Vasif Talıbovun Naxçıvanda qurub
yaratdıqları bir ərəb jurnalistin
gözü ilə…
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nüfuzlu “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin Naxçıvan Muxtar Respublikası haqqında silsilə məqalələrinin davamı olaraq cari ilin 13 mart tarixində “Təbiət əfsanəsi..Onun sehri Batabat yaylağı və üzən adasındadır” sərlövhəli məqaləsi işıq üzü görüb.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən Trend-ə verilən məlumata görə, hər zaman olduğu kimi, bu dəfə də qəzetin bütöv rəngli səhifəsinin həsr olunduğu məqalənin müqəddiməsində qəzetin baş redaktoru qədim tarixi, təbii sehri, məftunedici həyatiliyi, eləcə də tarixi, dini, antropoloji, mədəni və turizm abidələri ilə zəngin Naxçıvan Muxtar Respublikasını bir dəfə ziyarət etməyin kifayət olmadığını oxucuların diqqətinə çatdıraraq, hər dəfə bu gözəl məkana qayıtmağın yeniliklərin kəşfi ilə yadda qaldığını qabardır. Naxçıvanı tərk etdikdən sonra burada mövcud sehrin, cazibədarlığın və gözəlliyin insanı növbəti səfər barədə düşündürdüyünü və burada dünya miqyasında çox da olmayan nadir incilərdən daim zövq almağın mümkünlüyünü vurğulayır.
Eyni zamanda, Ş.Əl-Bəsil Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədir Vasif Talıbovun rəhbərliyi alıtnda qısa vaxt ərzində hərtərəfli inkişafın, müasir infrastrukturun nəzərə çarpdığını qabardır və bütün bunların xaricdən, xüsusən də ərəb ölkələrindən turistlərin cəlb edilməsi işində müstəsna addımlar olduğunu vurğulayır.
Ş.Əl-Bəsil Naxçıvan Muxtar Respublikasında hər növ turizm üçün imkanların mövcudluğunu qabardaraq, dünyanın ən qədim insan məskənlərindən biri sayılan “Naxçıvan” sözünün etimologiyasını xatırladır, Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar və tarixi araşdırmaların Nuh peyğəmbərinin gəmisinin məhz burada yan aldığı barədə qənaətin formalaşdığını yazır, Qurani-Kərimin “Əl-Kəhf” surəsində göstərilən mağaranın məhz bu sehrli diyarda yerləşdiyini oxucuların nəzərinə çatdırır və həmin yerin “Əshabi-Kəhf” dini-mədəni abidə kompleksi kimi məşhur olduğunu məlumat üçün bildirir.
Ötən məqalələrində Naxçıvanda müalicəvi turizm haqqında ətraflı bəhs etdiyini xatırladan Ş.Əl-Bəsil bu dəfə təbiət qoynunda istirahətə üstünlük verənlərə xitabən Batabat yaylağına, Ağbulaq İstirahət Mərkəzinə və digər ecazkar məkanları ziyarət etməyi tövsiyə edir.
Batabat yaylağından başlayan məqalənin müəllifi bu saf ərazinin coğrafı mövqeyi barədə oxuculara məlumat verir, səliqəli olan bu ərazidə havanın təmiz olduğunu, burada müxtəlif xəstəliklərə qarşı 60-dan yuxarı təbii otların bitdiyini vurğulayır və dünyada ən keyfiyyətli balın mövcud olduğunu məlumat üçün bildirir. Eyni zamanda o, eyniadlı göldə adanın varlığını qeyd edir və küləklərin təsiri altında üzdüyünü möcüzə kimi qələmə verir.
Ağbulaq İstirahət Mərkəzinə gəlincə, baş redaktor istirahət mərkəzinin yerləşdiyi ərazinin təbii xüsusiyyətləri və bu mərkəzdə yaradılan şərait barəsində müfəssəl bəhs edir. Burada təqdim edilən təamların, eləcə də meyvə-tərəvzin bütünlüklə orqanik olduğunu önə çəkir və istirahət mərkəzinin daim qonaqların zövqünə uyğun daha da təkmilləşdirildiyini qabardır.
Sonra Ş.Əl-Bəsil
Əlincə
qalasına nəzər salaraq,
ilik növbədə Azərbaycan tarixinin və
xalqının qədim
irsinin qorunub
saxlanmasına böyük diqqətin təzahürü kimi Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin Sədri cənab Vasif
Talıbovun 11 fevral 2014-cü ildə “Əlincəqala” tarixi
abidəsinin bərpa edilməsi haqqında Sərəncamını xüsusilə qeyd
edir. O, oxucuları 2000 illik tarixə
malik bu qalanın coğrafi mövqeyi ilə tanış edir, Əmir Teymurun ordusunun
14 illik hücumlarına qarşı Azərbaycan
xalqının müqavimət,
inadkarlıq və döyüş ruhunun rəmzi olaraq
bu qalanın Azərbaycanın
tarixində ən məşhur abidələrdən
biri olduğunu vurğulayır
və qalanı tam təsvir
edir.
Bakı
xəbər.- 2017.- 14 mart.- S.10