Tarixdə iz buraxanlar: Rəşad Nuri
Güntəkin
Müasir türk ədəbiyyatının məşhur yazıçısı Rəşad Nuri Güntəkin 1889-cu ildə İstanbulda anadan olub. Uşaqlıq illəri hərbi həkim olan atasının yanında, Anadolu qəsəbələrində keçib. Yüksək təhsilini İstanbul Darülfünun ədəbiyyat bölümündə tamamlayıb, ömrü boyunca milli təhsilin müxtəlif pillələrində olub - müəllim, müfəttiş və müdir vəzifələrində çalışıb. 1939-1943-cü illərdə Çanaqqaladan millət vəkili seçilib. 1947-ci ildə YUNESKO təmsilçisi olaraq Parisə göndərilib, 1954-cü ildə təqaüdə çıxıb.
Rəşad Nuri Güntəkin ətrafındakıları heyran edəcək dərəcədə nəcib insanlardan biri olub. O, mədəni, şəfqətli, dostpərəst, sərt və qırıcı mübahisələrdən xoşlanmayan bir xüsusiyyətə sahib idi.
Məşhur yazıçı Rəşad Nuri Güntəkin çox sayda roman və dram əsərləri yazıb. Anadolunu çox gəzib-dolaşdığına görə əsərlərində bol-bol yerli rəng, material və mövzulara yer verib. Türk insanını və onun ənənələrini, adətlərini əsla korlamayıb, əksinə, çox dəyər verərək gözəlləşdirib. Əsərlərinin qəhrəmanları türk insanını yadırğamayan tiplər - mehriban, dostluğu sevən, çalışqan adamlardır. Bunlar həyatda ortaya çıxan çətinliklərlə mübarizə etməyi bacaran, sabit bir fikir uğrunda deyil, cəmiyyətin xoşbəxtliyi üçün çalışan səmimi insanlardır.
Rəşad Nurinin roman və dram əsərləri ilə yanaşı, çox sayda tənqidi və yumoristik hekayələri də var. Bundan əlavə, yazıçının saysız mizah yazıları da mövcuddur. Səyahət mövzusunda ən gözəl əsəri "Anadolu notları"dır.
Yazıçılığı və maarif müfəttişi vəzifəsi Güntəkinə doğma Anadolusunu qarış-qarış gəzmək imkanı verdiyindən, ədib Anadolu insanına yaxından bələd olub. Əsərlərində Anadoludakı yaşamı və cəmiyyət problemlərini ələ alıb, insanı insan əlaqəsi içində yansıdıb. Yazdığı, tərcümə etdiyi, jurnal, qəzet səhifələrində, teatr repertuarlarında olan əsərlərinin sayı yüzə yaxındır.
Yazıçılığa Birinci Dünya müharibəsinin sonlarında başlayan ədib ilk əsəri olan "Əski Ahbar" povestini 1917-ci ildə nəşr etdirib. Həmin dövrdən başlayaraq, teatr tənqidi və araşdırmaları ilə yanaşı, davamlı olaraq hekayə yaradıcılığı ilə məşğul olan yazıçı əsərlərini "Şair", "Nədim", "Böyük məcmuə" kimi jurnallarda çap etdirib.
Rəşad Nuri Güntəkinin hekayələrində Anadolu həyatının həm ciddi realistik, həm də satirik-yumoristik tərəfləri diqqət çəkməkdədir. Yazıçının əsərlərində insanın daxili dünyasının ən gizli qatlarına baş vurulur, onun hiss və həyacanları real inandırıcı cizgilərlə təqdim olunur. O, öz qəhrəmanlarını mənsub olduğu xalqın içərisindən seçdiyinə görə geniş kütlələrin diqqət və marağını cəlb etməkdədir. Yazıçının əsərlərində Anadolu insanının yoxsulluğu, cahilliyi ilə yanaşı, avropalaşmanın onun təfəkküründə buraxdığı silinməz izlərin təcəssümü də yer alır. Əsərlərində əsas konflikt kimi seçilmiş fərd və cəmiyyət
qarşıdurması onun yaratdığı qəhrəmanların taleyini müəyyənləşdirən ən mühüm amillərdən biridir.
Rəşad
Nuri Güntəkin
romanlarında coğrafi ərazidən başqa
insan mühitini əsas götürüb,
vətən, millət və insan
sevgisilə yaşanan bir həyat nümunəsi göstərib. Taşra qəsəbələrinin adətlərini sosial dərdləri ilə yaşadıb, çox acı nöqtələrə toxunub,
amma məmləkətini səfil
və bataqlıq
halında göstərməkdən çəkinib. Ailə həyatında yaranan hər
bir sıxıntının təskinedici tərəfini göstərməklə, əsl xoşbəxtliyin
sevgi və
məhəbbətdə olduğunu
qeyri-adi ifadələrlə ortaya
qoyub. Bu əsərlərdə sevgi
macəraları
bir-birinə bənzəmir, onların hər birinin
öz tarixçəsi
olur. Ən əsası,
insan ülvi hisslərlə yaşayır.
Rəşad Nuri romanlarının mövzusunu zamanından
alıb və dövrünün
məsələlərinə toxunub. Bu məşhur
yazıçı hər şeydən
əvvəl üslubu ilə sevilib.
Əsərlərində müəllim
tipi üzərində çox duran yazıçı məktəb uşaqlarından ziyalılara
qədər hər
kəsin
böyük həyəcanla diqqətini çəkən üslubu ilə özünü
kütlələrə sevdirib. Onun romanlarında
istifadə
etdiyi türk dili hər
cəhətilə xalqın günlük danışıq dilidir.
Üslubundakı təbiilik
və
səmimiyyət suyun axışı kimi rəvandır.
Dili cəlbedicidir.
O, realist görünmək
qorxusu ilə şivə
təqdirlərinə qaçmır, üslubuna
çirkin söz qatmır. Bütün roman və
pyeslərində cəmiyyəti, nəsillər arasındakı fərqi və
sosial quruluşu ələ alır. Ömrü boyunca türk
teatrının inkişafı
üçün çalışıb,
həyatının
çox hissəsini buna həsr
edib. Yazıçının əsərlərinin çoxunda bariz bir şəkildə sevgi və
şəfqət təlqinləri müşahidə
edilir. Yalan, riya kimi cəmiyyət qüsurlarını israrla
qələmə alıb,
bu kimi davranışların türk
millətindən uzaq olduğunu açıq bir şəkildə qeyd edib.
Rəşad Nuri Güntəkin 30-dan artıq
əsəri ilə
müasir türk ədəbiyyatının öndə
gedənlərindən biridir. Türkiyədə kitab oxucularından demək
olar ki, hər
biri Rəşad Nuri
Güntəkinin
əsərlərindən birini oxuyub, oxumayanlar da filmə
çəkilən əsərlərindən birini mütləq izləyib.
Məşhur
"Çalıquşu" ilə
bərabər, "Dodaqdan qəlbə,"
"Açmaq," "Axşam
günəşi,"
"Kavak yelləri" və
"Yarpaq tökümü"ndəki qəhrəmanların sevinclərilə sevinən,
kədərlərilə qəmlənən, hətta "Atəş
gecəsi"
ilə
insanın daxili dünyasına yolçuluğa
çıxanlar az deyil. Yəni Rəşad
Nuri əsərlərində yaşadığı cəmiyyətdən qopmayaraq xalqın xarakterlərinə yer verdiyinə görə oxucu kütləsinin bolluğuna
səbəb olub.
Dövründən, məkanından
asılı olmayaraq,
insan və onun iç dünyasını
olduğu kimi, heç bir ideoloji, milli, dini çərçivələrə salmadan
təsvir
edən
əsərlər heç vaxt təsirsiz
qalmır. Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanı
da belə əsərlərdəndir. O,
"Çalıquşu" romanında özünəməxsus cizgilərlə təqdim
etdiyi baş qəhrəmanı Fəridənin timsalında ilk dəfə olaraq romantik və idealist türk
qadınının obrazını
yaradıb. Müsahibələrin birində
söylədiyinə görə,
onun "Çalıquşu"
romanını yazmaqda
əsəs məqsədi o dövrdə
xalqın gözündə oxumuş, təhsilli, sərbəst düşüncəli
İstanbul qızlarına
simpatiya oyatmaq olub. Romanın Anadolunun istər aydınları, istərsə də
ciddi təhsil görməyən aşağı
təbəqəsi tərəfindən
diqqətlə qarşılanmasının səbəbi yazıçının yaratdığı
qeyri-adi xarakterə malik Fəridə obrazı
ilə Anadolu
həyatının
canlı mənzərəsinin lentə çəkilməsi, burada yaşayan insanların sosial-mənəvi və
mədəni problemlərinin
əks olunması ilə bağlıdır. Bu əhatəlilik onun əsərlərini nəinki
dövrünün, hətta gələcək dövrlərin filmləri
üçün ssenari
mövzusuna çevirir.
Romanda əsərin qəhrəmanı Fəridənin simasında, çətin və
məşəqqətli həyat
tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsl türk qızının obrazı
bədii
ustalıqla qələmə
alınıb. Bəli, Rəşad
Nurinin xalqa yaxın mövzularda yazması onu oxucuya çox sevdirirdi. Bəlkə də
dilinin axıcı olması onun qələminin demək
olar ki, bütün məhsullarını
oxucu kütləsi üçün maraqlı
edib.
Rəşad
Nuri Güntəkin, müəllimliklə yanaşı, siyasətlə də
məşğul
olub. O, 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət
vəkili
seçilir və 1946-cı ilə
qədər millət
vəkili
olur. 1947-ci ildə Cumhuriyyət
Xalq Partiyasının
Ankarada çap olunan "Ulus" qəzetinin
İstanbul qolu olan "Məmləkət" qəzetini
nəşr
etdirir. Sonra yenidən müfəttiş
kimi çalışır
və
1950-ci ildə
YUNESKO-nun Türkiyə
təmsilçisi
olaraq Parisə gedir. 4 il
sonra yaşlı olduğuna görə istefa verir. Bundan sonra bir müddət İstanbul şəhər teatrlarının
ədəbi şurasında fəaliyyət göstərir.
Rəşad Nuri Güntəkin Anadolu
insanına yaxından
bələd idi. Bunu onun əsərlərində də
aydın görmək mümkündür. Anadolu insanını
tanımasına şərait yaradan isə onun yazıçı olmasının
verdiyi imkan idi. O, Anadolunu qarış-qarış gəzib və
şahidi olduğu
mühiti öz əsərlərində əks etdirib. 1936-cı ildə
qələmə aldığı
"Anadolu notları"
adlı səyahətnamə əsəri həmin
səfərlərin nəticəsi kimi ortaya çıxıb.
Rəşad Nuri Güntəkinin yaradıcılığında
"Çalıquşu" romanı xüsusi yer tutur. İlk dəfə teatr əsəri kimi işlənən
bu roman İstiqlal hərbi
dönəmində geniş oxucu kütləsinin
diqqət
və
marağına səbəb olub.
Yazıçı Qurtuluş savaşı
Anadolusunu çox sayda insanlar və
bölgələrilə canlandırmağa çalışıb.
Roman Fəridə ilə
Kamranın sevgisi üzərində qurulsa da, müəllif bu sevgi fonunda
Anadolu insanının
daxili-mənəvi dünyasının mürəkkəbliklərini açıb nümayiş
etdirə
bilib. Rəşad Nuri Güntəkin bu əsəri ilə
türk ədəbiyyatında
romana xüsusi maraq oyandıra bilib.
Yazıçının hekayələrində Anadolu həyatının həm
ciddi realistik, həm
də
satirik-yumoristik tərəfləri
diqqəti
çəkməkdədir. Türk dünyasında
bədii
ədəbiyyata damğasını vuran
Rəşad
Nuri Güntəkin 15-ə yaxın
roman, dörd cild hekayə,
iyirmidən
artıq pyes yazıb.
Rəşad Nuri Güntəkin uzun müddət
köksündəki
ağrılardan əziyyət çəkib. Həkimə müraciət
etdikdə
ona ağ
ciyər
xərçəngi diaqnozu qoyulub. Müalicə
olunmaq üçün
Londona getsə də,
1956-cı il dekabr ayının 7-də elə oradaca vəfat edib. Türk ədəbiyyatına,
teatr və kino sənətinə bu qədər qatqıları olan yazıçı dekabr
ayının 13-də
Qaracamaat qəbristanlığında
dəfn
edilib.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU
Bakı xəbər.- 2017.- 28 mart.- S.13.