43 nəfər şəhid,
3 Milli Qəhrəmanlı
Laçın Polisi...
-
İyulun 2-də Laçın Rayon Polis Şöbəsinin
inzibati binasında
Azərbaycan Polisinin
peşə bayramı
qeyd olunub. Tədbir
iştirakçıları əvvəlcə ulu öndərin xatirə
guşəsi və şəhidlərin fotostendi
önünə gül
dəstələri düzüblər.
Sonra akt zalında
davam etdirilən tədbirdə RPŞ-nin
rəisi, polis polkovnik-leytenantı Adil
Əsədov şəxsi
heyəti peşə
bayramı münasibətilə
təbrik edərək
bildirib ki, müstəqil dövlətimizin əsas
sütunlarından olan
Azərbaycan polisinin
99 yaşı tamam olur. Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı,
eyni zamanda beynəlxalq standartlara
uyğunlaşdırılır. Rəis çıxışında
ölkə və
DİN rəhbərliyinə göstərilən diqqət
və qayğıya
görə şəxsi
heyət adından minnətdarlığını ifadə edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan polisi Qarabağ müharibəsi zamanı
ölkəmizin ərazi
bütövlüyü uğrunda
gedən döyüşlərdə
fəal iştirak edib. Daxili işlər orqanlarının
və Daxili Qoşunların şəxsi
heyətinin 1695 nəfəri bu müharibədə şəhid olub. Polisin sıralarında
xeyli sayda Milli Qəhrəman adına, habelə
orden və medallara layiq görülənlər var.
Laçın polisi də Vətən uğrunda döyüşlərdə qəhrəmanlıqla
vuruşub, 43 nəfər
şəhid olub, 3 nəfər "Azərbaycanın
Milli Qəhrəmanı"
fəxri adına
layiq görülüb,
4 nəfər "Azərbaycan
Bayrağı" ordeni
ilə təltif olunub, onlardan ikisi hazırda xidmətini davam etdirir.
Sonda şəhid
ailələrinə maddi
köməklik göstərilib,
xidmətdə fərqlənən
polis əməkdaşları mükafatlandırılıb.
Natiq CAVADOV.
Bakı xəbər.- 2017.- 5 iyul.- S.11.