"Tamaşaçılarım məni mənfi obrazda görmək istəmir"

"Sa­kar­ya tür­kü­sü"nü bir sa­a­tın için­də əz­bər­lə­miş­dim"

İrə­van Döv­lət Azər­bay­can Dram Te­at­rı­nın ta­nın­mış aktri­sa­sı Zül­fiy­yə El­dar­qı­zı Tür­ki­yə­də M.P.Va­qi­fin üç yüz il­lik təd­bir­lə­rin­dən qa­yı­dıb

 

Qa­dın ürə­yi elə bir xə­zi­nə­dir ki, ora­da özü­nə yer edən bü­tün hisslər bən­zər­siz­dir və şər­hə eh­ti­ya­cı yox­dur. O hisslər göz­lər­də, üz­lər­də bərq vur­du­ğun­dan, da­ha so­ruş­mur­san ki, ürə­yin­də han­sı hisslər var? Qa­dın üzün­də tə­bəs­süm oy­na­yır­sa, göz­lə­ri gü­lür­sə, de­mək o xoş­bəxtdir.

Bu gün 8 Mart - Bey­nəl­xalq Qa­dın­lar Gü­nü­dür. Bu sə­bəb­dən də mü­sa­hib ki­mi xa­nım bir sə­nət ada­mı­nı qo­naq ça­ğır­dım. "Ba­kı-Xə­bər"in də­yər­li dos­tu, sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru, İrə­van Döv­lət Azər­bay­can Dram Te­at­rı­nın aktri­sa­sı, ta­nı­nan bə­dii qi­ra­ət­çi Zül­fiy­yə El­dar­qı­zı­dır qo­na­ğı­mız.

- Zül­fiy­yə xa­nım, bay­ra­mı­nız mü­ba­rək.

- Çox tə­şək­kür edi­rəm. Mən də "Ba­kı-Xə­bər"in xa­nım əmək­daş­la­rı­nı və bü­tün ana­la­rı, ba­cı­la­rı, qız öv­lad­la­rı təb­rik edi­rəm. Qa­dın o za­man xoş­bəxt olur ki, ona diq­qət gös­tə­ri­lir, ya­da sa­lan olur. Mən sə­nət ada­mı­yam, bu ba­xım­dan hə­mi­şə diq­qət is­tə­yi­rəm, bu diq­qə­ti mən­dən sə­nət qəd­ri bi­lən in­san­lar qə­tiy­yən əsir­gə­mir. Bu mə­na­da si­zin də mə­nə özəl diq­qə­ti­ni­zi yük­sək də­yər­lən­di­ri­rəm.

- Tür­ki­yə­dən sə­fər­dən qa­yıt­mı­sı­nız. Bil­di­yim qə­dər rəs­mi təd­bi­rə qa­tıl­mış­dı­nız.

- Bə­li, bö­yük Azər­bay­can şa­i­ri, ic­ti­mai-si­ya­si xa­di­mi Mol­la Pə­nah Va­qi­fin 300 il­lik yu­bi­le­yi çər­çi­və­sin­də təd­bir ke­çi­ril­di, mən də o təd­bir­də iş­ti­rak et­mək üçün qar­daş öl­kə­yə get­dim.

- Mol­la Pə­nah Va­qif ir­si­nə ora­da mü­na­si­bət ne­cə­dir?

- Çox yük­sək sə­viy­yə­də­dir. Bi­lir­si­niz ki, ke­çən il Şə­ki­də TÜRKSOY mə­də­niy­yət na­zir­lə­ri Da­i­mi Şu­ra­sı­nın 34-cü top­lan­tı­sı ke­çi­ril­di. Bu­ra­da 2017-ci ilin "Mol­la Pə­nah Va­qif ili" ol­ma­sı ba­rə­də qə­rar qə­bul olun­du. Bu il Mol­la Pə­nah Va­qi­fin 300 il­lik yu­bi­le­yi TÜRKSOY və UNES­CO tə­rə­fin­dən qeyd edil­mə­yə baş­la­yıb. Azər­bay­ca­nın tə­şəb­bü­sü, Tür­ki­yə və Qa­za­xıs­ta­nın dəs­tə­yi ilə M.P.Va­qi­fin adı­nın UNES­CO-nun "2016-2017-ci il­lər üçün gör­kəm­li şəxslə­rin və əla­mət­dar ha­di­sə­lə­rin yu­bi­ley­lə­ri proq­ra­mı"na da­xil edil­mə­si onun ya­ra­dı­cı­lı­ğı­na ve­ri­lən yük­sək qiy­mət­dir. Ey­ni za­man­da da Azər­bay­can Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev Mol­la Pə­nah Va­qi­fin 300 il­lik yu­bi­le­yi ba­rə­də Sə­rən­cam im­za­la­yıb. Dü­şü­nü­rəm ki, bu, bö­yük şa­i­rin şəx­siy­yə­ti­nə gös­tə­ri­lən diq­qət və qay­ğı­nın tə­za­hü­rü­dür.

- Təd­bir han­sı şə­hər­lər­də ke­çi­ril­di?

- TÜRKSOY-un An­ka­ra­da­kı iqa­mət­ga­hın­da ke­çi­ril­di. Təd­bir­də Azər­bay­ca­nın Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi və Tür­ki­yə Cum­hu­riy­yə­ti­nin Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi, Azər­bay­can Mil­li Ki­tab­xa­na­sı və TÜRKSOY-un bir­gə təş­ki­lat­çı­lı­ğı ilə açı­lış mə­ra­si­mi baş tut­du. Ora­da çox möh­tə­şəm təd­bir­lə­ri­miz ol­du. TÜRKSOY-un baş ka­ti­bi Dü­sen Ka­se­i­nov, Azər­bay­can Mil­li Elmlər Aka­de­mi­ya­sı­nın vit­se-pre­zi­den­ti, aka­de­mik İsa Hə­bib­bəy­li, mə­də­niy­yət və tu­rizm na­zi­ri­nin mü­a­vi­ni Va­qif Əli­yev, Mil­li Ki­tab­xa­na­nın di­rek­to­ru Kə­rim Ta­hi­rov, Bey­nəl­xalq Türk Mə­də­niy­yə­ti və İr­si Fon­du­nun rəh­bə­ri Gü­nay Əfən­di­ye­va, Azər­bay­ca­nın Tür­ki­yə­də­ki sə­fi­ri Fa­iq Ba­ğı­rov, Tür­ki­yə­nin mə­də­niy­yət və tu­rizm na­zi­ri­nin mü­şa­vi­ri Ni­hat Gül və baş­qa­la­rı M.P.Va­qif ir­si ilə bağ­lı möh­tə­şəm çı­xış­lar et­di­lər. Təd­bir həm­yer­li­miz El­na­rə Kə­ri­mo­va­nın di­ri­jor­lu­ğu ilə TRT An­ka­ra ra­di­o­su xo­ru­nun ifa­sın­da M.P.Va­qi­fin "Dur­na­lar" şe­i­ri­nə ya­zıl­mış mah­nı ilə baş­lan­dı. Çox gö­zəl ifa et­di­lər. Mən də Va­qi­fin qə­zəl­lə­ri­ni ifa et­dim. Son­ra M.P.Va­qi­fin öz ki­tab­la­rı və onun­la bağ­lı ya­zı­lan ki­tab­la­rın sər­gi­si ke­çi­ril­di. Sər­gi­dən son­ra isə pa­nel­lər baş­la­dı və alim­lər, fi­kir adam­la­rı çı­xış et­di­lər.

- De­yə­sən Sa­kar­ya­da da ol­du­nuz...

- Bə­li. İkin­ci təd­bir Tür­ki­yə­nin Sa­kar­ya şə­hə­rin­də ke­çi­ril­di. Qeyd et­di­yim ki­mi, TÜRKSOY tə­rə­fin­dən XVIII əsr Azər­bay­can po­e­zi­ya­sı­nın par­laq si­ma­sı, gör­kəm­li şa­ir, məş­hur si­ya­si və döv­lət xa­di­mi M.P.Va­qi­fin ana­dan ol­ma­sı­nın 300 il­li­yi mü­na­si­bə­ti­lə 2017-ci ilin "Mol­la Pə­nah Va­qif ili" elan edil­mə­si la­yi­hə­si çər­çi­və­sin­də çox ma­raq­lı təd­bir­lər ke­çi­ril­di. İsa Hə­bib­bəy­li tək­lif et­di ki, siz as­pi­rantla­rı­nı­zı Ba­kı­ya gön­də­rin, biz on­la­ra Va­qif ir­si­ni araş­dır­ma­ğa yar­dım edək.

Ora­da sə­nət­çi ola­raq mən və Tür­ki­yə­nin xalq oza­nı aşıq Sə­la­həd­din Dün­dar iş­ti­rak edir­di.

Biz mar­tın 3-də Sa­kar­ya­da idik. Sa­kar­ya dö­yüş­lər, mü­ha­ri­bə­lər şə­hə­ri­dir. Mən sa­kar­ya­lı­la­rın qar­şı­sın­da Tür­ki­yə­nin bö­yük şa­i­ri Nə­sib Fa­zil Kı­sa­kü­rə­kin "Sa­kar­ya tür­kü­sü"nü de­dim, ar­dın­ca isə Va­qi­fin şe­ir­lə­ri­ni söy­lə­dim. Özü də "Sa­kar­ya tür­kü­sü"nü bir sa­a­tın için­də əz­bər­lə­miş­dim. On­lar mə­ni çox yük­sək sə­viy­yə­də al­qış­la­dı­lar. Mən bir sə­nət­çi ola­raq ora­dan ruh yük­sək­li­yi ilə qa­yıt­dım.

- İrə­van Döv­lət Azər­bay­can Dram Te­at­rın­da nə ye­ni­lik var?

- Bi­zim te­atrda ha­zır­da 4 ta­ma­şa­nın məşqlə­ri ge­dir. Mar­tın 13-də Şu­şa­nın mü­da­fi­ə­sin­də şü­ca­ət gös­tə­rən igid­lə­ri­mi­zə həsr edi­lən və ey­ni za­man­da da xalq ar­tis­ti Rə­fa­el Da­da­şo­vun yu­bi­le­yi­nə töh­fə olan "Qan­lı qı­zıl toy" əsə­ri­nin prem­ye­ra­sı ke­çi­ri­lə­cək. Ta­ma­şa te­at­rı­mı­zın di­rek­to­ru İf­ti­xar Pi­ri­ye­vin əsə­ri əsa­sın­da ha­zır­la­nıb.

- Siz bu ta­ma­şa­da rol al­mı­sı­nız­mı?

- Mən baş­qa ta­ma­şa­lar­da məş­ğu­lam. Əf­qan ya­zı­çı­sı Xa­lid Hü­sey­nin "Min möh­tə­şəm gü­nəş" əsə­ri əsa­sın­da çox möh­tə­şəm ta­ma­şa ha­zır­la­nıb. Al­lah qoy­sa, bu ta­ma­şa­nın prem­ye­ra­sı ap­rel ayın­da nə­zər­də tu­tu­lur. Bu­na El­vin Mir­zə­yev qu­ru­luş ve­rib. "Uzun yol­lar qa­ta­rın­da" ta­ma­şa­sın­da da rol al­mı­şam. Məşqlər da­vam edir. Tez-tez müx­tə­lif təd­bir­lə­rə də­vət alı­ram. Bir müd­dət əv­vəl Xan qı­zı Xur­şud­ba­nu Na­tə­va­na həsr olun­muş ge­cə­də iş­ti­rak edib onun qə­zəl­lə­ri­ni səs­lən­dir­dim. İş­lər çox­dur.

- Bir vaxtlar da­vam­lı ola­raq se­ri­al­lar­da çə­ki­lir­di­niz. Ye­nə də­vət alır­sı­nız?

- ATV-də ya­yım­la­nan "Sən ol­ma­say­dın-Qi­sas" se­ri­a­lın­da çə­ki­lir­dim. Bir ne­çə ay çə­ki­lən­dən son­ra heç özüm də sə­bə­bi­ni bil­mə­dən əmək­daş­lı­ğı­mız da­yan­dı. Be­lə ol­du: fil­min sse­na­ri­si­nə gö­rə qəh­rə­ma­nım tür­mə­yə düş­dü və tür­mə­dən çıx­ma­dı. Bu­ra­da Ca­han xa­nım ob­ra­zı­nı can­lan­dı­rır­dım. O, biz­nes le­di idi. Ha­zır­da "Xə­zər" te­le­vi­zi­ya­sın­da ya­yım­la­nan "Köl­gə" se­ri­a­lın­da çə­ki­li­rəm. Re­jis­sor Na­sir Kə­ri­mi­dir. Ob­ra­zı­mın adı Ye­ga­nə­dir. Mah­mud ba­ba­nın hə­yat yol­da­şı­nı can­lan­dı­rı­ram. Mah­mud ba­ba ma­fi­ya­ya qar­şı mü­ba­ri­zə apa­ran bir in­san­dır. İn­di­yə qə­dər bir ne­çə se­ri­a­la çə­kil­mi­şəm, hə­mi­şə mə­ni mən­fi ob­raz­la­ra çə­kir­lər, Ye­ga­nə ob­ra­zı is­tis­na ol­maq­la. Ob­raz­la­rım­la bağ­lı "fa­ce­bo­ok"da mə­nə tez-tez ya­zır­lar. Mə­nim mən­fi rol­lar can­lan­dır­ma­ğı­mı is­tə­mə­dik­lə­ri­ni de­yir­lər. Bu rol­la­ra re­ak­si­ya bö­yük­dür. Am­ma dü­şü­nü­rəm ki, aktri­sa bü­tün xa­rak­ter­lər­də özü­nü sı­na­ma­lı­dır.  Ta­ma­şa­çı­la­rım mə­ni mən­fi ob­raz­da gör­mək is­tə­mir, müs­bət rol­da gör­mək is­tə­yir. Am­ma mən­də mən­fi ob­raz­lar alı­nır. "Bir aləm var", "Sən ol­ma­say­dın" se­ri­a­lın­da çə­ki­lən­də ta­ma­şa­çı­lar mə­nə tən­qi­di me­saj­lar ya­zır­dı­lar. Bu mə­ni se­vin­di­rir­di, de­yir­dim ki, gör nə qə­dər can­lı oy­na­mı­şam, bu, ta­ma­şa­çı­da re­ak­si­ya oya­dıb. Ha­zır­da içim­də elə ener­ji, elə po­ten­si­al var ki, mən özü­mü baş­qa bir ob­raz­da gör­mək is­tə­yi­rəm.  İs­tə­yi­rəm ki, zid­diy­yət­li, mü­rək­kəb xa­rak­ter­lər ya­ra­dam.

- Bir vaxtlar yaş­lı aktri­sa­lar gi­ley-gü­zar edir­di­lər ki, bi­zim ya­şı­mı­za uy­ğun ob­raz­lar ya­zıl­mır... İn­di ne­cə, bu prob­lem ak­tu­al­dır?

- Yox, in­di bü­tün yaş dövrlə­ri üçün se­ri­al­lar­da ob­raz­lar var. Da­ha sse­na­ristlər ya­zır­lar. Sa­də­cə, sse­na­ri ya­zan­lar filmlər­də zid­diy­yət­li mə­qam­la­rı qur­ma­ğa ça­lış­ma­lı­dır. Ha­di­sə­lər adi qay­da­da da­vam edir­sə və hər şey ra­hat­lıq­la so­na ça­tır­sa, bu ma­raq­sız olur. Tür­ki­yə se­ri­al­la­rı­na ba­xı­rıq, özü­müz sə­nət ada­mı ol­ma­ğı­mı­za bax­ma­ya­raq, on­la­rın oyu­nu­na hey­ran qa­lı­rıq. Aktyor, aktri­sa sse­na­ri­dən irə­li gə­lən tə­lə­bə gö­rə ob­raz ya­ra­dır. Yə­ni sse­na­ri­lər çox güc­lü­dür on­lar­da. O se­ri­al­la­ra ba­xan­da qey­ri-ix­ti­ya­ri ola­raq tə­sir­lə­nir­sən. An­caq bi­zim se­ri­al­la­rın tə­sir­lən­dir­mək gü­cü zə­if­dir. Bu­ra­da, tə­bii ki, ma­liy­yə mə­sə­lə­si də var. On­lar bir ne­çə ka­me­ra ilə iş­lə­yir, biz­də isə iki, bə­zən bir ka­me­ra ilə iş­lə­yir­lər. Bun­lar ha­mı­sı fil­mə tə­sir edir. Bu, kol­lek­tiv iş­dir. Mə­nə elə gə­lir ki, bu­ra­da xam ma­te­ri­a­lın da bö­yük ro­lu var. Sse­na­ristlər ma­raq­lı möv­zu­lar tap­ma­lı­dır. Möv­zu çox­dur, sa­də­cə, onu gör­mək, duy­maq və sse­na­ri­yə gə­tir­mək la­zım­dır. Dün­ya­da hər şe­yin ma­ya­sın­da sev­gi du­rur -mən bu­nu an­la­yı­ram. Bu gün da­ha va­cib möv­zu­lar var. Qa­ra­bağ­la bağ­lı, gənclə­rin və­tən­pər­vər­lik his­si­ni yük­səltmək üçün ma­raq­lı filmlər çək­mək olar. İc­ti­mai möv­zu­la­ra üs­tün­lük ve­ril­mə­li­dir. Bə­sit mə­i­şət möv­zu­la­rın­dan bir az uzaq­laş­maq la­zım­dır.

- Tə­bii, ki­no küt­lə­vi sə­nət­dir. Bu mə­na­da onun tə­sir gü­cü bö­yük­dür. Gənclər se­ri­al­lar­dan tə­sir­lə­nir. Bu­na mü­na­si­bə­ti­niz?

- Bu gün gənc qız­la­rın öz­lə­ri­ni se­ri­al qəh­rə­man­la­rı­na bən­zət­mə­si hal­la­rı ço­xa­lır. Mən be­lə qız­la­rı çox ta­nı­yı­ram. Saç dü­zü­mün­dən tut­muş, ge­yi­mi­nə qə­dər ha­mı­sı­nı o qəh­rə­man­la­ra bən­zə­dir.

- Hət­ta hə­yat tər­zi­ni də...

- Tə­əs­süf ki, bə­li. De­yir­lər ki, se­ri­al­da gənc qız be­lə edir­sə, yün­gül yol­la pul qa­za­nıb özü­nə şə­ra­it ya­ra­da bi­lir­sə, de­mək, bu, nor­ma­dır, re­al­lıq­dır. Bə­zən se­ri­al­la­ra re­al­lıq ki­mi ba­xan­lar var. Se­ri­al çə­kən şəxslər ça­lış­ma­lı­dır ki, çək­dik­lə­ri se­ri­al­lar­la gənclə­rin tər­bi­yə­si­nə mən­fi tə­sir gös­tər­mə­sin. Gənc qız­la­rın ob­raz­la­rı çox həs­sas­lıq­la ya­zıl­ma­lı­dır ki, yax­şı mə­na­da nü­mu­nə ol­sun. Filmlər­də nü­mu­nə­vi qəh­rə­man­lar ol­ma­lı­dır ki, gənclər on­dan ör­nək gö­tür­sün. Düz­dür, cə­miy­yət­də ne­qa­tiv hal­lar da var, am­ma on­la­rı elə ifa­də et­mək la­zım­dır ki, o sa­hə təb­liğ olun­ma­sın.  Bu mə­sə­lə­də həs­sas ol­maq la­zım­dır. Ye­ni möv­zu­lar ol­ma­lı­dır.

- Se­ri­al­la­ra çə­ki­lən aktyor­la­ra ve­ri­lən qo­no­rar nor­mal­dır­mı?

- Val­lah, o qə­dər cü­zi­dir ki, o ba­rə­də da­nış­ma­ğa uta­nı­ram. Am­ma nə edək, çə­kil­mə­li­yik. Bu bi­zim ya­ra­lı ye­ri­miz­dir. Həm də çö­rək­pu­lu üçün çə­ki­li­rik. Ey­ni za­man­da da ya­ra­dı­cı­lıq işi­dir de­yə məş­ğul olu­ruq. Te­atrda həf­tə­də iki-üç də­fə məşq də edi­rik, qa­lan gün­lər boş olu­ruq. Se­ri­al­lar­da be­lə­dir ki, boş vax­tı­nı sə­mə­rə­li edir, için­də­ki ya­ra­dı­cı­lıq po­ten­si­a­lı­nı xərclə­yə bi­lir­sən. Se­ri­al­lar­la ta­ma­şa­nı mü­qa­yi­sə et­mək ol­maz. Te­atrdan al­dı­ğın ru­hu se­ri­al­dan ala bil­mir­sən. Te­atr da­ha ya­ra­dı­cı və ma­raq­lı­dır.

- Bə­dii qi­ra­ət­çi ki­mi nə iş­lər gö­rür­sü­nüz?

- Ke­çən yay­dan bir disk ha­zır­la­mı­şam. Bu­ra­da top­la­nan şe­ir­lər sırf və­tən­pər­vər­lik şe­ir­lə­ri­dir. Bir az mad­di sı­xın­tı, bir az da vaxt qıt­lı­ğı dis­ki ge­cik­dir­di. Am­ma dü­şü­nü­rəm ki, bu ay müt­ləq dis­ki çı­xa­ra­ca­ğam. Al­lah izn ver­sin!

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 8-9 mart.- S.11