Bakı muzeylərində əcnəbi
turistlər...
Bəzi muzeylərə xarici turist
axını güclüdür, bəzilərinə isə...
na qucaq açan şəhərlərdən
biri kimi dünyada məşhurdur. Rəsmi
məlumatlara istinad etsək, hər ay çeşidli
ölkələrdən yüzlərlə turist ailəvi
olaraq paytaxtımızı, onun gəzməli-görməli
yerlərini, muzeyləri, park və abidələri
ziyarət edir. Əlbəttə, turistləri əsas
maraqlandıran məkanlar sırasında muzeylərin
ayrıca yeri var. Turisti
maraqlandıran məkanlardan birinin muzeylər olması
şübhəsizdir.
Təbii ki, hər bir muzey ölkənin
simasını, keçmişini və bu
gününü təqdim etməklə yanaşı, həm
də bir mədəniyyət ocağıdır.
Bakı muzeylərlə zəngin olan şəhərlərdən
biridir.
Paytaxt Bakının muzeyləri maraqlı
eksponatlarla, tariximizin müxtəlif dövrlərini
əks etdirən materiallarla zəngindir. Burada
müxtəlif profilli muzeylərlə yanaşı,
tarixi şəxsiyyətlərin, elm və mədəniyyət
xadimlərinin xatirə, mənzil muzeyləri fəaliyyət
göstərir.
Paytaxt muzeylərinə turist axını hansı
səviyyədədir? Xarici turistlər
muzeylərə gedirmi? Bir neçə
muzeylə əlaqə saxlayaraq mövzunu
araşdırmaq qərarına gəldik.
Böyük
uşaq yazıçısı Abdulla Şaiqin Ev
Muzeyinin əməkdaşı Günel Əsədova
bizimlə söhbətində muzeyə məktəblilər,
tələbələrlə yanaşı, xarici turistlərin
də gəldiyini bildirdi: "Bizim muzey daim ziyarətçilərin
gəlib-getdiyi məkandır. Muzeyimizdə
həm yerli, həm də xarici turistləri görmək
olar. Düzdür, xaricdən gələnlərin
sayı elə də çox olmasa da, yox da deyil.
Hansısa ziyalının evinə xaricdən qonaq gəlirsə,
o mütləq həmin qonağı Abdulla Şaiqin ev Muzeyinə də gətirir. Deyim ki, muzeyimizə giriş ödənişsizdir.
Hər bir qonağı böyük məmnuniyyətlə
qəbul edir, onlara muzey haqqında, Abdulla Şaiq barədə,
onun ailəsi, fəaliyyəti ilə bağlı ətraflı
məlumat veririk".
Azərbaycan
Dövlət Din Tarixi Muzeyindən də qəzetimizə
bildirdilər ki, muzeyin daimi ziyarətçiləri
sırasında xarici turistlər də var. Turistlər
Azərbaycan din tarixi ilə bağlı maraqlı məlumatlar
əldə edir.
Azərbaycan
Dövlət Kənd Təsərrüfatı Muzeyindən
də qəzetimizə verilən məlumata görə,
bu muzey şəhərin mərkəzində yerləşməsə
də, xarici turistlər buranı axtarıb tapır və ziyarət
edir. Muzeyin özünü təqdim etməyən əməkdaşının
sözlərinə görə, bura turistlər tez-tez gəlir:
"Muzeyimiz turistlərin üzünə
açıqdır. Onlar bura tez-tez gəlir.
Onlar müxtəlif
ölkələrdən gəlir. Muzeyimizdəki
eksponatlar onların marağını cəlb edir".
Turistlərin muzeydə olarkən dil problemi ilə
üzləşib-üzləşmədiyinə gəlincə,
muzey əməkdaşı qeyd etdi ki, ekskursiyada ingilis
və rus dillərini bilən mütəxəssislər
işləyir.
Azərbaycan
Milli İncəsənət Muzeyindən "Bakı-Xəbər"ə
verilən məlumata görə isə, ölkənin zəngin
muzeylərindən olan İncəsənət Muzeyinə
turist axını var. Muzey əməkdaşlarının
bildirdiyinə görə, muzeyin daimi ziyarətçiləri
sırasında xarici turistlər çoxluq təşkil
edir: "Xarici turistlər muzeyimizə çox gəlir.
Bizim muzeyin zənginliyi və gözəlliyi
onları heyran edir. Burada onları
maraqlandıran eksponatlar çoxdur".
Azərbaycan Tarix Muzeyinin əməkdaşları
da turistlərin muzeyə tez-tez gəldiyini bildirdilər. Muzey əməkdaşlarının
verdiyi məlumata görə, muzeyə gələn
ziyarətçilər arasında xarici turistlər də
çoxdur: "Bizə turist axını var. Turistlər
tez-tez gəlir. Ölkəmizdə turizmin
yüksək səviyyədə inkişaf etdirilməsi
bura turist axınını gücləndirib".
Bülbülün
Memorial Muzeyinin baş mühafizi Nigar İsgəndərova
bizimlə söhbətində bildirdi ki, dahi sənətkarın
muzeyi xarici turistlərin mütəmadi baş çəkdiyi
məkanlardandır: "Bizim muzeyə xarici ölkələrdən
çoxlu turist gəlir. Son vaxtlar daha
çox ərəb turistləri gəlir və onlar
Bülbülün şəxsiyyəti, fəaliyyəti
ilə maraqlanır. Buradakı
eksponatlar onların marağına səbəb olur.
Bizdə rus və ingilis dillərini bilən əməkdaşlar
var. Turistlərlə ingilis və rus dillərində
danışırlar"
Cəfər
Cabbarlının Ev Muzeyindən də
bizə bildirdilər ki, bura əsasən ədəbiyyat
və elm xadimləri gəlir. Muzey əməkdaşları
qeyd etdi ki, muzeyə arabir xarici turistlər də gəlir.
Cəlil
Məmmədquluzadənin Ev Muzeyini
də ziyarət edənlərin sırasında turistlər
var.
Dövlət
Tarixi-Arxitektura Muzeyi Qoruğu - Şirvanşahlar
Sarayı Kompleksinin şöbə müdiri Səadət
Ələkbərova bizimlə söhbətində qeyd
etdi ki, qoruq şəhərin mərkəzində,
görkəmli yerlərdən birində yerləşdiyi
üçün bura ziyarətçilər həddindən
artıq çox gəlir: "Bilirsiniz ki, Şirvanşahlar
Sarayına gəlib-gedən çoxdur. Bizim
muzeyə xarici turistlər kütləvi olaraq gəlir.
Onlar buradan xoş təəssüratlarla
ayrılır. Hara baxırlar
qarşılarına zəngin bir dünya
çıxır. Bizə son zamanlar ən
çox Rusiya, ərəb ölkələri, Çin və
Yaponiyadan turistlər gəlir. Əməkdaşlarımız
onlarla rus və ingilis dilində ünsiyyət
qurur".
Həsən
bəy Zərdabi adına Təbiətşünaslıq
Muzeyinin direktor müavini Obrik Zeyniyev "Bakı-Xəbər"ə
bildirdi ki, Azərbaycan Təbiətşünaslıq
Muzeyi olduqca orijinal və maraqlı bir muzeydir. Onun
sözlərinə görə, muzeyə ən çox
xarici səfirliklərə gələn qonaqlar baş
çəkir: "Bizim muzey 1930-cu ildə
yaradılıb. 1938-ci ildə isə Elmlər
Akademiyasının tərkibində fəaliyyət
göstərməyə başlayıb. Muzeyimiz çox zəngindir. Bura
gələn qonaqlar ayrılıb getmək istəmir.
Turistlər son 4-5 aya qədər daha
kütləvi şəkildə gəlirdilər.
Ancaq indi bir az azalıb. Bizə
əsasən xarici ölkə səfirliklərinə
xaricdən gələn qonaqları gətirirlər.
Onlar buranı çox sevir. Hətta bir dəfə NATO-nun
generallarını da gətirmişdilər. Ziyarət bir saat nəzərdə tutulsa da,
onlar dörd saat muzeyimizdə qaldılar. Demək istəyirəm ki, muzeyimizdə
turistlərin, xarici qonaqların marağına səbəb
olacaq çox maraqlı eksponatlar, materiallar var".
Lətif
Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyindən də bildirdilər ki, muzeyə gələnlər
sırasında turistlər az deyil. Turistlərin
muzeyə kütləvi gəldiyini deyən muzey əməkdaşları
bunu ölkəmizdə turizmin yüksək səviyyədə
inkişafı ilə bağlayır.
Miniatür Kitablar Muzeyindən də bizə
bildirdilər ki, xarici turistlər muzeyi ziyarət edir
və buradakı unikal nümunələri,
eksponatları maraqla seyr edir.
Məmməd Səid Ordubadinin Xatirə Muzeyi də
turistlərin ziyarət məkanlarından biridir. Paytaxtın
mərkəzində yerləşən muzeyin
qapısı əcnəbi turistlərin üzünə
açıqdır.
Nizami Gəncəvi
adına Azərbaycan Ədəbiyyatı
Muzeyinin əməkdaşları da bizimlə söhbətində
bura turistlərin, xarici qonaqların gəldiyini
bildirdi.
Nəriman Nərimanovun Xatirə Muzeyi də
turistlərin baş çəkdiyi məkanlardan
biridir.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğundan qəzetimizə
bildirdilər ki, yerüstü zəngin bir abidə olan
Qobustan hələ sovet illərindən ölkəyə
gələn turistlərin əsas ziyarət
marşrutuna salınıb. Bu gün də yerli və
xarici turistlərin tez-tez kütləvi olaraq baş
çəkdiyi muzey öz təbii zənginliyi, gözəlliyi
ilə turistlərin diqqətini cəlb edir.
Səməd
Vurğunun Ev Muzeyinin əməkdaşlarından
aldığımız məlumata görə, muzeyin
qonaqları həddindən artıq çox olur. Onların sırasında turistlərin də
olduğunu deyən muzey əməkdaşları xarici
turistlərin Azərbaycan ədəbiyyatının
görkəmli simalarından olan Səməd Vurğun
şəxsiyyətinə, irsinə maraq göstərdiyini
bildirir.
Hüseyn
Cavidin Ev Muzeyinin direktoru Gülbəniz
Babaxanlı "Bakı-Xəbər"ə
açıqlamasında dedi ki, bura əsasən xarici ədəbiyyat,
elm xadimləri gəlir: "Bura o adamlar gəlir ki,
onlar ədəbiyyatşünaslıqla maraqlanır,
Cavid əfəndinin şəxsiyyətinə,
yaradıcılığına bələddir. Muzeyimizə sıravi turistlərdən daha
çox dünyanın tanınmış ədəbiyyat
adamları gəlir. Qonaqlarımız
əsasən Türkiyə və İrandan olur".
Üzeyir Hacıbəyovun Ev Muzeyi də
turistlərin ziyarət yeridir. Dahi bəstəkarın
yaradıcılığı haqqında turistlər də
ətraflı məlumat almaq istəyir. Bura gələnlər
dünya şöhrətli bəstəkarın məşhur
əsərlərinin izi ilə gəlir.
Səttar Bəhlulzadənin Ev Muzeyi də
xarici turistlərə qucaq açır. Dahi rəssamın
mənzil muzeyinə gələnlər onun uca sənətinə
vurğun olur.
C.Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyinin əməkdaşları
bizimlə söhbətində bildirdilər ki, muzey
Muzey Mərkəzində yerləşdiyi
üçün mərkəzə gələnlər
bura da baş çəkir.
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyindən də bizə bildirdilər ki,
muzey şəhərin mərkəzində yerləşdiyi
üçün bura kütləvi olaraq xarici turistlər
gəlir. Azərbaycan musiqisi tarixini
özündə geniş əks etdirən muzeydəki əşyaların
turistlərin hədsiz marağını çəkdiyini
deyən muzey əməkdaşları qeyd edir ki, onlar əsasən
bizim milli musiqi alətlərimizlə maraqlanır.
Reallıq budur ki, Azərbaycan turistlərin
kütləvi axın etdiyi ölkələrdən
biridir. Araşdırmamız nəticəsində məlum
oldu ki, paytaxt muzeylərinə turistlər mütəmadi
olaraq baş çəkir. Onu da vurğulayaq ki, bizdə
bəzi muzeylər, xüsusən də mənzil və
xatirə muzeyləri ödənişsiz, yaxud cüzi
ödənişlidir. Bu da muzeylərə daha çox
ziyarətçinin gəlməsinə səbəb olur.
Muzeyşünaslar bildirir ki, bütün
dünyada muzeylərin xarici turistlərə verdiyi
informasiyanı digər vasitələr verə bilməz.
Onlar bildirir ki, muzeylər xalqın keçmişi, bu
günü və gələcəyi ilə bağlı
qiymətli bir xəzinədir.
İradə
SARIYEVA
Bakı
xəbər.- 2017.- 11 iyul.- S.13.