Gözəlləmə aşığı
İlham Aslanbəylinin saz dünyası
Onun yolu özündən başlanıb. Bu yol haqqın əta etdiyi saz yoludur. Saz yolu bütün yolların müqəddəsidir saz aşığı üçün. İçinin dərinliyindən axıb gələn bu sevda sazın simlərində gah sevincə, gah da nisgilə çevrilib. Mənə həmişə elə gəlib ki, aşıq nalə də çəkməlidir, qəm də, sevinc də səpələməlidir, şadlıq da. Qara saz həm toyumuzun, həm yasımızın ovqatını özündə ifadə edə bilib həmişə.
Mən sazı sevən, ona könül verən, onunla ülfət bağlayan, dost-sirdaş, yar-yoldaş olan insanlara hər zaman fərqli yanaşmışam. Mənə həmişə elə gəlib ki, "aşığam" deyən insanların heç də hamısı saz ucalığını, onun məna və mətləbini, haqdan gəlib, haqqa gedən yolun başlanğıcı olduğunu dərk etmir. Təbii, bunun üçün dəryalardan duru könül sahibi olmaq tələb olunur. Aşığın eşqi bağrına basdığı sazın eşqi ilə həmahəng olmalıdır ki, könüllərə yol aça bilsin.
Fevralın 25-də
növbəti doğum gününü
qeyd edəcək aşıq İlham Aslanbəyli
saza fərqli
düşüncə
ilə yanaşan sənətkardır. Aşıq İlham sazla bir köynəkdədir
sanki. Bu köynəyin bir üzündə göynəyən ürək,
kövrək,
həssas
bir könül, o biri üzündə isə
eşqlə
oxuyan bir aşıq var. Mən aşıq İlhamın
sənətini yaxından izləyən bir qələm adamı kimi deyə
bilərəm ki, onun ifa
tərzi
fərqlidir
və
bu fərq
onu yüksəklərə qaldırır. Hərdən fikirləşirəm ki, hər
aşığın öz
dövranı var və
onlar bu gün yaşayır, ifa edir və sonradan yaddaşlarda ya qalır, ya da qalmır.
Məncə, İlham Aslanbəyli həm
dünənin,
həm
bu günün, həm
də
sabahın aşığı
olmağı haqq edən
sənətkardır.
O, daim axtarışdadır,
öz üzərində işləyir,
özünü sabahın
da sənətkarı olmağa hazırlayır.
Aşıq İ.Aslanbəyli
dərin
aşıqdır. Ola
bilsin fikrim mübahisəyə səbəb olsun. Mən reallıqdan danışıram.
Onun repertuarı çox zəngindir.
Həm ustadların yolunu
davam etdirir, klassik havalar ifa edir, həm də
digər
havaları ifa edir, yeri gələndə
zamanın nəbzini də
tuta bilir. Sirr deyil ki, bu
gün İlham sənətinin yüzlərlə vurğunu var. Onlar dərya
kimi çalxanıb
durulan könül sahibinin heyranlarıdır.
İlhamın könlünün yiyəsi
sazdır. Əgər belə olmasaydı,
o da sazı başqaları kimi hissiz-həyəcansız ifa edərdi. O, saz çalanda haldan-hala düşür, sanki bu dünya
ilə
heç bir əlaqəsi yoxmuş kimi davranır. Sazın dünyasına qanadlanır aşıq,
dinləyicini
də
öz arxasınca aparır. Əsl aşıq, sənətkar dinləyicini, tamaşaçını yetişdirməlidir. Aşıq tamaşaçı
arxasınca getsə, özünü lazımi
səviyyədə təqdim edə
bilməz.
Bu aksiomadır.
Bəzən deyirlər ki, indi aşıqsevər auditoriya ya yoxdur, ya da
zəifdir. Bu fikri birmənalı olaraq
bölüşmürəm. Bu mənada
ki, hazırda kifayət
qədər sazsevər,
aşıqpərəst insanlar var və
onlar çox tələbkar, yüksək
zövqlü tamaşaçılardır.
Aşıqlar bunu nəzərə
almalıdır. İlham bütün
mənalarda
tamaşaçı-dinləyici auditoriyasının tələblərinə cavab verən aşıqdır.
Bura onun həm
oxu tərzi, həm seçdiyi havalar, zərgər dəqiqliyi
ilə
sonalayıb, incələdiyi sözlər, səhnə mədəniyyəti daxildir. İlham hər
sözü oxumur.
Onun sözə,
şeirə
xüsusi münasibəti var. Nə
yaxşı ki, belədir.
Yoxsa onun söz boxçası
kasıb olardı.
Aşıq İlham hədsiz dərəcədə
söz bilən aşıqdır. Yükü çox
zəngindir.
Bəzən görürsən ki, bir məclisdə bir klassikdən, bir ustaddan, söz xridarından bir nəfəsə, özü
də
ən
müxtəlif
janrlarda olan şeirlər
söyləyir.
Özü də
bu keçidləri elə
məharətlə edir ki, tamaşaçı
aşıqdan narazı
qalmır, əksinə, xoşhal olur.
Bir dəfə söhbətlərimizin birində
aşıq sənətinin gözəl bilicisi, bu sənətin təbliğində xüsusi əməyi olan həmkarlarımızdan
biri - Şakir Nadiroğlu dedi ki, İlham Aslanbəyli
meydangir aşıqdır...
Onda hələ İlham Aslanbəylinin ifalarını elə də
sıx izləmirdim. Ustad jurnalistin sözü məni tutdu və
aşıq İlhamın
ifalarını izləməyə
başladım, tədbirlərdə, konsertlərdə ona diqqətlə qulaq asdım ki, görüm bu aşığın meydangirliyi nədədir axı...
O, dastan danışmır
ki, aşıq kimi gücü meydana çıxa. Nə
isə...
İzlədim və
həqiqətən də onun meydangirliyinin şahidi oldum. İlham səhnəyə girirsə, özünü səhnənin əsl
sahibi kimi hiss edir. Sadəcə ifasını təqdim etmir, həm
də
biliyini, istedadını,
səhnə mədəniyyətini nümayiş etdirir.
Bu da sirr
deyil ki, hər
aşıq İ.Aslanbəyli ilə
eyni səhnəni
bölüşə
bilmir. O, səhnəyə girən kimi təşəbbüsü ələ alır və tamaşaçını cəlb edir, onu hayıl-mayıl edib öz ardınca aparır. Bəzən
aşıq İlham səhnədə olduğunu
unudur, ona elə
gəlir
ki, lap elə İncə dərəsində sazı sinəsinə
basıb könül
dünyasından dağları-daşları
xəbərdar edir. Aşıq İ.Aslanbəyli
İncə
dərəsində məşhur
olan və ustadlıq
mərtəbəsinə
yüksələn, neçə-neçə
gənc
aşığa ustadlıq
edən
aşıq Kərəm İncəlinin şəyirdi
olub. İlhamın sənətkar kimi yetişməsində ustadının verdiyi sənət tərbiyəsinin böyük rolu var. Bu onun həm
ifasında, həm də
davranışında özünü
göstərir.
Aşıq İ.Aslanbəylinin
bir aşıq kimi aşıq sənətinə xidmətləri az deyil.
Bu gün İ.Aslanbəyli sənətinin işığına onlarla
gənc
toplaşıb. O, şəyirdlər yetişdirir. Bunu ona görə edir ki, aşıq
sənətinin sabahını düşünür.
Bəli, aşıq İ.Aslanbəylinin sinəsində sazı görüb aşıq sənətinə gələn saysız gənc var. Bunu
etiraf etməsələr
də,
hər
kəsə məlumdur.
Sözümün canı odur
ki, İ.Aslanbəyli müasir aşıq sənətinin sabahını, gələcəyini
düşünür və heç bir qısqanclıq göstərmədən gəncliyi öyrədir.
Bu gün o, Aşıq
Ələsgər adına saz
kursu açıb, bu kursa gəncləri cəlb
edib. Bu, sözsüz
ki, sənətin
qazancıdır.
Aşıq İ.Aslanbəylinin
özəl
cəhətlərindən biri də
odur ki, o, dövlətçiliyimizə, azərbaycançılıq
ideologiyasına bağlıdır. Müasir Azərbaycan dövlətçiliyinin
banisi Heydər Əliyev kursuna sadiqdir aşıq İlham. Söhbətlərimizdə deyir ki, mən həmişə Heydər
Əliyev işığını görmüşəm və onun yolunu özümə nümunə
saymışam.
Aşıq sənəti bir dəryadır,
nə
yaxşı ki, o dəryanın
aşıq İ.Aslanbəyli kimi qəvvasları
var. Gözəlləmə aşığı
İlhamı doğum
günü münasibətilə onun bütün heyranları adından təbrik
edir, ona bol-bol uğurlar arzu edirəm!
Yeni yaşınıza qənşər, aşıq İ.Aslanbəyli!
İradə SARIYEVA
Bakı xəbə.- 2017.-28 fevral.- S.14.