüquqşünas olub. Riyaziyyat, fəlsəfə, ədəbiyyat sahələrində
də elmi
araşdırmalar aparıb. Bu arada
farscanı da öyrənib.
Digər
tərəfdən dövrün xəttatlarından
Sami və Akif bəylərdən hüsnü-xətt dərsləri alaraq gözəl yazmağı
öyrənib.
Dövrünün alimlərindən
Kayserili Mahmud Hamdi bəylə elmi
araşdırmalarına davam edib. İstanbulun
digər
tanınan müəllimlərinin dərslərində də iştirak edərək
elmini inkişaf etdirən
Hamdi bəy
1906-cı ildə
"Bəyazid
ustadı" diplomuna layiq görülüb.
1906-cı ildə Müşihat (Diyanət İşləri Dairəsi) idarəsində işləməyə başlayıb. 1909-cu ildə Sultan II Əbdülhəmid xanın taxtdan
endirilməsi
üçün yazılan fitvanın
qaralamasını hazırlayıb. Məşrutiyyətin elanı ilə Antalyadan millət vəkili seçilərək Məclisə girib. Bu arada dərs
verməyə də davam edib. Mülkiyeyi
Nüvvabda Dürer, Ankamı Evkaf və Süleymaniyyə mədrəsəsində məntiq dərslərini verib. 1909-cu
ildə Mülkiyə məktəbində "Vəqf və ərazilərə dair ehkamlar" fənnindən dərs deməyə davam edib və
həmin illərdə Qazilər məktəbində Fiqh mövzusunda
dərs deməyə başlayıb. Daha sonra "Dar əl-Hikmə əl-İslamiyə"yə
üzv, bir müddət
sonra da həmin təşkilata sədr seçilib.
Bəyazid mədrəsəsində iki il davam edən müəllimlikdən sonra II Konstitusiyanın
ilk məclisinə Antalyadan deputat olaraq girib, II Əbdülhəmidin taxtdan endirilməsinə razı olmayan Nuri bəyi razı salıb, fətva qaralamasını
yazaraq bu mövzuda təsirli bir rol oynayıb. Daha sonra Şeyxülislamlıqda
bir vəzifə sahibi olub, Məktəbi Nüvvab və Məktəb-i Kudatda fiqh, Süleymaniyyə mədrəsəsində məntiq, Mülkiyə məktəbində vəqf hüququ dərslərini verib. 1915-1917-ci
illərdə hüzur dərslərinə muhatab olaraq qatılıb.
Hamdi
Yazır Əlmalılı ərəb və fars dillərini şeir yazacaq qədər üst səviyyədə bilirdi. Amma
yazılarında sadə
bir türkcədən istifadə edib. Bunlarla yanaşı o, fransızcanı da
öyrənib.
Hətta
"əl-Mətalib vəl-Məzahib"
adında kitabı fransızcadan tərcümə etdiyi fəlsəfə tarixindən
bəhs edən bir kitabı var.
1918-ci ildə Şeyxülislamlıq quruluşunda qurulan
Darul-Hikmet-ül-İslamiyyə azadlığına
üzv olub, bir müddət sonra isə bu müəssisənin rəhbərliyinə təyin edilib. İsrarlı təkliflər üzərinə Fərid paşanın birinci və ikinci hökumətlərində Evkaf naziri olaraq
fəaliyyətə başlayıb. Bu məsul
vəzifədə ikən
ikinci rütbədən Osmanlı
nişanı ilə
təltif edilib.
15 sentyabr 1919-cu ildə
tanınmışların heyətinə üzv
seçilib, elmi rütbəsi
ilə
Süleymaniyyə
Mədrəsəsi müdirliyinə yüksəldilib.
Birinci Dünya müharibəsindən sonra Vəqflər Nazirliyində işləməyə başlayıb və bu ərəfədə Əyanlar Məclisinin üzvü olub.
Əlmalılı Hamdi Yazır 1922-ci ildə Türkiyə Böyük Millət Məclisinin
açılması ilə İstanbuldan Ankaraya köçüb. Ankarada fəaliyyətə keçən
Seriyye və Evkaf
Nəzirliyində işləməyə
başlayıb.
Həmin ilki seçkilərdə Antalyadan millət vəkili seçilib və II Konstitusiyanın
birinci məclisində "Qanun-i Əsasi"nin dəyişdirilməsində mühüm rol
oynayıb. Ölkəni
müasir elm və
mədəniyyət səviyyəsinə
çatdıracağı ümidilə məşrutiyyət idarəsini müdafiə etməyə başlayıb və bu fikri təmsil edən İttihat və Tərəqqi
Cəmiyyətinin elm
şöbəsinə üzv olub. Avropa tərzində bir konstitusiya
yerinə şəriətə uyğun bir konstitusiya modeli gətirmək üçün
ciddi çalışmalar edib.
Cumhuriyyətin elan olunması ilə təşkilatlar ləğv edilincə açıqda qalıb. Milli
Mücadilə
zamanı İstanbul hökumətində vəzifə
daşıdığına görə
İstiqlal məhkəməsi tərəfindən edama məhkum edilən Hamdi bəy Fatihdəki evindən alınaraq
Ankaraya aparılıb və
qırx gün həbsdə qalıb. Sonunda, İttihad və
Tərəqqi Cəmiyyətinə üzv
olduğuna görə
günahsız sayılaraq sərbəst buraxılıb
və İstanbula
dönüb. Bundan sonra camiyə getməkdən başqa heç
bir zaman evindən
çıxmayıb. Bir gəliri
olmadığına görə
maddi sıxıntılar çəkdiyi
bu dövrdə
yarımçıq qalan əsərlərini
tamamlayıb. O zamanlar Türkiyə Böyük Millət Məclisində türkcə bir təfsir
hazırladılması qərarı alındıqda Diyanət İşləri
Başqanlığı bu işi Əlmalılıya təklif edib. O isə bu təklifi qəbul edərək təfsiri yazmağa
başlayıb: "Haqq dini Quran dili" adını
verdiyi bu əsərini vəfatından əvvəl bitirməyə müvəffəq olub. 27 may 1942-ci ildə uzun sürən ürək xəstəliyindən Eren kəndində kürəkəninin evində vəfat edib və Səhrayicedid qəbiristanlığında
dəfn
edilib.
Hamdi
Yazır Əlmalılı İslam ümmətinin ictimai
vicdanını itirməsinin böyük fəlakətlərə səbəb olacağını, müsəlmanları
avropalılaşdırmanın bir xəta olduğunu və qurtuluşun Avropanı
içimizdə əridib öz dəyərlərimizi qorumaqla mümkün ola
biləcəyini yazılarında
israrla bildirib. Qeyd edib ki, ona görə də Qərbin
dəyərlərindən deyil, elmindən faydalanmaq
lazımdır. Çünki insanlar ancaq İslami
əsaslara
bağlı qalmaqla xoşbəxt ola bilər. "Əslində, insanlıq
özünü davam etdirə
bilmək
üçün bir gün mütləq
müqəddəs İslamı mənimsəyəcək
və gələcəkdə İslam dini daha
yaxşı anlaşılıb uyğulanacaq"-deyə o yazıb.
Hamdi Yazır Əlmalılı, müqəddəs İslamdakı dərin elmi bilgilərlə yanaşı, fəlsəfi düşüncə və müsbət elmlər sahələrində də sağlam anlayışa
sahib olub. Belə
ki, dini əndişələrlə
müsbət elmlərin
qarşısına əngəl
qoyulmamasını müdafiə
edib. Müqəddəs dini öz
arzuları ilə
yaxşılıq edəcək və kamala
qovuşacaq insanlar yetişdirən
bir təhsil müəssisəsi və ya insanları
öz istəklərilə təbiətdə gözlənən çətinlik
və təzyiqlərin üstünə yüksəldəcək olan bir hürriyyət yolu olaraq
görüb.
Məşhur təfsir alimi Hamdi Yazır Əlmalılı
deyir: "Elm
insanların islahı üçün kafi deyil. Nəfsi əmmarənin elə pis
duyğuları var ki, insanları bildiklərinin əksinə
açıq-açıq pisliklərə sövq edir. Ona görə
insanların əxlaqını
düzəltmə işində, elmdən başqa,
duyğuların islahı üçün əməli bir tərbiyə də əhəmiyyətlidir. Duyğularımızı islah edəcək əməli tərbiyəyə əhəmiyyət vermək məcburiyyətindəyik. Əvvəl özümüzə və ailəmizə İslami tərbiyəni verə bilməsək, cəmiyyətə yol göstərmək çox çətin olar. Ruh tərbiyəsinə laqeyd yanaşan insanlar hər zaman nəfsinə və şeytana tabe ola bilər. Hesab şüuruna sahib olmayan fərdlər mənfəətlərini
və
arzularını həmişə ön plana çəkə bilər.
Bütün bunlar isə
insan həyatının
İslamdan uzaqlaşmasına səbəb olar. Bildiklərimiz,
öyrəndiklərimiz,
başqaları üçün olduğu qədər, özümüz
üçün də
olmalıdır. Yəni özümüzü
tanımalı, əsl
vəzifəmizi
unutmamalıyıq. Həmişə
başqalarını irşad etmək
və ya tanımaq
üçün oxuduğumuz İslami hökmləri
özümüzü tanımaq üçün də oxumalıyıq.
Uca Yaradanın Kitabında bəyan edilən xüsusiyyətləri, təriflənmiş
xüsusiyyətləri qazana bilmək üçün səy göstərməliyik,
qınanmış, tənqid
edilmiş şeylərdən də mümkün qədər uzaqlaşmalıyıq. Heç qarışqalar bir-birinə sahib
çıxıb, gələ biləcək təhlükələrə
qarşı bir-birini xəbərdar edərkən, zərərvericilərdən qorumağa
çalışarkən,
yaradılmışların ən
şərəflisi olan
insanın insanlara zərərli olması,
bir-birinə
köməkçi
olmaması, şərlilərdən qorumaması və
yaxşılıqlara sövq etməməsi
düşünülə
bilərmi?"
Bu da bir həqiqətdir ki, Əlmalılının yazdığı təfsir günümüzdə də İslam alimləri tərəfindən güvənilən bir təfsir olaraq qəbul edilir.
Türkiyədə Cumhuriyyət elan edildiyi zaman Hamdi Yazır Əlmalılı
"Mütəxəssislər" mədrəsəsində məntiq müəllimi işləyirdi. Mədrəsələr
ləğv edildikdən sonra evində inzivaya çəkilib, elmi tədqiqat və
araşdırmalarına davam edib. İyirmi
ilə qədər davam edən
bu inziva dövrü "Haqq dini Quran dili" adlı kitabının
türk dilində
təfsirini
yazmasına imkan verib.
Hamdi Yazır Əlmalılı zamanının incəsənət nümunələrindən olan xəttatlıq və musiqi ilə də maraqlanıb. Xüsusilə "nəsx" və
"sülüs" yazı növlərində
xəttat olub.
Eyni zamanda Quran hafizi olduğu
üçün alaturka musiqisinin müxtəlif məqamları ilə ciddi bir şəkildə məşğul olub.
Üç-dörd
il fəlsəfə ilə də məşğul olan Hamdi Yazır Əlmalılı bəzi Qərb yazarlarının məntiq və fəlsəfə kitablarını tərcümə etmək, pozitiv və təkamül nəzəriyyəsi başda olmaqla müxtəlif fəlsəfi sistemləri tənqid etməklə fəlsəfədə də söz sahibi bir elm xadimi
olduğunu göstərib. Elmlər
arasındakı əlaqələri düzənləyərək
sintez etməyi
önəmli
görən Əlmalılı
digər mütəfəkkir və
alimlərdən
bağımsız olaraq düşünə bilməsi
və onları tənqid edərək fərqli
fikirlər irəli sürməsi
baxımından müsəlmanların
təfəkkür həyatının
canlanmasına təsir
edib.
Bənzərinə az rast gəlinən mütəfəkkir bir din alimi olan Hamdi
Yazır Əlmalılı, türkcə, ərəbcə və farsca şeirlər yazmasına baxmayaraq, ədəbi yönü ilə də çox tanınıb. Əsərlərində istifadə etdiyi dil üzərində aparılan incələmələrdən aydın olur ki, Əlmalılı yazılarında, ümumiyyətlə, sadə türkcə kəlmələrə üstünlük verib. Elmi və dini mövzularda
yazdıqlarında isə
olduqca ağır bir üslubdan istifadə edib, müxtəlifliyi ilə
seçilən
cümlələr qurub.
Hamdi
Yazır Əlmalılının "Haqq dini Quran dili",
"əl-Mətalib vəl-Məzahib", "İrşad əl-Ahlaf fi əhkam əl-Əhqaf" adlı
kitabları İslam tarixində xüsusi yer tutur.
Biz bu tarixi şəxsiyyətimizin xidmətlərini həmişə yad etməyə borcluyuq.
Allah rəhmət eləsin.
Fazil QARAOLU
professor
Bakı xəbər.- 2017.- 14 fevral.- S.12