Azərbaycanlıların kütləvi 31 mart soyqırımının yüz illiyinə çatırıq...

"Di­as­por təş­ki­lat­la­rı­mız dün­ya­nın müx­tə­lif şə­hər­lə­rin­də bu ta­rix­lə bağ­lı ge­niş anım təd­bir­lə­ri ke­çir­mə­li­dir"

img

Əli­yar Mər­dan­lı: "Öl­kə­lə­rin par­la­ment­lə­ri, mü­hüm bi­na­la­rı qar­şı­sın­da ak­si­ya­lar ke­çi­ril­sə yax­şı olar"

 

Son iki əsr­də xal­qı­mı­za qar­şı er­mə­ni mil­lət­çi­lə­ri tə­rə­fin­dən məq­səd­yön­lü şə­kil­də hə­ya­ta ke­çi­ri­lən et­nik tə­miz­lə­mə, soy­qı­rım və tə­ca­vüz­kar­lıq si­ya­sə­ti Azər­bay­can ta­ri­xi­nin fa­ciə­lər­lə, o cüm­lə­dən qan­lı ha­di­sə­lər­lə do­lu çox ağ­rı­lı mər­hə­lə­lə­ri­ni təş­kil edir.

Ta­ri­xi fakt­lar­la sü­but olu­nur ki, 1918-ci il mar­tın 30-da er­mə­ni-bol­şe­vik bir­ləş­mə­lə­ri Ba­kı şə­hə­ri­ni gə­mi­lər­dən  atə­şə tu­tub­lar. Bu­nun ar­dın­ca isə si­lah­lı daş­nak­lar azər­bay­can­lı­la­rın ev­lə­ri­nə hü­cum edə­rək aman­sız qətl­lər tö­rə­dib. Mar­tın 31-də və ap­re­lin ilk gün­lə­rin­də qır­ğın­lar küt­lə­vi xa­rak­ter alıb. Min­lər­lə dinc azər­bay­can­lı yal­nız mil­li mən­su­biy­yə­ti­nə gö­rə məhv edi­lib. Hə­min gün­lər­də er­mə­ni-bol­şe­vik bir­ləş­mə­lə­ri Ba­kı­da 12 min dinc azər­bay­can­lı­nı qət­lə ye­ti­rib. Bu qan­lı ha­di­sə­lər za­ma­nı in­san­lar ev­lə­rin­də di­ri-di­ri yan­dı­rı­lıb, elə­cə də xü­su­si iş­gən­cə­lər­lə və aman­sız­lıq­la öl­dü­rü­lüb.

Er­mə­ni­lə­rin si­lah­lı hü­cu­mu nə­ti­cə­sin­də 1918-ci ilin ilk beş ayı ər­zin­də Qu­ba qə­za­sın­da 16 min­dən çox in­san xü­su­si qəd-dar­lıq­la qət­lə ye­ti­ri­lib, 167 kənd da­ğı­dı­lıb ki, on­lar­dan 35-i ha­zır­da möv­cud de­yil.

Ta­rix­də baş ver­miş 31 mart soy­qı­rı­mı­na dün­ya­nın diq­qə­ti­ni da­ha sıx cəlb et­mək üçün hə­min ha­di­sə­nin 100 il­li­yi­ni ne­cə ke­çir­mək olar?

Ta­rix­çi-alim Əli­yar Mər­dan­lı qə­ze­ti­mi­zə bil­dir­di ki, Azər­bay­can xal­qı­na qar­şı tö­rə­dil­miş soy­qı­rım akt­la­rı­nın bir da­ha tək­rar olun­ma­ma­sı, bu ta­ri­xi hə­qi­qət­lə­rin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də mər­hum Hey­dər Əli­ye­vin im­za­la­dı­ğı ta­ri­xi fər­man­lar bö­yük əhə­miy­yə­tə ma­lik­dir: "Onun 1998-ci il mar­tın 26-da, 1918-ci ilin mart ha­di­sə­lə­ri­nin 80-ci il­dö­nü­mü ərə­fə­sin­də im­za­la­dı­ğı fər­man­da er­mə­ni mil­lət­çi­lə­ri tə­rə­fin­dən tö­rə­dil­miş ha­di­sə­lə­rə si­ya­si qiy­mət ve­ri­lib. Hə­min ta­rix­dən eti­ba­rən 31 Mart Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət sə­viy­yə­sin­də Azər­bay­can­lı­la­rın Soy­qı­rı­mı Gü­nü ki­mi qeyd edi­lir. 31 mart soy­qı­rı­mı və ya mart ha­di­sə­lə­ri 1918-ci ilin 30 mart və 3 ap­rel ta­ri­xi ara­sın­da Ba­kı şə­hə­rin­də və Ba­kı qu­ber­ni­ya­sı­nın müx­tə­lif böl­gə­lə­rin­də, elə­cə də Şa­ma­xı, Qu­ba, Xaç­maz, Lən­kə­ran, Ha­cı­qa­bul, Sal­yan, Zən­gə­zur, Qa­ra­bağ, Nax­çı­van və di­gər əra­zi­lər­də Ba­kı So­ve­ti və daş­nak er­mə­ni si­lah­lı dəs­tə­lə­ri­nin azər­bay­can­lı­la­ra qar­şı tö­rət­dik­lə­ri qır­ğın­dır.

Bu ha­di­sə­lə­ri sü­but edən ki­fa­yət qə­dər fakt möv­cud­dur. Hət­ta can­lı şa­hid­lər be­lə qa­lıb. He­sab edi­rəm ki, 100 il­lik­lə bağ­lı anım di­gər­lə­rin­dən cəz­be­di­ci­lik ba­xı­mın­dan fərq­lə­nə bi­lər. Ki­fa­yət qə­dər iş­lər gö­rü­lüb. Yə­ni təb­li­ğat üçün və­sa­it­lər var. Sa­də­cə on­la­rın dün­ya mət­bua­tın­da işıq­lan­dı­rıl­ma­sı­na na­il ol­ma­lı­yıq. Ey­ni za­man­da, di­as­por təş­ki­lat­la­rı­mız dün­ya­nın müx­tə­lif şə­hər­lə­rin­də bu ta­rix­lə bağ­lı ge­niş anım təd­bir­lə­ri ke­çir­mə­li­dir. Bir söz­lə, in­di­yə qə­dər gö­rü­lən iş­lə­rin bir qə­dər fərq­li for­ma­da təq­di­ma­tı la­zım­dır. Öl­kə­lə­rin par­la­ment­lə­ri, mü­hüm bi­na­la­rı qar­şı­sın­da ak­si­ya­lar ke­çi­ril­sə yax­şı olar".

Məhəmmədəli QƏRİBLİ

Bakı xəbər.- 2017.- 30 mart.- S.11.