Tarixdə iz buraxanlar:
Əbülqazi Bahadur xan
Əbülqazi Bahadur xan Xarəzm özbək
xanlarından olub. O, 1603-cü ildə rus
kazaklarının Urgəncə hücum etmələri
və bu tarixi hücumun qarşısının
atası tərəfindən alınıb
dağıdılması hadisəsindən 40 gün
sonra anadan olub və qəza səbəbilə ona
Əbülqazi adı verilib.
Türk millətinin tarix yazan bir
övladı da Əbülqazi Bahadur xandır. O, xanlıqlar dövrü Orta Asiya
türklüyünün şüurunda və türk
olaraq yaradılmış olmanın iftixarı ilə
yaşamış bir türk böyüyüdür.
Atası Ərəb (Ərəb adı
peyğəmbərimizin çıxdığı
qövmə hörmət əlaməti olaraq uşaqlara
qoyulurdu. Bu adət Anadoluda hələ
də yaşamaqdadır) Məhəmməd xan Xarəzm
özbək xanı Yadigar xanın dördüncü nəslindən
olan nəvəsidir. Ərəb Məhəmməd xan qazandığı qələbəni oğluna
yaşatmaq istəyib və buna görə də ona
Əbülqazi adını qoyub. Əbülqazi Bahadur
xanın atası və anası özbək
xanlarından olan Yadigar xanın nəvələri
idi. Anası
Mihr Banu xatun Canqazi Sultanın qızı idi.
Əbülqazi Bahadur xan Sultan Babur şah kimi
Türküstanda yetişən bir şəxsiyyətdir;
xan, şair, alim və təbibdir. O, türk dilinin bir çox
şivə və ağzını bildiyi kimi, ərəb
və fars dillərini də
yaxşı bilirdi. Ailəsi Şeybanilər
sülaləsindən olub. Xan oğlu
olaraq sarayda təhsil alıb. Atası
Ərəb Məhəmməd xan 1602-1623-cü illərdə
Xivədə xanlıq edib. Əbülqazi
altı yaşında ikən anası vəfat edib. Qardaşları Habəş və İlbars
analarının tayfası naymanlarla bir olub
atalarına qarşı baş qaldırıblar. Ərəb Məhəmməd xan
oğullarını əfv edərək, bunun taxt
üçün böyük bir mübarizə olduğu
düşüncəsilə onlara Vəzir şəhərini
verib. 1616-cı ildə Əbülqazi
13 yaşında ikən taxt qovğalarına
qarışıb.
Əbülqazi 16 yaşına qədər Urgəncdə
yaşayıb. Atası Ərəb Məhəmməd
xan o zamanın taxt şəhəri olan Xivəyə
köçdükdə Əbülqazini Kat vilayəti
valiliyinə təyin edib. Bu vəzifədən
sonra Bahadur xan üçün əziyyətli günlər
başlayıb. Onun qardaşları İlbars və
Habəş atalarına asi olub onun
dincliyini pozmağa başlayıblar. Əbülqazi
atasının tərəfini tuturdu. O, türkmənlərin
köməyilə atasını öldürən
xeyirsiz, daş ürəkli qardaşlarına
qarşı hərəkətə keçib və onlara
qalib gələrək atasının intiqamını
alıb, Xarəzm xanı olub. Fəqət
hüzursuzluqlar bitmək bilmirdi. Nəticədə
o, digər qardaşı İsfəndiyar
Əbülqazini taxtdan endirib. Əbülqazi
uzun illər boyu öncə Səfəvilərin
yanında, sonra da Təkə və Manqışlaq
türkmənləri ilə birlikdə mehribanlıqla
yaşayıb.
1621-ci ildə yenə ata ilə oğulların
arası pozulub. Ərəb Məhəmməd xan,
böyük oğlu İsfəndiyar və
Əbülqazi bir tərəfdə, Habəş və
İlbars sultanlar digər tərəfdə olduğu
halda savaş başlayıb. Ərəb
Məhəmməd xan əsir alınıb və
gözünə mil çəkilib. Əbülqazi
əvvəl Kafa, sonra Buxaraya İmamqulu xanın
sarayına qaçıb. İsfəndiyar
isə İsfəhanda Şah Abbasa sığınıb
və ondan yardım alaraq 1623-cü ildə Xivə
taxtını ələ keçirib. Əbülqazi
apardığı müharibədə fövqəladə
qəhrəmanlıq göstəribsə də, atasının
yaxalanaraq gözlərinin kor edilməsinə əngəl
ola bilməyib. Əbülqazi
böyük qardaşının yanına gedib, İsfəndiyar
da ona Urgənci verib. Burada üç il
qalan Əbülqazi Xarəzmə təkbaşına
hakim olmaq niyyətində olduğuna görə
böyük qardaşı ilə müharibə etməyə
başlayıb. Fəqət bu istəyinə nail ola bilməyib və 1626-cı ildə
Qazaxıstana gedərək üç ay orada qalıb.
Daha sonra Daşkənd xanının dəvətilə
Daşkəndə gedib və iki il də
orada qonaq qalıb. Buradan təkrar Buxara
hökmdarı İmam Kuli xanın ölkəsinə
gedərək ordu toplamağa başlayıb. Böyük qardaşının səfərdə
olmasından istifadə edərək Xivə
qalasını ələ keçirib. Fəqət
İsfəndiyar xan ordusu ilə gəlincə
müqavimət göstərə bilməyib və
yaxalanaraq Səfəvilərin əlində olan yurda
göndərilib. Amma dörd il
sonra qardaşların arası pozulduqda Əbülqazi
Yəsi tərəfinə İşim xanın yanına
qaçıb. Sonra Daşkəndə və
Buxaraya gedib. 1630-cu ildə İsfəndiyar
Xivəni ona verib. Ancaq bir neçə
ay sonra Əbülqazini üsyanla günahlandıraraq
yaxaladıb İrana, Şah I Səfinin yanına
sürgünə göndərib. Əbülqazi 10 il İranda sürgündə qalıb.
Oradan İsfahana keçən Əbülqazi İranda
ikən şah tərəfindən hüsnü-qəbul
gördüyünü, özünə dirilik olaraq maaş
bağlandırdığını və on il orada
qaldığını öz tarixində göstərir.
Tarixə
böyük marağı olan Əbülqazi getdiyi yerlərin
tarixini tədqiq etdiyi kimi İsfahanda ikən də
türkün tarixinə aid yazılan fars
mənbələrini tədqiq etmək imkanını əldə
etmişdi. Tale Əbülqaziyə belə
hərəkətli və fırtınalı bir alın
yazısı yazmışdı. O, daha sonra
kalmıklarla birlikdə yaşamağa başlayıb.
Burada monqol dilini öyrənib. Gənc
yaşlarında öyrəndiyi ərəb və fars dillərinə monqol dilini də əlavə
edərək incələmələr və tədqiqat
işləri aparıb, eşitdiyi hər şeyi qeyd edib,
rast gəldiyi hər kitabla bilgisini artırıb.
Əbülqazi İsfahandan ayrılaraq əvvəl
Ersari türkmənlərin, sonra Balkanlardakı Teke
türkmənlərinin yanına gedib. 1642-ci ildə
böyük qardaşı İsfəndiyar xanın
ölümü ilə boşalan xanlığa 1643-cü
ildə çıxıb Xivə şəhərini mərkəz
elan edib.
21 il boyunca xanlıq edən Əbülqazi ən
çox türkmənlərlə mücadilə edib. Bundan əlavə, qonşuları Buxara özbək
xanlarının yurdlarına da bir neçə dəfə
yürüş edərək oraları da qarət edib.
1644-cü ildə Əbulqazi bütün düşmənlərini
məğlub edərək Xarəzm taxtını ələ
keçirib.
Əbülqazinin 1646-1664-cü illər
arasındakı xanlıq dövrü qonşu dövlətlərlə
savaşaraq keçib. 1664-cü ildə
ağır bir xəstəliyə yaxalanaraq 60
yaşında vəfat edib.
Əbülqazinin 16 yaşında dövlət idarəsi
işlərinə başlayana qədər Urgəncdə
keçirdiyi gəncliyində və İrandakı həyatında
ciddi surətdə elmlə məşğul olduğu,
gözəl ərəbcə və farsca bildiyi bu dillərdən
etdiyi tərcümələrdən aydın olur. O, özündən sonra
iki mühüm əsər qoyub. Bunlardan biri
1659-cu ildə yazdığı "Şəcəreyi-tərakimə,"
digəri 1664-cü ildə vəfat etməsi ilə
yarımçıq qalan və vəsiyyəti ilə
oğlu Enqşə tərəfindən bitirilən
"Şəcəreyi-türk"dür. İlk əsərini
Rəşidəddinin tarixindən aldığı
"Oğuznamə"ni, türkmənlər
arasında ələ keçirdiyi digər 20-yə qədər
"Oğuznamə" rəvayətləri ilə qarşılaşdıraraq
dəyərləndirib. Əsər rus şərqşünası
Tumanski tərəfindən 1892-ci ildə Aşqabadda
rus dilində və 1937-ci ildə Türk Dil Qurumu tərəfindən
çağatayca nəşr edilib. "Şəcəreyi-türk"
isə XV əsrin ikinci yarısından başlayıb
Xarəzmdə hökuməti idarə edən
Yadigaroğlu Şıban özbək xanlarının
tarixini və soyunu təsbit məqsədilə qələmə
alınıb və bu sülalənin 1663-cü ilə qədərki
tarixi üçün əsas mənbə olub. Bu əsər
türk və monqol tarixinə aid bilinən ilk mənbə
olduğuna görə tək özbək
xanlarının tarixi üçün deyil, eyni zamanda
monqol və türk tarixi üçün də
başlıca mənbə olaraq qəbul edili,. Əsəri ilk dəfə Qərbə
tanıdan Poltava müharibəsindən sonra ruslar tərəfindən
Sibirə sürgün edilən isveçli zabit
Tabertdir. Əsər monqol xanədanı
və qəbilələrin tarixini müəyyən edən
ən mükəmməl mənbələrdən biri
olaraq tanınır. Kont Estralenburq tərəfindən
almancaya tərcümə olunu,,
fransızca tərcüməsi isə 1726-cı ildə
Leidentdə nəşr edilib.
Əbülqazi Bahadur xan qorxmazlığı və
geniş mədəniyyəti ilə böyük bir
dövlət adamı idi. Bütün türk
xalqları onu hər şeydən əvvəl bir
xüsusiyyətinə görə yada salır ki, bu da
onun tarixşünaslığıdır. Əbülqazinin türk dünyasına bəxş
etdiyi iki əsər hələ də maraqla incələnməkdədir.
Əbülqazi Bahadur xanın digər bir
xüsusiyyəti də onun böyük bir sevgi ilə
türk dilini sevməsi və rusların türk
dünyası üçün nə qədər
böyük bir təhlükə olduğunu təsbit edərək
o günlərdən tədbir almağa
çalışmasıdır.
"Bilin ki, bizdən öncə türkcə tarix
yazanlar özlərinin hünər və
ustalıqlarını xalqa məlum etmək
üçün ərəbcə lüğətləri
qatmışlar farscaya, türkcəni seçmişlər.
Biz bunların heç birini etmədik,
çünki bu kitabı oxuyan və dinləyən, əlbəttə,
türk olacaq.
Təbii ki, türklərin hər birinin
anlaması üçün onlara türkanə söyləmək
lazımdır.
Bizim söylədiyimiz sözləri bilməsələr
nə faydası? Əgər onların içərisindən
biri və ya ikisi ağıllı olarsa və sözlərimizi
anlayarsa, bilməyən çoxluğa söyləyib
anladarlar. Belə olduqda elə yazmaq və
söyləmək lazımdır ki, hamısı
anlasın və könülləri kafi olsun.
İndi Adəmdən ta bu zamana kimi min yetmiş
birdir, türkmənlərin və son Türkmən
adını daşıyıb türkmənə
qatılan illərin bildiyimiz qədərini bir-bir
söyləyək. Bilmədiyimizə nə çarə?.." - deyib Əbülqazi
Bahadur xan "Şəcareyi-tərakimə"
adlı əsərində.
Beləliklə, Əbülqazi atamız eynən
Babur şah kimi çox hərəkətli bir həyat,
fırtınalı günlər yaşamasına
baxmayaraq, qələmini heç əlindən
buraxmayıb. Onun bu yazma və araşdırma
sevgisi nəticəsində türk mədəniyyəti
iki əhəmiyyətli əsərə sahib olub.
Əbülqazi Bahadur xanın "Şəcərəyi-tərakimə"
və Şəcərəyi-türk" əsərlərində
bir sıra türk xalqlarının tarixi haqqında
qiymətli məlumatlar, həmçinin xalq əfsanələri,
rəvayətlər, atalar sözü və s. verilib. Bu əsərlərin
birincisi türkmənlərin mənşəyi ilə
bağlıdır. Bunda türkmənlərin
tarixi ən qədim dövrlərdən Oğuz xan və
onun soylarının dövrünə qədər gətirilir.
İkinci əsərini Türk boylarının tarixinə,
əsasən Orta Asiyanın, daha köklü bir ifadə
ilə Xivə xanlığının son dövrlərinə,
özünün hökmdarlıq vəzifəsinə
başladığı çağlara (1643) həsr edir. Əbülqazinin bu əsəri XVIII yüzildə
Avropa dillərinin dördünə tərcümə
edilib. Bu əsər istifadə olunan
dil baxımından çox böyük önəm
daşıyır.
Türk dilini xalqın anlayacağı sadəlikdə
istifadə edən Bahadur xan bu əsərində Dədə
Qorqud hekayələrinin qəhrəmanlarına da yer
verir.
Əbülqazi Bahadur xan xanlıq dövründə
Xarəzmdə elm və mədəniyyətin irəliləməsi
üçün çox xidmətlər edib. Özü də
şeirlər, tarix kitabları, tibb kitabları
yazıb. Bu gün onun üç əsəri
bütün dünyaya məlumdur. Bu əsərlər
yüz illərdir araşdırılıb, bir çox
dillərə tərcümə edilib. Tibblə
bağlı "Mənafiül-insan" adlı əsəri
105 bölümdən ibarətdir; xəstəliklərin
müalicə yolları, əlacları hazırlama,
faydalanma yöndəmləri göstərilir.
Bir əlində qələm, bir əlində
qılınc tutan bu böyük atamızı qürurla
xatırlayırıq.
Ruhu
şad olsun!
Fazil
QARAOĞLU professor
Bakı xəbər.- 2017.- 21 iyun.- S.15.