Şəhid Aydın Abdullayevin adının əbədiləşdirilməsi zamanın tələbinə çevrilir... VIII yazı

Həf­tə­lər, ay­lar bir-bi­ri­ni tən­gi­nə­fəs edib qo­vur­du. Qay­nar qa­zan ki­mi hər gün qay­na­yan şə­hə­ri­miz­də çox şey də­yiş­miş­di. Bir­cə Ab­dul­la­yev­lər ai­lə­sin­də hər şey köh­nə qay­da­sın­da idi. On­lar üçün ba­har da, qış da, pa­yız da, yay da qüs­sə gə­ti­rir­di. Ev­də ha­ra ba­xır­dı­lar­sa, göz­lə­ri­nin önün­də şə­hid Ay­dı­nın su­rə­ti can­la­nır­dı. Se­vil ana da, Əmir­sol­tan ki­şi də ta­ma­mi­lə şad­lı­ğı unut­muş­du. On­la­ra elə gə­lir­di ki, bü­tün gün­lər, həf­tə­lər, ay­lar, hət­ta il­lər də bir-bi­ri­nə bən­zə­yir.

Hər şey göz­lə­ri­nə boz rəng­də gö­rü­nür­dü. Ata-ana oğul­la­rı­nın adı­nın əbə­di­ləş­di­ril­mə­mə­sin­dən na­ra­hat­lıq ke­çi­rir­di. Ata tər­tər­li­lər­dən mün­tə­zəm ola­raq mək­tub alır­dı. Göz ya­şı ilə yaz­dıq­la­rı mək­tub­lar­da ata­ya tə­səl­li ve­rir­di sə­da­qət­li Tər­tər ca­maa­tı. Ya­zır­dı­lar ki, Ay­dın tək­cə Ab­dul­la­yev­lər ai­lə­sin­dən yox, Tər­tər elin­dən ge­dib... Ata mək­tub­la­rı Se­vil ana­ya da oxu­yur­du. Nə ya­zıq ki, mək­tub­lar ana­ya tə­səl­li ola bil­mir­di...

Ay­dı­nın qəh­rə­man­lıq­la şə­hid ol­du­ğu Tər­tə­rin Qa­pan­lı kən­di­nin sa­kin­lə­ri Ab­dul­la­yev­lər ai­lə­si­nin ni­ga­ran­çı­lı­ğı­na şə­rik olur, şə­hid gi­zi­rin adı­nın əbə­di­ləş­di­ril­mə­si­nə na­il ol­maq üçün müx­tə­lif ün­van­la­ra mək­tub gön­də­rir­di­lər. Ay­dın qa­pan­lı­lar üçün doğ­ma öv­lad qə­dər əziz idi. On­lar hət­ta is­tə­yir­di­lər ki, Tər­tər­də də Ay­dı­nın adı­na kü­çə ol­sun. Ay­dı­nın xid­mət et­di­yi hər­bi his­sə­nin rəh­bər­li­yi də onun qəh­rə­man­lı­ğı­nın yad­daş­lar­da əbə­di həkk edil­mə­si üçün ça­lı­şır­dı.

Pa­yı­zın son ayı idi. Qış hə­lə gəl­mə­sə də, nə­fə­si hiss olu­nur­du. Ax­şam­lar şax­ta qı­lınc ki­mi ada­mı kə­sir­di. Dağ­lar­dan əsən so­yuq rüz­gar Qa­pan­lı ca­maa­tı­nın ca­nın­da gə­zi­şir­di. Bir tə­rəf­dən er­mə­ni­lə­rin baş­la­rı­na yağ­dır­dı­ğı od-alov, o bi­ri tə­rəf­dən pa­yı­zın so­yuq üzü ca­maa­tın gü­zə­ra­nı­na, əh­va­lı­na, əməl­li-baş­lı, pis tə­sir gös­tə­rir­di. Çün­ki er­mə­ni ya­raq­lı­la­rı­nın hər gün atəş aç­ma­sı nə­ti­cə­sin­də dinc sa­kin­lər hə­lak olur, mal-qa­ra­ya zi­yan də­yir, ca­ma­at bağ-bos­ta­nı­nın məh­su­lu­nu evə yığ­şı­ra bil­mir­di. Yığ­şı­ran da ru­zi­si­ni ağız da­dı ilə ye­mir­di. So­yuq ge­cə­lər­də iki-üç ai­lə bir ye­rə yı­ğı­şıb gün­də­lik və­ziy­yət­dən, er­mə­ni­lə­rin tö­rət­di­yi vəh­şi­lik­lər­dən da­nı­şır, ga­vur­la­rın yo­lu­nu kəs­mək haq­qın­da fi­kir­lə­şir­di­lər.

Kənd sa­kin­lə­ri bir ye­rə yı­ğı­şan­da söz-sö­zü çə­kir, Qa­pan­lı­nın mü­da­fiə­si uğ­run­da şə­hid olan Və­tən oğul­la­rı xa­tır­la­nır­dı. Ki­şi­li-qa­dın­lı ha­mı bir ağız­dan şə­hid gi­zir Ay­dın Ab­dul­la­ye­vi xa­tır­la­yır, onun ru­hu­na dua­lar oxu­yur­du­lar. Kənd ağ­saq­qa­lı Cə­fər Qu­li­yev sa­kin­lər­lə söh­bət za­ma­nı Ay­dı­nın hə­lə də adı­nın əbə­di­ləş­di­ril­mə­di­yi­ni yan­ğı ilə di­lə gə­ti­rir­di.

- Ay ca­ma­at, Ay­dın qa­pan­lı­la­rın doğ­ma ba­la­sı ki­mi idi. O bi­zi qo­ru­maq məq­sə­di­lə cəb­hə­yə gəl­miş­di. Bö­yük şü­ca­ət gös­tə­rib qəh­rə­man­lıq­la şə­hid ol­du. An­caq hə­lə də onun adı əbə­di­ləş­di­ril­mə­yib. Mə­nə be­lə gə­lir ki, Ay­dı­nı ya­xın­dan ta­nı­yan, onun qəh­rə­man­lı­ğı­na, cə­sa­rə­ti­nə, hü­nə­ri­nə bə­ləd olan in­san­lar ki­mi bə­zi qu­rum­la­ra mü­ra­ci­ət ün­van­la­yaq. O oğ­lan­la duz-çö­rək kəs­mi­şik, ağ­rı­yan ye­ri­mi­zə hə­mi­şə dər­man olub Ay­dın. Ha­ra­da da­ra düş­mü­şük­sə, da­dı­mı­za ye­tib. Biz mü­ra­ci­ət et­sək, yə­qin ki, onun adı­nı Ba­kı­da, Tər­tər­də kü­çə­yə, par­ka, mək­tə­bə ve­rər­lər. Ay­dı­nın ya­şa­dı­ğı bi­na­nın qar­şı­sın­da onun xa­ti­rə löv­hə­si vu­ru­lub. Bu az­dır. Bi­lir­si­niz, Ba­kı­da Ab­dul­la­yev­lər ai­lə­si­nin ya­şa­dı­ğı Gü­nəş­li qə­sə­bə­sin­də əli xalq qa­nı­na ba­tan bə­zi bol­şe­vik­lə­rin adı­na kü­çə­lər var. O kü­çə­lər­dən bi­ri­nə Ay­dı­nın adı ve­ril­mə­li­dir. Ata­sı ilə də­fə­lər­lə da­nış­mı­şam. O mə­nə bö­yük bir si­ya­hı ver­di. O si­ya­hı­da kim­lə­rin adı yox­dur, mən de­yim siz bi­lin:  Ça­pa­rid­ze kü­çə­si, Ok­tyab­rın 40 il­li­yi kü­çə­si, 1-ci za­vod dön­gə­si, Qə­zən­fər Mu­sa­bə­yov kü­çə­si, Mə­şə­di Əziz­bə­yov kü­çə­si, Şə­fəq kü­çə­si, Mək­təb­li kü­çə­si, Park kü­çə­si, Trans­port kü­çə­si, 1 may kü­çə­si, II mə­dən kü­çə­si, Zey­tun kü­çə­si ad­lı ün­van­lar var Ye­ni Gü­nəş­li­də. Xal­qı­mı­zın qa­ti­li olan in­san­la­rın ad­la­rı ni­yə ya­şa­ma­lı­dır? O kü­çə­lə­rə Ay­dın ki­mi el qəh­rə­man­la­rı­nın, Və­tən oğul­la­rı­nın adı ve­ril­mə­li­dir.

Kənd sa­kin­lə­ri Cə­fər mü­əl­lim­lə həm­rəy ol­duq­la­rı­nı bil­di­rib qə­ra­ra gəl­di­lər ki, Ba­kı­ya rəs­mi dai­rə­lə­rə mək­tub­la mü­ra­ci­ət et­sin­lər.

Qa­pan­lı­lar Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­da­fiə na­zi­ri Za­kir Hə­sə­no­va və Azər­bay­can Res­pub­li­ka­sı baş na­zi­ri­nin bi­rin­ci müa­vi­ni Ya­qub Ey­yu­bo­va mək­tub yaz­dı­lar.

Qa­pan­lı­la­rın mək­tu­bun­dan:

"Bi­zim böl­gə­də şə­hid ol­muş gi­zir Ay­dın Ab­dul­la­ye­vi ola bil­sin ki, kənd­də şəx­sən kim­sə ta­nı­ma­sın, am­ma adı Qa­pan­lı kən­din­də dil­lər əz­bə­ri ol­muş­du. Elə in­di də onun əziz xa­ti­rə­si qəlb­lər­də ya­şa­yır. O çox ün­siy­yət­cil oğ­lan idi. Cə­sur kəş­fiy­yat­çı idi. Biz da­im onun igid­lik­lə­ri ilə fəxr edi­rik.

İs­tər­dik ki, xa­ti­rə­si əbə­di ya­şa­sın. Xa­hiş edi­rik ki, onun ai­lə­si­nin ya­şa­dı­ğı Ba­kı­da­kı Ye­ni Gü­nəş­li qə­sə­bə­sin­də­ki "V" ya­şa­yış sa­hə­si­nə şə­hid gi­zir Ab­dul­la­yev Ay­dın Əmir­sol­tan oğ­lu­nun adı­nın ve­ril­mə­si­nə kö­mək­lik gös­tə­rə­si­niz".

Tər­tər şə­hə­ri­nin sa­kin­lə­ri də Ay­dı­nın adı­nın əbə­di­ləş­di­ril­mə­si­nin tə­rəf­da­rı idi­lər. Şə­hə­rin Əda­lət Pa­şa­yev kü­çə­si­nin sa­kin­lə­ri adın­dan Bəx­ti­lə Sə­lim qı­zı Əli­ye­va Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­da­fiə na­zi­ri Za­kir Hə­sə­no­va və Azər­bay­can Res­pub­li­ka­sı­nın baş na­zi­ri­nin bi­rin­ci müa­vi­ni Ya­qub Ey­yu­bo­va mək­tub ün­van­la­dı.

Bəx­ti­lə xa­nım ya­zır­dı: "Tər­tər şə­hə­ri Əda­lət Pa­şa­yev kü­çə­si­nin sa­ki­ni­yəm. Bu mü­ra­ci­ət­lə Siz­dən çox xa­hiş edi­rəm ki, Tər­tər ra­yo­nu Qa­pan­lı kən­din­də hər­bi xid­mət za­ma­nı igid­lik­lə şə­hid ol­muş Ba­kı şə­hər sa­ki­ni Ab­dul­la­yev Ay­dın Əmir­sol­tan oğ­lu­nun xa­ti­rə­si­ni əbə­di­ləş­dir­mək üçün onun ai­lə­si­nin ya­şa­dı­ğı Ba­kı­da­kı Ye­ni Gü­nəş­li qə­sə­bə­sin­də­ki "V" ya­şa­yış sa­hə­si­nə şə­hid gi­zir Ay­dın Ab­dul­la­ye­vin adı­nın ve­ril­mə­si­nə kö­mək­lik gös­tə­rə­si­niz. Hər bir tər­tər­li ki­mi mən də fəxr edi­rəm, qü­rur his­si ke­çi­ri­rəm ki, Ay­dın Ab­dul­la­yev ki­mi qey­rət­li, Mil­li Qəh­rə­man adı­na la­yiq gənc­lə­ri­miz var.

"Və­tən sağ ol­sun!" de­yi­rik".

2015-ci ilin 12 no­yabr ta­ri­xin­də ya­zıl­mış­dı bu mək­tub. Tər­tər şə­hər sa­kin­lə­ri Ay­dı­nın adı­nın əbə­di­ləş­di­ri­lə­cə­yi gü­nü in­ti­zar­la göz­lə­yir­di.

Tər­tər şə­hə­ri, Z.Əh­mə­do­va kü­çə­si 23 ün­va­nın­da ya­şa­yan Azər­bay­can Mət­bu­at Şu­ra­sı­nın üz­vü Svet­la­na Ba­ğı­ro­va 16.10.2015-ci il ta­ri­xin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­da­fiə na­zi­ri Za­kir Hə­sə­no­va və Azər­bay­can Res­pub­li­ka­sı­nın baş na­zi­ri­nin bi­rin­ci müa­vi­ni Ya­qub Ey­yu­bo­va yaz­dı­ğı mək­tub­da da Ay­dı­nın adı­nın əbə­di­ləş­di­ril­mə­si­ni xa­hiş edir­di.

Svet­la­na xa­nı­mın mək­tu­bun­dan:

"Bu gün­lər­də şə­hid Ay­dın Ab­dul­la­ye­vin qəh­rə­man­ca­sı­na hə­lak ol­ma­ğı­nın 2 ili ta­mam ola­caq. O bi­zim böl­gə­də-Tər­tə­rin cəb­hə­ya­nı kən­di olan Qa­pan­lı­da xid­mət edir­di. 2 il keç­mə­si­nə bax­ma­ya­raq, həm də dö­yüş dost­la­rı, həm də kənd ca­maa­tı onun şü­caə­ti­ni unut­mur, haq­qın­da həm qü­rur his­si, həm də ürək ağ­rı­sı ilə da­nı­şır­lar.

Onun özü­nün ya­şı­nın az ol­ma­sı­na bax­ma­ya­raq, hət­ta özün­dən bö­yük­lər be­lə Ay­dı­nı öz­lə­ri­nə bö­yük qar­daş­la­rı he­sab edir­di­lər. Onun pos­tun­dan quş da ke­çə bil­məz­di. Özü də ayıq-sa­yıq idi, əs­gər­lər­dən də bu­nu tə­ləb edir­di.

Xa­hiş edi­rik ki, onun ai­lə­si­nin ya­şa­dı­ğı Ba­kı­da­kı Ye­ni Gü­nəş­li qə­sə­bə­sin­də­ki "V" ya­şa­yış sa­hə­si­nə şə­hid Ay­dın Ab­dul­la­ye­vin adı­nın ve­ril­mə­si­nə kö­mək­lik gös­tə­rə­si­niz".

"N" say­lı hər­bi His­sə­nin za­bi­ti Va­qif Ada­mov 15.10.2015-ci il­də Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­da­fiə na­zi­ri Za­kir Hə­sə­no­va və baş na­zi­rin bi­rin­ci müa­vi­ni Ya­qub Ey­yu­bo­va ün­van­la­dı­ğı mü­ra­ci­ət­də şə­hid gi­zi­rin qəh­rə­man­lı­ğın­dan da­nı­şır. Za­bit ya­zır: "Şə­hid Ay­dın Ab­dul­la­yev­lə ey­ni hər­bi his­sə­də xid­mət et­mi­şik. Biz onu həm ko­man­dir, həm də bö­yük qar­daş ki­mi çox se­vir­dik. O də­fə­lər­lə düş­mə­nin can­lı qüv­və­si­ni və hər­bi tex­ni­ka­sı­nı məhv et­miş­di. 2013-cü ilin ok­tyabr ayı­nın 26-da o, düş­mən hü­cu­mu­nun qar­şı­sı­nı alar­kən qəh­rə­man­ca­sı­na şə­hid olub.

Biz he­sab edi­rik ki, Ay­dın ən şə­rəf­li, ən yük­sək ad­la­ra la­yiq­dir. O, Ba­kı­da Ye­ni Gü­nəş­li qə­sə­bə­sin­də ya­şa­yır­dı. Çox xa­hiş edi­rik ki, onun ya­şa­dı­ğı kü­çə­yə adı­nın ve­ril­mə­si­nə kö­mək­lik gös­tə­rə­si­niz".

Tər­tər ra­yo­nu­nun Ağ­kənd, Qa­ra­dağ­lı, Qa­pan­lı kənd sa­kin­lə­rin­dən ey­ni ün­va­na bir ne­çə mək­tub gön­də­ril­di.

Bu mək­tub­la­rın hər bi­rin­də cə­sur Azər­bay­can oğ­lu­nun mərd­lik­lə, rə­şa­dət­lə düş­mə­nə qar­şı apar­dı­ğı mü­ba­ri­zə əks olu­nur, onun qəh­rə­man­lı­ğı ilə öyü­nü­lür­dü.

On­lar mək­tu­bun bir su­rə­ti­ni də Ab­dul­la­yev­lər ai­lə­si­nə gön­dər­miş­di. Ay­dı­nın ata-ana­sı bu mək­tub­la­ra ba­xıb oğul­la­rı­nın Tər­tər ca­maa­tı­nın qəl­bin­də qoy­du­ğu iz­lə fəxr edir­di­lər. Ata­nın özü də oğ­lu­nun adı­nın əbə­di­ləş­di­ril­mə­si üçün də­fə­lər­lə mü­ra­ci­ət et­miş­di. Hər də­fə ona: "Da­rıx­ma, Əmir­sol­tan da­yı, Ay­dı­nın adı­nı müt­ləq əbə­di­ləş­di­rə­cə­yik. Azər­bay­can döv­lə­ti heç bir şə­hi­di­nin xa­ti­rə­si­nə bi­ga­nə qal­ma­yıb, qal­mır da. Biz tər­tər­li­lə­rin yaz­dıq­la­rı is­ti, hə­ra­rət­li mək­tub­lar­dan oxu­yu­ruq ki, si­zin oğ­lu­nuz düş­mə­nə aman ver­mə­yib, bö­yük qəh­rə­man­lıq­lar gös­tə­rib. Si­zin ya­şa­dı­ğı­nız bi­na­ya Ay­dı­nın xa­ti­rə löv­hə­si vu­ru­lub, sağ­lıq ol­sun, xa­ti­rə­si da­ha yük­sək sə­viy­yə­də əbə­di­ləş­di­ri­lə­cək" - bil­di­ri­lir­di.

Ata ümid­lə göz­lə­yir. Elin hör­mə­ti­ni qa­za­nan, el yo­lun­da ca­nı­nı fə­da edən son­be­şi­yi­nin adı­na kü­çə ve­ri­lə­cə­yi gü­nün uzaq­da ol­ma­dı­ğı­na qə­tiy­yən ümi­di­ni itir­mir. Ata yax­şı bi­lir ki, döv­lət şə­hid­lə­rə, şə­hid ai­lə­lə­ri­nə xü­su­si hör­mət və qay­ğı ilə ya­na­şır. İn­di­yə qə­dər on­lar­la şə­hi­din adı mək­tə­bə, par­ka, kü­çə­yə, pros­pek­tə ve­ril­miş­di. Şə­hid­lik zir­və­si­ni fəth edən­lər döv­lə­tin və xal­qın eh­ti­ram gös­tər­di­yi in­san­lar­dır.

Ana­nın göz­lə­ri yol çə­kir­di elə bil. Ürə­yin­dən keç­di ki, ca­nı tut­say­dı, Şab­ra­na, qa­yı­na­ta­sı­nın yur­du Zey­və kən­di­nə ge­dər­di. Elə hey fik­ri ora­da idi. Ana özü­nü ovu­dur­du ki, bəl­kə Zey­və­yə get­sə, ora­da Ay­dın­la qar­şı­la­şa bi­lər. Ana Ay­dı­nın yox­lu­ğu­na gah ina­nır­dı, gah inan­mır­dı. Bir­dən ona elə gə­lir­di ki, qə­fil muş­tu­luq­çu gə­lib:

- Se­vil ana, muş­tu­lu­ğu­mu ver, Ay­dın gə­lir, - de­yə­cək.

Ev­də heç kəs ol­ma­yan­da ana Ay­dı­nın şə­kil­lə­ri­ni evin hər ye­ri­nə dü­zür, ge­yim­lə­ri­ni san­dıq­dan çı­xa­rıb qox­la­yır­dı. O, oğ­lu­nun gah ge­yi­mi, gah da şə­kil­lə­ri ilə da­nı­şır, şə­kil­lə­ri qu­caq­la­yıb sa­at­lar­la su­sur­du. Sus­duq­ca özü­nə qa­pı­lır, ta­ma­mi­lə baş­qa bir dün­ya­ya, alə­mə ge­dib çı­xır­dı.

Ana Zey­və­yə get­mək is­tə­yir­di. Ar­zu­su­nu əri­nə de­yən­də Əmir­sol­tan ki­şi:

- Bir az dü­zəl, ge­də­rik. Bir az da ha­va­lar qız­sın, ora­lar dağ ye­ri­dir, sə­nə so­yuq olar. Hə­lə gö­rək tər­tər­li­lə­rin Ay­dı­nın adı­nın əbə­di­ləş­di­ril­mə­si ilə bağ­lı mü­ra­ci­ət­lə­ri­nin ta­le­yi ne­cə ola­caq? Bir­cə biz sağ ikən ba­la­mı­zın adı əbə­di­ləş­səy­di... Se­vil, bi­zim ya­şa­dı­ğı­mız "V" ya­şa­yış sa­hə­si­nə Ay­dı­nın adı ve­ril­səy­di, dər­dim ol­maz­dı. Fəxr edər­dim ki, oğ­lu­mun adı­nı da­şı­yan ün­van­da ya­şa­yı­ram. Bu mə­nim öm­rü­mü uza­dar­dı, elə sə­nin də ağ­rı­la­rın di­nər­di. Ya­ra­lı ürə­yi­nin qa­nı da­ya­nar­dı, ay Se­vil. Sən Ay­dı­nı igid, qorx­maz bö­yüt­dün. Gö­rür­sən Tər­tər ca­maa­tı nə­lər ya­zır Ay­dın­dan? Ay­dın ya­lan­çı, fı­rıl­daq­çı ol­say­dı, heç ca­ma­at, el onu ya­da sa­lar­dı?!

Ba­bam Sul­tan Əh­məd, atam Bəh­ram ki­şi Şab­ra­nın ad­lı-san­lı pəh­lə­van­la­rın­dan olub. Ay­dın da on­la­ra çək­di. Ni­yə de­yir­lər əs­lin­də olan dır­na­ğın­da bil­di­rər. Ay­dın pəh­lə­van ba­ba­la­rı­nın kö­kü üs­tə, izi üs­tə ucal­dı. Ay­dın Tər­tə­rə ge­dən­də bir əl­cə uşaq idi. 20-21 ya­şı var­dı, am­ma gör el on­dan nə­lər da­nı­şır. Bir­cə ba­la­mın adı əbə­di­ləş­di­ril­səy­di, öl­məz­dik...

On­suz da oğul dər­di qəd­di­mi­zi əyib ka­ma­na dön­də­rib...

Əmir­sol­tan ki­şi da­nış­dıq­ca Se­vil ana göz ya­şı axı­dır­dı. Ki­şi ar­va­dı­nın göz ya­şı­na dö­zə bil­mir­di. Se­vil ana ağ­la­yan­da o elə bi­lir­di ki, bü­tün dün­ya ağ­la­yır, yer-göy göz ya­şı tö­kür. Se­vil ana ağ­la­yan­da Əmir­sol­tan ki­şi onu ki­ri­də, ovu­da bil­mir­di. Ana qəl­bi­ni an­caq ba­la ovu­da bi­lir. Bu­nu ağ­saq­qal yax­şı bi­lir­di. Odur ki, be­lə olan­da ar­va­dı­nı otaq­da tək qo­yub o bi­ri ota­ğa ke­çir­di ki, ağ­la­yıb ürə­yi­ni sa­kit­ləş­dir­sin.     

Ana qol­la­rı­nı si­nə­si­nə çar­paz­la­yıb için­də sı­zıl­da­yır­dı:

Ay doğ­du üzə düş­dü,

Sür­mə­lər gö­zə düş­dü.

Heç ay­rı­lıq yox idi,

Ay­rı­lıq bi­zə düş­dü.

Hər qa­pı dö­yü­lən­də ana "Ay­dın" de­yir­di, Əmir­sol­tan ki­şi isə

- A ba­la, gö­rün gə­lən poç­tal­yon­dur? Mə­nə mək­tub gə­tir­mə­li­dir. Hər də­fə poç­ta ge­di­rəm ki, döv­lət ida­rə­lə­ri­nə mək­tub yaz­mı­şam, onun ca­va­bı hə­lə gəl­mə­yib? De­yir­lər ki, mək­tub ol­sa, poç­tal­yon gə­ti­rə­cək...

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 12 may.- S.15