Aydın Abdullayevin müqəddəs  şəhidlik yolu belə başlandı…

VI ya­zı

- Oğul düş­mən qar­şı­sın­da çə­pər­dir, - de­yə ürə­yin­dən ke­çir­di ata. Ca­vad­la Ni­ca­tın cəb­hə böl­gə­sin­dən gə­tir­di­yi xə­bər­lər ata­nın ürə­yi­nin qı­rı­şı­ğı­nı əməl­li-baş­lı aç­mış­dı. Ay­dın oğ­lan­la­rı­nın iki­sin­dən də ki­çik ol­ma­sı­na bax­ma­ya­raq, qar­daş­la­rı­nın fəx­ri idi, bu, ata­nı da­ha da qü­rur­lan­dır­dı.

Ay­dın bir də­fə mə­zu­niy­yə­tə gəl­miş­di. Am­ma ya­man na­ra­hat idi.  - Ata, get­mək is­tə­yi­rəm, mə­zu­niy­yə­tim nə vaxt ba­şa ça­ta­caq? - de­yir­di. O, mə­zu­niy­yət­də olan­da da tez-tez əs­gər­lər­lə söh­bət edir­di. Əs­gər­lər ona de­yir­di ki, er­mə­ni­lər tez-tez atır, bi­zim əs­gər­lə­ri vu­rur.

...Qar­da­şı­nız Və­tə­ni lap çox se­vir. Ay­dın elə yax­şı edib hər­bi seç­di. O, hər­bi seç­mə­səy­di, in­di Al­lah bi­lir han­sı iş­lə məş­ğul ola­caq­dı. Yox, inan­mı­ram o özü­nə ya­raş­ma­yan işin qul­pun­dan ya­pı­şar­dı, har­da ol­say­dı, ora­da ba­şı­mı­zı ucal­dar­dı. On­suz da bi­zim qo­hum-əq­rə­ba ara­sın­da hər­bi­yə kö­nül ve­rən­lər az ol­ma­yıb, Ay­dın da on­la­rın yo­lu ilə get­di. Uğu­ru xe­yir ol­sun!.

Ata xə­ya­lın­da da­nı­şır­dı, Ay­dı­nı gah Ca­vad­la, gah Ni­cat­la mü­qa­yi­sə edir, gah da xal­qı­mı­zın qəh­rə­man­la­rı­na bən­zə­dir­di onu.

Əmir­sol­tan ki­şi­ni xə­yal­la­rın pən­cə­sin­dən "süd sa­tı­ram" de­yə qış­qı­rıb sə­si hə­yə­ti ba­şı­na gö­tü­rən süd­çü ar­vad qo­par­dı. Süd sa­tan xa­la­nı hə­yət­də az qa­la ha­mı ta­nı­yır­dı, o da bü­tün  sa­kin­lə­rin adı­nı əz­bər bi­lir­di.

Əmir­sol­tan ki­şi süd sa­tan ar­va­dın sə­si­ni eşi­dib tə­lə­sik çö­lə çıx­dı ki, süd al­sın. Nə­və­si ma­ğa­za sü­dü­nü xoş­la­mır­dı. Ki­şi hə­yə­tə çı­xan­da blo­kun qar­şı­sın­da xey­li adam gör­dü. On­lar süd­çü xa­la­nın ba­şı­na top­la­şıb alış-ve­riş edir­di­lər. Əmir­sol­tan ki­şi gör­dü ki, bir az o tə­rəf­də kör­pə pi­şik ba­la­la­rı oy­na­yır, ac ol­duq­la­rın­dan, süd­çü­yə tə­rəf ba­xıb mi­yol­da­şır­lar. Əmir­sol­tan ki­şi­nin ürə­yi pi­lə ki­mi yum­şaq idi. Pi­şik ba­la­la­rı­nın sə­si­nə döz­mə­yib süd­çü­dən bir dol­ça süd al­dı və ağ­zı üs­tə çö­nən də­mir kon­serv qu­tu­su­nu əli­nə gö­tü­rüb onu süd­lə dol­dur­du. Pi­şik ba­la­la­rı bir-bi­ri­nə aman ver­mə­dən sü­dü ac­göz­lük­lə iç­mə­yə baş­la­dı­lar. Qon­şu­lar Əmir­sol­tan ki­şi­ni ürə­yi yum­şaq, meh­ri­ban, ipək xa­siy­yət­li, ca­maa­tın xe­yir-şə­ri­nə ya­ra­yan bir in­san ki­mi ta­nı­yır­dı. Uzun il­lər mən­zil-is­tis­mar sa­hə­sin­də iş­lə­yən Əmir­sol­tan ki­şi­dən hə­lə bir nə­fər də ol­sun in­ci­mə­miş­di. Onun ai­lə­si də, ba­la­la­rı da mə­həl­lə­də sa­kit, qa­na­caq­lı, nü­mu­nə­vi in­san­lar ki­mi ta­nı­nır­dı. Ay­dın isə bü­tün qon­şu­la­rın se­vim­li­si idi.

Əmir­so­lan ki­şi üzü­nü süd sa­tan ar­va­da tu­ta­raq:

- Sən Al­lah mən ol­dum-ol­ma­dım, hər sə­hər bu pi­şik ba­la­la­rı­na süd ver, he­sab­la pu­lu­nu ve­rə­cə­yəm, ya­zıq­dır­lar, üzü qı­şa ge­dir, öl­mə­sin­lər. On­lar da can­lı­dır, on­la­rı da Al­lah ya­ra­dıb. Qoy qa­rın­la­rı doy­sun, ba­la­ma dua oxu­sun­lar. Ağ­saq­qal ba­ba­lar­dan, nə­nə­lər­dən eşit­miş­di ki, dil­siz-ağız­sız hey­van­la­rın dua­sı in­san­la­rın dua­sın­dan tez ça­tır Al­la­ha.

Əmir­sol­tan ki­şi blo­ka gi­rən­də gör­dü ki, yad bir adam on­la­rın blo­kun­da do­la­şır. Elə bil ki, ki­mi­sə ax­ta­rır. Ki­şi bu hən­də­vər­də in­di­yə­dək be­lə bir adam gör­mə­miş­di. Əmir­sol­tan ki­şi ta­nı­ma­dı­ğı ada­ma sa­lam ver­di.

- Sa­lam. Bu­ra ada­mı­na ox­şa­mır­sı­nız. Ki­mi­sə ax­ta­rır­sı­nız?

Ki­şi ba­şı ilə sa­la­mı alıb bir söz de­mə­dən ağ­saq­qa­lın ya­nın­dan si­vi­şib blok­dan çıx­dı. Bu mən­zə­rə ona qə­ri­bə gəl­di. Bu adam ni­yə dil­lən­mə­di?

Əmir­sol­tan ki­şi evə gəl­di. Ürə­yin­də ba­yaq gör­dük­lə­ri­ni gö­tür-qoy et­di. Gə­li­ni sə­hər ye­mə­yi­ni ha­zır­la­yıb süf­rə aç­mış­dı.

- Ata, gəl çay-çö­rə­yi­ni ye. İşə ge­də­cək­sən - de­yə ai­lə­nin baş­çı­sı­nı ça­ğır­dı. Əmir­sol­tan ki­şi­nin əli toz-tor­paq ol­muş­du ba­yaq. Əl­lə­ri­ni yu­yub süf­rə­yə əy­ləş­di. Sə­hər ye­mə­yi­ni kö­nül­süz ye­di. Gə­li­nin­dən ba­la­ca nə­və­si­ni so­ruş­du.

- Hə­lə ya­tır - de­yə gə­li­ni ca­vab ver­di.

Əmir­sol­tan ki­şi hə­yat yol­da­şı­nın oya­nıb-oyan­ma­dı­ğı­nı da gə­li­nin­dən so­ruş­du. Gə­lin:

- Se­vil anam oya­nıb, mət­bəx­tə­dir.

Se­vil xa­nım hə­yat yol­da­şı­nın sə­si­ni eşi­dib ota­ğa gir­di. Onun rən­gi nə isə ki­şi­nin xo­şu­na gəl­mə­di.

- Ay Se­vil, ni­yə bir­tə­hər­sən? - de­yə on­dan so­ruş­du.

- Nə isə heç yax­şı de­yi­ləm. Ürə­yim elə sı­xı­lır ki, heç ol­ma­yan ki­mi. Yu­xu­da gör­mü­şəm ki, bir qa­ra at­lı, əli qı­lınc­lı ki­şi Ay­dı­nı atı­nın tər­ki­nə alıb qa­ran­lıq tu­ne­lə tə­rəf ça­pır. Mən də aya­ğı­ya­lın, ba­şıa­çıq, qan-tər için­də onun ar­dın­ca qa­çı­ram. Nə il­lah elə­dim ça­ta bil­mə­dim. Ki­şi Ay­dı­nı qa­ran­lıq tu­ne­lə apar­dı. Son­ra da gör­düm ki, tu­nel­dən bir dəs­tə adam çı­xıb bi­zə sa­rı gə­lir, am­ma Ay­dı­nı öz­lə­ri ilə gə­tir­mir­lər. Uşa­ğım­dan elə ni­ga­ra­nam ki... Üs­tə­lik, Ca­vad da yo­la çı­xır.

- Ay gə­lin, ay qı­zım, Ca­va­dın pal-pal­ta­rı­nı ha­zır­la­mı­san­mı?

Gə­lin ba­şı ilə "hə" işa­rə­si ver­di.

Əmir­sol­tan ki­şi üzü­nü ar­va­dı­na tu­tub:

- Ca­vad eza­miy­yət­dən ye­ni gəl­mə­di ki? İn­di ha­ra ge­dir?

- Ye­ni­dən ra­yo­na gön­də­rir­lər, de­yir­lər ki, sə­nin get­mə­yin la­zım­dır. Hə­lə in­di yox, ax­şa­müs­tü yo­la çı­xa­caq, qa­tar­la ge­dib gə­lə­cək. Üç­gün­lük sə­fər­di də. Bil­mi­rəm ni­yə uşaq­lar bir ya­na ge­dən­də ürə­yim çox na­ra­hat olur. De­yi­rəm ha­mı­sı ət­ra­fım­da ol­sun. Mən­dən ol­say­dı, heç bi­ri­ni gö­züm­dən kə­na­ra bu­rax­maz­dım. Ay­dın cəb­hə­də, Ca­vad yol üs­tə, Ni­cat da ki, öz evin­də.

Əmir­sol­tan ki­şi ar­va­dı­na tə­səl­li ver­di:

- Ay ar­vad, tə­ki can­la­rı sağ ol­sun. Al­la­ha şü­kür, ağıl­lı, tər­bi­yə­li, da­nı­şıq­la­rı­nı, otu­rub-dur­maq­la­rı­nı bi­lən öv­lad­la­rı­mız var, nə­yin dər­di­ni çə­kir­sən.

Əmir­sol­tan ki­şi ar­va­dı ilə sa­ğol­la­şıb işə get­di. Yol­bo­yu sə­hər blok­da gör­dü­yü ki­şi haq­qın­da dü­şün­dü.

- Gö­rə­sən kim idi o? Ni­yə mə­nə elə diq­qət­lə ba­xır­dı, nə üçün bir kəl­mə da­nış­ma­dı?

Se­vil ana əri ge­dən­dən son­ra özü­nü da­ha da pis hiss et­di. Gə­li­ni ona dər­man ver­di ki, bəl­kə sa­kit­lə­şə. Am­ma o, gə­li­nə:

- Ürə­yim sı­xı­lır, ay qı­zım, Ca­va­dı oyat - de­di.

Ca­vad ana­sı­nın ya­nın­da da­ya­nıb ona tə­səl­li ve­rir­di:

- Ay ana, Al­la­ha şü­kür, nə olub ki, ha­mı­mız sağ-sa­la­ma­tıq. Ay­dı­nın da ya­nın­dan bir ne­çə həf­tə­di gəl­mi­şik. Dü­nən də da­nış­dıq, bu gün də da­nı­şa­ca­ğam. Özüm çox zəng vur­mu­ram ki, bir­dən ona ma­ne ola­ram. O, kəş­fiy­yat­çı­dır, hər an və­tə­nin ke­şi­yin­də ayıq-sa­yıq da­yan­ma­lı­dır. Hər də­qi­qə zəng vu­rub "sən­dən ni­ga­ra­nıq" de­yə bil­mə­rik, çün­ki onun fik­ri­ni ya­yın­dı­ra bi­lə­rik. Ana, ma­şal­lah, Ay­dın çox qo­çaq­dır, və­tən­pər­vər­dir. Ay­dın yan­la­rın­da ol­ma­yan­da dö­yüş yol­daş­la­rı onun haq­qın­da elə hey­ran­lıq­la, elə ma­raq­la da­nı­şır­dı­lar ki, hey­rət­lə on­la­ra qu­laq asır­dıq. Dö­yüş dost­la­rı da­nı­şır­dı ki, Ay­dın si­la­hı­nı sı­fır­la­yır, diq­qə­ti­ni top­la­yır, sa­at­lar­la sən­gə­rə uza­nır."Boş-bo­şu­na ye­rə uzan­ma, dur aya­ğa" de­yən olan­da da qar­da­şım on­la­ra:

- Sa­kit olun, mən kəş­fiy­yat­çı­yam, - de­yə ca­vab ve­rir.

Ana, dö­yüş dost­la­rı da­nı­şır ki, bə­zən Ay­dın­la za­ra­fat edib:

- Adam nə qə­dər post­da olar? - de­yi­rik.

- Nə­dən qor­xur­su­nuz? Qor­xan ada­mın hər­bi­də nə işi? Uzaq­ba­şı ölüm­dür, - de­yə Ay­dın on­la­rın ca­va­bı­nı ve­rir.

- Ay­dın çox ürək­li­dir, ana. Dü­nən Ay­dın­la bi­lir­sən nə­dən da­nış­dıq?

- Nə­dən? - de­yə ana so­ruş­du.

- To­yun­dan. De­di ki, - Ca­vad, sən nə la­zım­dır­sa, ha­mı­sı­nı et, res­to­ran da­nış, gə­lin ma­şı­nı seç, qo­naq­la­rın si­ya­hı­sı­nı tut, Al­lah qoy­sa bor­cun­dan çı­xa­ram.

De­dim ki, - Nə borc. Qar­daş de­yi­lik, nə la­zım­dır ha­mı­sı­nı can­la-baş­la edə­cə­yəm, Ay­dın, ürə­yi­ni buz ki­mi sax­la. Bir ne­çə ma­şı­na bax­mı­şam, am­ma hə­lə seç­mə­mi­şəm.

- Ana, gə­rək ma­şın da, res­to­ran da, çal­ğı­çı­lar da Ay­dı­nın ürə­yin­cə ol­sun. Qar­da­şı­ma onun adı­na la­yiq toy et­mə­li­yik.

Ca­vad­la Ay­dı­nın xa­siy­yə­ti yax­şı tu­tur­du. Ona gö­rə də hə­mi­şə Ca­va­da ərk edir­di.

Ca­vad bun­la­rı ana­sı­na da­nış­dıq­ca, ana­sı­nın üzü sa­kit­lə­şir, göz qa­paq­la­rı yu­mu­lur­du. Ca­va­dın özü­nün için­də də na­ra­hat­lıq var­dı. Əs­lin­də, heç eza­miy­yə­tə get­mək is­tə­mir­di. Az qa­la iş­lə­di­yi ida­rə­yə zəng vu­rub on­la­ra ora get­mək­dən im­ti­na et­di­yi­ni de­mək is­tə­yir­di. Am­ma özü­nü to­par­la­yıb sə­fə­rə ha­zır­laş­ma­ğa baş­la­dı...

Ax­şa­müs­tü idi. Ab­dul­la­yev­lər ai­lə­si­nin qon­şu­lu­ğun­da toy var­dı. Əmir­sol­tan ki­şi toy­da iş­ti­rak et­mək üçün iş­dən ica­zə alıb evə tez gəl­miş­di.

Ar­va­dı­nın ha­lı ye­nə pis idi.

- Ay ar­vad, özü­nü ələ al, sə­nə nə olub?

Ana ni­ga­ran-ni­ga­ran əri­nə tə­rəf bax­ma­dan gö­zü­nü na­mə­lum nöq­tə­yə zil­lə­di:

- Ca­vad ge­dir ra­yo­na, Ay­dın da cəb­hə­də, iki­sin­dən də ni­ga­ran qa­lı­ram.

Əmir­sol­tan ki­şi ar­va­dı­nın sö­zü­nü ya­rım­çıq kəs­di:

- Sən Al­lah bəs­dir. Özü­nü ələ al. Dur, ha­zır­laş to­ya ge­dək.

Se­vil ana: - Yox, to­ya get­mi­rəm, özün get, ev­dən çö­lə çıx­maq is­tə­mi­rəm heç.

Əmir­sol­tan ki­şi ar­va­dı ilə da­nı­şa-da­nı­şa ha­mam ota­ğı­na keç­di, yu­yu­nub çıx­dı. Ye­ni­cə köy­nə­yi­ni əy­ni­nə ke­çir­mək is­tə­yir­di ki, ev­lə­ri­nin qa­pı­sı zərb­lə dö­yül­dü. Qa­pı­nı dö­yən adam bir sa­ni­yə da­yan­mır­dı, elə hey qa­pı­nı dö­yəc­lə­yir­di. Ax­şa­müs­tü qa­pı­nın be­lə dö­yül­mə­sin­dən Əmir­sol­tan ki­şi­nin da­la­ğı sanc­dı.

- Bu za­man kim olar be­lə? Bəs qa­pı­nı ni­yə be­lə dö­yür gö­rə­sən, elə bil ki, adam yox, şər dö­yür qa­pı­mı­zı.

Ki­şi qa­pı­nı açan­da qar­şı­sın­da cüs­sə­li bir po­lis ser­jan­tı gör­dü.

San­ki ser­jan­tın ağ­zı­na süd­lü aş tök­müş­dü­lər, söz­lə­ri elə

ütə­lək de­yir­di ki, Əmir­sol­tan ki­şi onun nə de­di­yi­ni kəs­di­rə bil­mir­di. Han­dan-ha­na po­lis da­nı­şı­ğı­nı dü­zəlt­di:

- Oğ­lu­nu­zu bu­ra­da dəfn edə­cək­si­niz, yox­sa ra­yo­na apa­ra­caq­sı­nız? Oğ­lu­nu­zun me­yi­ti­ni ha­ra­da dəfn edə­cək­si­niz, ay da­yı?

- Nə oğul, nə me­yit, sən nə da­nı­şır­san, ay ba­la, sə­ni bu­ra kim gön­də­rib, bəl­kə ün­va­nı səhv sa­lıb­san?

- Yox, səhv sal­ma­mı­şam, bu­ra Ay­dın Əmir­sol­tan oğ­lu Ab­dul­la­yev­gi­lin mən­zi­li de­yil?

- Ay­dın mə­nim oğ­lum­dur. Onun ba­şın­da nə iş var, qur­ba­nın olum ba­la, de­sə­nə?

Po­lis ser­jan­tı ata­ya qa­ra xə­bə­ri ve­rən ki­mi də yo­xa çıx­dı. Ata­nın son söz­lə­ri ca­vab­sız qal­dı. Qa­pı­nı zər­bə ilə dö­yən po­li­sin qə­fil gə­li­şi ata­nın dün­ya­sı­nı alt-üst et­di. Ki­şi ye­rin­də­cə do­nub qal­dı, po­li­sin çat­dır­dı­ğı acı xə­bər ana­nın qu­la­ğı­na ça­tar-çat­maz, o, ye­rə yı­xıl­dı, ha­lı da­ha da pis­ləş­di. Əmir­sol­tan ki­şi qa­pı­dan ara­la­nıb ar­va­dı­na dər­man ver­di. Son­ra isə po­li­sin ar­dın­ca ba­yı­ra çıx­dı, blo­kun qa­ba­ğın­da heç kəs gö­zə dəy­mir­di. O ye­ni­dən evə qa­yıt­dı ki, gör­sün hə­yat yol­da­şı­nın ha­lı özü­nə gə­lib­mi?

Ay­dın şə­hid ol­muş­du. Üs­tə­lik, xə­bə­rin ata­ya qə­fil ve­ril­mə­si hə­qi­qə­tən də Ab­dul­la­yev ai­lə­si­nə bö­yük hə­yə­can gə­tir­di. Ata və ana sar­sıl­mış­dı, nə edə­cək­lə­ri­ni bil­mir­di­lər. Xə­bər Ca­va­da da çat­dı. Yax­şı ki, hə­lə qa­tar yo­la düş­mə­miş­di... Cəb­hə­nin Tər­tər is­ti­qa­mə­tin­də düş­mən­lə tə­mas xət­tin­də atəş­kə­sin po­zul­ma­sı nə­ti­cə­sin­də Ay­dın Ab­dul­la­yev şə­hid­li­yə qo­vuş­muş­du. Te­le­vi­zi­ya­da A.Ab­dul­la­ye­vin şə­hid ol­ma­sı ilə bağ­lı ya­yı­lan xə­bər il­dı­rım sü­rə­ti ilə bü­tün Azər­bay­ca­na ya­yıl­dı. Bir ne­çə sa­ni­yə­yə bü­tün öl­kə xə­bər tut­du ki, tə­mas xət­tin­də atış­ma olub, gi­zir A.Ab­dul­la­yev snay­per­lə düş­mən tə­rə­fin­dən vu­ru­lub.

Gənc ya­şın­da tor­pa­ğa qis­mət olan Ay­dın dün­ya­dan qəh­rə­man ki­mi get­di. Ay­dı­nın cə­na­zə­si Ba­kı­ya gə­ti­ri­lən­də bərk ya­ğış ya­ğır­dı. San­ki Ay­dı­nın şə­hid­li­yi­nə göz ya­şı axı­dır­dı bu­lud­lar. Ay­dı­nın nə­şi­ni Ba­kı­da ya­ğış qar­şı­la­dı. El çıx­dı şə­hid ta­bu­tu­nun qar­şı­sı­na, ra­yon rəh­bər­li­yi, hərb­çi yol­daş­la­rı gəl­di Ay­dın­la vi­da­laş­ma­ğa.

Ay­dın üç­rəng­li bay­ra­ğı­mı­zı çox se­vir­di. Bay­ra­ğı­mı­zı hə­mi­şə qoy­nun­da giz­lə­dir­di. Onun ta­bu­tu çox sev­di­yi və özü ilə cəb­hə­yə apar­dı­ğı üç­rəng­li Azər­bay­can bay­ra­ğı­na bü­kül­müş­dü. O, son mən­zi­lə də üç­rəng­li bay­raq sev­gi­si­nə, mü­qəd­dəs­li­yi­nə bü­kü­lüb get­di...

Ana fər­yad qo­pa­rır­dı. Xa­la­la­rı ah-na­lə çə­kir­di. Heç kəs on­la­rı ovu­da bil­mir­di, heç kim on­la­ra tə­səl­li ver­mək gü­cün­də de­yil­di.

- Ay­dın, ni­yə mə­ni yan­dır­dın, ba­la, ni­yə ya­ra­lı ürə­yi­mə bir ya­ra da sən vur­dun, oğul? Mən sə­nə bəy ota­ğı ha­zır­la­yır­dım, gə­lin göz­lə­yir­dim, be­li­mi qı­ran oğ­lum! Bir ay­dan son­ra sən bəy­lik tax­tı­na otu­ra­caq­dın, oğ­lum! Bəy­lik gər­də­yi qa­ra­ya bü­rü­nən ba­lam vay! De­yir­din ki, ay ba­cı, (Ay­dın ana­sı­na və xa­la­la­rı­na ba­cı de­yir­di) qəh­rə­man ki­mi gə­lə­cə­yəm evə, özü də hə­mi­şə­lik. O bay­ra­ğı Şu­şa­ya sanc­ma­lıy­dın axı, ay oğul, ni­yə o bay­raq sə­nin ta­bu­tu­na sa­rıl­dı. Ta­bu­tun da bay­raq­dan ay­rı düş­mə­di. Yan­dım oğul, ya­man yan­dım...

Ana­lar ya­nar ağ­lar,

Tel­lə­rin sa­nar ağ­lar.

Dö­nər göy gö­yər­çi­nə,

Yol­la­ra qo­nar ağ­lar.

Han­sı yo­la qo­nub göz­lə­yim sə­ni, oğul. Tər­tə­rə­mi ge­dim, sə­ni Ba­kı­da­mı ax­ta­rım? Ay qız­lar, mə­nim ba­şı­ma nə qar idi yağ­dı be­lə? Ba­la­ma toy edə­cək­dim, toy. Qar­da­şı­mın to­yu­nu gör­mə­dik, de­dim Ay­dı­nın to­yu­nu gö­rəy­dik.

Oğul, ürə­yim şan-şan­dı,

Ağ saç­la­rım pə­ri­şan­dı.

Si­nəm qəm­lə­rə ni­şan­dı

Fə­lək oxu­nu ata­lı...

Ana­nın na­lə­si ürək­lə­ri dağ­la­yır­dı. Ana oğ­lu­nun nə­şin­dən ay­rıl­maq is­tə­mir­di. Elə hey de­yir­di ki, mə­ni də oğ­lum­la dəfn edin...

Se­vil ana­nın fər­ya­dı göy­də quş­la­rı da sax­la­yır­dı, göy­lə­ri ağ­la­dır­dı, tor­pa­ğın bağ­rı­nı şan-şan edir­di. Ana şə­hid ba­la­sı­nın nə­şin­dən qop­maq is­tə­mir­di. Ana­ya qo­şu­lub el ağ­la­yır­dı onun qəh­rə­man ba­la­sı­na.

Şə­hid ana­sı­yam mən,

Oda ya­na­sı­yam mən.

Ölüm har­da giz­lə­nib,

Gü­nü sa­na­sı­yam mən.

A.Ab­dul­la­ye­vin yas mə­ra­si­mi şə­hi­din adı­na la­yiq ol­muş­du.

Şə­hid qar­da­şı ilə vi­da mə­ra­si­min­də Ca­vad özü­nü sax­la­ya bil­mə­yib hön­kür­dü. Əs­lin­də, da­nış­maq is­tə­yir­di, am­ma göz ya­şı aman ver­mir­di ki, sö­zü­nü ta­mam et­sin. O, bir­tə­hər sa­kit­lə­şib qar­da­şı­nın qə­dəm qoy­du­ğu mü­ba­rək mə­qam­dan da­nış­dı:

- Əziz qar­da­şım, Ay­dın, mən sə­nin­lə fəxr edi­rəm. Ata­mız-ana­mız, qo­hum­la­rı­mız sə­nin­lə qü­rur du­yur. Fəxr edi­rəm ki, sən hə­lə sağ­lı­ğın­da düş­mən­dən qa­nı­nı ala bil­din. So­nun­cu də­fə sə­nin ya­xın dos­tun­la da­nış­dım. O de­di ki, Ay­dın hə­mi­şə bi­zə de­yir­di ki, gün gə­lə­cək siz mən­lə fəxr edə­cək­si­niz. Mən şə­hid, qəh­rə­man ola­cam. Vaxt gə­lə­cək, de­yə­cək­si­niz ki, Ay­dın mə­nim dö­yüş dos­tum, ko­man­di­rim olub.

Ay­dın, qar­da­şım, sən haq­lı­san, bu gün ha­mı sə­nin­lə fəxr edir - de­yə Ca­vad sö­zü­nü hön­kür­tü ilə bi­tir­di.

Ay­dı­nın nə­şi­ni bö­yük tən­tə­nə ilə Su­ra­xa­nı ra­yo­nun­da­kı Də­də Qor­qud qə­bi­ris­tan­lı­ğı­na apar­dı­lar. Ay­dın dəfn edi­lən­də yer-göy göz ya­şı ələ­yir­di. Bir oğul da Və­tən tor­pa­ğı­na qo­vuş­du. Qo­vuş­du ki, tor­pa­ğın ca­nı­na hop­dur­sun ca­nı­nı.

Ay­dın əbə­diy­yət evin­də­dir. Ata­sı, ana­sı, qar­daş­la­rı, ya­xın­la­rı, dost­la­rı Ay­dı­nın mə­za­rı­nı mü­qəd­dəs zi­ya­rət­ga­ha çe­vi­rib.

Əmir­sol­tan ki­şi oğ­lu­nun şə­hid ol­ma­sı­nı hə­yat yol­da­şın­dan fərq­li ola­raq da­ha tox­daq­lıq­la qə­bul edib, Ar­va­dı­na tez-tez tə­səl­li ve­rir:

- Se­vil, Ay­dı­na elə tər­bi­yə ver­dik ki, o, əsl ki­şi ki­mi ya­şa­dı, ki­şi ki­mi şə­hid ol­du. Bəs bi­zim ki­mi­lə­rin öv­la­dı ol­ma­sa, və­tə­ni kim qo­ru­yar?! Sən ba­şı­nı dik tut, şə­hid ana­sı­san axı. Sın­dır­ma­yaq özü­mü­zü. Bi­zim nə­sil hə­mi­şə ba­şı dik ya­şa­yıb. Ay­dı­nı və­tə­nə ba­ğış­la­dıq. Və­tən də Ay­dı­nı əbə­di ya­şa­da­caq.

Əri da­nış­dıq­ca, Se­vil ana onun üzü­nə qüs­sə­li-qüs­sə­li ba­xıb də­rin­dən kök­sü­nü ötü­rür­dü. O bil­mir­di ki, Əmir­sol­tan özü­nü onun ya­nın­da tox tut­sa da, özü giz­lin-giz­lin ağ­la­yır. Çöl­də-ba­yır­da xəl­vət yer ta­pan ki­mi gö­zü­nün ya­şı­na dəm ve­rir. Ab­dul­la­yev­lər ai­lə­si­nin ağ­saq­qa­lı ai­lə­nin için­də ağ­la­mır­dı ki, bir­dən ev­də­ki­lər ta­ma­mi­lə ruh­dan dü­şər. Özü­nü tox tu­tub hər kə­sə tə­səl­li ve­rir­di. Ağ­saq­qa­lın bir mis­si­ya­sı da bu­dur...

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 5 may.- S.15