Ermənilərin Qafqaza gəlişinin
real tarixi və ermənilərin özlərinin saxtalaşdırdığı
tarix - II yzı
Saxtakarlıqla Azərbaycan
torpaqlarına yiyələnən ermənilərin Cənubi
Qafqazda törətdikləri fitnəkar əməllər
tarixə səs salıb. Azərbaycanın müxtəlif
ərazilərinə köçürülən ermənilər
burada özlərinə yer edib. Azərbaycan türklərinin
tarixi torpaqlarına iddialı olan ermənilər
havadarlarının dəstəyi ilə buna nail ola
bilib. Tarixin qara yarası olan ermənilərin tarixi
torpaqlarımıza köçürülməsi
xalqımızın həyatında mənfi rol
oynayıb.
Ermənilərin tarixi dədə-baba
torpağımız və bu gün də Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvana
köçürülməsi siyasəti də əvvəlcədən
hazırlanmış plan üzrə həyata
keçirilib.
Tarixçilər bildirir ki,
Çar Rusiyasının erməniləri Şimali Azərbaycana
köçürmə siyasətində
Naxçıvan bölgəsinə də xüsusi yer
ayrılmışdı. Onların bildirdiyinə görə, Rusiya bu siyasətə
haqq qazandırmaq üçün İrəvan və
Naxçıvan kimi tarixi Azərbaycan ərazilərini
erməni torpağı kimi qələmə verməkdə
davam edirdi.
Tarixçi Təzəgül
Yusifova bizimlə söhbətində bildirdi ki,
çar I Nikolay (1825-1855) İrəvan və
Naxçıvan xanlıqları əsasında qurama
"Erməni vilayəti" yaradılması haqqında
1828-ci ilin martında fərman vermişdi: "Lakin
qısa bir müddət sonra, 1840-cı ildə bu vilayəti
ləğv etmiş, beləliklə, həmin ideyanın
doğru olmadığı təsdiq olunmuşdu. Buna
baxmayaraq, 1828-1831-ci illərdə Naxçıvan
bölgəsinə xeyli miqdarda erməni
köçürülmüşdü.
Naxçıvan vilayəti və
Ordubad dairəsinə İrandan 2387 ailə, yaxud 11992 nəfər
(6339 kişi, 5653 qadın), Türkiyədən 8 ailə,
yaxud 27 nəfər (17 kişi, 10 qadın)
köçürülüb.
Tədqiqatçıların
yazdığına istinad edərək qeyd edək ki,
Qriqoryevin ermənilərin İrandan Naxçıvana
köçürülməsinə dair faktları
Şopendən müəyyən qədər fərqlənir.
Şopen İrandan Naxçıvana
köçürülənlərin ümumi
sayının 2387 ailə (Naxçıvan əyaləti
üzrə 2137, Ordubad dairəsi üzrə 250 ailə)
olduğunu göstərirsə, Qriqoryevdə bu rəqəmlər
müvafiq olaraq 2551 (+164), 2285 (+148) və 266 (+16) təşkil
edirdi. Qriqoryevin təqdim etdiyi cədvəl ermənilərin
haradan haraya köçürülməsini də
aydınlaşdırır. Cədvəldən
aydın olur ki, Naxçıvan əyalətinə
köçürülən 2285 ailədən 416-sı
(18,2 %) Naxçıvan şəhərində məskunlaşmışdı.
Qalan ailələr Naxçıvan əyalətinin 43,
Ordubad dairəsinin 5 kəndində yerləşmişdi.
Qriqoryevin təqdim etdiyi cədvəlin
mühüm cəhətlərindən biri də ondan
ibarətdir ki, o, Naxçıvana
köçürülən ermənilərin yaş və
cins kimi vacib demoqrafik göstəriciləri
haqqında təsəvvür yaradır.
Köçürülən ermənilərin (13160 nəfər)
6954 nəfərini (52,8 %) kişilər təşkil
edirdi. Kişilərə dair məlumat iki
yerə bölünmüş, burada böyüklər və
kiçik yaşlılar ayrılmışdı. Bu rəqəmlər də,
əslində, ciddi informasiya mənbəyidir. Köçürülən
ermənilərin 4459 nəfəri (64,12
%) böyüklər, 2495 nəfəri (35,88 %) kiçik
yaşlılar idi. Bu fakt
köçürülən ermənilər içərisində
demoqrafik artım potensialını göstərir.
Köçürülən ermənilərin 6206 nəfərini
(42,2 %) qadınlar təşkil
edirdi".
Tarixçi qeyd etdi ki, erməni fitnəkarlığının
geniş miqyas almasında ermənilərin millətçi
partiyalarının rolu daha çox olub. Onun dediyinə görə,
ermənilərin Cənubi Qafqazda ərazi
iddialarının ideoloji əsası 1885-ci il Fransada yaranmış "Armenakan",
1887-ci ildə Cenevrədə yaradılan
"Qnçaq" və 1890-cı ildə Tiflisdə əsası
qoyulan "Daşnaksütyun" millətçi
partiyalarınin fəaliyyəti ilə bağlı
olub. Bu partiyalar Osmanlı imperiyası və
İrandan qaçmış ermənilərin
yaşadığı əraziləri birləşdirmək
üçün bütün vasitələrdən, ən
əsası isə, qiyam və terror aktlarından
geniş istifadə etməyi qarşılarına məqsəd
qoymuşdu. "Qnçaq" partiyasının
proqramı xüsusilə bu fikri ifadə edirdi:
"Bütün şəraitlərdə türkləri
və kürdləri məhv etmək və öz
xalqının rifahına xəyanət etmiş ermənilərə
aman verməyərək onlardan qisas almaq".
"Daşnaksütyun"
nasist tipli partiya olub, Almaniya Milli Sosialist
Partiyasının ideologiyasını onlardan hələ
30 il əvvəl formalaşdırmış və
proqramları bu sözlərdən ibarət idi:
"Daşnaksütyun" partiyasının məqsədi
bunlardır: 1) silahlı qiyam, 2) yalnız ermənilər
arasında yox, bütün xalqlar arasında inqilabi
fikrin formalaşması üçün intensiv iş
görmək, 3) ermənilərin silahlanması və təşkilatlanması,
4) hökumət adamlarına və idarələrinə
qarşı terror və onların məhv edilməsi".
"Bu məqsədə nail olmaq
üçün hər şeyə icazə verilir;
propaqanda, terror, azğın partizan müharibələri".
"Daşnaksütyun"
partiyasının fəaliyyətini
ardıcıllıqla izləyən gürcü
yazıçısı Karibi 1919-cu ildə ağrı
hissilə yazırdı: "Daşnaklar gələrkən
özləri ilə milli nifrət toxumu gətirdilər.
Və deməliyəm ki, belə bir toxumlar
səpilmiş torpaq üzərində erməni-müsəlman
qan davası və erməni-gürcü müharibəsindən
başqa bir şeylə bitə bilməzdi".
Tarixçilər yazır ki, bu elə bir təşkilat
idi ki, Rusiya imperiyasının hakim dairələri ilə
birlikdə Qafqazda inqilabi və milli azadlıq hərəkatını
boğmağa çalışmışdı. Bunun nəticəsi
olaraq 1905-ci ildə ilk erməni-azərbaycanlı
qarşıdurması baş vermişdi. 1907 və 1912-ci illər ərzində Osmanlı
imperiyası ərazilərindən və İrandan təqribən
yarım milyon erməni İrəvan və Yelizavetpol qəzalarına
köçürüldü. Bölgədə etnik
qarşıdurmaları alovlandıraraq hegemonluğu
əlinə almaq məqsədi güdən Rusiya
hökuməti əhalinin bu axınına susaraq dəstək
verdi".
Onu da qeyd edək ki, ermənilərin Cənubi
Qafqaza köçürülməsi barədə məşhur
şəxslərin fikirləri də çox
maraqlıdır.
Belə
ki, yazılanlara görə, ermənilərin əcdadlarının
Qərbdən Şərqə: Balkanlardan, yəni
Avropadan Asiyaya, Qafqaza, o cümlədən Azərbaycana
miqrasiya prosesi mərhələ-mərhələ, əsrlər
boyu davam edib".
Tarixçi
qeyd edir ki, erməni müəllifi V.İşxanyan XX
yüzilliyin əvvəllərində
yazdığı da onların Cənub Qafqaza son əsrlərdə
gəlməsini bir daha təsdiq edir: "Ermənilərin
həqiqi vətəni Kiçik Asiyadır, yəni
Rusiya hüquqlarından kənardadır və
Zaqafqaziyada bir neçə sırf erməni əyalətlərindən
başqa (başlıca olaraq İrəvan
quberniyasında) Qafqaz ərazisinin müxtəlif hissələrinə
ermənilər yalnız son yüzilliklər ərzində
səpələnib".
Tarixi mənbələrdə qeyd edilir ki,
Albaniyanın vilayəti olan Arsakın əhalisi erməni
kilsəsinin təsirinə çox məruz
qalmışdı. Rus tarixçisi
İ.P.Petruşevskiyə görə, "Qarabağ
heç bir zaman erməni mədəni mərkəzlərinə
mənsub olmayıb". O yazır ki, erməni kilsəsi
Albaniyada "Ölkəni erməniləşdirmək
aləti olub".
Mütəxəssislərin fikrincə,
(prof.S.Onullahi, prof.V.Piriyev və b.) Qarabağ
sözünə ilk dəfə Rəşidəddinin
(1247-1318) "Cami-əttəvarix" əsərində
rast gəlinir. Qarabağ əhalisinin
mütləq əksəriyyətini təşkil edən
azərbaycanlıların el arasında
adlandırdıqları Qarabağ adı heç bir fərmansız-nəsiz
əyalətin hamı tərəfindən işlədilən
adıdır. Yəni istər Arsak, istər
Uti, istərsə də Qarabağ toponimlərinin
yaranması sırf azərbaycanlılara məxsus ifadə
olub, onu yabanılaşdırmaq,
"özününküləşdirmək"
qeyri-mümkündür. Təsadüfi
deyil ki, XVII əsr səyyahı Övliya Çələbi
Qarabağı "Kiçik Azərbaycan"
adlandırmşıdı.
T.Yusifova tarixi mənbələrə istinadən
qeyd edir ki, I Şah Abbasın dövründə
Qarabağda yaradılan kiçik inzibati idarə
sistemi olan məlikliklər Şimali Azərbaycan
torpaqlarının, o cümlədən Qarabağın
ruslar tərəfindən tutulmasında dəridən-qabıqdan
çıxırdılar. Belə ki, 1729-cu ilin fevralında
məliklər II Pyotra yazırdılar: "Sizin
ayaqlarınızın altına
yıxılırıq, əl tutun".
Tarixçi
vurğuladı ki, yalan uydurmaq ermənilərin genlərindən
irəli gələn hal idi: "Məsələn,
1790-cı ildə onlar Yekaterinaya yazmışdılar
ki, təkcə Şamaxı ətrafında 17 min
silahlı erməni var. Halbuki, 1811-ci ildə
Şamaxı xanlığında olan 24 min ailənin
yalnız 1500-ü erməni ailəsi idi.
XX əsrdə 2 milyon azərbaycanlını terror,
deportasiyalar, soyqırımlar vasiətsilə məhv
etmişlər.
Ümumiyyətlə, ermənilərin qismən
Rusiya imperiyasına ilk gəlişləri XIII əsrə,
rus çarları Qalitsinin və Uolinski Danilin
dövrlərinə təsadüf edir. Rus-erməni
münasibətləri çar Aleksey Mixayloviç
(1645-1676) və xüsusən də I Pyotrun zamanında
daha da istiləşir. Tarix mənbələrdə
yazılır ki, erməni Minas 1714-cü ildə Pyotrun
yanında olarkən ona çox yaxşı tanış
olduğu Qafqazın təbiəti və
iqtisadiyyatı barədə müfəssəl məlumat
verməklə, Xəzər sahilində kilsə tikmək,
sonra isə hərbi əməliyyatlar zamanı ondan
qala kimi istifadə etmək barədə təkliflər
verir.
Tarixçinin
bildirdiyinə görə, yalnız P.D.Sisiyanov
1804-cü ildə Şimali Azərbaycana 16 min assoriləri
dəvət edir: "Digər bir fakta müraciət edək,
1806-cı ilin sentybarında Qafqaz ordusunun rus
komandanlığına məlumat
çatdırılır ki, 10 min nəfər Bəyazit
ermənisi Azərbaycanın İrəvan
xanlığına köçmək istəyir. Eyni zamanda buraya köçən ermənilər
ruslara bu torpaqları işğal etməkdə
yaxından kömək edir.
Azərbaycan türklərinin ərazisinin ikiyə
bölünməsində XIX yüzilliyin əvvəllərində
buraya kütləvi surətdə
köçürülən və bir qədər qabaq gəlmə
olan ermənilər vasitəçi amil rolunu
oynayırdılar. Belə ki, 1822-ci ildə Osmanlı Kars
və Ərzurum vilayətinin erməniləri general
A.P.Yermolovdan "priblijenii russkix - naşix
spasiteley" barədə xahiş edirdilər.
1804-1813-cü
illərdə və 1826-1829-cu illərdə Rusiya-İran
və rus-türk müharibələrində erməni
katolikosu Nerses, erməni əsilli general Mədətov,
ordu bölməsinin rəhbərləri M.Vereiyan,
Q.Manuçaryan, babası XVIII əsrdə Culfadan
Rusiyaya köçmüş rus ordusunun polkovniki
X.E.Lazaryev xüsusilə Azərbaycan
torpaqlarının işğalında böyük fəallıq
nümayiş etdirmişlər. Manuçaryan
4-cü dərəcəli "Georgi",
"Vladimir" və "Anna" ordenləri ilə təltif
edilmişdi. X.E.Lazaryev
soydaşlarının (erməni) Şimali Azərbaycana
köçürülməsində "Türkmənçay"
müqaviləsinin 15-ci maddəsinin yerinə yetirilməsində
A.S.Qriboyedovun, demək olar, köməkçisi rolunu
oynamışdı".
Tarixçi
tarixi mənbələrə istinadən qeyd edir ki,
1805-ci il mayın 14-də Sisianovla
İbrahimxəlil xan arasında bağlanan "Kürəkçay"
müqaviləsində əsas etnik üstünlük
yalnız azərbaycanlılara aid olduğu
üçün də onlarla imzalandı. O deyir ki, yəni
həmin vaxt Qarabağda erməni icması barədə
söhbət olmamışdı. Onlar bu diyara yenicə
köçürülürdü: "1828-ci ildə
İrəvan və Naxçıvan xanlıqları ərazisində
yeni inzibati bölgü-erməni vilayəti təşkil
edilərkən bu ərazidə 1110 yaşayış məntəqəsindən
yalnız 62-si erməni kəndi idi.
Beləliklə,
son Rusiya-İran və rus-türk müharibələri nəticəsində
Şimali Azərbaycanın İrəvan, Gəncə,
Qarabağ xanlıqlarına kütləvi surətdə
Türkiyədən 84000, İrandan isə 40 mindən
çox erməni köçürülərək,
onlara 200000 desyatindən çox xəzinə
torpağı ayrıldı. (Bu fakt Azərbaycan
tarixi. IV c., Bakı, 2000, s.49-dan
götürülüb-T.Y). 1832-ci ildə Qarabağ
əhalisinin 91 %-ni azərbaycanlılar, 8,4 %-ni isə
ermənilər təşkil edirdisə, çarizmin XIX
əsrin birinci yarısında kütləvi
köçürmə siyasəti nəticəsində
azərbaycanlıların faizi 64,8-ə endi, ermənilərin
faizi isə 34,8-ə qalxdı.
Rus
müəllifi N.N.Şavrov 1911-ci ildə nəşr
etdirdiyi əsərində göstərir ki, bu gün Cənubi
Qafqazda, xüsusilə Şimali Azərbaycanda
yaşayan 1.300.000 erməninin 1 milyonu yerli əhali
olmayıb, onlar Rusiyanın müstəmləkə
siyasəti nəticəsində xaricdən buraya
köçürüləndir.
Tarixi mənbələr
yazır ki, bu şəkildə 2 əsr ərzində
Şimali Azərbaycan torpaqlarında mərhələ-mərhələ
yerləşdirilən ermənilər 387-ci ildən, yəni
1531 il keçdikdən sonra, 1918-ci ildə Qərbi Azərbaycanın
etnik-tarixi torpaqlarında özlərinə dövlət
qurmuş, hətta sovet rejiminin əli ilə Qarabağ
ermənilərinə muxtariyyət də
"yarada" bilmişlər. 1988-ci ildən
başlayaraq Ermənistan və Dağlıq
Qarabağın erməni terrorçu, separatçı
qüvvələri Azərbaycanın 20 % ərazisini
işğal etmiş, 30 min insanı məhv və 50 min
adamı şikəst edərək, 1 milyon azərbaycanlını
ata-baba yurdundan didərgin salmışlar".
Tarixçi bildirdi ki, I Pyotrun vəsiyyətlərinə
dönmədən əməl edən onun xələflərinin
məqsədi Ön Asiyaya və ümumən Yaxın
Şərqə gələcəkdə rusların
çıxması üçün ermənilərdən
Şimali Azərbaycan ərazilərində etnik sədd
kimi istifadə etmək idi.
O, tarixi
mənbələrə istinadən qeyd edir ki, Qasım bəy
Zakir İrana, "Mehdiqulu xanın yanına gedərək
bir gecə onun yanında" olmuş və onunla söhbətdən
sonra Araz çayının o tayında on iki
ağaclıq məsafədə olan Soraqlı
camaatından 500-ə yaxın evi Arazın bu tayına
köçüb Tuğ kəndində (Qasım bəy
Zakirin 1984-cü ildə nəşr edilən
"Seçilmiş əsərləri"ndən sitat)
yerləşdirmişdi: "Şuşa şəhərinin
əsasını Qarabağ xanı Pənahəli xan
qoymuşdu. Şuşa Azərbaycan
türkcəsində uca yer, yüksəklik mənası
kəsb edir. Bunu erməniləşdirmək
cəhdi olsa-olsa cəfəngiyyatdır. Şuşa şəhərindən əvvəl
burada Novruz adlı şəhərin olduğunu bildirməkdə
və onu Azərbaycanın Təbriz şəhəri ilə
müqayisə etməkdə A.Bakıxanov tamamilə
haqlıdır.
Beləliklə, gəlmə ermənilərin XIX əsrin
birinci yarısında Şimali Azərbaycan
torpaqlarında, o cümlədən Qarabağda
kütləvi şəkildə yerləşdirilməsi
Azərbaycan xalqının gələcək faciələrinin
baş verəcəyinə əlverişli şərait
yaratmaq məqsədi daşıyıb".
Tarixçi bildirdi ki, ermənilər bizim
torpaqlara saxtakarlıqla sahib olmaqla, həm də öz
yalan tarixlərini meydana çıxardılar. Onun sözlərinə görə,
saxtakarlıq və yalan üzərində yazılan, təqdim
edilən qondarma tarixin gələcəkdə erməni
toplumu üçün böyük problem
yaradacağı aydın şəkildə görsənir:
"Ermənilər bizim tarixi torpaqlarımıza, ərzilərimizə
iddia etməklə, əslində, tarix
qarşısında özlərini gülünc vəziyyətə
salıb. Erməni xalqı yaxşı
bilir ki, tarixləri saxta və uydurmadır. Onlar özləri özlərini aldatmaqla məşğuldur".
İradə
SARIYEVA
Bakı
xəbər.- 2017.- 14 iyun.- S.10.