Heydər
Əliyevin ona özü qədər inanması əsassız
deyilmiş...
Heydər Əliyev İlham Əliyev haqqında
"Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm" deyəndə
bəziləri onun böyük siyasətə tam
hazır olduğuna şübhə ilə
yanaşdı. Lakin həyat bu sözlərin nə qədər
böyük bir həqiqət olduğunu bütün
dünyaya göstərdi. İlham
Əliyev Heydər Əliyevin bir dövlət kimi məhv
olmaq təhlükəsindən xilas etdiyi Azərbaycanı
yüksələn xətlə inkişaf etdirərək
ona bütün sahələrdə böyük uğurlar
qazandırdı.
Son 13 il ərzində Azərbaycan onun rəhbərliyi
altında tək Cənubi Qafqazın deyil, Qərblə
Şərqin arasında yerləşən böyük
bir bölgənin ən nüfuzlu dövlətlərindən
birinə çevrildi. İndi beynəlxalq
siyasi müstəvidə Azərbaycanın nüfuzu
yüksələrək elə bir səviyyəyə
çatıb ki, o artıq dünyanın super dövlətləri
arasında baş verən münaqişələrin
nizamlanmasında öz sözünü deyə bilir.
Bu uğur Heydər Əliyev siyasi və
iqtisadi kursunun davamçısı İlham
Əliyevin 2004-cü ildən başlayaraq
apardığı düşünülmüş siyasətin
məntiqi nəticəsidir.
Hakimiyyətə gəldiyi ilk gündən "biz
bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft
ölkəsi deyilik və neftimiz yoxdur" deyən
Prezident neftlə bağlı iqtisadiyyatın çətinliklərini
layiqincə qiymətləndirərək, hər kəsdən
daha uzağa baxmağı bacardı. Neft pullarının daimi
olmadığını çox gözəl bilən
İlham Əliyev ölkə iqtisadiyyatının
köklü şəkildə yenidən qurulmasına
start verdi. Ölkə
iqtisadiyyatının real sektorunun yüksək səviyyədə
inkişaf etdirilməsinin mümkünlüyü
yolunun ona münbit fəaliyyət meydanı yaratmaqdan
keçdiyini çox gözəl bilən ölkə
başçısı 2004-cü ildən başlayaraq
start verdiyi "Regionların sosial iqtisadi inkişaf
proqramları" çərçivəsində iri
infrastruktur layihələrinin reallaşdırılmasına
yaşıl işıq yandırdı. Bu
illər ərzində bölgələrin enerji, qaz, su təchizatının
yüksək səviyyədə təmin edilməsi, yol
infrastrukturunun yenidən qurulması sahəsində
inqilabi nəticələrə gətirib
çıxaran layihələr
reallaşdırıldı. Bakı şəhərinin
avtomobil tıxaclarından xilas edilməsi istiqamətində
nəhəng layihələr öz sözünü dedi.
Bu gün dünyanın bir çox
böyük şəhərləri avtomobil
tıxaclarının yaratdığı problemin məngənəsində
sıxıldığı bir zamanda Bakı bu problemi
arxada qoyub.
Görülən işlərin nəticələri
özünü çox gözlətmədi. Bir neçə il ərzində Ümumi Daxili Məhsulda
qeyri-neft sektorunun payı 50%-dən 70%-ə qədər
yüksələ bildi. Bu bir neft ölkəsinin
iqtisadiyyatında baş verən əsl inqilab idi.
İndiyə qədər dünyanın
heç bir neft ölkəsində buna bənzər hadisə
müşahidə olunmamışdı. Bütün bu uğurlardan sonra qarşıda
duran başlıca hədəf real sektordan ixracın həcmini
dəfələrlə artırmaq və son nəticədə
ölkə iqtisadiyyatının neftdən
asılılığını tam optimal hesab edilə
biləcək bir səviyyəyə çatdırmaq
idi. Lakin çox təəssüflər
olsun ki, heç kimin gözləmədiyi halda 2014-cü
ilin ikinci yarısından etibarən dünya
bazarlarında neftin qiymətləri kəskin şəkildə
aşağı düşməyə başladı.
Neft gəlirlərinin qısa zaman kəsiyində
kəskin şəkildə azalması ölkə iqtisadiyyatının
yenidən qurulması və onun qeyri-neft sektoruna
axarlı şəkildə transformasiya olunması sahəsində
bəzi problemlər yaratdı. Neftin
qiymətləri ətrafında gedən siyasi oyunlar vəziyyəti
bir qədər də mürəkkəbləşdirdi.
Baş verən bu proseslərin nə qədər
davamlı olacağını müəyyənləşdirmək
çətin idi və elə bu səbəbdən də Azərbaycan
Prezidenti gözləmə mövqeyinə qətiyyətlə
yox deyərək, ölkədə postneft
dövrünün başlandığını rəsmi
şəkildə elan etdi. Yeni dövr
düşünülmüş bir iqtisadi siyasətlə,
praktik olaraq yeni iqtisadi modellə idarə olunmağa
başlandı. 2015-ci ilin son
aylarından başlayaraq ölkədə azad
sahibkarlığın inkişafını təmin edə
biləcək və ona hər yerdə yaşıl
işıq yandıran çox mühüm qərarlar qəbul
edildi. Azərbaycan
iqtisadiyyatının bütün istiqamətlər
üzrə hərtərəfli inkişafını nəzərdə
tutan Strateji yol xəritələri təsdiq olundu.
Bu sənədlərin işlənib
hazırlanmasında beynəlxalq təcrübədə
olan bütün müsbət nəticələr yerli
xüsusiyyətlər nəzərə alınmaqla
istifadə edildi və onların hazırlanması
işinə dünyanın ən aparıcı mütəxəssisləri
cəlb olundu.
Bu gün Prezident İlham Əliyevin şəxsi təşəbbüsü
ilə real sektorun əsas istiqamətləri üzrə
ölkə iqtisadiyyatında inqilabi dəyişikliklər
baş verir.
Qeyri-neft sənayesində iri və orta istehsal müəssisələrinin
qurulması yaxın gələcəkdə Azərbaycanı
xam neft satan ölkədən neftdən
hazırlanan məhsulların ixracatçısına
çevirəcək. Bu məqsədlə
Sumqayıtda tikilən Kimya Sənaye Parkı ilkin
qaranquş rolunu oynayacaq. Aqrar sektor
öz inkişafının yeni mərhələsinə
qədəm qoyub. Son bir neçə il
ərzində dünənə qədər Azərbaycana
möhkəm valyuta gətirə biləcək texniki məhsulların
- pambığın, baramanın, tütünün və
başqa məhsulların istehsalında inqilabi bir
dönüş edildi. İki il öncə cəmi 200
kiloqram barama istehsal etmiş bir ölkə 2019-cu ildə
1300 ton barama tədarükünü hədəfləyib
və bu sahənin inkişafını təmin etmək
üçün ötən il bölgələrimizdə
1 milyon 600 min tut ağacı əkilib. Aqrar
sektorda buna bənzər uğurlar, demək olar ki,
bütün məhsul növlərində əldə
olunmağa başlayıb. İndi
artıq ölkə rəhbərliyi qeyri-neft sənayesi
və aqrar sektorda istehsal ediləcək məhsulların
"Made in Azerbaijan" brendi ilə dünya
bazarlarında öz yerini tutması istiqamətində
lazımı işlər aparır.
Bu gün Azərbaycan dünyanın turizm mərkəzinə
çevrilməkdədir. Bunun üçün
hər bir şəraiti olan ölkəmizdə cənab
İlham Əliyevin bilavasitə təşəbbüsü
və rəhbərliyi ilə atılan addımların,
qəbul edilən qərarların əhəmiyyəti
misilsizdir. Azərbaycanın
dünyaya daha yaxından tanıdılması istiqamətində
atılan addımlar isə yüksək qiymətə
layiqdir. Bu yöndə birinci xanım
Mehriban Əliyevanın təşkilatçılığı
ilə Bakıda keçirilən "Avroviziya"
Mahnı Müsabiqəsi dünyanın diqqətini Azərbaycana
yönəldə bildi. Bunun ardınca ölkəmizdə
bir-birindən əhəmiyyətli beynəlxalq tədbirlərin
keçirilməsi, 2015-ci ildə isə bütün
dünyanı heyran edən Birinci Avropa
Oyunlarının, bu ilin iyun ayında Dördüncü
İslam Oyunlarının yüksək səviyyədə
təşkili milyardlarla insanın diqqətini Azərbaycana
yönəltdi. Ən yüksək səviyyədə
keçirilən bu tədbirlər eyni zamanda Azərbaycanın
bütün dünyaya təqdimatı demək idi. Bu təqdimatın məntiqi nəticələri
göz qabağındadır. Bu gün ölkəmizin
hər yerində, xüsusilə də Bakı şəhərində
əcnəbi turistlərin sayının nə qədər
artdığını adi gözlə də
açıq-aydın görmək mümkündür.
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
iqtisadiyyatına çox böyük töhfə verməyi
hədəfləmiş istiqamətlərdən biri də
ölkəmizin əlverişli coğrafi mövqeyindən
məharətlə istifadə etməklə onu tranzit
yükdaşımalar sahəsində bölgənin nəhəng
ticarət dəhlizinə çevirmək
bacarığı oldu. Son bir neçə il
ərzində bu sahədə görülən işlərə
rəğmən çəkinmədən demək olar ki,
Azərbaycan bu gün Qərblə Şərq, Cənubla
Şimal arasında tranzit yükdaşımaların
lokomotivinə çevrilir. Bu layihənin əsasını
təşkil edən Qədim İpək Yolunun bir xətti
olaraq Şərqlə Qərbi birləşdirəcək
Bakı-Tiflis-Qars dəmir yolu, cənub - Şərqi
Asiya ölkələrindən və Hindistandan
tutmuş tranzit yüklərin İran vasitəsilə
Azərbaycan üzərindən Şimala və Qərbə
daşınmasını hədəfləyən
Şimal Cənub Ticarət Dəhlizi kimi layihələr,
Xəzər hövzəsinin Ələt zonasında
regionda ən böyük Beynəlxalq Ticarət
Limanının tikintisi bu sahədə yeni eranın təməlini
qoydu. Azərbaycan bu gün həmin
transmilli layihələrin
reallaşdırılması sahəsində öhdəsinə
düşən bütün işləri ya tam başa
çatdırıb, ya da başa çatdırmaq üzrədir.
Bütün bu layihələr və ölkədə
tranzit yükdaşımaların sistemləşdirilərək
müasir bazarın tələblərinə uyğun
yenidən qurulması Prezident İlham Əliyevin şəxsi
təşəbbüsünün məhsuludur. Bu layihələrin icrası əsasında Azərbaycan
üzərindən daşınacaq yüz milyonlarla ton
yük ölkəmizə milyardlarla dollar valyuta
axınını təmin edəcək.
Prezidentin iradəsilə ərsəyə gələn
və bütün dünyanın diqqət mərkəzində
olan ən böyük transmilli layihələrdən
biri də "Cənub Qaz Dəhlizi" layihəsidir. Bu layihə Prezident
İlham Əliyevin şah əsəridir və onun ərsəyə
gəlməsi bilavasitə Azərbaycan Prezidentinin
iradəsi, qətiyyəti nəticəsində
mümkün ola bildi. Layihənin
reallaşdırılması ilə bağlı
yaradılan çətinliklərə və təzyiqlərə
baxmayaraq, İlham Əliyev bütün məsuliyyəti
öz üzərinə götürərək 11 şirkətin,
yeddi hökumətin və 11 topdan qaz
alıcısının sıx əməkdaşlığını
tələb edən bu transmilli layihənin
sükanını öz əlinə aldı. On illər boyu qaz təchizatının şaxələndirilməsini
xəyallarında yaşadan Avropa dövlətlərinin
bu istəyini məhz Azərbaycan Prezidenti
reallaşdıra bildi. Bu, ABŞ-ın
da böyük dəstəyilə ərsəyə gələn
əsrin ən böyük enerji layihəsidir.
Bütün bu görülən
işlər və əldə olunan yüksək nəticələr
hesabına İndi Azərbaycan həm Qərb, həm də
Şərq üçün sözün əsl mənasında
strateji bir tərəfdaşa çevrilib. Amerika Birləşmiş Ştatlarının
prezidenti Donald Trampın bir ay içərisində Azərbaycan
Prezidentində ünvanladığı iki məktubda
ölkəmizlə münasibətlərə və bu
münasibətlərin gələcəyinə
verdiyi yüksək qiymət ABŞ kimi bir nəhəng
ölkənin bölgədə Azərbaycanı
özünə ən etibarlı tərəfdaş
seçməkdə qərarlı olduğunu ortaya
qoydu.
Müasir və öz
multikultural dəyərləri ilə dünyəvi bir
dövlətə çevrilmiş gənc Azərbaycan
dövlətinin qısa bir zamanda əldə etdiyi bu
uğurlar Prezident İlham Əliyevin gecəli-gündüzlü
apardığı gərgin fəaliyyətin məntiqi
nəticəsidir. Bu gün bütün sahələrdə
Cənubi Qafqazın lider dövləti statusunu
qazanmış və dünyanın ən nüfuzlu
dövlətlərindən birinə çevrilmiş Azərbaycan
iqtisadi cəhətdən tənəzzül
içərisində boğulan, öz iqtisadi və
siyasi müstəqilliyini tam itirmiş, əhalisi səfalət
üzündən kütləvi şəkildə
immiqrasiya edən Ermənistana acizlik içində
boğulan və bundan sonra nə edəcəyini bilməyən
bir dövlət kimi baxmaqda tam haqlıdır. Bu gün Azərbaycan öz iqtisadi qüdrətinə
uyğun qurduğu orduya söykənib, Ali Baş
Komandan İlham Əliyevin bir göstərişilə
işğal altındakı torpaqları bir neçə
gün ərzində azad etmək
iqtidarındadır. Lakin biz həmişə
sülh tərəfdarı olmuşuq. Ötən ilin
aprel ayında Azərbaycan ordusunun hərbi
uğurları çox mətləblərə
aydınlıq gətirdi. Bu gün Ermənistan
mətbuatında bizə qarşı ən radikal
mövqedə dayanan erməni siyasətçiləri
belə Xocalı qatili Serj Sarkisyanı "İlham
Əliyev dedi və elədi, bəs sən
nə edirsən?" deyərək
aşağılayır və Azərbaycanla
hesablaşmağa çağırırlar.
Çünki az-çox ağlı başında olan bu
siyasətçilər yaxşı başa
düşür ki, Azərbaycan kimi
güclü və qüdrətli bir dövlətlə
hesablaşmamaq artıq onların sonunu
yaxınlaşdırır. İlham Əliyevin rəhbərliyi
altında bu günə gəlib çatmış Azərbaycan dövləti artıq tək Azərbaycanda
yaşayan azərbaycanlıların deyil, əlli
milyonluq bütün dünya azərbaycanlılarının
dövlətinə çevrilib. Bu güclə, bu
qüdrətlə hesablaşmamaq isə mümkün
deyil!
Fikrət
Yusifov, İqtisad elmləri doktoru, professor
Bakı xəbər.- 2017.- 13 iyun.- S.6.