Ermənilərin mədəni dəyərlərimizə təcavüzkar iddiaları və erməni saxtakarlığının ifşası...
" Ağaverdi Xəlilov: "Məsələ belədir ki, ermənilərin saxtalaşdırdığı
folklor nümunələrinin bəziləri elə onların öz qaynaqları əsasında ifşa edilə bilir"
"Qaqafaz evi"nin sakini olmayan ermənilər Qafqaza köçürüldükdən sonra burada özlərinə ev-eşik, yurd-yuva qurdu. Torpaqlarımıza sahiblənməkləri bir yana qalsın, mədəniyyətimizə, folklorumuza, söz sənətimizə, musiqi alətlərimizə də əl uzatdılar. Bölgənin "qara yarası"na çevrilən ermənilər xalqımızın taleyində mənfi rol oynayıb.
Erməni xisləti bütün dünyaya ziyan vurub. Bu gün nəzər salsaq görərik ki, onlardan yalnız biz deyil, digər xalqlar da əziyyət çəkib. Belə deyək, ermənilər özlərindən mədəni cəhətdən yüksək olan bütün xalqların, o cümlədən də azərbaycanlıların maddi-mənəvi dəyərlərinə iddialıdır.
Aşıq sənəti, muğam Azərbaycan xalqına
məxsusdur və bu fakt bütün
dünyada öz təsdiqini
tapıb. Ermənilər Azərbaycan
xalqının folklor örnəklərini, xalq
mahnılarını, xalçalarını, hətta adət-ənənələrini də
mənimsəməyə
cəhd edir. Bu
yaxınlarda internetdə
təsadüfən erməni "xalq
çalğı alətləri"
kollektivinin ifalarına rast gəldik.
Həm
musiqiçilər,
həm də müğənnilər bizim milli geyimlərdə idi. Ansamblda
saz, tar, kamança, ud, dəf,
qoşanağara (hətta
müasir Türkiyə
sazı da vardı) və
digər musiqi alətlərimiz yer
almışdı. Səsləndirilən musiqi də, təbii, bizə mənsub idi. Sadəcə
müğənni
erməni dilində oxuyurdu. Təsəvvür edin ki, adam bu mənzərəni görəndə dəhşətə gəlir. Sənə aid olmayanlara necə sahib olmaq olar? Bax, bu, erməni xislətidir.
İndiyə qədər, "Sarı gəlin" daxil olmaqla, onlarla xalq mahnımız ermənilər tərəfindən oğurlanıb. Onlar bizim
atalar sözləri
və məsəllərinə, hətta bayatı,
tapmaca kimi örnəklərimizə "yiyə"lənib.
Azərbaycan tərəfi erməni
plagiatlığını ifşa edir...
Azərbaycanın milli rəqslərinə ermənilərin əl uzatması, "Yallı"
kimi unikal nümunələrimizə sahiblənmək cəhdləri, təbii ki, onların özlərini ifşa etməsi ilə nəticələnir.
Qondarma dövlət, qondarma tarix, qondarma mədəniyyət yaratmaqda taysız olan
ermənilər dünya mədəniyyətinə böyük zərbə vurub.
Doğrudur, Azərbaycan dövləti, əlaqədar qurumlar, tarixçilər, ədəbiyyatşünaslar erməni yalanının
dünyada ifşa edilməsi ilə bağlı çox böyük
işlər görüb, beynəlxalq aləmə fikirlərini çatdırıb. Amma ermənilər Azərbaycanın mədəni dəyərlərinə qarşı təcavüzünü
dayandırmır.
Ekspertlər bildirir ki, Azərbaycan tərəfi erməni plagiatını, onların zaman-zaman Azərbaycanın mədəni, ədəbi irsindən, folklorundan
oğurladıqları mənəvi sərvətlərimizi necə talan etmələrini rəsmi qaydada dünyaya bəyan edib.
Professor
Kamran İmanov bu barədə "Erməni (yad) el (li) nağılları" kitabında
yazır: "Erməni oğurluqlarına, bizim rəvayətlər, dastanlar, atalar sözləri və məsəllər, bayatılar, nəğmələr, musiqi
kompozisiyaları, aşıq
yaradıcılığının təhrif edilməsinə, abidələrimizin, maddi və qeyri-maddi mədəni irsimizə aid olan bir çox başqa
sərvətlərin mənimsənilməsinə dair çoxlu
sübutumuz var".
"Elə əlyazmalar da var ki, nəsr hissəsi Azərbaycan dilindədir"
Professor
K.İmanov "Erməni (yad) el (li) nağılları" kitabında
qeyd edir ki, Ermənistanın Qədim Əlyazmalar İnstitutu - Matenadaranda və digər arxivlərdə Azərbaycan orijinalında,
lakin erməni əlifbasında yazıya
köçürülmüş, çoxlu sayda müxtəlif janrlarda
yaradıcılıq nümunələri qorunub saxlanır. Azərbaycan orijinallarına
qondarma erməni libası geydirilir, erməniləşdirilir...
K.İmanov vurğulayır ki, bu plagiatın
başlanğıcı hələ XVI-XVII əsrlərdən gəlir. O qeyd edir ki, yalnız
Matenadaranda Azərbaycan folkloruna aid 55 əlyazma saxlanır ki, onlardan 26-sı
XIX əsrə, qalanları isə daha erkən dövrlərə aiddir. Onun
yazdığına görə,
qədim Azərbaycan
dastanlarının əlyazmaları
erməni əlifbası ilə
köçürülərək Matenadaranda
saxlanır. Professor bildirir ki,
halbuki, bu dastanlar, bir qayda olaraq, Azərbaycan dilində səslənib və yayılıb: "Elə əlyazmalar da var ki, nəsr hissəsi Azərbaycan dilində, nəzm hissəsi isə tərcümədə, ya da əksinə verilib. Beləliklə, çoxlu sayda əlyazma hətta Azərbaycan dilində və yaxud tərcüməsi ilə birlikdə Ermənistanın Qədim Əlyazmalar
İnstitutunda beləcə saxlanır. Bunlar, necə
deyərlər, mənimsənilmə və erməniləşdirmənin yazılı
sübutlarının əsası
kimi qəbul edilməlidir.
Erməni əhalisinin çox hissəsinin Azərbaycan dilini bilməsi, bizim dildə danışması, erməni mədəniyyət xadimlərinin Azərbaycan folklor nümunələrini geniş şəkildə istifadə etməsi Azərbaycan xalq yaradıcılığının
ermənilər arasında geniş
yayılmasına, onların plagiatına və Azərbaycan mədəni irsini erməniləşdirməyə münbit imkan
yaradıb".
Folklor külliyyatını ermənilərdən necə qoruyuruq?
Araşdırmaçılar yazır ki, "Azərbaycan folkloru nümunələrinin hüquqi
qorunması haqqında" Qanuna əsasən, Azərbaycanda folklora əqli mülkiyyət kimi, millətimizə məxsus əqli mülkiyyətin yeni, qeyri-ənənəvi növü kimi
baxılır. Alimlər
yazır ki, biz folklor nümunələrimizə münasibətdə həm də
hüquqi müstəvidən, müstəsna hüquqlar
mövqeyindən
çıxış edirik. Həmin müstəsna
hüquqların, yəni
əqli mülkiyyətin hüquq sahibi
isə Azərbaycan
xalqıdır. Odur ki, Azərbaycan folklor
nümunələrindən hər hansı şəkildə istifadə, qanunda təsbit olunmuş tələblərin
yerinə yetirilməsi ilə həyata keçirilməlidir. Bu tələblər
hansılardır? Əvvəla, istifadə olunan folklor nümunəsinin təyinatı və məqsədi dəyişdiriləndə, bədii forması işləndikdə, onun təbii mahiyyət və məzmununa heç bir halda xələl gətirilməməlidir. İkinci tələb isə
ondan ibarətdir
ki, istifadə
zamanı folklor nümunəsinin
dürüst mənşəyi,
xalqımıza mənsub
olduğu, mənbəyi mütləq göstərilməlidir. Qanunla nəzərdə tutulmuş tələblərin
pozulması hüquqi məsuliyyət törədir. Belə
ki, folklora əqli
mülkiyyət
kimi yanaşma onun qorunub saxlanması, yayılması
və zənginləşməsi üçün
əlavə imkanlar
yaradır. Çünki
yaşadığımız XXI əsrin
iqtisadiyyatı isə
əqli mülkiyyətə əsaslanır
və onda cəmləşən intellektual
kapital əsas
valyuta kimi çıxış edir. "İnsan
ruhunun arxeologiyası adlanan folklor"un mühüm
milli özünəməxsusluğunu yaşadan bu alətin qorunub
saxlanmasının kulturolojı və humanitar baxımdan
vacibliyi ilə yanaşı, müasir araşdırmalara əsasən, mühüm təbii-elmi əsasları da var. Həmin mədəni ənənənin "instinkt və idrak"
arasındakı təbii yaranma və inkişaf yolu müəyyən ərazidə iqlim, flora, faydalı
qazıntıların yoluna bənzərdir və tarixi proses bu ənənəni vacib resursa və milli sərvətin dəyərli hissəsinə gətirib çıxarır. Bu mənəvi sərvətin iqtisadi rolu
heç də təbii sərvətlərin rolundan
kiçik deyil. Belə ki, folklorun hüquqi
qorunması canlı ənənələrin
və mədəni varisliyin qorunması ilə yanaşı, gələcək
inkişafımızın, xalqımızın
rifahının qorunması deməkdir.
Bir sözlə,
inkişafda və
zəngin ənənəyə malik olan dövlətimiz
üçün folklorumuzun qorunması böyük əhəmiyyət
kəsb edir.
Ermənilərin saxtakar hərəkətlərinə dünya niyə göz yumur?
Xalqımızın qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin, xüsusən folklor nümunələrinin, hətta müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması müəyyən tarixə malikdir. Artıq bu
saxtakar hərəkətlər
"özgə ənənələrinin qarət edilməsi və mənimsənilməsi erməni ənənəsinə" çevrilib.
Məsələnin ciddiliyi Milli Məclisin nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası
Parlament Assambleyasının sessiyasına "Azərbaycan mədəni irsinin qəsbi və
dağıdılması" sənədində təqdim edilib, Milli Məclisin "Azərbaycan mədəni sərvətlərinin
dağıdılması və mənimsənilməsi ilə əlaqədar" bəyanatında da öz əksini tapıb.
Bu qanunvericilik aktlarından da görünür
ki, folklor örnəklərimiz qorunur. Bu sənədlərin
mövcudluğu erməni
fitnəsinin
qarşısını almaq üçün böyük
vasitədir.
Biz beynəlxalq
hüquqlarımızdan istifadə
edib həqiqəti üzə çıxarmaq
üçün işlər
görürük.
Bayaq qeyd etmişdik ki, ermənilər milli musiqi alətlərimizi mənimsəməyə cəhd göstərir,
xalçalarımızı öz adlarına təqdim etmək təşəbbüsləri irəli sürür. Fakt budur ki, onlar heç nəyə nail ola
bilmir. Yəni
Artıq UNESCO həm
aşıq sənətini, həm muğamı, həm
xalçaçılıq sənətini Azərbaycan dəyərləri
kimi qeydə
alıb. Bu, erməni
yalanının böyük ifşasıdır.
Amma, bununla belə, erməni yalanı səngimək bilmir və günü-gündən geniş vüsət alır. Təəssüf ki, bütün
dünya erməni saxtakarlığına qarşı həmrəy ola
bilmir. Ancaq bu həmrəyliyə böyük
ehtiyac var. Dünya sanki erməni
saxtakarlığını görmək istəmir.
Bu toplum Azərbaycan
xalqının varidatını mənimsəməklə
özlərinə saxta mədəniyyət
yaratmaq istəyir.
"Örnəklərimizi
saxtalaşdırma təcavüzündən qorumaq lazımdır"
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun
şöbə müdiri Ağaverdi Xəlilov erməni
saxtakarlığının ifşası ilə uzun illərdir məşğuldur. A.Xəlilov qeyd etdi ki,
ermənilərin bizim folklor
örnəklərinə iddiası əsassızdır və bunun ömrü
çox azdır. Alim "Koroğlu"
dastanına erməni iddiası ilə bağlı qeyd edir ki, Koroğlunun tarixi şəxsiyyət kimi
araşdırılmasında, xalq əfsanə və dastanlarının əsas qəhrəmanı kimi onun
prototipinin müəyyənləşdirilməsində müxtəlif fikirlər mövcuddur: "Erməni rəvayətlərindən ibarət nəşrlərdə bir sıra Azərbaycan rəvayətləri də özünə yer tapıb. Onları
üzə
çıxarmaq bir sıra vacib məsələlərə aşkarlıq gətirə bilər. Lakin bu mənzərəni, qismən də olsa, nəzərə çatdırmaq məqsədilə janrın tədqiq və nəşrini əsaslı şəkildə ümumiləşdirən bir topluya (tərtib işinə) - akademik Aram
Qanalanyanın "Erməni rəvayətləri" (İrəvan, Ermənistan EA nəşriyyatı, 1969)
kitabına müraciət kifayət edir. Kitabda özünə yer tapmış Azərbaycan rəvayətlərinin bir qismi
izahlı-toponimik səciyyə
daşıyır. Adları tərcümə olunmadan saxlanmış
"İlandağ", "Gəmiqaya",
"Ayğır gölü", "Qanlı göl",
"Xatın arxı", "Ərəbgir",
"Yarımca", "Şahgəldi",
"Qoşundağ", "Fərhadın qəbri", "Səlimin karvansarası"
və s.
başlıqlı rəvayətlərdə həmin toponimlərin nə üçün xatırladılan adları
daşımaları xalq etimiologiyası əsasında şərh edilib. "Qaraköpək", "Sultan
Murad", "Toxmaxan gölü" rəvayətlərində isə Azərbaycan tarixində adları
keçən
ünlü kimsələrdən söhbət
açılır. Rəvayətlərin digər bir qrupu isə hər iki mövzunu özündə birləşdirib. Bu
baxımdan "Dəlmə", "Şuşa", "Minkənd", "İrəvan sərdarı",
"Tüccar" rəvayətləri xüsusi maraq doğurur". Burada Şuşa haqqında
aşağıdakı rəvayət verilib: "Vaxtilə Pənah xan Bərdə xanına qonaq gəlir. Bərdə xanı möhtərəm qonağın rəğbətini qazanmaq
üçün onun şərəfinə ov təklif edir. Onlar Qarabağın tərifli
atlarına minib nökərləri,
tazıları ilə
birlikdə
yaxınlıqdakı uca dağlara, sıx meşələrə
ova çıxırlar. Bu dağlardan ətrafı seyr edən Pənah xan heyran qalıb
öz-özünə deyir: "Bu nə gözəl yerdir. Nə
gözəl,
aydın, saf havası var. Elə
bil şüşədəndir. Uzaqdan hər
şey ayna kimi görsənir.
Burada hələ-həlbət
gözəl bir
şəhər salmaq
lazımdır". Belə də olur. Pənah xanın məsləhəti ilə
Qarabağın bu yüksək,
səfalı,
şüşə
kimi şəffaf,
təmiz havalı
guşəsində Şuşa
adlı şəhər
salınır". Ənənədə heç bir əsası olmadan, süni
şəkildə uyduraraq düzəltdikləri "Sarkis" bayramı da avropalıların
Valentinindən götürülüb və
saxtalaşdırılıb. Burda türk
xalqlarının "Aşıq Qərib"
dastanında işlənən xilaskar
Xızır motivi də
Sarkislə dəyişdirilərək saxtakarlığın əhatəsi genişləndirilib.
Məsələ belədir ki, ermənilərin saxtalaşdırdıqları folklor nümunələrinin bəziləri elə onların öz
qaynaqları əsasında ifşa edilə bilir. Bəzilərini
isə ayrıca
olaraq saxtakarlaşdırma təcavüzündən qorumaq
lazımdır. Ermənilərin
saxtalaşdırdıqları nümunələrin ifşası
üç şəkildə mövcuddur: bizim dilimizin və ənənəvi mədəniyyətimizin materialları ilə, bizim tarixi
qaynaqlarımızda qorunan məlumatlarla və bizə qohum olan, ortaq mədəniyyətə malik olduğumuz xalqlarda
bu nümunələrin mövcudluğu ilə. Ermənilərin
özünün folkloru ya yoxdur, ya da yox səviyyəsindədir. Çünki heç bir zaman müstəqil olmayıblar,
başqa xalqların köləsi
olublar, onların idarəsi
altında yerləşiblər. Belə
olduğu halda, hakim xalqın folklor nümunələrindən
də hazır
şəkildə istifadə ediblər. Xalq yaradıcılığının orijinal
nümunələri mütləq müstəqillik şəraitində yaranır. Kölə
folklor nümunələrini modelləşdirmək gücündən məhrumdur. Belə
bir mənəvi enerjiyə də heç bir şəkildə malik deyil. Ermənilər mərdlik, ləyaqət, etibar, sədaqət və bir sıra mənəvi dəyərlərdən tamamilə məhrumdur. Ermənilər daim böyük
dövlətlərin himayəsinə
sığınıb və
onlara xəyanət edərək, eybəcər bir şəkildə bu günə qədər
gəlib
çıxıblar. Roma
imperatorluğunun Bizansa, Bizansın Osmanlıya,
Osmanlının Rusiyaya satılmasında ermənilərin müəyyən bir rolu olub.
Hazırda Rusiyanı da Amerikaya (ABŞ) satmaq
prosesinin içərisindədirlər...".
İradə SARIYEVA
Bakı xəbər.- 2017.- 24 fevral.- S.10