Bakı İslam Oyunlarının qlobal siyasi rezonansı getdikcə güclənir
İslam dünyasının
həmrəyliyi üçün
İslam Oyunlarının
çox mühüm
rolu Səudiyyə dövləti səviyyəsində
dəyərləndirildi...
img
Bakıda keçirilən
IV İslam Həmrəyliyi
Oyunlarının İslam
dünyasının həmrəyliyi
üçün çox
mühüm rolu var. "Trend"in
məlumatına görə,
bunu jurnalistlərə
Səudiyyə Ərəbistanı
Krallığının Milli Olimpiya Komitəsi prezidentinin
müavini, şahzadə
Əldüblhəkim Əl
Səud deyib.
Onun sözlərinə görə, bu idman oyunları müxtəlif müsəlman
ölkələrini bir
araya gətirirərək,
onları bu yarışlar ətrafında
birləşdirir: "IV İslam Həmrəyliyi
Oyunları çox gözəl təşkil
edilib və biz buna görə
Azərbaycana təşəkkürlərimizi
bildiririk. Belə yüksək səviyyədə
təşkilatçılıq İslam həmrəyliyi
yolunda bir addım sayılır. Hesab edirik ki, bu cür
oyunlar İslam həmrəyliyini, müxtəlif
sahələrdə olduğu
kimi, idman sahəsində də genişləndirəcək".
Şahzadə Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam
Həmrəyliyi İli"
elan etməsini də yüksək qiymətləndirib:
Qeyd edək ki, Səudiyyə Ərəbistanının
Milli Olimpiya Komitəsi səfirliklə
birgə Bakı-2017 IV İslam
Həmrəyliyi Oyunlarında
iştirak edən idmançılarının şərəfinə
ziyafət təşkil
edib. Mərasimdə IV İslam Həmrəyliyi
Oyunlarında iştirak
edən səudiyyəli
idmançılar, ölkəmizdə
akkreditə olunmuş
diplomatik korpus rəhbərləri, Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı və digər rəsmilər,
ictimaiyyət nümayəndələri
iştirak edib.
İtaliya KİV-də IV İslam Həmrəyliyi Oyunlarına
geniş reaksiya var
IV İslam Həmrəyliyi Oyunları
zamanı Xəzərdən
başlayan su səyahəti çərçivəsində
suyun müxtəlif
regionlara aparılması
simvolik olaraq Azərbaycan xalqının birliyini, habelə İslam ölkələrinin və
İslam dəyərlərinin
həmrəyliyini ifadə
edir. Baki-xeber.com-un məlumatına görə, bu barədə İtaliyanın
"Notizie Geopolitiche"
portalında yayımlanan
"Azərbaycan. İslam
Həmrəyliyi Oyunları.
Multikulturalizmin gücü"
məqaləsində bildirilir.
Məqalədə "Azərbaycanın Mərkəzi Cənubi
İtaliyada dostları"
assosiasiyasının siyasi
analitiki Fortunato Materazzonun fikirlərinə
istinadən Azərbaycanın
həm müsəlman
ölkələri arasında
dialoqa, həm də İslam dünyasının Qərb
ilə dialoquna töhfə verən və müxtəlif mədəniyyət və
dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasını təmin
edən müsbət
multikulturalizm nümunəsi
olduğu qeyd olunur.
Müəllif, habelə, ölkəmizin
BMT-nin 2000-ci ildə qəbul etdiyi "Minilliyin İnkişaf
Məqsədləri" çərçivəsində yoxsulluğun azaldılması
və inkişaf məqsədlərini uğurla
həyata keçirərək,
yoxsulluq probleminə
effektiv həll yolu tapdığı barədə də danışır.
Yazıda Azərbaycanın dünyəvi dövlət
quruluşu haqqında
da danışılaraq
qeyd olunur ki, əhalisinin böyük əksəriyyəti
müsəlman olan ölkəmizdə müxtəlif
etnik və dini azlıqlar
dinc yanaşı yaşayır və dövlət onlara bərabər hüquqlar
təmin edir. Paytaxt Bakıda beş məscid, üç sinaqoq, bir katolik və bir protestant kilsəsinin mövcudluğuna
diqqəti çəkən
müəllif Azərbaycanın
dini tolerantliq sahəsində də dünyaya nümunə
olduğunu diqqətə
çatdırır.
İndoneziyanın mövqeyi - İslamiada
müsəlman ölkələri
arasında qarşılıqlı
anlaşmanı möhkəmləndirəcək
İndoneziya Bakıda keçirilən
IV İslam Həmrəyliyi
Oyunlarında fəal
iştirak edir və ümid edirik ki, bu
oyunlar İslam ölkələri arasında
qarşılıqlı anlaşmanın
möhkəmlənməsinə öz töhfəsini verəcək. Bunu "Trend"ə İndoneziyanın
Bakıdakı səfirliyinin
birinci katibi Angela
Soevono deyib.
Onun sözlərinə
görə, Oyunlarda
cüdo, karate, taekvondo,
uşu, suyatullanma,
basketbol, gimnastika və digər idman növlərində
yüzdən çox
indoneziyalı idmançı
iştirak edir.
Diplomat qeyd edib
ki, İslamiada sayəsində beynəlxalq
ictimaiyyət Azərbaycan
barədə daha çox biləcək. Bu yarışlar həmçinin,
Azərbaycanın iqtisadi
və turizm potensialının inkişafına
da müsbət təsir
göstərəcək.
Qeyd edək
ki, Bakı-2017 İslam Həmrəyliyi
Oyunları mayın
22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının
16 idman obyektində
21 idman növü üzrə keçirilir.
Namiq QULİYEV
Bakı
xəbər.- 2017.- 18 may.- S.5