Azərbaycanda çadır turizminin perspektivləri...

"Təbiət qoynunda əylənərək istirahət etmək istəyə­lər üçün çadır turizmi maraqlıdır"

İldırım Musayev: "Çadır turizmi üçün əsas mə­qam təhlükəsizliyin təmin olunmasıdır"

 

Ar­tıq tu­rizm se­zo­nu­na start ve­ri­lib. Şə­hə­rin səs-kü­yün­dən uzaq­la­şıb kən­də üz tu­tan­lar az de­yil. Bir ço­xu kənd hə­ya­tı­nın gö­zəl­lik­lə­rin­dən, tə­bi­ət­dən zövq ala­raq stress atır. Di­gər­lə­ri xa­ri­ci öl­kə­lə­rə üz tu­tub hə­min öl­kə­lə­rin ta­ri­xi yer­lə­ri­ni gə­zə­rək din­cə­lir. Bir qi­sim in­san da də­niz kə­na­rın­da gü­nəş van­na­sı qə­bul et­mə­yə üs­tün­lük ve­rir. Bir söz­lə, in­san­lar stress­li şə­hər hə­ya­tın­dan uzaq­la­şıb tə­bi­ət qoy­nun­da is­ti­ra­hət et­mə­yə da­ha çox üs­tü­nük ve­rir.

Tə­bi­ət qoy­nun­da is­ti­ra­hət et­mək is­tə­yən­lər üçün bir ne­çə se­çim var. Ki­mi­si kənd ev­lə­ri­ni ica­rə­yə gö­tü­rüb bir ne­çə gün­lük is­ti­ra­hət edir. Ki­mi­si ra­yon­lar­da olan otel­lər­də qal­ma­ğa ma­raq­lı­dır. An­caq bir qi­sim in­san da var ki, on­lar ad­re­na­li­ni se­vir. Sırf tə­bi­ət qoy­nun­da, ra­hat ya­taq de­yil, ça­dır­da ya­şa­ma­ğa üs­tün­lük ve­rən­lər az de­yil. Tu­riz­min bu nö­vü­nü se­vən­lər tə­biə­tin ağu­şu­na çə­ki­lib bir müd­dət bu gö­zəl­lik­dən zövq alır, dağ­la­rın ətə­yin­də, me­şə­lə­rin də­rin­lik­lə­rin­də kamp­lar (dü­şər­gə) qu­ra­raq ya­şa­yır­lar. Bu is­ti­ra­hət nö­vü xa­ri­ci öl­kə­lər­də ge­niş ya­yıl­sa da, Azər­bay­can­da tu­riz­min bu nö­vü­nə ma­raq az­dır.

Ça­dır tu­riz­mi­nə ma­ra­ğın art­ma­sı üçün eks­pert­lər müx­tə­lif tək­lif­lər irə­li sü­rür.

Tu­rizm sa­hə­si üz­rə eks­pert İl­dı­rım Mu­sa­ye­vin söz­lə­ri­nə gö­rə, öl­kə­miz üçün bu tu­rizm­dən da­nış­maq hə­lə tez­dir: "Bu ba­rə­də in­san­la­rın ço­xu mə­lu­mat­lı de­yil. Da­ha çox tə­bi­ət qoy­nun­da əy­lə­nə­rək is­ti­ra­hət et­mək is­tə­yən­lər üçün ça­dır tu­riz­mi ma­raq­lı­dır. Bu, kom­for­ta çox da önəm ver­mə­yən in­san­la­rın se­çi­mi ola bi­lər. La­kin ça­dır­la­rın ye­ri­ni yer­li ida­rə­et­mə or­qan­la­rı, bə­lə­diy­yə­lər­lə ra­zı­laş­dır­maq, qi­da tə­mi­na­tı, eko­lo­ji nor­ma­la­rın po­zul­ma­ma­sı, sa­ni­tar-gi­gi­ye­nik prob­lem­lə­rin həl­li, yan­ğın di­gər föv­qə­la­də və­ziy­yət­lər­də dav­ra­nış qay­da­la­rı­nı bil­mək tə­ləb olu­nur. Öl­kə­miz­də bu sa­hə­də ix­ti­sas­laş­mış tu­rizm şir­kət­lə­ri, mü­tə­xəs­sis­lər yox­dur. Bu sa­hə­nin in­ki­şa­fı üçün dəs­tə­yə eh­ti­yac var. Tu­ris­tin mü­ra­ci­ət edə­cə­yi şir­kə­tin, sa­də­cə, ça­dır təş­kil et­mə­si ye­tər­li de­yil. Onu da de­yim ki, ha­zır­da öl­kə­miz­də bu sa­hə­nin in­ki­şa­fı­na heç kim ma­ne ol­mur. La­kin bu­nun üçün ix­ti­sas­laş­mış mü­tə­xəs­sis­lər la­zım­dır. Sa­də­cə, ça­dır qu­raş­dır­maq­la tu­rizm ol­maz. Ay­rı-ay­rı fərd­lə­rin ça­dır­la­rı­nı is­tə­dik­lə­ri yer­də qu­rub ge­cə­lə­mə­si isə ça­dır tu­riz­mi he­sab edi­lə bil­məz. İs­ti­ra­hət et­mək is­tə­yən adam de­di­yi­miz bu əla­və im­kan­la­rı tə­ləb et­mə­li­dir. Çün­ki, ən azı, təh­lü­kə­siz­lik mə­sə­lə­si hər kə­sin na­ra­hat ol­du­ğu mə­qam­dır. Ge­cə bir yan­ğın baş ver­sə, tu­ris­tin təh­lü­kə­siz­li­yi­ni kim tə­min edə­cək? La­kin bu gün tu­rizm şir­kət­lə­ri­nə mü­ra­ci­ət ol­du­ğu hal­da, on­la­rın təş­kil et­mək im­ka­nı ba­rə­də də­qiq söz de­yə bil­mə­rəm. An­caq bi­zim şir­kət­lə­rin da­ha çox pul qa­zan­maq is­tə­yi­ni nə­zə­rə al­saq, yə­qin ki, təş­kil et­mə­yə ça­lı­şar­lar. Əsas mə­sə­lə, sa­də­cə, ça­dır qur­maq de­yil. La­zı­mi mə­lu­mat­la­rın ol­ma­sı müt­ləq­dir. Bu­nu isə an­caq pro­fes­sio­nal tu­rizm şir­kət­lə­ri et­mə­li­dir. Bu, adi bir kənd sa­ki­ni­nin qu­ra­ca­ğı mə­sə­lə de­yil".

Günel CƏLİLOVA

Bakı xəbər.- 2017.- 8 iyun.- S.14.