Bölgə teatrlarının
bu günü və mütəxəssis rəyləri...
Yasin Qarayev: "Bölgə teatrlarının fəaliyyətini izləyirəm..."
Sabir Məmmədov: "Bölgə teatrları mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına xidmət edir"
Xəzər Gəncəli: "Ona görə də biz məcburuq ki..."
Vəfa Novruzova: "Bölgələrdə olan teatrlarda da həmin studiyalar mövcuddur"
Bölgələrdə fəaliyyət
göstərən teatrlar
sözsüz ki, fəaliyyəti, təqdim etdiyi
tamaşalarla yerli
əhalinin
marağını cəlb
etməli, zövqünü oxşamalıdır.
Son illər
bəzi
insanlar ciddi-cəhdlə israr edir ki,
bölgə
teatrları lazım
deyil, onların heç bir təsir
gücü yoxdur. Əlbəttə, bu fikri irəli
sürənlərə dəstək vermək
olmaz. Bu mənada ki, Azərbaycan
dövləti
teatr sahəsinin inkişafında
maraqlıdır və onun inkişafına güclü təkan verir.
Əlbəttə, teatr güclü təbliğat
vasitələri kateqoriyasına aiddir. Bu mənada
teatrın təsir imkanları danılmazdır.
Sirr deyil ki, tamaşalar
insanların düşüncəsinə, maraq dünyasına uyğun hazırlansa, onların estetik zövqünün formalaşmasında
böyük rol oynaya bilir.
Bölgə teatrlarının fəaliyyətini təhlil
edən
mütəxəssislər bildirir ki, bu teatrların əksəriyyətinin böyük ənənəsi var və
onlar bu gün də
fəaliyyətini yüksək
templə
davam etdirir.
Bölgə teatrlarının da bir zamanlar böyük çətinliklər içində
çırpındığını
qeyd edən mütəxəssislər
bildirir ki, hazırda teatrların maddi-texniki bazası yaxşılaşdırılıb,
onların inkişafına
dövlət
dəstəyi var.
Bildirək ki, 13 bölgə teatrı
fəaliyyət göstərir
və
bu teatrların da hər
birinə
dövlət
qayğısı var.
Bölgə teatrlarının fəaliyyəti, repertuarı, tamaşaçıları
hansı yollarla teatra cəlb
etməsi
məsələsi bizi ciddi maraqlandırır.
Müraciət etdiyimiz mütəxəssislər
bölgə
teatrları haqqında
maraqlı fikirlər bildirib.
Azərbaycan Dövlət
Gənc
Tamaşaçılar Teatrının
aktyoru, xalq artisti Yasin Qarayev bizimlə söhbətində bölgə
teatrları haqqında
müsbət
fikirdə
olduğunu bildirdi. O qeyd etdi ki, fürsət düşdükcə,
bölgə
teatrlarının hazırladığı
tamaşalara baxır:
"Bölgə
teatrlarının fəaliyyətini izləyirəm. Ən çox münasibətdə olduğum
teatr İrəvan Azərbaycan
Dram Teatrı və Şuşa Musiqili Dram Teatrıdır.
Hətta İrəvan
Teatrı ilə əməkdaşlıq
da edirəm. İftixar Piriyevin
"Dan yeri söküləndə" tamaşasında Dul Alı rolunu oynamışam. İrəvan Teatrı ulu
öndərimiz
Heydər
Əliyev haqqında hazırladığı
tamaşa ilə xarici ölkələrdə
uğur qazanıb.
Hər iki teatrın
müdiri və baş rejissoru kifayət
qədər təcrübəli, istedadlı insanlardır.
Şuşa Musiqili
Dram Tearına gəlincə, Mirzə
Fətəli Axundov komediyalarının
festivalında Loğman
Kərimovun
hazırladığı "Lənkəran xanın vəziri" tamaşasını
festivalın ən uğurlu tamaşası saydım".
Akademik
Milli Dram Teatrının
aktyoru, əməkdar artist Sabir Məmmədov bizimlə
söhbətində bölgə
teatrlarının vəziyyətinə müsbət
qiymət
verdiyini dedi: "Bölgələrdə teatrların fəaliyyət göstərməsi çox yaxşıdır.
Çünki teatr mədəniyyətini
təbliğ
edirlər.
Bölgə teatrları ümumi
mədəniyyətimizin, ədəbiyyatımızın
inkişafına xidmət edir. Dramaturgiyamızın inkişafı və
bölgələrdə adət-ənənələrimizin qorunması insanların
mədəni səviyyəsinin daha da inkişafı
baxımdan çox yaxşıdır. Mən Rusiyada Çexovun
kəndində teatr görmüşəm. Bu çox əla bir işdir".
Vaxtaşırı bölgə
teatrlarının hazırladığı
tamaşalara baxdığını
deyən
S.Məmmədov bildirdi ki, bu teatrların repertuarı maraqlıdır. Bölgə teatrlarının əsasən klassiklərimizin
əsərlərinə müraciət
etdiyini deyən aktyor bildirdi ki, bu, gənclərin bədii-estetik
zövqünün formalaşmasına
səbəb olur.
Mingəçevir Dövlət
Dram Teatrının baş
rejissoru, sənətşünaslıq üzrə
fəlsəfə doktoru Xəzər Gəncəli mövzu ilə bağlı
"Bakı-Xəbər"ə təmsil
etdiyi teatrla bağlı danışdı:
"Kadr məsələsi
ən axsayan tərəfimizdir.
Universitetin məzunları
buraya gəlmir. Təbii ki, bunun obyektiv
səbəbləri var: maddi məsələ,
evlə
təminat,
yaşam şərtləri və
s. Ona görə də
biz məcburuq
ki, teatrın nəzdində studiyalar təşkil edərək elan yolu ilə
perspektivli gəncləri teatra cəlb
edək.
Hazırda belə
bir studiya bizdə
mövcuddur və "İnam" adlanır".
Teatrın repertuarı haqqında
danışan X.Gəncəli bildirdi ki, bir neçə gün əvvəl Qoqolun "Müfəttiş" tamaşasının premyerası
keçirilib. Onun sözlərinə görə,
20 Yanvar faciəsinə həsr
olunmuş Ağaddin
Babayevin "Ağla,
qərənfil, ağla" ədəbi-bədii kompozisiyası da yanvar ayının 19-da nümayiş etdirilib.
"Fevralın 26-da Sevinc Elsevərin "Ürəyində arzu tut" tamaşasını
da nümayiş etdirəcəyik. Bu tamaşa Xocalı
soyqırımına həsr olunub. Nəhayət,
hazırda Süleyman
sani Axundovun "Bir eşqin nəticəsi" komediyasının son məşqləri gedir ki, biz bu tamaşanı 10 mart
- Milli Teatr Gününə töhfə etmək
istəyirik.
Bütün bu tamaşaların
quruluşçu rejissoru
özüməm.
Bu ilin sonu
dahi M.F.Axundovun
"Lənkəran xanın vəziri", türk
yazarı Tuncer Cücənoğlunun
"Qovluq" pyeslərinin tamaşalarını hazırlamağı
planlaşdırmışıq.
Özüm üzün müddət Türkiyənin
İstanbul şəhərində
çalışdığım üçün, perspektivdə adıçəkilən ölkəyə qastrol səfərinə yollanmaq haqqında müəyyən düşüncələrimiz var. Amma öncə mükəmməl tamaşalarımız olmalıdır
ki, tələbkar
türk seyrçilərinin qarşısına çıxa
bilək".
Ətraf rayonlara qastrola getdiklərini
deyən
X.Gəncəli bildirdi ki, tamaşaçılar əsərləri maraqla qarşılayır: "Bəli, ətraf rayonlarda mənim hazırladığım
"Pusquda" (müəllif türk yazarı Cahid Atay) bir
neçə
dəfə göstərilib.
Bir il
əvvəl teatr Bakıya S.S.Axundovun yazmış
olduğu "Eşq
və
intiqam" əsəri ilə gəlmişdi. İndi də
Bakıya "Müfəttiş"i gətirməyi niyyət
edirik".
Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinin teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova "Bakı-Xəbər"ə
bildirdi ki, bölgə
teatrlarının inkişafı
üçün dövlət tərəfindən böyük işlər görülür: "Bildiyiniz
kimi, "Azərbaycan Teatrı" 2009-2019-cu illər" Dövlət
Proqramı təsdiq olunub. Bölgələrdə 13 teatr fəaliyyət göstərir. Həmin teatrlarda
mütəmadi
olaraq Dövlət Proqramı çərçivəsində iş görülür.
Bildirmək istəyirəm ki, hazırda 26 dövlət
teatrımız var və
onun 13-də
teatr studiyası fəaliyyət göstərir.
Bölgələrdə olan teatrlarda
da həmin
studiyalar mövcuddur".
V.Novruzova qeyd etdi ki, Gəncə Dövlət
Dram Teatrı,
Mingəçevir
Dövlət
Dram Teatrı, Qax Kukla Teatrı, Ağdam Dövlət Dram Teatrı, Lənkəran
Dövlət
Dram Teatrında teatr
studiyaları fəaliyyət göstərir
və
bu da teatrın
inkişafına müsbət təsir
edir: "Biz dövlət sifarişləri
veririk, sifarişin
icrası üçün
bölgə
teatrlarına vəsait ayırırıq. O sifarişlər əsasında tamaşalar hazırlanır.
Hazırda Gəncə Dövlət
Dram Teatrının yeni
binası inşa olunur, keçən il Gəncə Dövlət
Kukla Teatrının
binası təmir və
bərpadan
sonra açıldı.
Prezidentin sərəncamına əsasən Mingəçevir
teatrı bərpa olunub. Şəki Dövlət
Dram Teatrı, Ağdam
və
Füzuli teatrlarında
təmir-bərpa işləri
aparılıb. Hazırda onlar
fəaliyyət göstərir
və
yüksək
səviyyədə tamaşalar
təqdim
edirlər.
Biz onlara səhnə dəzgahları
düzəltdirib
vermişik, səhnə üçün pərdələr tikdirmişik,
onlar nəqliyyatla təmin olunub. Biz 2014 və
2016-cı illərdə Şəki
Beynəlxalq
Teatr Festivalı keçirmişik".
Bölgə teatrlarının repertuarına
gəlincə, nazirlik təmsilçisi qeyd etdi ki,
hər
şey yüksək səviyyədədir. Nazirliyin bölgə
teatrlarını nəzarətdə saxladığını deyən V.Novruzova bildirdi ki, bu sahəyə tam nəzarət olunur.
Tamaşaçıların bölgə teatrlarına marağına
gəlincə, o bildirdi ki, bölgə
teatrları tamaşaçı
korluğu çəkmir: "Hər
bir regionun öz teatrı var və
rayon teatrlarında tamaşaçı
problemi yoxdur. Onlar tamaşaçı cəlb edə
biliblər,
teatrlar həm də qastrol fəaliyyəti ilə
də
məşğul
olur, ətraf rayonlara
qastrol tamaşaları
aparırlar".
İradə SARIYEVA
Bakı xəbər.- 2017.- 15 fevral.-
S.13