Naxçıvana turist axını
qısa dövrdə
4 faizə yaxın artıb
Rəşad Həsənov: "Orada
kənd turizmi, müalicəvi turizm üçün tələb
olunan potensial böyükdür"
Bu ilin yanvar-may aylarında Naxçıvan
Muxtar Respublikasına
153 305 nəfər turist
səfər edib. Muxtar Respublikanın Dövlət
Statistika Komitəsindən
verilən məlumata
görə, bu göstərici 2016-cı ilin
müvafiq dövrü
ilə müqayisədə
3,9 faiz və ya 5763 nəfər çoxdur.
Ümumilikdə, Naxçıvan MR özünəməxsus
coğrafi zənginliyə
malikdir. Onun əzəmətli təbiəti, nadir landşaft
tipləri, ayrı-ayrı
guşələrinin təkrarolunmaz
gözəlliyi turizmin
müxtəlif növlərinin
inkişafı üçün
geniş imkanlar açır. Son 20 ildən
artıq bir dövrdə Muxtar Respublika təbiətinin
mühafizəsi sahəsində
həyata keçirilən
tədbirlər bu qədim Azərbaycan diyarının daha da gözəlləşməsinə, təbiətinin zənginləşməsinə,
flora və fauna növlərinin
sürətlə artmasına
gətirib çıxarıb.
Görülən işlərin nəticəsidir
ki, Naxçıvan ərazisinin 27 faizi xüsusi mühafizə
olunan təbiət ərazisinə çevrilib. Təbii ki,
Muxtar Respublikanın
coğrafi ərazilərinin
böyük bir hissəsini dağlıq
və dağətəyi
ərazilər, nisbətən
düzəngahlar təşkil
edir. Bu ərazilərdə
yüzlərlə təbiət
abidəsi, mineral bulaqların,
tarixi tikililər və arxeoloji obyektlərin olduğunu
nəzərə alsaq,
ərazini müxtəlif
turizm növlərinin
inkişafı üçün
ideal məkan saymaq olar. Xüsusilə son dövrlərdə dünyada piyada turizminin inkişaf etdirilməsi üçün
müxtəlif ölkələrin
təqdim etdiyi yeni layihələr Muxtar Respublikanın tanıdılması baxımından
əvəzolunmaz imkanlar
ortaya çıxarır.
Naxçıvanın coğrafi şəraitinin
müxtəlifliyi turizmin
müxtəlif növlərinə
marağı artırır.
O üzdən ildən-ilə
ora gedən turistlərin sayı artır.
Məsələyə münasibət
bildirən iqtisadçı-ekspert
Rəşad Həsənovun
sözlərinə görə,
Naxçıvanda turizm
infrastrukturu əlverişli
vəziyyətdədir: "Son illər Azərbaycan hökuməti turizmin inkişafı ilə bağlı müxtəlif
islahatlar həyata
keçirib. Məqsəd həm qeyri-neft sektorunun inkişafı,
həm də ölkəyə valyuta
daxil olmasını
təmin etməkdir.
Görülən müxtəlif işlər
bu sahədə öz nəticəsini verir. Müşahidə olunan inkişaf
Naxçıvandan da yan
keçmir. İlbəil ora gələn turistlərin sayında
artım müşahidə
olunur. Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, bu gün infrastruktur
Naxçıvanda turizmin
inkişafı üçün
şərait yaradır.
Bütün bunlarla
yanaşı, turizm
infrastrukturunun daha
da inkişaf etdirilməsinə
ehtiyac var. Otel-hostel
xidmətlərinin genişləndirilməsi,
bununla paralel olaraq digər xidmət sahələrinin
yaradılmasına ehtiyac
var. Bu istiqamətdə bir
az qıtlıq
hiss olunmaqdadır. Nəzərə almaq lazımdır ki, turizm yan
sahələrin inkişafını
tələb edən sahədir. Bu baxımdan, xidmətin inkişafı digər
sahələrin də
inkişafını təmin
etmək gücünə
malikdir. Fikrimcə, Naxçıvanda çoxşaxəli
turizm potensialı
var. Məsələn, kənd
turizmi, müalicəvi
turizm üçün
tələb olunan potensial böyükdür.
Hesab edirəm ki, bütün bu sahələrin inkişafını
daha da genişləndirmək
lazımdır".
Vidadi ORDAHANLI
Bakı xəbər.- 2017.- 23 iyun.- S.11.