Teatrların nəzdində teatr studiyaları...

Zül­fiy­yə El­dar­qı­zı: "Böl­gə te­atrla­rı üçün aktyor­la­rın ha­zır­lan­ma­sı ba­xı­mın­dan bu stu­di­ya­la­rın ya­ra­dıl­ma­sı va­cib idi"

Xə­zər Gən­cə­li: "Ha­zır­da be­lə bir stu­di­ya biz­də möv­cud­dur və "İnam" ad­la­nır"

Nu­rəd­din Meh­di­xan­lı: "Ar­zu edər­dim ki, Aka­de­mik Mil­li Dram Te­at­rın­da da be­lə stu­di­ya ol­sun"

Əzi­za­ğa Əzi­zov: "Am­ma o stu­di­ya­la­ra da gə­rək pe­şə­kar­lar rəh­bər­lik et­sin"

 

Gəncli­yin te­at­ra axı­nı gü­nü­mü­zün va­cib mə­sə­lə­lə­rin­dən bi­ri­dir. Azər­bay­can­da te­at­rın in­ki­şa­fı­na tə­kan ve­rən fak­tor­lar­dan bi­ri, bi­la­va­si­tə ola­raq, gənc aktyor və re­jis­sor­la­rın te­atrla­ra gə­lib bu­ra­da fə­a­liy­yət gös­tər­mə­si­dir. Gənclə­rin te­atrla­ra cəlb edil­mə­si üçün müx­tə­lif proq­ram­lar hə­ya­ta ke­çi­ri­lir. Bu la­yi­hə və proq­ram­lar gəncli­yin fi­kir və dü­şün­cə­si­nə uy­ğun gəl­mə­li­dir.

Azər­bay­can­da te­at­rın ye­ni döv­rü baş­la­yıb. Bu ye­ni­li­yin önün­də, tə­bii ki, gənclik get­mə­li­dir. Bir vaxtlar te­atrlar na­ra­zı­lıq edir­di ki, Azər­bay­can Döv­lət Mə­də­niy­yət və İn­cə­sə­nət Uni­ver­si­te­ti­nin mə­zun­la­rı tə­lə­ba­tı ödə­mir və on­la­rın is­te­da­dı­nın in­ki­şaf et­di­ril­mə­si üçün te­atrlar­da stu­di­ya­lar açıl­ma­lı­dır. Əl­bət­tə, 10-15 il əv­vəl səs­lən­di­ri­lən bu ide­ya­lar ar­tıq re­al­lı­ğa çev­ri­lib. Bu gün Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin xət­ti ilə 13 te­atrda te­atr stu­di­ya­sı açı­lıb. Bu stu­di­ya­lar­da te­at­ra ma­ra­ğı olan, bu sə­nə­tə bağ­lan­maq is­tə­yən gənclər kurs ke­çir, sə­nə­tin yol­la­rı­na bə­ləd olur.

Bu gün fə­a­liy­yət gös­tə­rən te­atr stu­di­ya­la­rın­da on­lar­la gənc məş­ğul olur və on­lar pe­şə­kar te­atr xa­dim­lə­rin­dən dərslər alır.

Xalq te­atrla­rı­nın if­la­sı­nın nə­ti­cə­lə­ri nə ol­du?

Qeyd edək ki, il­lər əv­və­lə qə­dər xalq te­atrla­rı, öz­fə­a­liy­yət dər­nək­lə­ri fə­a­liy­yət gös­tə­rir­di. Öz­fə­a­liy­yət dər­nək­lə­ri­nin bir­ba­şa işi gənclə­ri te­at­ra ha­zır­la­maq idi. Xalq te­atrla­rın­da səh­nə­yə çı­xan gənclə­rin ək­sə­riy­yə­ti son­ra­dan pe­şə­kar səh­nə fə­a­liy­yə­ti­nə baş­la­yıb və bu gün ta­nın­mış sə­nət­kar­lar­dır. Əl­bət­tə, xalq te­atrla­rın­da tə­sa­dü­fi in­san­lar iş­lə­mir­di, on­lar pro­fes­si­o­nal te­atr adam­la­rı idi. Mə­də­niy­yət ev­lə­rin­də, klub­lar­da təş­kil olu­nan öz­fə­a­liy­yət kol­lek­tiv­lə­ri­nin işi te­atrla­ra kadrlar ha­zır­la­maq idi. Gənclər bu kol­lek­tiv­lər­də ye­ti­şir və te­at­rın nə ol­du­ğu­nu an­la­yır­dı. Ək­sər hal­lar­da öz­fə­a­liy­yət dər­nək­lə­ri­nə gə­lən gənclər son­ra aktyor­luq, re­jis­sor­luq təh­si­li alıb. Yaş­lı və or­ta nə­sil aktyor­la­rın han­sın­dan so­ruş­sa­nız de­yə­cək ki, öz­fə­a­liy­yət dər­nə­yin­də, xalq te­at­rın­da iş­ti­rak et­mi­şəm. Əs­lin­də, o za­man­lar xalq te­atrla­rı­nın bö­yük uğur­la­rı, na­i­liy­yət­lə­ri var­dı. Bu gün də mü­əy­yən yer­lər­də xalq te­atrla­rı fə­a­liy­yət gös­tər­mək­də­dir, la­kin on­la­rın gör­dü­yü iş­lər rek­lam­dan kə­nar­dır, çox­la­rı­mız on­lar­dan xə­bər­si­zik.

Mü­tə­xəs­sis­lər qeyd edir ki, öz­fə­a­liy­yət dər­nək­lə­ri­nin ye­tiş­dir­di­yi te­atr adam­la­rı bu sə­nə­tə tə­mən­na­sız bağ­la­nır­dı. Te­atrşü­nas­lar bil­di­rir ki, xalq te­atrla­rı­nın fə­a­liy­yə­ti­nin ar­xa pla­na keç­mə­si gəncli­yin bu sə­nə­tə gə­li­şi­nə mü­əy­yən çə­tin­lik ya­ra­dıb. Yə­ni on­la­rın bu sə­nə­tə hə­və­si­ni alov­lan­dır­ma­yıb. Söz­süz ki, bu gün te­atrlar heç də sə­nə­tə ye­ni qə­dəm qo­yan gənclə­rin üzü­nə açıq de­yil. On­lar ye­tiş­mə­li­dir ki, te­atrlar on­la­rı qə­bul et­sin.

Te­atr stu­di­ya­la­rı­nın açıl­ma­sı ya­ra­dı­cı gənclə­rin hə­ya­tın­da nə ki­mi rol oy­na­yır?

Sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru Zül­fiy­yə El­dar­qı­zı bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, te­atr stu­di­ya­la­rı­nın ya­ra­dıl­ma­sı al­qı­şa­la­yiq­dir. Onun söz­lə­ri­nə gö­rə, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi tə­rə­fin­dən açı­lan bu stu­di­ya­lar sə­nə­tə an­caq fay­da ve­rə bi­lər: "Bi­lir­si­niz ki, döv­lət te­at­rın in­ki­şaf et­mə­si üçün ge­niş­miq­yas­lı la­yi­hə­lər hə­ya­ta ke­çi­rir. Azər­bay­can­da te­atr sə­nə­ti­nin in­ki­şa­fı ilə bağ­lı bir sı­ra fun­da­men­tal döv­lət sə­nəd­lə­ri qə­bul edi­lib. Bu sə­nəd­lər ara­sın­da 2006-cı il­də qə­bul edil­miş "Te­atr və te­atr fə­a­liy­yə­ti haq­qın­da" Qa­nun, 2007-ci il­də im­za­lan­mış "Azər­bay­can te­atr sə­nə­ti­nin in­ki­şaf et­di­ril­mə­si haq­qın­da" Pre­zi­dent sə­rən­ca­mı və "Azər­bay­can te­at­rı 2009-2019-cu il­lər­də" Döv­lət Proq­ra­mı­nın xü­su­si ye­ri var. Azər­bay­can­da te­atr sə­nə­ti döv­lət sə­viy­yə­sin­də özü­nün la­yiq­li qiy­mə­ti­ni alıb. Te­atr sə­nə­ti­nin tə­rəq­qi­si, ye­ni­ləş­mə­si, bey­nəl­xalq te­atr mə­ka­nın­da la­yiq­li yer tut­ma­sı ki­mi va­cib mə­qam­lar döv­lə­tin hər­tə­rəf­li dəs­tə­yi­ni qa­za­nıb. Bu dəs­tək dün­ya­ya in­teq­ra­si­ya edən te­at­ra na­il ol­maq üçün bö­yük im­kan­lar de­mək­dir. Bu gün nə­in­ki pay­taxt te­atrla­rı, ha­be­lə böl­gə­lər­də­ki te­atrlar da ye­ni in­ki­şaf döv­rü­nü ya­şa­yır. Döv­lət Azər­bay­can­da te­atr sə­nə­ti­nin zən­gin ənə­nə­lə­ri­nə əsas­la­na­raq onun mü­a­sir məc­ra­da in­ki­şa­fı­na da­yaq du­rur. Mə­lum­dur ki, "Azər­bay­can te­at­rı 2009-2019-cu il­lər­də" Döv­lət Proq­ra­mı­na mü­va­fiq ola­raq res­pub­li­ka te­atrla­rı­na yer­li kadrla­rın, is­te­dad­lı gənclə­rin da­vam­lı axı­nı­nı tə­min et­mək məq­sə­di­lə 13 te­atrda te­atr stu­di­ya­sı ya­ra­dı­lıb. Bu da te­atrlar­da ye­ni kadrla­rın ye­tiş­mə­si­nə tə­kan ve­rir. Bi­li­rik ki, xü­su­sən böl­gə te­atrla­rı üçün aktyor­la­rın ha­zır­lan­ma­sı ba­xı­mın­dan bu stu­di­ya­la­rın ya­ra­dıl­ma­sı va­cib idi və la­yi­hə ar­tıq öz bəh­rə­si­ni ve­rir. Bu gün böl­gə te­atrla­rın­da ki­fa­yət qə­dər gənc var. Hal­bu­ki, son il­lə­rə qə­dər te­atrlar­da ca­van­laş­ma pro­se­si ol­duq­ca ləng ge­dir­di. Am­ma Te­atr stu­di­ya­la­rı bu pro­se­si güc­lən­dir­di və ha­zır­da bu sa­hə­də və­ziy­yət ürə­ka­çan­dır. Te­atr gənclik­lə nə­fəs alır. Çün­ki gənclik özü ilə ye­ni nə­fəs gə­ti­rir. Çox se­vin­di­ri­ci hal­dır ki, döv­lət gəncli­yə bö­yük da­yaq olur".

Min­gə­çe­vir te­at­rın­da te­atr stu­di­ya­sı...

Min­gə­çe­vir Döv­lət Dram Te­at­rı­nın baş re­jis­so­ru, sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru Xə­zər Gən­cə­li möv­zu ilə bağ­lı "Ba­kı-Xə­bər"ə bil­dir­di ki, iş­lə­di­yi te­atrda te­atr stu­di­ya­sı uğur­la fə­a­liy­yət gös­tə­rir: "Kadr mə­sə­lə­si ən ax­sa­yan tə­rə­fi­miz­dir. Uni­ver­si­te­tin mə­zun­la­rı bu­ra­ya gəl­mir. Tə­bii ki, bu­nun ob­yek­tiv sə­bəb­lə­ri var: mad­di mə­sə­lə, ev­lə tə­mi­nat, ya­şam şərtlə­ri və s. Ona gö­rə də biz məc­bu­ruq ki, te­at­rın nəz­din­də stu­di­ya­lar təş­kil edə­rək, elan yo­lu ilə perspek­tiv­li gənclə­ri te­at­ra cəlb edək. Ha­zır­da be­lə bir stu­di­ya biz­də möv­cud­dur və "İnam" ad­la­nır".

"Te­atr stu­di­ya­sı təc­rü­bə­si­ni al­qış­la­yı­ram..."

Xalq ar­tis­ti Nu­rəd­din Meh­di­xan­lı "Ba­kı-Xə­bər"ə bil­dir­di ki, te­atrlar­da te­atr stu­di­ya­la­rı­nın fə­a­liy­yə­tə baş­la­ma­sı te­atr sə­nə­ti­nə bö­yük sti­mul ve­rir. Onun bil­dir­di­yi­nə gö­rə, bu, gənclə­rin te­at­ra axı­nı­nı güc­lən­di­rir. "Mə­sə­lə bu­ra­sın­da­dır ki, Ba­kı­da te­atr sa­hə­si üz­rə təh­sil alan gənclər son­ra­dan ra­yon­la­ra, əya­lət­lə­rə qa­yıt­maq is­tə­mir. Bu­nun da sə­bə­bi ev­siz­lik, ya­şa­yış prob­le­mi­dir ki, bu on­la­rın qar­şı­sı­nı alır. Ona gö­rə də te­atrlar olan böl­gə­lər­də Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin qə­ra­rı və dəs­tə­yi ilə te­atr stu­di­ya­la­rı ya­ra­nıb. Bi­li­rəm ki, Lən­kə­ran Döv­lət Dram Te­at­rın­da te­atr stu­di­ya­sı fə­a­liy­yət gös­tə­rir. On­lar te­at­ra hə­və­si olan yer­li gənclə­ri cəlb et­mək üçün mü­sa­bi­qə elan edir, o mü­sa­bi­qə­dən ke­çən­lər iki il müd­də­tin­də te­atr stu­di­ya­sın­da dərs ke­çib sə­nə­ti öy­rə­nir və son­ra im­ta­han ve­rir. Ey­ni za­man­da da gənclər təh­sil müd­də­tin­də te­atr ta­ma­şa­la­rın­da küt­lə­vi səh­nə­lər­də iş­ti­rak edir, təc­rü­bə qa­za­nır. Kim­lər ki, ora­da özü­nü təs­diq­lə­yir, on­lar te­at­ra cəlb edi­lir. Yə­ni gö­rür­lər ki, bu adam is­te­dad­lı­dır, te­atr üçün ya­rar­lı­dır, onu te­atrlar şta­ta gö­tü­rür. Bu hal­da, o gən­cin iş ye­ri, ev­lə bağ­lı prob­le­mi ol­mur. Ora­da ya­şa­yır və fə­a­liy­yət gös­tə­rir. Te­atr stu­di­ya­sı təc­rü­bə­si­ni al­qış­la­yı­ram. Çox gö­zəl ör­nək­dir. Yə­qin bi­lir­si­niz ki, Rus Dram Te­at­rı da bu təc­rü­bə­dən is­ti­fa­də edir. Mən çox ar­zu edər­dim ki, Aka­de­mik Mil­li Dram Te­at­rın­da da be­lə stu­di­ya ol­sun, te­atrlar özü mü­sa­bi­qə­lər ke­çir­sin, se­çi­lən is­te­dad­lı gənclə­rə bi­zim aktyor­lar dərs keç­sin. Özü­nü doğ­rul­dan gənclər te­at­rın trup­pa­sı­na qə­bul edil­sin. Bu hal­da, ar­tıq te­atrla­ra gənc is­te­dad­la­rın axı­nı sa­hə­sin­də prob­lem həll olu­nar. Vax­ti­lə te­atr stu­di­ya­sı­nın funksi­ya­sı­nı Azər­bay­can­da fə­a­liy­yət gös­tə­rən xalq te­atrla­rı, öz­fə­a­liy­yət kol­lek­tiv­lə­ri ye­ri­nə ye­ti­rir­di. İn­di on­lar bu iş­lə məş­ğul ol­mur. Ha­zır­da bu funksi­ya­nı te­atrla­rın nəz­din­də fə­a­liy­yət gös­tə­rən te­atr stu­di­ya­la­rı ye­ri­nə ye­tir­mə­li­dir. Bu stu­di­ya­la­rı İn­cə­sə­nət Uni­ver­si­te­tin­də­ki aktyor­luq fa­kül­tə­si­nin işi­nə hər han­sı bir ma­neə ki­mi də gör­mü­rəm. On­lar təd­ris­lə məş­ğul­dur və gənclə­rə ali təh­sil ve­rir.

Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin bu sa­hə­də gör­dü­yü iş­lə­ri dəs­tək­lə­yi­rəm".

"Elə bi­zim Mu­si­qi­li Te­at­rın özün­də də..."

Azər­bay­can Döv­lət Mu­si­qi­li Te­at­rı­nın aktyo­ru, əmək­dar ar­tist Əzi­za­ğa Əzi­zov bi­zim­lə söh­bə­tin­də qeyd et­di ki, te­atr stu­di­ya­la­rı­nın fə­a­liy­yə­ti­nə mü­na­si­bə­ti müs­bət­dir: "Mü­na­si­bə­tim çox əla­dır. Elə bi­zim Mu­si­qi­li Te­at­rın özün­də də te­atr stu­di­ya­sı var. Adi bir mi­sal çə­kim. Hər han­sı bir fut­bol­çu­nu yax­şı ye­tiş­dir­mək üçün əv­vəl­cə pe­şə­kar uşaq fut­bol mək­tə­bi­nə qo­yur­lar. Son­ra əvə­ze­di­ci he­yət, da­ha son­ra pro­fes­si­o­nal fut­bol­da özü­nü gös­tə­rir. O qə­dər məş­hur aktyor­lar dər­nək­lər­dən, öz­fə­a­liy­yət kol­lek­tiv­lə­rin­dən gə­lib­lər ki... İn­di kim bi­lir o stu­di­ya­lar­dan nə qə­dər bö­yük sə­nət­kar­lar çı­xa bi­lər... Mən, bir­mə­na­lı ola­raq, bu­nu dəs­tək­lə­yi­rəm. Am­ma o stu­di­ya­la­ra da gə­rək pe­şə­kar­lar rəh­bər­lik et­sin".

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 28 fevral.- S.13.