Heydər Əliyev haqqında ilk şeir çap etdirən 60 yaşlı unudulmuş şair...

Fəzail İsmayıl: "Atamgil Hüseyn xan Şamlının nəslindəndir"

 

Şa­ir kim­dir? Dər­di­ni ya­mac­la­ra sə­pib çi­çək bi­ti­rən­lər de­yil­mi? Göz­lə­rin­də göz ya­şı şeh olan, ürək­lə­rin­də qa­ra  sev­da sı­zıl­tı­la­rı ya­şa­dan­lar­dır şa­ir­lər. Ümid­lə­ri bir dün­ya boy­da olur. Öm­rün alt­mı­şın­da uşaq sa­də­lövh­lü­yü­nü, kör­pə saf­lı­ğı­nı sax­la­ya bi­lir əsl şa­ir. Qa­dı­nı da be­lə­dir, ki­şi­si də. Saf ol­ma­yan adam şa­ir ola bil­məz de­yir­lər.

Mü­sa­hi­bi­miz gö­zü, kön­lü du­ru, döv­lə­tə, döv­lət­çi­li­yə, mil­li ma­raq­la­ra bağ­lı prin­si­pi­al bir şa­ir­dir. Bu şa­ir, həm­çi­nin, gö­zü-kön­lü dağ ha­va­sı ki­mi du­ru­dur. 60 ya­şı ta­mam olan hə­kim-şa­ir Fə­za­il İs­ma­yıl re­dak­si­ya­mı­zın qo­na­ğı ol­du.

- Fə­za­il mü­əl­lim, 60 ya­şı­nı­za xoş gəl­mi­si­niz? 60 yaş elə-be­lə yaş de­yil, in­sa­nın ki­fa­yət qə­dər for­ma­laş­dı­ğı, təc­rü­bə qa­zan­dı­ğı, fəa­liy­yə­ti­nin və ya­ra­dı­cı­lı­ğı­nın yet­kin döv­rü­dür. Bu il­lər Si­zə nə qa­zan­dır­dı?

- Mə­nə bu il­lər çox şey qa­zan­dır­dı. Ey­ni za­man­da it­ki­lə­rim də çox ol­du. Mən ana­dan şa­ir do­ğul­mu­şam. Cər­rah ki­mi də hə­mi­şə vic­dan­lı ol­mu­şam. Mən heç vaxt əmə­liy­yat et­di­yim xəs­tə­lər­dən pul um­ma­mı­şam. Pul uman hə­kim­lə­rə də pis bax­mı­şam. Bi­lir­si­niz, mə­nim əmə­liy­yat et­di­yim xəs­tə­lər sa­ğa­lan­dan son­ra nə za­man­sa və­fat edə­cək. 12 il cər­ra­hi əmə­liy­yat apar­dım, bir xəs­təm öl­mə­di. Am­ma mən bu il­lər ər­zin­də öl­məz şe­ir­lər ya­rat­mı­şam.

- Heç olub­mu şa­ir ol­du­ğu­nu­za gö­rə tə­əs­süf his­si ke­çi­rə­si­niz?

- Qə­tiy­yən. Am­ma şa­ir ol­du­ğu­ma gö­rə çox­la­rı­nın qı­na­ğı­na tuş gəl­mi­şəm. Mən hə­qi­qə­tən də ma­hir cər­rah ol­mu­şam. 5-6 ya­şım olan­da ri­ya­ziy­yat­dan ən çə­tin mi­sal­la­rı həll et­mi­şəm. Özü də cər­ra­hiy­yə əmə­liy­ya­tı apa­ran­da da, ri­ya­ziy­yat­dan mi­sal-mə­sə­lə həll edən­də də hə­mi­şə aşıq mah­nı­sı oxu­mu­şam. 

Ni­ya­zi, aka­de­mik Məm­məd­cə­fər Cə­fə­rov, Mus­ta­fa bəy Top­çu­ba­şov, İs­ma­yıl Şıx­lı, Tey­mur Əh­mə­dov, Nə­ri­man Hə­sən­za­də mə­nə hə­mi­şə da­yaq olur­du­lar. Mən o vaxt Ya­zı­çı­lar İt­ti­fa­qı­nın üz­vü de­yil­dim, am­ma İs­ma­yıl mü­əl­lim mə­nə qay­ğı gös­tə­rir, Sa­bir Ha­cı­ye­və de­yir­di ki, Fə­zai­lə pul ver. De­yir­dim ki, İs­ma­yıl mü­əl­lim, Le­nin tə­qaü­dü ilə oxu­yu­ram, mə­nə pul la­zım de­yil. Ca­vab ve­rir­di ki, ay oğul, özü­nə la­zım de­yil­sə, gö­tür, ka­sıb-ku­su­ba ver. İs­ma­yıl Şıx­lı de­yir­di ki, gəl Ya­zı­çı­lar Bir­li­yi­nin üz­vü ol, ol­maq is­tə­mir­dim.

- Am­ma in­di üz­vü­sü­nüz.

- Bə­li. Mə­nim bu gün və­ziy­yə­tim çox ağır­dır. Özüm də, hə­yat yol­da­şım da ikin­ci qrup əli­lik, qı­zı­mız ast­ma xəs­tə­si­dir. Ma­aş­la do­lan­maq çə­tin­dir. Ki­tab­la­rı­mın nəş­ri­nə pul la­zım­dır. İs­tə­yi­rəm ki, heç ol­ma­sa mə­nə də bi­ril­lik Pre­zi­dent tə­qaü­dü ve­ril­sin. Anar mü­əl­lim­lə gö­rü­şüb dər­di­mi de­mək is­tə­yi­rəm, an­caq ma­ne olan qüv­və­lər var. Çox is­tə­yi­rəm ki, o, prob­lem­lə­rim­lə ma­raq­la­nıb mə­ni qə­bul et­sin. Çox ar­zu edər­dim ki, heç ol­ma­sa tə­mən­na­sız xid­mə­ti­mə gö­rə 60 il­li­yim­də tə­qa­üd alım. Bu­na çox eh­ti­ya­cım var.   

- Fə­za­il mü­əl­lim, Si­zin ya­ra­dı­cı­lı­ğı­nı­zın leyt­mo­ti­vi­ni mil­li bir­lik təş­kil edir. Hey­dər Əli­yev­lə də bağ­lı say­sız şe­ir, bir ne­çə poe­ma yaz­mı­sı­nız. Bu haq­da da­nı­şar­dı­nız...

- Haq­lı­sı­nız, ya­ra­dı­cı­lı­ğı­mın əsas ana xət­ti­ni iki­yə bö­lün­müş Azər­bay­can və onun mü­qəd­də­ra­tı­nı dü­şü­nən öv­lad­la­rı təş­kil edir. Bu mə­na­da, Və­tə­nin çe­vik dü­şün­cə­li, dər­ra­kə­li öv­lad­la­rı­nın bu yön­də apar­dı­ğı mü­ba­ri­zə­ni əsas gö­tür­mü­şəm. Şəx­siy­yət­lə­rə həsr et­di­yim şe­ir­lə­rin so­nu­nu müt­ləq Azər­bay­ca­nın bir­li­yi ilə bağ­la­mı­şam. Hey­dər Əli­yev 1993-cü ilin iyun ayın­da Ba­kı­ya gə­lən­də ona həsr et­di­yim "Hey­dər ba­bam qüd­rə­tim" şei­rim­də de­yir­dim:

Mən ha­la­lam, mən­də zər­rə ha­ram yox,

Fı­rıl­daq­la, kə­lək­baz­la aram yox.

Var­lı mə­nəm, çox da pu­lum-pa­ram yox,

Mə­nim azad döv­lə­tim­dir sər­və­tim,

Din­lə mə­ni, Hey­dər ba­bam, qüd­rə­tim.

Mən ki, sə­nə əbəs kö­nül ver­mə­dim,

Əbəs sən­dən söz sa­ra­yı hör­mə­dim.

Ana yur­du sən tək se­vən gör­mə­dim,

Dü­şün­dük­cə qay­nar qan­da cü­rə­tim,

Din­lə mə­ni, Hey­dər ba­bam, qüd­rə­tim.

Bu, Hey­dər Əli­ye­və həsr et­di­yim poe­ma­dan par­ça­dır.

- Ye­ri gəl­miş­kən, de­yir­si­niz ki, Siz Hey­dər Əli­yev haq­qın­da şe­ir, poe­ma ya­zan­da çox adam su­sur­du. Hey­dər Əli­ye­və ne­çə poe­ma, şe­ir həsr et­mi­si­niz?

- Mən Hey­dər Əli­yev haq­qın­da ya­zan­da hət­ta çox­la­rı da­nış­mır­dı. Ən il­kin da­nı­şan­lar­dan bi­ri­yəm. 1987-ci il­də ona "Qur­tar, Hey­dər ba­ba, mil­lə­ti dar­dan" ad­lı şe­ir həsr et­mi­şəm. O şei­rim o vaxt dil­lər əz­bə­ri idi. Çə­tin dövr idi, o vaxt bu şe­ir­lə­ri üzə çı­xar­maq ol­mur­du. An­caq o şei­ri ali mək­təb­lər­də, Ya­zı­çı­lar İt­ti­fa­qı­nın təd­bir­lə­rin­də, "Ya­zı­çı" nəş­riy­ya­tın­da, ic­ti­mai-si­ya­si fə­al­lıq olan yer­lər­də oxu­yur­dum. 1989-cu il­də öz şei­ri­mi açıq de­yən­də, bir də­fə hün­dür­boy, ye­kə­pər bir oğ­lan ya­xam­dan ya­pı­şıb mə­nə de­di ki, sə­ni pən­cə­rə­dən ba­yı­ra ata­ram, bu şei­ri yı­ğış­dır. De­dim atır­san at, am­ma Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə gəl­mə­yi­nə və onun mü­qəd­də­ra­tın­da mi­sil­siz rol oy­na­ma­ğı­na ma­ne ola bil­məz­si­niz. Hey­dər Əli­yev hə­lə mil­lə­ti qar­şı­sın­da öz mis­si­ya­sı­nı, ta­ri­xi xid­mə­ti­ni bun­dan son­ra edə­cək. Hə­min adam­la bir də 1992-ci il­də Ni­za­mi Gən­cə­vi­nin hey­kə­li qar­şı­sın­da rast­laş­dıq, on­da da mə­nə təz­yiq gös­tər­di. Mən də ona de­dim ki, si­zin ha­ki­miy­yə­ti­ni­zə yox, Hey­dər Əli­ye­və qəl­bim­də bö­yük inam var. "Nax­çı­van" qə­ze­ti nəşr olu­nan­dan ora­da ən fə­al çı­xış edən­lər­dən ol­mu­şam. Ya­dım­da­dır, 1993-cü ilin yan­var ayın­da bu qə­zet­də çap et­dir­di­yim "Bü­tün mil­lət Hey­dər Əlir­za oğ­lu­nu se­vir" ya­zım o dövr­də bö­yük əks-sə­da ya­rat­dı. Bun­dan baş­qa, "Və­tən sə­si" qə­ze­tin­də şe­ir və mə­qa­lə­lə­rim çox çap olu­nub. Bu qə­zet­də "Yox­sa nan­kor ola­rıq" ya­zım çıx­mış­dı. O ya­zı da səs-küy sal­mış­dı. Mən Hey­dər Əli­ye­vin 1969-1982-ci il­lər­də Azər­bay­can­da hə­ya­ta ke­çir­di­yi qu­ru­cu­luq iş­lə­rin­dən, onun xal­qı­mı­za, ədə­biy­ya­tı­mı­za bəxş et­di­yi mə­sə­lə­lər­dən da­nı­şır­dım. O, so­vet il­lə­rin­də də Azər­bay­ca­nın müs­tə­qil­li­yi üçün iş­lər gö­rür­dü. Bü­tün bun­la­rı eti­raf edir, qə­lə­mə alır və in­san­la­rı nan­kor ol­ma­ma­ğa ça­ğı­rır­dım. Bu ya­zı­la­rı yaz­maq çə­tin ol­sa da, şə­rəf­li idi. Hər an ölüm­lə üz­lə­şir­din. Mən bü­tün bun­la­rı tə­mən­na­sız edir­dim. Gü­nü bu gün də tə­mən­na­sı­zam. Hey­dər Əli­yev ha­ki­miy­yə­tə gə­lə­nə qə­dər mə­nim ona həsr et­di­yim 60-a qə­dər şei­rim, 3 poe­mam - "Ni­ca­tı­mız mil­li bir­li­yi­miz­də­dir", "Qa­lib gəl­mək is­tə­yi­rik­sə", "Al­la­hım­dan di­lə­yim" çap olu­nub, mə­qa­lə­lə­ri­min də sa­yı­nı bil­mi­rəm.

- Söh­bət ön­cə­si de­di­niz ki, say­sız şei­ri­niz şə­ra­it­siz­lik nə­ti­cə­sin­də çü­rü­yüb, ələ gəl­mə­yib. Bu haq­da da­nı­şar­dı­nız...

- Tə­əs­süf ki, o vaxt bö­yük kül­liy­ya­tım məhv ol­du. O vaxt mə­nim sa­biq döv­lət mə­mur­la­rın­dan bi­ri ilə aram­da ix­ti­laf ya­ran­dı. O mə­nə qar­şı həd­siz təx­ri­bat­lar tö­rət­di, ba­şı­ma oyun­lar aç­dı, var-döv­lə­tim əl­dən çıx­dı və s. O vaxt şe­ir­lə­ri­mi qo­ru­maq üçün on­la­rı bir ye­rə yı­ğıb hə­kim dost­la­rı­mın bi­ri­nin evi­nin zir­zə­mi­si­nə qoy­muş­dum. Am­ma xey­li müd­dət­dən son­ra ge­dib gör­düm ki, on­lar çü­rü­yüb. Öm­rü bo­yu pu­lu­mu ki­ta­ba ver­mi­şəm. Dün­ya ədə­biy­ya­tı­nı çox sev­mi­şəm və müa­sir dövr ədə­biy­ya­tın­dan tut­muş, an­tik dövr­də ya­şa­yan şa­ir­lə­rə, mü­tə­fək­kir­lə­rə qə­dər ha­mı­sı­nın ki­tab­la­rı­nı əl­də et­mi­şəm. Dün­ya ədə­biy­ya­tı­nı də­rin­dən bi­li­rəm. Mar­kes­dən tut­muş, Es­xi­lə, So­fo­ku­la, Aris­to­fa­na, Mi­sir, hind, ya­pon ədə­biy­ya­tı­na qə­dər oxu­mu­şam. Ki­tab­la­rı qay­ta­ra bil­səm də, şe­ir­lə­ri xi­las edə bil­mə­dim. Am­ma şe­ir­lə­rim yad­da­şım­da qal­dı.

- İn­di­yə qə­dər ne­çə ki­ta­bı­nız işıq üzü gö­rüb?

- 15-ə ya­xın. Ha­zır­da da iki ki­ta­bı­mı nəş­rə ha­zır­la­yı­ram, Al­la­hın kö­mək­li­yi ilə on­lar ya­xın­lar­da çap olu­na­caq.

- Si­zin da­hi şai­ri­miz Şəh­ri­yar­la şe­ir­ləş­mə­niz var. Bu ne­cə ya­ran­dı?

- "Ədə­biy­yat" qə­ze­tin­də "Bu ge­cə yu­xu­ma gir­di Şəh­ri­yar" ad­lı şei­rim çıx­mış­dı. Bir də "Azər­bay­can poe­zi­ya al­ma­nax"ın­da Şəh­ri­ya­ra baş­qa bir şe­ir də yaz­mış­dım.

Şəh­ri­ya­rım, haqq şai­rim,

Adı dil­lər əz­bə­rim­sən.

Əbə­diy­yət nəğ­mə­ka­rım,

Min-min il­lər əz­bə­rim­sən...

Şəh­ri­yar da mə­nə ca­vab yaz­mış­dı:

Şa­ir ba­lam, bal­dan şi­rin söh­bə­tin,

Ürək ya­xar də­ya­nə­tin, him­mə­tin,

Ya­yı­lar alə­mə sə­nin şöh­rə­tin,

Sa­də­sən, yox öz­gə bo­ya­ğın, oğ­lum!

- Fə­za­il mü­əl­lim, de­di­niz ki, çox kök­lü bir tay­fa­dan və nə­sil­dən­si­niz. Kim­lər olub ata-ba­ba­la­rı­nız?

- Ata nəs­li­min də, ana nəs­li­min də ta­le­yi çox ma­raq­lı­dır. Atam­gil Hü­seyn xan Şam­lı­nın nəs­lin­dən­dir. Bi­zim tay­fa­ya Bö­yük­ki­şi xan­la­rın nəs­li de­yir­lər. Şah İs­ma­yıl Xə­tai­ni ye­tiş­di­rən, onu şah­lıq tax­tın­da otur­dan Lə­lə Hü­seyn Xan Şam­lı­dır. Bu əzə­mət­li ki­şi ulu ba­bam­dır. Onun da 7 oğ­lu, bir qı­zı olub. Bö­yük oğ­lu­nun da adı Bö­yük­ki­şi olub. Son­ra hə­min nə­sil­də ki­min 7 oğ­lu, bir qı­zı olub­sa, bö­yük oğul öv­la­dı­nın adı­nı də­yi­şib Bö­yük­ki­şi qo­yub­lar ki, nəs­lin adı­nı ya­şat­sın­lar. So­nun­cu Bö­yük­ki­şi ba­ba­mın bö­yük qar­da­şı 1847-ci il­də Şəm­şəd­din eli­nin Xın­na ma­ha­lın­da (son­ra ora Qo­şa­bu­laq kən­di de­yib­lər - F.İ) ana­dan olub, 1994-cü il­də və­fat edib.

- Uzu­nö­mür­lü olub.

- O, 147 il ya­şa­yıb. Təh­sil­li, sa­vad­lı bir ki­şi idi. Ölü­mün­dən bir il qa­baq yay­da ya­nı­na get­miş­dim, kə­rən­ti ilə ba­ğın qı­ra­ğı­nı bi­çir­di. 1937-ci il­dən 50-ci il­lə­rin əv­vəl­lə­ri­nə qə­dər 8 kən­din kol­xoz səd­ri ol­muş­du. "Mü­sa­vat" par­ti­ya­sın­da Mir Cə­fər Ba­ğı­rov­la bir­gə iş­lə­miş­di.

Ana nəs­lim isə Əf­şar­lar­dan­dır. Bu nə­sil­dən olan Mə­həm­məd xan İrə­van xa­nı olub. 1746-cı il­də bu xan­lı­ğa baş­çı­lıq edib. Ən məş­hur xan­lar­dan bi­ri­dir. O, Tür­ki­yə sul­ta­nı IV Mu­rad­la Na­dir şa­hı gö­rüş­dü­rüb ki, siz gö­rü­şün, İran-Tu­ran mə­sə­lə­si­ni həll edin, in­gi­lis, rus si­zin qa­nı­nı­za ye­rik­lə­yib. Əf­şar­lar nəs­lin­dən üç ağa ke­çən əs­rə qə­dər ya­şa­yır­dı­lar. Mə­nim ana­mın ba­ba­sı İs­ma­yıl ağa Na­kam şa­ir olub, mə­nim də şa­ir­li­yim on­dan gəl­mə­dir. On­lar üç qar­daş olub. 36 ya­şın­da öl­dü­rüb­lər. Hə­yat yol­da­şı er­kən ölüb, on­dan Məs­dər ağa ad­lı oğ­lu qa­lıb. İs­ma­yıl ağa hə­yat yol­da­şı­na və­fa­lı olub, onun ölü­mün­dən son­ra heç vaxt ev­lən­mə­yib, oğ­lu­nu bö­yü­düb. Anam Məs­dər ağa­nın qı­zı­dır. Məs­dər ağa 1922-ci il­dən 1938-ci ilə qə­dər so­vet hö­ku­mə­ti­nə qar­şı vu­ru­şub. 1938-ci il­də İra­na ke­çib, Ər­də­bil­də ya­şa­yıb. Ata nəs­lim Ər­də­bil­dən bu­ra gə­lib, ana nəs­lim isə bur­dan Ər­də­bi­lə ge­dib. Məs­dər ağa haq­qın­da məş­hur tən­qid­çi, Ni­za­mi­şü­nas, pro­fes­sor Rüs­təm Əli­yev ya­zıb. O, bi­zim kən­də gə­lib atam­la gö­rüş­müş­dü. Bi­zim evi­mi­zə çox adam­lar gə­lib... Xa­ti­rə­lə­rim çox­dur. Sağ­lıq ol­sun, bu ba­rə­də də gö­rü­şüb da­nı­şa­rıq.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 25 iyul.- S.15