Bakı - turis­lərin ən çox can atdığı üç şəhərdən biri...

Turizm Azərbaycana daha çox gəlir gətirməyə başlayır

Azər­bay­ca­nın növ­bə­ti də­fə ev sa­hib­li­yi et­di­yi "For­mu­la-1" Azər­bay­can Qran-pri­si ya­rış­la­rı öl­kə­yə gə­lən tu­rist sa­yı­nın ye­ni­dən art­ma­sı ilə mü­şa­yi­ət edil­mək­də­dir. Ümu­miy­yət­lə isə, he­sab edi­lir ki, həm ya­rış, həm yay möv­sü­mü­nün baş­lan­ma­sı öl­kə­yə ye­ni tu­rist axı­nı­na rə­vac ve­rə­cək.

Araş­dır­ma­lar gös­tə­rir ki, ca­ri möv­süm­də ərəb öl­kə­lə­rin­dən Azər­bay­ca­na gə­lən­lə­rin sa­yı ötən il­lə mü­qa­yi­sə­də da­ha çox ola­caq. Çün­ki bu möv­süm üçün də Azər­bay­ca­nın tu­ris­tik im­kan­la­rı ba­rə­də ərəb öl­kə­lə­rin­də ge­niş gö­rü­lüb, həm­çi­nin öl­kə­yə gə­liş üçün vi­za re­ji­mi da­ha da sa­də­ləş­di­ri­lib. İran­dan da Azər­bay­ca­na gə­lən­lə­rin sa­yı sü­rət­lə ar­tır.

Da­ha bir ma­raq­lı mə­qam odur ki, Ru­si­ya­dan da son dövr­lər­də sə­ya­hət din­cəl­mək üçün Azər­bay­ca­na gə­lən­lə­rin sa­yın­da cid­di ra­tım var. Be­lə bir vaxt­da "TurS­tat" ana­li­tik agent­li­yi bil­di­rir ki, Ba­kı bu yay ru­si­ya­lı­la­rın sə­ya­hət et­mə­si üçün ya­xın xa­ri­ci öl­kə­lə­rin ən po­pul­yar şə­hər­lə­rin­dən bi­ri­dir. Meh­man­xa­na­lar­da nöm­rə­lə­rin, tur­la­rın on­layn re­jim­də si­fa­riş ve­ril­mə­si sis­tem­lə­ri­nin in­for­ma­si­ya­sı gös­tə­rib ki, 2017-ci ilin iyun-av­qust ay­la­rın­da səy­yah­la­rın ən çox can at­dı­ğı üç şə­hər As­ta­na, Ba­kı Mins­kdir. On ən po­pul­yar şə­hər sı­ra­sı­na Daş­kənd, Al­ma­tı, Biş­kek, Ki­yev Aş­qa­bad da da­xil­dir. Si­ya­hı­da­kı şə­hər­lər ara­sın­da ya­şa­maq üçün ən ba­ha­lı­sı As­ta­na­dır. Bu şə­hər­də tu­rist­lər hər gün adam­ba­şı­na təq­ri­bən 80 dol­lar xərc­lə­yir. Büd­cə ba­xı­mın­dan ən əl­ve­riş­li şə­hər isə Aş­qa­bad­dır. Türk­mə­nis­ta­nın pay­tax­tın­da bir otel nöm­rə­si or­ta he­sab­la 30 dol­la­ra ba­şa gə­lir.

Bun­dan baş­qa o da mə­lum olub ki, Naf­ta­lan şə­hə­ri post­so­vet mə­ka­nın­da ru­si­ya­lı­lar ara­sın­da ən po­pul­yar müa­li­cə­vi ku­rort­dur. Ye­ri gəl­miş­kən qeyd edək ki, ca­ri ilin beş ayın­da Naf­ta­lan şə­hə­ri­nin ku­rort-sa­na­to­ri­ya is­ti­ra­hət mər­kəz­lə­ri 8 min tu­rist qə­bul edib. Bu, ötən ilin ey­ni döv­rü ilə mü­qa­yi­sə­də 1808 nə­fər çox­dur. Xa­ri­ci tu­rist­lə­rin sa­yı isə ötən ilin ey­ni döv­rü ilə mü­qa­yi­sə­də 2 də­fə ar­ta­raq 3 min 600 nə­fər təş­kil edib. Xa­ri­ci tu­rist­lər içə­ri­sin­də Ru­si­ya, Qa­za­xıs­tan di­gər MDB öl­kə­lə­rin­dən gə­lən qo­naq­lar üs­tün­lük təş­kil edib.

Naf­ta­lan Şə­hər İc­ra Ha­ki­miy­yə­ti­nin İn­for­ma­si­ya tə­mi­na­tı təh­li­li sek­to­ru­nun mü­di­ri Ül­fət Əli­yev bil­di­rir ki, həm bal­neo­lo­ji neft van­na­la­rı əsa­sın­da xəs­tə­lə­rin müa­li­cə­sin­də əl­də olu­nan tə­sir­li nə­ti­cə­lər, həm is­ti­ra­hət üçün şə­hər­də ya­ra­dı­lan müa­sir tu­rizm in­fras­truk­tu­ru Naf­ta­la­nı tu­rist­lər üçün da­ha cəl­be­di­ci ku­rort mər­kə­zi­nə çe­vi­rib. Həm­çi­nin son il­lər­də bir ne­çə xa­ri­ci döv­lət­də bu şə­hə­rin tu­rizm im­kan­la­rı­nın təb­li­ği is­ti­qa­mə­tin­də sər­gi­lər təş­kil edi­lib, xa­ri­ci in­for­ma­si­ya agent­lik­lə­rin­də vi­deo­sü­jet­lər, re­por­taj­lar ha­zır­la­nıb. Qəh­və­yi çeş­mə­dən ha­zır­la­nan yağ­lar, tib­bi məl­həm­lər bir çox kos­me­tik va­si­tə­lər Naf­ta­la­nın şöh­rə­ti­nin art­ma­sı­na sə­bəb olub. Ona gö­rə qar­şı­dan gə­lən bay­ram gün­lə­rin­də Azər­bay­ca­na çox say­da tu­ris­tin gə­lə­cə­yi göz­lə­nir. Ar­tıq bir ne­çə otel­də tu­rist­lər nöm­rə­lə­ri­ni əv­vəl­cə­dən si­fa­riş ve­rib­lər. On­lar ara­sın­da məhz Ru­si­ya­dan olan­lar üs­tün­lük təş­kil edir. Bun­dan əla­və, atı­lan di­gər ad­dım­lar da Ru­si­ya­dan Azər­bay­ca­na üz tu­tan­la­rın sa­yın­da ar­tı­mın çox ola­ca­ğı­nı gös­tə­rir. Be­lə ad­dım­lar­dan bi­ri Ru­si­ya­nın Ye­mel­ya­nov Bey­nəl­xalq Ha­va Li­ma­nın­dan Ba­kı­ya mün­tə­zəm reys­lə­rə start ve­ril­mə­si­dir. Azər­bay­can pay­tax­tı­na uçuş­la­rı "İrAe­ro" avia­şir­kə­ti ye­ri­nə ye­ti­rir. Kras­no­yarsk - Ba­kı mar­şru­tu üz­rə ilk uçuş iyu­nun 21-də ye­ri­nə ye­ti­ri­lib. Özü bi­rin­ci reys­də ha­va gə­mi­si­nin yük­lən­mə­si 100 fa­iz təş­kil edib. Bu is­ti­qa­mət üz­rə uçuş­lar yay cəd­və­li­nin so­nu­na­dək, yə­ni ok­tyab­rın 25-dək da­vam edə­cək. Uçuş­lar "Suk­hoi Su­per­jet 100" ha­va gə­mi­si va­si­tə­si­lə hə­ya­ta ke­çi­ri­lir. Ru­si­ya­nın di­gər vi­la­yət­lə­rin­dən bir­ba­şa reys­lə­rin təş­ki­li nə­zər­də tu­tu­lur bü­tün bun­lar şi­mal qon­şu­muz­dan öl­kə­yə gə­lən tu­rist­lə­rin sa­yı­nın da­ha da art­ma­sı­na rə­vac ve­rə­cək.

Onu da qeyd edək ki, ümu­miy­yət­lə, Azər­bay­ca­na gə­lən tu­rist­lə­rin sa­yı il­dən-ilə ar­tır. Ötən ilin 5 ayı ər­zin­də öl­kə­mi­zə 768 min tu­rist gəl­miş­di­sə, bu il 956 min tu­rist gə­lib. Bu da ötən ilə nis­bə­tən 188 min ya 24,5 fa­iz ar­tım de­mək­dir. Ötən ilin ilk üç ayın­da xa­ri­ci tu­rist­lər Azər­bay­can­da 40 mil­yon 629 min ma­nat bank va­si­tə­si­lə ödə­mə­lər et­miş­di­sə, bu ilin ey­ni döv­rün­də məb­ləğ 91 mil­yon 134 min ma­nat olub. Ca­ri il ər­zin­də bu rə­qə­min da­ha da art­ma­sı göz­lə­nir. Di­gər tə­rəf­dən re­al və­ziy­yət həm onu gös­tə­rir ki, tu­rizm xət­ti­lə öl­kə­yə da­xil olan val­yu­ta­nın həc­min­də cid­di ar­tım var. He­sab edi­lir ki, bu ge­diş­lə tu­rizm Azər­bay­ca­na val­yu­ta gə­ti­rə­cək ən əsas sa­hə­lər­dən bi­ri ola­caq.

Tahir TAĞIYEV

Bakı xəbər.- 2017.- 24 iyun.- S.11.