Heydər
Əliyev Fondu uşaqların ən böyük himayədarına
çevrilib
Nəsimidə
xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli
istirahəti təşkil edilib
Yeniyetmələrin
asudə vaxtlarının, onların istirahətinin təşkili
hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində
saxlanılır. Məktəblilərin yay tətili
günlərinin
mənalı, maraqlı,
yaddaqalan olması üçün,
onların asudə
vaxtlarının səmərəli
təşkili, istirahət
müddətində bilik
səviyyələrinin, dünyagörüşünün
artırılmasına köməklik
göstərilməsi üçün
keçirilən silsilə
tədbirlər davam edir. Nəsimi rayon
İcra Hakimiyyətindən
"Olaylar"a verilən
məlumata görə,
növbəti tədbir
sağlamlıq imkanları
məhdud olan 11 və 268 saylı xüsusi məktəblərdə
təhsil alan məktəblilər üçün PİTA Şaurmada əyləncəli
istirahət axşamı
təşkil edilmişdir.
Uşaqlar burada maraqlı yemək və şirniyyata qonaq edilmiş, həmçinin
hədiyyələr təqdim
edilmişdir. Nəsimi rayon
İcra Hakimiyyəti Başçısının birinci
müavini Gülarə
Verdiyeva uşaqlarla söhbət zamanı dövlətimiz tərəfindən onların təhsili, sağlamlığı və
istirahətləri istiqamətində
görülən işlərdən
danışdı. Azərbaycanın
Birinci xanımı Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara sağlamlığı və
layiqli vətəndaş
olmaları üçün
həyata keçirdiyi
iri miqyaslı layihələrdən danışıdı.
Qeyd edildi ki, Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının
ən böyük dostuna, ən böyük himayədarına
çevrilib. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqətdə saxlayır və bütün fəaliyyəti ilə hər zaman Azərbaycanın xoşbəxt
gələcəyinin yanında
olduğunu təsdiqləyir.
Görüşdə ulu Öndərin
adını daşıyan
Fondun vitse prezidenti Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların hər zaman yanında olduğu xüsusi vurğulandı. Daha sonra uşaqlar bu istirahət məkanında yay mövsümünün ovqatını
duydular, müxtəlif
mahnılar, rəqslər ifa etdilər, məharətlərini
göstərdilər. Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların yaddaşında
xoş izlər buraxmış, onların müəllim və valideynlərinin
çox böyük razılıqlarına səbəb
olmuş, valideynlər uşaqlara göstərilən diqqət
və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci
vitse-prezidenti
Mehriban Əliyeva öz minnətdarlığını
bildiriblər.
Hacı
Tofiq
Azad Azərbaycan.-
2017.- 28 iyul.- S.4.