Əməkdar rəssam Hafiz Zeynalov yaşasaydı…

 

Ya­ra­dı­cı in­san­lar da qə­dim şə­hər­lər ki­mi­dir, ya ta­ma­mi­lə məhv olur, on­dan bir iz qal­mır, ya da öz var­lı­ğı­nı qo­ru­ya bi­lir. Han­sı əsr­də ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq, rəs­sam­lar haq­qın­da dü­şü­nən­də, qey­ri-ix­ti­ya­ri ola­raq, ar­xa­ik ştrix­lər gə­lir göz­lə­ri­miz önü­nə. Elə bi­lir­sən ki, bü­tün rəs­sam­lar bu qə­dim dün­ya­nın alt qat­la­rın­da ya­şa­yır, biz on­la­rı dü­şün­cə və xə­yal­la­rı­mız he­sa­bı­na zə­ma­nə­mi­zə gə­ti­ri­rik. Bəl­kə bu ona gö­rə be­lə­dir ki, on­lar hə­mi­şə öz ay­rı­ca dün­ya­la­rın­da olur.

 

Dün­ya­dan 21 il əv­vəl kö­çən ta­nın­mış fır­ça us­ta­sı, res­pub­li­ka­nın əmək­dar rəs­sa­mı Ha­fiz Zey­na­lov özü­nü İçə­ri Şə­hər­də, İçə­ri Şə­hə­ri isə iç dün­ya­sın­da ax­ta­rıb ta­pır­dı. Ya­şa­say­dı, iyu­lun 23-də 90 il­lik yu­bi­le­yi­ni sə­nət dost­la­rı, seyr­çi­lə­ri və ai­lə­si ilə bir­gə qeyd edə­cək­di H.Zey­na­lov. Rəs­sam H.Zey­na­lov hə­yat mü­şa­hi­də­lə­ri nə­ti­cə­sin­də gö­rüb və hiss et­dik­lə­ri­ni kə­tan üzə­ri­nə çə­kir­di. H.Zey­na­lov mü­sa­hi­bə­lə­rin­də de­yir­di: “İçə­ri Şə­hər mə­nə çox doğ­ma­dır. Bu­ra mə­nim də­də-ba­ba yur­dum­dur. Bir də­fə ta­nış­la­rım­dan bi­ri za­ra­fat­la mən­dən so­ruş­du: “Ha­fiz, nə ax­ta­rır­san bu İçə­ri Şə­hə­rin kü­çə­lə­rin­də, bəl­kə bir şey itir­mi­sən?”. De­dim: “İtir­mi­şəm, də­də-ba­ba oca­ğı­mı ax­ta­rı­ram”.

 

H.Zey­na­lov öm­rü­nün uzun il­lə­ri­ni təs­vi­ri in­cə­sə­nə­tin in­ki­şa­fı­na həsr edib. Sə­nət­şü­nas­lar haq­lı ola­raq qeyd edir ki, H.Zey­na­lov öm­rü­nün bir də­qi­qə­si­ni be­lə fır­ça­sız, kə­tan­sız, pa­lit­ra­sız tə­səv­vür edə bil­mir­di.

 

Öm­rün və qa­ra sə­hi­fə­lə­ri­ni, bu dün­ya­nın na­xı­şı­nı, ta­ri­xi şəx­siy­yət­lə­rin si­ma­sı­nı kə­tan üzə­ri­nə cız­dıq­ca, gö­zəl­lik­lər ya­ra­dır­dı. Na­kam şai­ri­miz Müş­fi­qin por­tre­ti­ni çə­kər­kən rəs­sam han­sı dü­şün­cə­lə­rə dal­ma­mış­dı… Şai­rin itən gənc­li­yi­ni, göz­lə­ri yol çə­kən sev­da yol­çu­su­nun tə­bəl­lü­at­lı dü­şün­cə­lə­ri­ni çək­di­yi por­tre­tə elə həkk et­miş­di ki, onun fır­ça­sı­nın ya­rat­dı­ğı Müş­fiq əbə­di gör­sə­nir­di.

 

Mər­hum H.Zey­na­lov ke­çən mi­nil­lik­lər­dən dü­nə­nə qo­naq gə­lən­də özü ilə nə qə­dər duy­ğu da­şı­yıb gə­tir­miş­di.

 

H.Zey­na­lov 1927-ci il iyul ayı­nın 23-də Ba­kı­da ana­dan olub. Sə­nət­şü­nas­la­rın ver­di­yi mə­lu­ma­ta gö­rə, 1942-1945-ci il­lər­də Ə.Əzim­za­də adı­na Azər­bay­can Döv­lət Rəs­sam­lıq Mək­tə­bin­də təh­sil alıb. 1947-1953-cü il­lər­də Sankt-Pe­ter­burq­da İ.E.Re­pin adı­na Rəs­sam­lıq, Hey­kəl­tə­raş­lıq və Me­mar­lıq İns­ti­tu­tun­da oxu­yub. 1954-cü il­də ilk də­fə ola­raq Ümu­mit­ti­faq rəs­sam­lıq sər­gi­sin­də – Tret­ya­kov Qa­le­re­ya­sın­da iş­ti­rak edib. Elə hə­min il SSRİ Rəs­sam­lar İt­ti­fa­qı­nın üzv­lü­yü­nə qə­bul olu­nub. Onun şöh­rə­ti də hə­min dövr­lər­dən öl­kə xa­ri­ci­nə ya­yıl­ma­ğa baş­la­yıb. Qiy­mət­li fır­ça us­ta­sı 1956-cı il­də Ümu­mit­ti­faq və Cə­nu­bi Qaf­qaz res­pub­li­ka­la­rı, ADR, MƏR, Əl­cə­za­ir­də­ki sər­gi­lər­də iş­ti­rak edib. Mə­lu­mat­la­ra gö­rə, 1982-ci il­də Ba­kı­da, 1983-cü ilin may ayın­da Mər­də­kan­da, hə­min ilin iyul ayın­da Sum­qa­yıt şə­hə­rin­də, 1988-ci il­də ye­nə də Ba­kı­da fər­di ya­ra­dı­cı­lıq sər­gi­lə­ri ke­çi­ri­lib. Fər­di ya­ra­dı­cı­lıq sər­gi­si rəs­sa­mın sə­nət qar­şı­sın­da ver­di­yi ən bö­yük im­ta­han­dır de­sək ya­nıl­ma­rıq.

 

H.Zey­na­lo­vun əsər­lə­rin­də ar­xa­ik ritm­lər, dü­şün­cə tər­zi, ye­ni­lik­lə qə­dim­li­yin çar­paz­laş­ma­sı xü­su­si tərz­də özü­nü gös­tə­rir. 1991-ci il­də Azər­bay­ca­nın əmək­dar rəs­sa­mı adı­na la­yiq gö­rü­lən də­yər­li fır­ça us­ta­dı 1996-cı il ma­yın 2-də dün­ya­dan kö­çüb. Əs­lin­də, bir sə­nət­ka­rın ya­ra­dı­cı­lı­ğı­nın ka­mil­ləş­di­yi dövr­də hə­yat­dan köç et­mə­si ürə­kağ­rı­dan­dır. Rəs­sam il­lər­lə ax­ta­rış­da olur, hər ki­çik ştri­xi be­lə fır­ça­sı­nın qüd­rə­ti ilə ha­di­sə­yə çe­vi­rə bi­lir. Rəs­sam ka­mil­lə­şən­də ta­mam baş­qa dü­şün­cə­yə kök­lə­nir və seyr­çi­lə­ri də hə­min ov­qat üs­tün­də kök­lə­nir.

 

Mə­lu­mat­la­ra gö­rə, Ha­fiz mü­əl­li­min ai­lə şə­cə­rə­si Ba­kı əsil­za­də­lə­ri­nə bağ­lı­dır. Kök­lü-kö­məc­li bir ağa­cın va­cib bu­da­ğı olan sə­nət­kar hə­lə İ.E.Re­pin adı­na Sankt-Pe­ter­burq Rəs­sam­lıq Aka­de­mi­ya­sın­da təh­sil al­dı­ğı il­lər­də ən çə­tin sa­yı­lan janr­la­ra mü­ra­ci­ət edir, ta­ri­xi möv­zu­lar­da əsər­lər ya­rat­ma­ğa ça­lı­şır­dı. Əl­bət­tə, ta­ri­xi bil­mə­yən rəs­sam heç vaxt ta­ri­xi əsər ya­ra­da bil­məz. Zən­gin bi­li­yi, is­te­da­dı, mü­şa­hi­də­si olan H.Zey­na­lov gənc­lik il­lə­rin­dən baş­la­ya­raq uğur­la­ra im­za atıb. Onun gənc­lik il­lə­rin­də uğur­lu iş­lə­rin­dən bi­ri “Ba­kı neft sə­na­ye­si fəh­lə­lə­ri it­ti­fa­qı­nın 1905-ci il ic­la­sı” idi və bu əsər onun dip­lom işi olub.

 

Ya­zı­lan­la­ra gö­rə, bu ta­ri­xi kom­po­zi­si­ya­nın ona gə­tir­di­yi bö­yük uğur və əsə­rin bir il son­ra Mosk­va­nın məş­hur Tret­ya­kov qa­le­re­ya­sın­da sər­gi­lən­mə­si, həm də bö­yük ta­ma­şa­çı au­di­to­ri­ya­sı top­la­ma­sı H.Zey­na­lov ya­ra­dı­cı­lı­ğı­nın əsas xət­ti­ni mü­əy­yən­ləş­dir­miş­di. Onu da vur­ğu­la­yaq ki, H.Zey­na­lo­vun gənc­lik il­lə­rin­də çək­di­yi əsər­lər P.Ko­rin, S.Ge­ra­si­mov, B.İo­han­son, V.Se­rov ki­mi gör­kəm­li sə­nət­kar­la­rın iş­lə­ri ilə ya­na­şı nü­ma­yiş et­di­ri­lir­di. Əl­bət­tə, bu, azər­bay­can­lı rəs­sa­mın uğu­ru idi. Bu uğur həm də Azər­bay­can təs­vi­ri in­cə­sə­nə­ti­nin uğu­ru sa­yı­lır­dı. Söz­süz ki, ya­ra­dı­cı­lıq­la məş­ğul ol­du­ğu bü­tün dövr­lər­də rəs­sam hər za­man ya­ra­dı­cı­lıq ax­ta­rış­la­rın­da olub. Mə­lu­mat­la­ra gö­rə, Ha­fiz mü­əl­lim fır­ça­sı­nı bir gün də kə­na­ra qoy­mur, hə­mi­şə “bir gü­nüm də fır­ça­sız ol­ma­sın. Al­lah-təa­la­dan ikin­ci bir ömür ve­ril­səy­di, mən ye­nə də rəs­sam­lı­ğa qa­yı­dar­dım. Fır­ça, rəng mə­nim hə­ya­tım­dır. Mol­bert ar­xa­sın­da ol­ma­dı­ğım gün­lə­ri öm­rüm­dən say­mı­ram…” – de­yir­di. Bu eti­raf da­xi­lin­də bö­yük sə­nət gü­nə­şi ya­nan rəs­sa­mın ona is­te­dad, fəhm ve­rən Tan­rı­sı­na bö­yük min­nət­dar­lı­ğı de­yil­di­mi?!

 

H.Zey­na­lov haq­qın­da ya­zı­lan mə­qa­lə­lər­də qeyd edi­lir ki, ke­çən əs­rin 50-ci il­lə­rin­dən Azər­bay­can təs­vi­ri in­cə­sə­nə­tin­də öz yo­lu­nu, cı­ğı­rı­nı ya­ra­dan H.Zey­na­lov 40 il Azər­bay­can in­cə­sə­nə­ti­nə xid­mət edib.

 

H.Zey­na­lo­vun ya­ra­dı­cı­lı­ğı möv­zu və janr ba­xı­mın­dan çe­şid­li, rəng­li idi. O, əsər­lə­rin­də bir möv­zu­ya, bir jan­ra bağ­lan­mır­dı, ək­si­nə, bü­tün janr­la­ra fır­ça­sı ilə gö­zəl­lik, əbə­di­ya­şar­lıq bəxş edir­di.

 

Onun rəs­sam­lı­ğa gə­tir­di­yi ye­ni­lik­lər hə­qi­qə­tən də bu sa­hə­yə əla­və bir gö­zəl­lik gə­tir­miş­di. Nə qə­dər müa­sir­li­yin ətə­yin­dən tut­sa da, qə­dim­li­yi unut­mur, xal­qı­mı­zın ta­ri­xi­ni, et­noq­ra­fi­ya­sı­nı, hə­yat tər­zi­ni, məi­şə­ti­ni öy­rə­nər və onu əsər­lə­rin­də ifa­də edir­di. Onun üçün janr məh­du­diy­yə­ti ol­ma­dı­ğı ki­mi, möv­zu məh­du­diy­yə­ti də yox idi. Han­sı sa­hə­də iş­lə­yir­di­sə, kə­tan üzə­rin­də bö­yük əsər ya­ra­dır­dı.

 

Əmək­dar rəs­sa­mın ya­rat­dı­ğı əsər­lər, tab­lo­lar keç­miş SSRİ-nin hər tə­rə­fin­də, elə­cə də onun sər­həd­lə­rin­dən uzaq­lar­da seyr­çi­lər və sə­nət bi­li­ci­lə­ri tə­rə­fin­dən sev­gi ilə qar­şı­la­nır­dı. Onu da qeyd edək ki, rəs­sam öz əsər­lə­ri ilə So­vet İt­ti­fa­qı da­xi­lin­də, elə­cə də Mi­sir­də, Al­ma­ni­ya­da, Əl­cə­za­ir­də, Tür­ki­yə­də və baş­qa yer­lər­də ke­çi­ri­lən bey­nəl­xalq sər­gi­lər­də ya­xın­dan iş­ti­rak edir­di.

 

H.Zey­na­lo­vun ya­ra­dı­cı­lı­ğın­da ta­ri­xi jan­rın xü­su­si yer tut­du­ğu­nu bil­di­rən sə­nət­şü­nas­lar vur­ğu­la­yır ki, əmək­dar rəs­sa­mın “Ba­kı­da so­vet ha­ki­miy­yə­ti qu­rul­ma­sı­nın elan edil­mə­si”, “Qaf­qa­zın mü­da­fiə­si”, “Kə­ma­ləd­din Beh­zad Şah İs­ma­yıl Xə­tai­nin sa­ra­yın­da”, “Xə­qa­ni xalq ara­sın­da”, “Ku­ba­da gö­rüş” ki­mi kom­po­zi­si­ya­lar­la zən­gin olan qo­lu son­ra­lar bir sı­ra tab­lo­lar­la da­ha da dol­ğun­la­şır. Bu onun “20 Yan­var qır­ğı­nı” əsə­rin­də özü­nü tam ola­raq ifa­də edir.

 

H.Zey­na­lo­vun əsər­lə­ri­ni saf-çü­rük edən təd­qi­qat­çı­lar ya­zır ki, onun ya­ra­dı­cı­lı­ğı­nın şah əsə­ri “Tom­ris” tab­lo­su­dur. Mə­lu­mat­la­ra gö­rə, özü də bu qəh­rə­man qa­dı­nın tab­lo­su­nu çox se­vir­miş. O öz mü­sa­hi­bə­lə­rin­də qeyd edir­di: “Mən­dən so­ru­şur­lar, elə bir əsə­rin var­mı ki, ona hər gün bax­maq­dan yo­rul­mur­san? Doğ­ru­su, sə­nət­kar üçün bü­tün əsər­lə­ri əziz­dir. Hər əsər ya­ra­dı­cı ada­mın, bir növ, öv­la­dı­dır. An­caq mən “Tom­ris”ə hər gün bax­maq­dan doy­mu­ram”.

 

Mə­lu­mat­la­ra gö­rə, “Tom­ris” çox­fi­qur­lu kom­po­zi­si­ya­sın­da H.Zey­na­lov mas­sa­get­lə­rin hökm­da­rı­nı, qüd­rət­li qa­dın sər­kər­də­ni çox yük­sək sə­viy­yə­də təq­dim edə bi­lib.

 

H.Zey­na­lo­vun ya­ra­dı­cı­lı­ğın­da ön xət­lər­dən bi­ri­ni təş­kil edən mən­zə­rə jan­rın­da o özü­nü tam ola­raq ifa­də edə bi­lir­di.  Rəs­sa­mın “Şir­van­şah­lar sa­ra­yı”, “İçə­ri Şə­hər”, “Ba­kı­da ilk qar”, “Ba­kı­da məs­cid” ki­mi bən­zər­siz sə­nət əsər­lə­ri tək­rar­sız Ba­kı və Ab­şe­ron tor­pa­ğı­nın gö­zəl­li­yi­ni, zən­gin­li­yi­ni, ta­ri­xi abi­də­lə­ri­ni əks et­di­rir­di. Onun “Xə­zə­rin sa­hi­lin­də”, “Bi­zim bağ­da”, “Ab­şe­ron­da ax­şam”, “Zu­ğul­ba qa­ya­la­rı” və di­gər əsər­lə­ri bu qə­bil­dən­dir. Li­rik-poe­tik əh­val­dan, ov­qat­dan qay­naq­la­nan bu əsər­lər rəs­sa­mın da­xi­li alə­mi­ni, dü­şün­cə­si­ni də ifa­də edir­di. Gö­zəl­li­yi tə­rən­nüm et­mək rəs­sa­mın ilk iş­lə­rin­dən bi­ri­dir.

 

Onun gör­kəm­li ədə­biy­yat, in­cə­sə­nət xa­dim­lə­ri­nin por­tret­lə­ri­ni ya­rat­ma­sı da təq­di­rə­la­yiq hal­dır. O özü bu ba­rə­də de­yir­di: “Doğ­ru­dur, mən bö­yük bir por­tret qa­le­re­ya­sı ya­rat­mı­şam. Azər­bay­can ədə­biy­ya­tı­nın gör­kəm­li ob­raz­la­rı­nın – Ni­za­mi, Xə­qa­ni, Nəi­mi, Nə­si­mi, Hü­seyn Ca­vid, Mi­ka­yıl Müş­fiq, Cə­fər Cab­bar­lı, Sə­məd Vur­ğun, Məm­məd Ra­him və baş­qa­la­rı­nın por­tret­lə­ri­ni ya­rat­mı­şam. La­kin bu mə­nim ya­ra­dı­cı­lı­ğı­mı nə­in­ki çər­çi­və­yə sal­mır, ək­si­nə, mə­nə hə­min si­ma­la­rın hə­ya­tın­dan bö­yük tab­lo­lar ya­rat­ma­ğa ma­te­ri­al ve­rir”.

 

Rəs­sam “Nə­si­mi”, “Nəi­mi”, “Ni­za­mi­nin gənc­li­yi”, “Məm­məd Ra­him”, “Sə­məd Vur­ğun və Ni­ko­lay Ti­xo­nov” ki­mi əsər­lər ya­ra­dıb. “Hü­seyn Ca­vid və Mi­ka­yıl Müş­fiq”, “Mir­zə Fə­tə­li Axun­dov”, “Mə­həm­məd Fü­zu­li” əsər­lə­ri bu ba­xım­dan çox əhə­miy­yət­li­dir.

 

Bun­dan baş­qa, o, İs­ma­yıl Os­man­lı, Mux­tar Da­da­şov, Hə­qi­qət Rza­ye­va, Ama­li­ya Pə­na­ho­va, Ham­let Xa­nı­za­də, El­mi­ra Rə­hi­mo­va, Xu­ra­man Qa­sı­mo­va ki­mi in­cə­sə­nət xa­dim­lə­ri­nin por­tret­lə­ri­ni də ya­ra­dıb, özü də bö­yük il­ham­la. Rəs­sam “Ham­let Xa­nı­za­də İb­lis ro­lun­da” por­tre­ti­ni ya­xın dost­la­rın­dan bi­ri olan gör­kəm­li ak­tyo­ra həsr edib. Əsər­də H.Xa­nı­za­də İb­li­sin son mo­no­lo­qu­nu söy­lə­yər­kən təs­vir olu­nub. Ci­na­yət­kar­lıq, ri­ya­kar­lıq rəm­zi olan İb­lis şüb­hə et­mir ki, onu in­san­lar­dan uzaq­laş­dır­sa­lar da, ib­lis­lik on­la­rı tərk et­mə­yə­cək. Bu əsə­rə uğur qa­zan­dı­ran bir tə­rəf­dən rəs­sa­mın ak­tyo­ra olan rəğ­bə­ti­dir­sə, di­gər tə­rəf­dən Hü­seyn Ca­vid ya­ra­dı­cı­lı­ğı­na vur­ğun­luq və bə­ləd­li­lik­dir. La­kin əsə­rin “mis­si­ya­sı” bu­nun­la bit­mir. Mü­əl­lif bu­ra­da diq­qə­ti san­ki ib­lis­lə­rin hər za­man in­san­la­rın ara­sın­da ola bil­mə­si mə­sə­lə­si­nə yö­nəl­dib. Məhz bu­na gö­rə onun bu əsə­ri əbə­di­ya­şar­lıq qa­za­nıb.

 

H.Zey­na­lov öz por­tret­lə­ri­ni də çə­kib. “Fır­ça ilə av­to­por­tret”, “Ma­vi köy­nək­də av­to­por­tret”, “Hə­sir şlya­pa­lı av­to­por­tret” və s. On­lar rəs­sa­mın hə­ya­tı­nın müx­tə­lif dövr­lə­rin­də çə­ki­lib.

 

Sə­nət­şü­nas­la­rın fik­rin­cə, rəs­sa­mın ən ma­raq­lı av­to­por­tre­ti son də­fə fır­ça­ya al­dı­ğı “Qır­mı­zı köy­nək­li av­to­por­tret”dir. Di­gər av­to­por­tret­lə­rin­də şən, hə­yat­se­vər, ener­ji do­lu bir in­san ki­mi gö­rü­nən H.Zey­na­lov bu də­fə qəm­li, dü­şün­cə­li nə­zər­lər­lə ba­xır.

 

Gö­zəl sə­nət­kar ol­maq­la ya­na­şı, H.Zey­na­lov həm də lə­ya­qət­li hə­yat yol­da­şı, gö­zəl ata idi. Hə­yat yol­da­şı Şöv­kət xa­nım­la sev­gi üzə­rin­də qur­du­ğu ai­lə­sin­də üç öv­lad bö­yü­düb pər­vaz­lan­dır­mış­dı. Qı­zı La­lən­də, oğul­la­rı Ta­mer­lan və Əli­ab­bas H.Zey­na­lo­vun öm­rü­nün da­va­mı idi­lər. Öv­lad­lar va­li­dey­nin da­va­mı­dır müt­ləq mə­na­da.

 

Rəs­sa­mın nə­və­si, sə­nət­şü­nas Ül­viy­yə Zey­na­lo­va ba­ba­sı haq­qın­da be­lə ya­zır: “Mən rəs­sam de­yi­ləm, an­caq zən­nim­cə, sə­nə­tin bu in­cə nö­vü haq­qın­da bir ne­çə söz de­mək üçün rəs­sam ol­maq, əlin­də fır­ça tu­tub sil­si­lə əsər­lər ya­rat­maq əsas şərt de­yil. Bir də ki, hər əlin­də fır­ça tu­tan rəs­sam ad­la­na bil­məz… Odur ki, bu gün üzə­ri­mə dü­şən mə­su­liy­yə­ti dərk edə­rək, sö­zün əsl mə­na­sın­da, vax­ti­lə hə­ya­tı­nı bir gün də fır­ça­sız tə­səv­vür edə bil­mə­yən bir sə­nət­kar­dan, Azər­bay­can təs­vi­ri sə­nə­ti­nin gör­kəm­li nü­ma­yən­də­si H.Zey­na­lo­vun ya­ra­dı­cı­lı­ğın­dan yaz­maq is­tə­yi­rəm. Sə­nət­kar, Azər­bay­can təs­vi­ri sə­nə­ti­nin gör­kəm­li nü­ma­yən­də­si, ta­nın­mış fır­ça us­ta­sı, əmək­dar rəs­sam… Doğ­ru­dan da bir tə­rəf­dən bu ad­lar ağır­lı­ğı­nı öz çi­yin­lə­rin­də hiss edə bi­lə­cək qə­dər bö­yük bir mə­su­liy­yət ya­ra­dır. Mə­su­liy­yə­ti ya­ra­dan da­ha bir va­cib sə­bəb var – bu isə mə­nə­vi borc­dur”.

 

H.Zey­na­lov hə­mi­şə əziz­lə­ri­nə yüz il ya­şa­ya­ca­ğı­nı vəd edir­miş. La­kin ona bu qis­mət ol­ma­dı.

 

Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın rek­to­ru Ömər El­da­rov H.Zey­na­lov haq­qın­da de­yir: “Biz H.Zey­na­lov­la Sankt-Pe­ter­burq­da Aka­de­mi­ya­da bir­lik­də ça­lış­mı­şıq. Ey­ni yaş­da ol­saq da, mən on­dan iki kurs yu­xa­rı oxu­yur­dum. Biz qa­pı-qa­pı­ya qon­şu olur­duq. Ha­fiz əla rəs­sam idi. Onun çox gö­zəl iş­lə­ri var, əsas da por­tret­lə­ri. H.Zey­na­lov İoq­sa­na adı­na Pi­ter rəs­sam­lıq mək­tə­bi­nin ən par­laq nü­ma­yən­də­si idi”.

 

Rəs­sam­lar İt­ti­fa­qı­nın səd­ri Fər­had Xə­li­lov bö­yük sə­nət­kar haq­qın­da öz dü­şün­cə­lə­ri­ni be­lə ifa­də edib: “Mən çox tez-tez onun işi ilə ta­nış olur­dum. O, bir də­qi­qə be­lə fır­ça­sız otur­mur­du. Ümu­miy­yət­lə, onun ölü­mü göz­lə­nil­məz ol­du. Çün­ki o, id­man ada­mı idi. Zey­na­lo­vun iş­lə­ri doğ­ru­dan da yax­şı və qey­ri-adi idi”.

 

Əl­bət­tə, za­man öz işin­də, əcəl öz əmə­lin­də­dir. Bö­yük sə­nət­kar­la­rı, is­te­dad­lı adam­la­rı əcəl alıb yer giz­lə­sə də, on­la­rın dün­ya­da ya­şa­yan izi bu şəx­siy­yət­lər haq­qın­da bi­zə bö­yük in­for­ma­si­ya ve­rir. H.Zey­na­lov o rəs­sam­lar­dan­dır ki, əsər­lə­ri mu­zey və ki­tab­xa­na­la­rın eks­po­zi­si­ya­la­rı­nı bə­zə­yir, ai­lə kol­lek­si­ya­la­rın­da sax­la­nır. Rəs­sa­mın əsə­ri sər­gi­lə­nir­sə, ta­ma­şa­çı tə­rə­fin­dən se­vi­lir­sə, de­mək, o ya­şa­yır.

 

H.Zey­na­lov ya­şa­say­dı, 90-nın di­zi­ni qat­la­yıb yü­zə ayaq qo­ya­caq­dı. Am­ma qis­mət ol­ma­dı. Qis­mət­dən qaç­maq ol­maz. Onun qis­mə­ti­nə adı­nı əbə­di ola­raq rəs­sam­lıq ta­ri­xi­mi­zə yaz­maq ya­zıl­mış­dı…

 

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 21 iyul.- S.15