Şəki UNESCO-nunyaradıcı şəhərlərisırasında...

Qiymət Məhərrəmli: “Şəki qədim mədəniyyətimizi, arxitekturamızı, mətbəximizi, ipəkçilik ənənəsini özündə yaşadan tarixi şəhərdir

 

Şəki Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olub, bu gün həmin ənənəni qoruyub saxlayır. Şəki, həmçinin, qədim sənətkarlıq mərkəzidir. Xalq sənətkarlığının bütün növləri burada yüksək səviyyədə inkişaf etdirilib. Nəsildən-nəsilə keçən sənətkarlıq nümunələri turistlərin böyük marağına səbəb olur, onlar tərəfindən bu əl işləri həvəslə alınır.

Sevindirici haldır ki, artıq Azərbaycanın sənətkarlıq paytaxtı olan Şəki UNESCO tərəfindənYaradıcı şəhərelan edilib. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi tərəfindən hazırlanmış namizədlik sənədi UNESCO Katibliyinə təqdim edilib AR Mədəniyyət Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi UNESCO yanındakı Daimi Nümayəndəliyin birgə səyləri nəticəsində Şəki şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinəsənətkarlıq xalq yaradıcılığıtematikası üzrə daxil edilib.

UNESCO-nun baş direktoru İrina Bokovanın qərarı iləYaradıcı şəhərlər şəbəkəsisiyahısına 44 ölkədən 64 şəhər daxil edilib. Bu şəbəkə innovasiya yaradıcılığı yeni şəhər strategiyasının davamlı daha inklüziv inkişafının əsas faktoru kimi göstərir. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradır yeni siyahı ilə şəhərlərin tipologiyasının coğrafi balansının müxtəlifliyini əks etdirir.

2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media musiqi. Hazırda şəbəkənin 72 ölkədə 180 şəhəri var.

Şəki şəhərinin UNESCO tərəfindənYaradıcı şəhərelan edilməsinə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi, şair-publisist, əslən Şəkidən olan Qiymət MəhərrəmliBakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri Şəkidir: “Şəkinin küçələrində olan şəxs qədimlik müasirliklə tanış olar. Şəkidə mədəniyyət abidələrinin qorunub saxlanması halı yaşanır. Şəki əhlinin yaşayış tərzi, onların danışığı, evlərin qədim formada olması yaradıcılığın nümunələrindən biridir. Şəki bir növ muzeydir. Hesab edirəm ki, bu hadisə turistləri cəlb edəcək. Şəkinin adı, tarixi daha çox təbliğ olunacaq. Şəkinin gözəlliyi ilə tanış olmaq istəyən şəxs avtomobillə deyil, ayaqla gəzməlidir. Çünki Şəkinin hər qarışında yaradıcılıq hiss olunur”.

Həmsöhbətimizin sözlərinə görə, Şəki qədim mədəniyyətimizi, arxitekturamızı, mətbəximizi, ipəkçilik ənənəsini özündə yaşadan tarixi şəhərdir: “Şəki həqiqətən maraqlı məkandır. Şəki Türk dünyasının layiqli şəhəri kimi bütün dünyada təbliğ ediləcək”.

Günel CƏLİLOVA

Bakı xəbər.- 2017.- 3 noyabr.- S.15.