Bakı Şoppinq
Festivalına 700 min vəsait
qoyan Azərbaycan 5,6 milyon manat
qazanc əldə etdi...
Aprelin 10-dan mayın 10-dək Azərbaycanda
ilk dəfə olaraq
Ticarət festivalı
- (Baku Chorring Festival) təşkil
olundu.
Prezident
İlham Əliyevin
2016-cı il 1 sentyabr
tarixində imzaladığı
"Azərbaycan Respublikasında
turizmin inkişafı
ilə bağlı əlavə tədbirlər
haqqında" Sərəncama
əsasən keçirilən
festivalın təşkilatçısı
Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində fəaliyyət
göstərən Azərbaycan
Konqreslər Bürosu
idi.
Mayın 24-də "Bulvar Hotel"də Bakı Şoppinq Festivalının nəticələrinə
həsr olunan mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Şoppinq festivalı haqqında
məlumat verərək
bildirib ki, dünyada əsasən xarici turistlər üçün nəzərdə
tutulan ticarət festivalları məhz
ilk dəfə Azərbaycanda
yerli vətəndaşları
da əhatə etdi:
"Ölkəmizdə ilk dəfə təşkil
olunan Ticarət festivalına həm yerli sakinlərin, həm də şəhərimizin qonaqlarının
marağı yüksək
olub. Bu festivaldan
daha çox yerli vətəndaşlar
yararlanıb. Əldə olunan
nəticələrə görə deyə bilərik ki, festival kifayət qədər müsbət nəticələrlə
yadda qaldı. Festivalın keçirilməsi ilk növbədə iqtisadi
amillərlə bağlıdır.
Qısa
müddətdə hazırlanan
festival müvafiq dövlət
orqanlarının səyləri
nəticəsində yüksək
səviyyədə baş
tutdu. Biz ehtimal edirik ki, bu ilin
sonuna qədər ikinci festivalın da keçirilməsi nəticəsində
büdcəyə 40-50 milyon
vəsait daxil olacaq".
Nazir daha sonra Şoppinq Festivalın nəticələri
haqqında məlumat
verib. Bildirib ki, bu cür festivallar ölkəmizdə ənənəvi
olaraq keçiriləcək.
Ölkəmizin turizm
sənayesinin inkişafı
istiqamətində atılan
digər addımlarla
yanaşı, Şoppinq
festivalı da bu sahəyə öz töhfəsini verəcək:
"Apardığımız rəy sorğularına
görə Bakı Şoppinq Festivalında
iştirak edənlərin
98 faizi festivaldan məmnun qaldığını
bildirib. Ümumən festivalın keçirilməsinə
cəmi 700 min manat xərclənib. Ümumi büdcə
1 milyon manatı keçməyib. Dövlət
büdcəsinə isə
5,6 milyon manat vəsait daxil olub".
Qeyd olunub ki, aprel ayı
ərzində ölkəmizə
187 min 577 turist gəlib. 15 hədəf
ölkə üzrə
ötən ilin müvafiq dövrü ilə müqayisədə
23 faiz artım var. Mayın ilk on günündə
isə Azərbaycana
70 min 776 turist gəlib
və 15 hədəf
ölkə üzrə
keçən ilin müvafiq dövrünə
nisbətən 32 faiz
artım olub.
Nazir festivalın tanıtım
tədbirlərinin də
uğurla həyata keçirildiyini deyib:
"Sevindirici haldır
ki, ölkəmizdə
gerçəkləşən festival beynəlxalq və yerli medianın geniş müzakirə
mövzusuna çevrilib.
Bakı
Şoppinq Festivalının
marketinqi, dünya mediasında işıqlandırılması
və təbliğatı
sahəsində də
mühüm işlər
görülüb. Belə
ki, ölkəmiz də daxil olmaqla, ümumilikdə
54 ölkədə TV, radio, onlayn media, sosial şəbəkələr və
internet televiziyası vasitəsilə
festival haqqında məlumatlar
yayılıb. Xüsusi olaraq
sosial şəbəkələrdə
festival barədə informasiyaları
milyonlarla insan izləyib. Bunlardan daha
çoxu Rusiya, Səudiyyə Ərəbistanı,
Ukrayna, Qazaxıstan,
Belarus, Gürcüstan, Birləşmiş
Ərəb Əmirlikləri,
Oman və Qətərdə
qeydə alınıb".
Bildirilib ki, festival çərçivəsində
bir sıra mədəni tədbirlər
təşkil olunub:
"Bir ay müddətində
şou-proqramlar, əyləncəli
tədbirlər keçirilib.
Həmçinin paytaxtın Sabir
bağında Mədəniyyət
və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu tərəfindən
mədəni tədbirlər
təşkil edilib.
İlk dəfə keçirdiyimiz bu
festival özünəməxsus yeniliklər, maraqlı
mədəni tədbirlər
və sürprizlərlə
zəngin idi. Azərbaycanın zəngin mədəniyyətini,
turizm imkanlarını,
eləcə də ticarət potensialını
əks etdirən
festival ilk gündən ziyarətçilərin
və iştirakçıların
böyük axınına
səbəb oldu.
Festival çərçivəsində
ticarət mərkəzlərinin
ərazisində, İçərişəhərdə,
Sabir bağında və şəhərimizin
digər görkəmli
yerlərində təşkil
edilmiş müxtəlif
tədbirlərdə 200 minədək
ziyarətçi iştirak
edib".
Nazir sonda Bakı Şoppinq Festivalının təşkil
olunmasında əməyi
keçən hər
kəsə təşəkkürünü
bildirib. Onu da əlavə edib
ki, növbəti Şoppinq festivalı üçün hazırlıqlara
başlanacaq.
Vergilər nazirinin müavini
Sahib Ələkbərov festivalın
əhəmiyyətindən danışaraq qeyd edib ki, beynəlxalq
təcrübənin öyrənilməsi
və tətbiq edilməsi yolu ilə həyata keçirilən bu əhəmiyyətli layihə
ilk dəfədən ölkəmizdə
turizmin inkişafı,
ticarətin, habelə
pərakəndə satışın
genişlənməsi baxımından
uğurlu olub. Festivalın yerli sahibkarlığın
inkişafı sarıdan
effektiv olduğunu
söyləyən Sahib Ələkbərov
qeyd edib ki, festival çərçivəsində
vətəndaşlarımızın
da xarici turistlərə
şamil olunan
ƏDV-nin qaytarılması
sistemindən yararlanmasına
şərait yaradılıb.
Diqqətə çatdırılıb ki,
Festival müddətində 205 mağaza iştirakçı
kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarmaq
proqramına qoşulub. "Tax Free"
sistemi üzrə
23 min 242 ədəd hesab
faktura verilib. Təsdiqlənmiş fakturalar
üzrə ümumi
dövriyyə 18 milyon
167 min 892 manat olub və banklar alıcılara 1 milyon
800 min manat məbləğində
ƏDV qaytarıb. Festival
aylığı ərzində
alıcılar 30-70 faiz
arası endirimlərdən
və satış kampaniyalarından faydalanıb.
Festival iştirakçılarından
əldə edilmiş
məlumatlara görə,
ötən ilin müvafiq dövrü ilə müqayisədə
2017-ci ilin aprelində
premium geyim və aksesuar mağazalarında
15 faizədək, kütləvi
geyim brendlərinin
satışını həyata
keçirən mağazalarda
46 faizədək, elektronika
və məişət
avadanlıqlarının satışını həyata
keçirən mağazalarda
isə 200 faizədək
satış həcminin
artması qeydə alınıb.
Sonra Azərbaycan
Konqreslər Bürosunun
direktoru Ülviyyə
Mirqasımova və
Bakı Şəhər
İcra Hakimiyyəti
başçısının müavini Fidumə Hüseynova çıxış
edərək festivalın
əhəmiyyətindən, festival çərçivəsində görülən işlərdən
danışıb. Bildirilib ki,
unikallığı ilə
seçilən Bakı
Şoppinq Festivalı
gələcəkdə bazarı
uyğun məhsullarla
təmin etməklə
yanaşı, alıcıların
tələbatının və şopinq vərdişlərinin nəzərə
alınmasını da planlaşdırır.
Qeyd edək ki,
1 ay müddətində
ƏDV-nin qaytarılması
sisteminə qoşulmuş
obyektlərin üzərinə
xüsusi "Baku Shopping Festival - Tax Free" stikeri yerləşdirilmişdi.
ƏDV-nin qaytarılması
üçün Vergilər
Nazirliyi ilə birlikdə 6 alış-veriş
mərkəzində xüsusi
köşklər fəaliyyət
göstərib. Festival günlərində
100 manat və daha çox alış-veriş edən
hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı aldığı
malın ƏDV-ni (18
faiz - müvafiq xidmət rü
Bakı
xəbər.- 2017.- 25 may.- S.10