"Əli və Nino" Brüsseldə...
Martın 8-də Avropa Parlamentində
"Əli və Nino" filminin
Avropada ilk təqdimatı olub. Qurban Səidin
eyni adlı romanı əsasında çəkilmiş film
azərbaycanlı
gənc
Əli ilə gürcü qızı
Nino arasında məhəbbət
hekayəsindən bəhs
etməklə bərabər, XX əsrin
əvvəllərində Cənubi
Qafqazda baş verən
siyasi hadisələri təsvir edir.
Britaniyalı məşhur
rejissor, Kann Film Festivalının qalibi,
BAFTA mükafatı laureatı,
Britaniya Kino Akademiyasının
və
Qremmi mükafatçısı
Asif Kapadiyanın çəkdiyi
filmdə
baş rolları
86-cı Kino Akademiya festivalının
qalibi Adəm Bəkri və
Qoya mükafatı
laureatı, ispaniyalı
aktrisa Mariya Valverde ifa edir.
Filmin təqdimat mərasimində Avropa Parlamentinin üzvü xanım Norika Nikolayi, Azərbaycan
Respublikasının Belçikadakı
səfiri
cənab
Fuad İsgəndərov, Gürcüstan Respublikasının
Belçikadakı səfiri xanım Natali Sabanadze və Avropa Azərbaycan
Cəmiyyətinin Benilüks ofisinin rəhbəri cənab
Mark Vervilgen çıxış
edib.
200 nəfərdən çox
izləyicinin iştirak etdiyi təqdimat mərasiminə Avropa
Parlamentinin və
Milli Məclisin
üzvləri, Avropa vətəndaş cəmiyyətinin təmsilçiləri, Belçikada
Azərbaycan diasporunun üzvləri,
tanınmış ictimai-siyasi xadimlər də qatılıb.
Bakı xəbər.- 2017.- 10 mart.- S.14