Mir Cəfər Bağırova
daha bir kitab həsr edildi...
Bir müddət
əvvəl əməkdar
mədəniyyət işçisi,
Mir Cəfər Bağırovun
biblioqrafı Fazil
Məmmədovun "Sovet
Azərbaycanı Kreml
orbitində" (iyun
1945 - iyul 1953) kitabı
nəşr edilib. Kitab Mir Cəfər
Bağırovun anadan
olmasının 120 illiyinə
həsr olunub.
Nəşrin anatasiyasında qeyd
edilir ki, bu kitabda M.C.Bağırovun
Azərbaycana rəhbərliyinin
son illərində respublikada
görülən nəhəng
bərpa və quruculuq işlərindən
bəhs olunur: "Kitab dörd bölmədən ibarətdir.
Bu bölmələrdə Böyük Vətən
Müharibəsindən sonrakı dövrdə Azərbaycanda xalq təsərrüfatının, elmin, maarifin, mədəniyyətin və
səhiyyənin yüksəlişi
uğrunda respublika
partiya təşkilatının
mübarizəsi və
M.C.Bağırovun rəhbərliyi
ilə bu sahədə görülən
işlər, kənd
təsərrüfatı və sənayenin daha da inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən köklü
tədbirlər, habelə
ölkədə geniş
qeyd olunan yubileylər və elmi-ədəbi müzakirələr
haqqında oxucuya
ilk dəfə olaraq
bir çox yeni məlumatlar verilir. Kitabda, həmçinin, erməni separatçılarının,
terrorçularının və irticaçılarının
çoxsaylı sənəd
və sübutlar əsasında ifşası
məsələsinə də geniş yer verilib".
Qeyd edək
ki, "Sovet Azərbaycanı Kreml orbitində" kitabı
"Şəms" nəşriyyatında
çap olunub.
Bakı
xəbər.- 2017.- 2 may.- S.12