Aydın Abdullayevin müqəddəs şəhidlik yolu belə başladı...

I ya­zı

Və­tən sə­nin­lə qü­rur du­yur Ay­dın! Sən Və­tə­ni ca­nın­la, qa­nın­la qo­ru­mu­san, Və­tə­nin kök­sü­nə atı­lan gül­lə sə­nin al­nı­na də­yib. Düş­mən gül­lə­si­nin önü­nə ba­şı­nı tut­mu­san, Ay­dın. Sən şə­hid ol­mu­san ki, Və­tən ya­şa­sın, ona atı­lan gül­lə­nin bi­ri azal­sın. Sə­nin Və­tən nəğ­mən ay­rı cür oxu­nur­du ürə­yin­də, bu nəğ­mə bən­zər­siz idi. Sən Və­tə­ni ürə­yin­lə, ru­hun­la se­vir­din, heç kə­si sev­mə­di­yin ki­mi.

Və­tən sə­ni heç vaxt unut­ma­ya­caq, ona bəs­lə­di­yin tə­mən­na­sız sev­gi­yə gö­rə. Ni­yə unut­sun ki? Unu­dul­maz­lar unu­dul­mur ta­rix bo­yu. Dün­ya ta­ri­xin­də min­lər­lə mü­ha­ri­bə olub, say­sız in­san tə­lə­fa­tı baş ve­rib, ya­ra­la­nan­lar, evin­dən, elin­dən di­dər­gin dü­şən­lər olub. Dün­ya ya­ra­nan­dan be­lə­cə ke­çib gün-gü­zə­ra­nı. O mü­ha­ri­bə­lər­də xal­qı­nı, tor­pa­ğı­nı mü­da­fiə edən oğul və qız­lar heç və­də unu­dul­ma­yıb. On­la­rın adı xal­qın yad­da­şın­da ya­şa­yıb, nə­sil­dən-nə­si­lə mü­qəd­dəs əma­nət ki­mi ötü­rü­lüb. Sə­nin də adın nə­sil­lə­rin qü­rur ye­ri ola­caq...

Şə­kil­lə­ri­nə ba­xı­ram... Çox fi­kir­li gö­rü­nür­sən. Sə­nin üzün­də tə­bəs­süm yox­dur, Ay­dın, do­daq­la­rın qə­tiy­yət­lə sı­xı­lıb, ba­xış­la­rın­da hü­nər, qəh­rə­man­lıq, əzm­kar­lıq həkk olu­nub. Doğ­ru­dan da göz­lər ürə­yin və ru­hun ay­na­sı­dır, şə­hi­dim! Şə­kil­lər­dən ba­xan göz­lə­rin­dən qay­ğı da oxu­nur, ni­ga­ran­çı­lıq da. Am­ma ye­nə də qə­tiy­yət­lə ba­xır­san. Və­tə­nin işıq­lı sa­ba­hı boy­la­nır göz­lə­rin­dən. Sən şə­hid ol­dun və mə­za­rın Və­tə­nin kök­sün­də qa­zıl­dı. Ana tor­paq sə­ni qoy­nu­na al­dı.

Dan üzüy­dü, ana tor­paq qəm­li tür­kü oxu­yur­du - "lay­lay şə­hi­dim, lay­lay" de­yir­di... Ul­duz­lar bir-bir gö­yün ya­xa­sın­dan sü­rü­şüb qey­bə çə­ki­lir­di. Gü­nəş şə­hid mə­za­rı­nı sa­lam­la­ma­ğa ha­zır­la­şır­dı. Ay­dın ana tor­pa­ğın qu­ca­ğı­na ye­ni­cə baş qoy­muş­du. Ru­hu elə ra­hat idi ki, san­ki tor­pa­ğın de­yil, Se­vil ana­nın di­zi­nin üs­tü­nə baş qo­yub uyu­yur­du. Ev­də isə ana­sı "ba­lam" de­yib na­lə çə­kir­di. Əl­lə­ri qoy­nun­da sər­gər­dan do­la­şan ana öz-özü­nə ağı de­yir­di:

Ağac­da xə­zəl ağ­lar,

Di­bin­də gö­zəl ağ­lar.

Sə­ni bu ya­zıq ca­nım

Sər­gər­dan gə­zər ağ­lar.

Ana ba­la­sı­nın ru­hu ilə da­nı­şır­dı. De­yir­di ki, oğ­lum, tor­paq so­yuq­dur, xəs­tə­lə­nər­sən ana qur­ban, evi­mi­zə qa­yıt. Ana xə­yal­la­rın­da Ay­dın­la da­nı­şır, onu di­lə tu­tur­du ki, evə qa­yıt­sın. Ay­dın isə əbə­di evin­də, son mən­zi­lin­də əbə­di yu­xu­ya dal­mış­dı. Oyan­mır­dı, oyan­ma­yan bəx­ti ki­mi...

Sirr de­yil ki, Və­tən və mil­lət yo­lun­da öz is­tə­yi ilə ca­nın­dan keç­mə­yə ra­zı olan in­san­la­rın fəth et­di­yi ən yük­sək, şə­rəf­li zir­və şə­hid­lik­dir. Şə­hid ol­maq ye­ni­dən do­ğul­maq de­mək­dir. Oğul­lar şə­hid olur, am­ma əbə­di ya­şa­maq haq­qı qa­za­nır. Ay­dın Əmir­sol­tan oğ­lu Ab­dul­la­yev ki­mi. Şə­hid gi­zir Ay­dın Ab­dul­la­yev ger­çək bir qəh­rə­man­dır. İn­di­yə qə­dər şə­hid gi­zir haq­qın­da çox ya­zı­lıb, çox fi­kir­lər söy­lə­nib. Ay­dı­nın qəh­rə­man­lıq ta­rix­çə­si, ki­çik öm­rün­də yaz­dı­ğı möh­tə­şəm qəh­rə­man­lıq sal­na­mə­si bi­zə onun haq­qın­da ət­raf­lı mə­lu­mat ve­rir...

A.Ab­dul­la­ye­vin şə­rəf­li ömür və dö­yüş yo­lu­nun izi ilə ye­ni bir yo­la çıx­mı­şıq. Bu yol haq­qın ətə­yin­dən tu­tub irə­li­yə doğ­ru ad­dım­la­yan­la­rın yo­lu­dur. Bu yol qa­nı­nı Və­tən tor­pa­ğı­na ha­lal edən şə­hid­lə­rin get­di­yi yol­dur. Biz o yo­lun əbə­di yol­çu­la­rı­nın izi ilə irə­li­lə­mə­yə ça­lı­şı­rıq. Şə­hid Tan­rı­nın ən se­vim­li bən­də­si­dir. Şə­hid qa­nı ha­ra tö­kü­lər­sə, ora mü­qəd­dəs sa­yı­lar. Ta­rix tək­rar olu­nur de­yir­lər. Bu fik­ri irə­li sü­rən­lər haq­sız de­yil.

Azər­bay­can gö­zəl di­yar­dır. Ye­ral­tı və ye­rüs­tü sər­vət­lə­ri, qey­ri-adi də­rə­cə­də fü­sün­kar tə­biə­ti, də­ya­nət­li, hü­nər­li in­san­la­rı Və­tə­ni­mi­zi bü­tün dün­ya­da məş­hur edib. "Gö­zə­lə göz di­kən çox olar" de­yib ba­ba­la­rı­mız. Azər­bay­can ad­lı qə­dim məm­lə­kə­tin düş­mən­lə­ri hə­mi­şə əli tə­tik­də mür­gü­lə­yib ki, für­sət dü­şən ki­mi yur­du­mu­zu yağ­ma­la­sın. Və­tə­nin igid oğul­la­rı da heç vaxt ya­ğı­ya ma­cal ver­mə­yib, tor­paq­la­rı­mı­zı qo­ru­yub. Qəh­rə­man­lıq bu­gün­kü nəs­lə ba­ba­la­rı­mı­zın əma­nə­ti­dir. Qəh­rə­man keç­mi­şi ol­ma­yan xal­qın bu gün öz için­də qəh­rə­man ara­ma­ğa haq­qı çat­mır. Bi­zim xal­qı­mız isə ta qə­dim­dən üzü bə­ri ta­ri­xi­mi­zə bö­yük qəh­rə­man­lıq sə­hi­fə­lə­ri ya­zıb.

Azər­bay­can tor­pa­ğı, Azər­bay­can xal­qı ta­ri­xin müx­tə­lif dö­nəm­lə­rin­də sı­naq qar­şı­sın­da qa­lıb, la­kin sı­naq­dan hə­mi­şə mə­ta­nət­lə çı­xıb. Əl­bət­tə, hə­mi­şə sı­naq mey­da­nın­da im­ta­han olur. Bi­zi bu ağır im­ta­han­lar­dan xal­qı­mı­zın mərd oğul və qız­la­rı qa­lib çı­xa­rır. On­lar tor­paq uğ­run­da şə­hid olur ki, Və­tə­nin, xal­qın qəd­di əyil­mə­sin. Düş­mən qar­şı­sın­da əyil­mə­yən oğul­la­rın ba­şı Və­tən tor­pa­ğı və üç­rəng­li bay­ra­ğı­mız qar­şı­sın­da əyi­lir an­caq. Unut­dum, bir də ana di­zi­nə baş qo­yan­da baş­la­rı­nı əyir­lər.

Bir das­tan yaz­maq is­tə­yi­rik Və­tə­nin cə­sur oğul­la­rın­dan olan şə­hid gi­zir A.Ab­dul­la­yev haq­qın­da. Qəh­rə­man Ay­dın, igid Ay­dın, qor­xu­bil­məz Ay­dın - 23 il­lik qı­sa ömür das­ta­nı­nın çox zən­gin sə­hi­fə­lə­ri var. San­ki 23 il de­yil, 230 il ya­şa­mı­san hə­yat­da. Sə­nin izin hər yer­də var, Ay­dın - sən­gər­də, id­man are­na­sın­da, dost­la­rı­nın, sə­ni ta­nı­yan­la­rın ürə­yin­də də. Hər kə­sin qəl­bin­də özün­dən də­rin iz­lər qoy­mu­san. Sən­gər yol­daş­la­rın, əs­gər­lə­rin, qay­ğı­sı­na qal­dı­ğın in­san­lar sən­dən ağız­do­lu­su da­nı­şır. On­la­rı din­lə­dik­cə, sə­nin ob­ra­zın can­la­nır göz­lə­ri­miz qar­şı­sın­da.

A.Ab­dul­la­yev az ya­şa­yıb, an­caq mə­na­lı ya­şa­yıb. 23 ya­şın­da hə­yat­la vi­da­la­şan Ay­dın düş­mən­lə üz­bə­üz möv­qe­də, sən­gər­də da­ya­nıb hə­mi­şə. Düş­mə­nə göz aç­ma­ğa qoy­ma­yan oğul­lar­dan bi­ri olan A.Ab­dul­la­yev qı­sa, la­kin şə­rəf­li öm­rü­nün hər bir anı­nı tor­paq­la­rı­mı­zın mü­da­fiə­si­nə həsr edib. Ay­dın de­yir­di nə qə­dər ki, tor­paq­la­rı­mız düş­mən tap­da­ğı al­tın­da­dır, onun sən­gər­dən evə qa­yıt­maq, ai­lə­sin­də, oca­ğın­da ra­hat ya­şa­maq  haq­qı yox­dur. O, öm­rü­nün so­nu­na qə­dər ver­di­yi və­də xi­laf çıx­ma­dı... Ay­dın ki­mi sö­zü­bü­töv oğul­lar hər za­man do­ğul­mur tə­bii ki... O oğul­lar Tan­rı­nın se­vib seç­di­yi oğul­lar­dır. Uca Ya­ra­da­nın dər­ga­hı­na apar­dı­ğı, ali mər­tə­bə­yə yük­səlt­di­yi şə­hid­lə­rin ha­mı­sı say-seç­mə oğul­lar­dır. Əl­bət­tə, şə­hid­lik adi ölüm de­yil, Və­tən, tor­paq, bö­yük amal­lar uğ­run­da can­dan keç­mək, özü­nü şü­ur­lu şə­kil­də qur­ban ver­mək de­mək­dir.

"Ölüm əs­lin­də yox­luq və heç­lik de­yil. Əbə­di di­ya­ra sə­fər­dir" - de­yir­di Ay­dın. İna­nır­dı ki, axi­rət­də də onun mə­qa­mı uca ola­caq. Çün­ki o, şə­hid ki­mi cən­nət qa­pı­sın­dan içə­ri da­xil ola­caq­dı. Ay­dı­nın cən­nə­tin­də özü ki­mi üzü­ağ, al­nıa­çıq ba­ha­dır­lar bir də bu dün­ya­ya qa­yı­da­caq­la­rı gü­nü göz­lə­yir­lər. On­lar Və­tə­ni qo­ru­maq üçün do­ğu­lan­lar ol­du­ğu­na gö­rə ana yur­dun ta­le­yin­dən na­ra­hat­dır. Nə bil­mək olar, bəl­kə də bu şə­hid­lər sağ­lı­ğın­da keç­miş­lər­də şə­hid olan in­san­la­rın ru­hu­nu da­şı­yır­mış...

A.Ab­dul­la­yev 1990-cı il sent­yab­rın 29-da Şab­ran ra­yo­nun­da do­ğu­lub. Əmir­sol­tan da­yı və Se­vil ana­nın son­be­şi­yi olan Ay­dın ər­kö­yün bö­yü­yüb. Üç qar­da­şın ki­çi­yi Ay­dın uşaq­lıq­dan qey­ri-adi olub, ya­şıd­la­rın­dan fərq­lə­nib, hət­ta qar­daş­la­rın­dan da xa­siy­yət­cə, dav­ra­nı­şı­na, qo­num-qon­şu­ya, ata-ana­ya is­ti mü­na­si­bə­ti­nə gö­rə se­çi­lib. Ay­dın ha­mı­nın se­vim­li­si olub. Ai­lə­də onu "Akuş" de­yə ça­ğı­rır­dı­lar. Se­vil ana öz son­be­şi­yi­nə hə­yat­dan na­kam kö­çən qar­da­şı­nın adı­nı ver­miş­di. Se­vil ana­nın qar­da­şı 17 ya­şın­da hə­ya­ta "əl­vi­da" de­miş­di. Oğ­lu Ay­dı­na da na­kam ömür qis­mət ol­du. O, da­yı­sı­nın ya­şın­dan cə­mi beş il çox ya­şa­dı. Ay­dın dün­ya­dan qəh­rə­man ki­mi köç­dü, şə­hid ki­mi ağır­lan­dı, əziz­lən­di, ana tor­pa­ğa əma­nət edil­di.

Ay­dı­nın uşaq­lı­ğı mü­ha­ri­bə döv­rü­nə düş­müş­dü. O, mü­ha­ri­bə uşa­ğı idi. Mü­ha­ri­bə­nin sa­za­ğı­nı, ağ­rı­sı­nı min də­fə­lər­lə ca­nın­da hiss et­miş­di. On­la­rın da hə­yə­ti­nə er­mə­ni zül­mü­nə mə­ruz qa­lan qaç­qın ya­şıd­la­rı gəl­miş­di, mək­təb­lə­rin­də yurd-yu­va­sın­dan pe­rik sa­lın­mış uşaq­lar oxu­yur­du. Hər də­fə o uşaq­lar­la üz-üzə gə­lən­də "bir­cə tez bö­yü­səy­dim, Qa­ra­bağ­dan er­mə­ni­lə­ri qo­vub çı­xa­rar­dım" de­yir­di.

Ay­dın mü­ba­ri­bə uşa­ğı idi. Bü­tün mü­ha­ri­bə uşaq­la­rı ki­mi, o da əzm­li, qorx­maz, cə­sa­rət­li bö­yü­yür­dü. Bö­yü­yür­dü ki, düş­mə­nin nə­fə­si­ni kəs­sin.

O, mü­ha­ri­bə­nin boz üzü­nü, gə­tir­di­yi fə­la­kə­ti, ağ­rı-acı­nı, in­san­la­ra çək­dir­di­yi mə­şəq­qət­lə­ri də­rin­dən an­la­yır­dı. O bi­lir­di ki, mü­ha­ri­bə ağ­rı de­mək­dir, acı çək­mək, acı çək­dir­mək de­mək­dir, ay­rı­lıq, göz ya­şı de­mək­dir, am­ma mü­ha­ri­bə­nin ol­ma­sı la­büd­dür. Çün­ki tor­paq­la­rı­mı­zın 20 fa­iz­dən ar­tıq his­sə­si düş­mən tap­da­ğın­da­dır və o tor­paq­lar iş­ğal­dan azad edil­mə­li­dir.

Uşaq­lıq­dan ata­sı Əmir­sol­tan da­yı Ay­dı­nı id­ma­na apa­rıb. O, id­man­la məş­ğul olub. Bu da onun gə­lə­cək ta­le­yin­də mü­hüm rol oy­na­yıb. Ay­dı­nın id­man­la məş­ğul ol­ma­sı on­da həm mə­nə­vi, həm də fi­zi­ki cə­hət­dən bö­yük üs­tün­lük­lər for­ma­laş­dı­rıb. İd­ma­na bö­yük hə­vəs gös­tə­rən qəh­rə­ma­nı­mız ka­ra­te, boks, cü­do, qay­da­sız dö­yüş ki­mi id­man növ­lə­ri ilə məş­ğul olub və ya­rış­lar­dan me­dal­la, tə­rif­na­mə ilə qa­yı­dıb evə. Öv­lad­la­rı­nı qa­lib gö­rən Əmir­sol­tan da­yı və Se­vil ana­nın se­vin­ci ye­rə-gö­yə sığ­ma­yıb. Ay­dın hə­mi­şə on­la­rın if­ti­xa­rı olub. Ai­lə­si uşaq­lıq­dan onun­la fəxr edib.

A.Ab­dul­la­yev Su­ra­xa­nı ra­yo­nun­da­kı 278 say­lı or­ta mək­tə­bin mə­zu­nu ol­du. Ata­sı Əmir­sol­tan da­yı Ay­dın­dan da­nı­şar­kən göz ya­şı­nı giz­lə­də bil­mir. Hər də­fə Ay­dı­nın adı çə­ki­lər­kən göz­lə­ri ya­şa­rır, qə­hər­lə­nir. De­yir ki, oğ­lu ilə fəxr edir, am­ma onun fi­zi­ki yox­lu­ğu­na ürə­yi heç cür tab gə­tir­mir. Əmir­sol­tan da­yı oğ­lun­dan qə­hər­lə­nə-qə­hər­lə­nə da­nı­şır. Bə­zən hə­yə­can­dan xa­ti­rə­lə­ri ya­dın­dan çı­xa­rır, özü­nü top­la­yan­dan son­ra isə sö­zü­nə da­vam edir. Bü­tün söh­bət­lə­ri­mi­zi göz ya­şı mü­şa­yi­ət edir. Adam ata­la­rın ağ­la­ma­ğı­na heç cür dö­zə bil­mir. Ata­lar ağ­la­yan­da san­ki hə­yat da­ya­nır... Əmir­sol­tan da­yı de­yir ki, Ay­dın uşaq­lıq­dan cə­sur olub. Özün­dən bö­yük qar­daş­la­rı Ni­cat  və Ca­vad­la gü­lə­şər­di və on­la­rın kü­rə­yi­ni ye­rə vu­rar­dı. Ay­dın mək­tə­bi 4-5 qiy­mət­lər­lə oxu­yub, hə­mi­şə nü­mu­nə­vi şa­gird olub və mü­əl­lim­lə­ri­nə, si­nif yol­daş­la­rı­na, dost­la­rı­na həd­siz də­rə­cə­də diq­qət gös­tə­rib. Ona gö­rə də hər kəs Ay­dı­nın xa­ti­rə­si­ni əziz tu­tur. Onun dün­ya­dan vaxt­sız köç­mə­si­nə ya­nır­lar. Əl­bət­tə, ai­lə­si də, qo­hum­la­rı da, dost­la­rı da onun­la tə­səl­li ta­pır ki, A.Ab­dul­la­yev şə­hid olub. Ay­dın hə­mi­şə öz ar­zu­la­rı­na qo­vuş­ma­ğa can atır­dı. O qə­dər qə­tiy­yət­li idi ki, heç kəs onun ad­dım­la­rı­nın qar­şı­sı­na sədd çə­kə bil­mir­di.

Ay­dın hə­ya­tı­nı bü­töv­lük­də id­ma­na bağ­la­maq is­tə­yir­di. Bu məq­səd­lə Azər­bay­can Döv­lət Bə­dən Tər­bi­yə­si və İd­man Aka­de­mi­ya­sı­na sə­nəd ver­sə də, onun bu cəh­di uğur­lu alın­mır. Bu ona pis tə­sir et­sə də, özü­nü sın­dır­mır və hərb­çi ol­maq haq­da fi­kir­lə­şir. Alın ya­zı­sı­nı poz­maq müm­kün de­yil. Uşaq­lıq­dan cəld, hə­rə­kət­li, ni­zam-in­ti­zam­lı, sö­zü­bü­töv, məq­səd­yön­lü olan Ay­dı­nın hərb­çi ol­maq is­tə­yi ai­lə­si tə­rə­fin­dən müs­bət qar­şı­la­nır. Çün­ki on­la­rın ya­xın qo­hum­la­rı ara­sın­da hərb­çi­lər, ic­ti­mai xa­dim­lər, Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nün qo­run­ma­sın­da əmə­yi olan in­san­lar az ol­ma­yıb.

Azər­bay­can Döv­lət Bə­dən Tər­bi­yə­si və İd­man Aka­de­mi­ya­sı­na qə­bul olu­na bil­mə­yən Ay­dın sə­nəd­lə­ri­ni Hər­bi Aka­de­mi­ya­ya gön­də­rir. O, tib­bi ko­mis­si­ya­dan ke­çir, la­kin ona tə­li­mə gön­də­ri­lə­cə­yi ba­rə­də vəd ve­ril­sə də, sə­bəb­siz ola­raq  sə­nəd­lə­ri özü­nə qay­ta­rı­lır. Əmir­sol­tan da­yı bu ba­rə­də be­lə da­nı­şır: "Get­dik aka­de­mi­ya­ya. Ora­da müa­vin za­bit bi­zə de­di ki, hər il bi­zə Nax­çı­vans­ki adı­na Hər­bi Li­se­yin mə­zun­la­rı ilə ya­na­şı, ins­ti­tut­dan da mə­zun­lar gə­lir, bu də­fə ins­ti­tut­dan kə­sil­miş və aka­de­mi­ya­ya qə­bul olu­nan mə­zun­la­rın bal­la­rı da­ha yük­sək­dir. De­dim ki, oğ­lu­mun hər­bə hə­və­si var, id­man­çı­dır, xey­li nai­liy­yət əl­də edib, me­dal­lar qa­za­nıb, onu gö­tü­rün. Elə va­li­deyn­lər olur ki, gə­lib xa­hiş edir, hər­bi mək­təb­də oxu­yan oğ­lu­nu ikin­ci-üçün­cü kurs­dan çı­xar­maq is­tə­yir, o cür uşaq­la­rın ye­ri­nə gö­tü­rün. De­di ki, ol­maz, bi­zə be­lə gös­tə­riş var".

Hər­bi təh­sil al­maq mə­sə­lə­sin­də qar­şı­sı­na çı­xan çə­tin­lik­lər Ay­dı­nın hər­bə olan ma­ra­ğı­nı azalt­mır, ək­si­nə, o bu mə­sə­lə­də da­ha da qə­tiy­yət­li ol­du­ğu­nu or­ta­ya qo­yur. Qey­diy­yat­da ol­du­ğu Su­ra­xa­nı Ra­yon Hər­bi Ko­mis­sar­lı­ğı­na gə­lib əs­gər­li­yə get­mək üçün kö­nül­lü əri­zə ve­rir və Ay­dı­nı əs­gər­li­yə apa­rır­lar. 2008-ci il­də hər­bi xid­mə­tə ge­dir, Gən­cə­də­ki "N" say­lı hər­bi his­sə­də xid­mət edir. 2010-cu ilin ap­re­lin­də hə­qi­qi hər­bi xid­mə­ti­ni ba­şa vu­rub evə qa­yı­dan Ay­dın heç cür ra­hat­lıq tap­mır­dı, ye­ni­dən hər­bi xid­mə­tə qa­yıt­maq haq­qın­da dü­şü­nür­dü. Onun bu fik­ri ai­lə­si tə­rə­fin­dən ra­zı­lıq­la qar­şı­lan­mır­dı. Se­vil ana ona yal­var-ya­xır edir­di ki, get­mə­sin. Am­ma Ay­dın fik­rin­də qə­ti idi və var qüv­və­si ilə düş­mən­lə üz­bə­üz möv­qe­lə­ri­mi­zə can atır­dı.

2010-cu ilin ya­yın­da Tər­tə­rin Çay­lı kən­di is­ti­qa­mə­tin­də düş­mən­lə tə­mas xət­tin­də baş ve­rən ha­di­sə isə onun hə­ya­tı­nı əməl­li-baş­lı də­yiş­di və o, cəb­hə­yə get­mək­lə bağ­lı qə­ti qə­rar ver­di. Onun fik­ri­nə tə­kan ve­rən ha­di­sə ölü­mün­dən son­ra Azər­bay­can Res­pub­li­ka­sı­nın Mil­li Qəh­rə­ma­nı adı ve­ril­miş Mü­ba­riz İb­ra­hi­mo­vun şü­caə­ti idi. O eşi­dən­də ki, Azər­bay­can Or­du­su­nun gi­zi­ri M.İb­ra­hi­mov düş­mə­nə qan ud­du­rub, ürə­yi kök­sü­nə sığ­ma­dı. "Mən də M.İb­ra­hi­mov ki­mi ol­ma­lı­yam" de­di.

Bü­tün qəh­rə­man­lar bir-bi­ri­nə bən­zə­yir, san­ki ha­mı­sı­nı bir ana dün­ya­ya gə­ti­rib. Ha­mı­sı­nın hə­yat yo­lu bir-bi­ri­nə elə bən­zə­yir ki, adam tə­əc­cüb­lə­nir. Elə bil Tan­rı ha­mı­sı­nı ey­ni gün­də ya­ra­dıb. Əs­lin­də, əməl qo­hum­lu­ğu qan qo­hum­lu­ğu qə­dər doğ­ma­dır.

Əmir­sol­tan da­yı da­nı­şır: "M.İb­ra­hi­mo­vun qəh­rə­man­lı­ğı bü­tün öl­kə­də ya­yıl­ma­ğa baş­la­yan­da, bü­tün öl­kə bun­dan da­nı­şır­dı. Mü­ba­ri­zin qəh­rə­man­lı­ğı Ay­dı­na çox bö­yük tə­sir et­di. Qə­ra­ra al­dı ki, or­du­da xid­mət et­sin, za­bit ol­sun". Be­lə­lik­lə,

Ay­dın ai­lə­sin­dən xə­bər­siz sə­nəd­lə­ri­ni Su­ra­xa­nı Ra­yon Hər­bi Ko­mis­sar­lı­ğı­na ve­rir. Tə­lim mər­kəz­lə­rin­dən bi­ri­nə gön­də­ri­lən Ay­dın bu­ra­da kəş­fiy­yat­çı-snay­per ha­zır­lı­ğı ke­çir. Al­tı ay­lıq tə­lim­dən son­ra onu kəş­fiy­yat­çı-snay­per ki­mi qay­nar nöq­tə­lər­dən bi­ri­nə - düş­mən­lə tə­mas xət­tin­də yer­lə­şən Tər­tə­rin Qa­pan­lı kən­di­nə gön­də­rir­lər. Ab­dul­la­yev­lər ai­lə­si­nin qay­nar sən­gər hə­ya­tı baş­la­yır. Tə­la­tüm­lü, təh­lü­kə­li cəb­hə xət­tin­də qəh­rə­ma­nı­mız düş­mə­nə qar­şı ba­rış­maz möv­qe­də da­ya­nır. Hər anı təh­lü­kə, atəş səs­lə­ri, düş­mən pus­qu­su - bü­tün bun­lar hərb­çi A.Ab­dul­la­ye­vi ayıq-sa­yıq ol­ma­ğa səs­lə­yir, ona tap­şı­rı­lan işi yük­sək sə­viy­yə­də ye­ri­nə ye­tir­mə­yə hə­vəs­lən­di­rir­di. Ay­dın kəş­fiy­yat­çı idi və ge­cə­si­ni gün­dü­zü­nə qa­tıb düş­mə­nin möv­qe­lə­ri­ni öy­rə­nir, onun hiy­lə və mək­ri­ni za­ma­nın­da if­şa et­mə­yi ba­ca­rır­dı. Düş­mə­nə qar­şı aman­sız olan A.Ab­dul­la­yev gü­nah­sız in­san­la­rın qi­sa­sı­nı mən­fur düş­mən­dən al­maq üçün für­sət göz­lə­yir­di. Hər an əm­rə mün­tə­zir hərb­çi ki­mi ko­man­dir­lə­rin tap­şı­rıq­la­rı­nı ye­ri­nə ye­ti­rən Ay­dın heç bir çə­tin­lik­dən qorx­mur­du. Ək­si­nə, dü­şü­nür­dü ki, al­dı­ğı hər bir  çə­tin tap­şı­rıq onun üçün bir sı­naq­dır. O bu im­ta­han­dan üzü­ağ çıx­ma­ğa ça­lı­şır­dı. Hər tap­şı­rı­ğı uğur­la ye­ri­nə ye­tir­mə­si rəh­bər­lik tə­rə­fin­dən ra­zı­lıq­la qar­şı­la­nır­dı. Bu, Ay­dın­da ar­xa­yın­çı­lıq ya­rat­mır­dı. Onu düş­mə­nə qar­şı da­ha ayıq-sa­yıq ol­ma­ğa, düş­mə­nin plan­la­rın­dan xə­bər tut­ma­ğa, onun is­tə­ni­lən hə­də­fi­ni zə­rər­siz­ləş­dir­mə­yə, hər­bin sir­lə­ri­nə yi­yə­lən­mə­yə sövq edir­di... Ay­dın 2010-cu il­dən şə­hid olan gü­nə qə­dər sə­da­qət­lə Və­tə­nin ke­şi­yin­də da­yan­dı. Cə­sur Və­tən oğ­lu­nun hə­yat he­ka­yə­ti­ni növ­bə­ti say­la­rı­mız­da da­vam et­di­rə­cə­yik. A.Ab­dul­la­ye­vin das­ta­nı hə­lə bit­mə­yib, biz onun ilk sə­hi­fə­lə­ri­ni ye­ni­cə və­rəq­lə­mə­yə baş­la­mı­şıq...

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 29 mart.- S.12