Dünya şöhrətli musiqiçilərin ustad dərsləri Azərbaycan klassik musiqisinin inkişafı üçün əhəmiyyətli ola bilər

Zümrüd Dadaşzadə: “Ustad dərsləri gənclərin gələcəkdə müsabiqələrdə iştirakı üçün əvəzolunmaz əhəmiyyətə malikdir”

Gülüm Qiyasova: “Sözsüz ki, bu ustad dərsləri gənclərə müsbət təsir göstərəcək onlar çox şey əxz edəcəklər

 

Ustad dərsləri mədəniyyət, eləcə digər sahələr üzrə mütəxəssislərin yetişdirilməsində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda klassik musiqinin tarixi böyükdür musiqinin bu sahəsində böyük sənətkarlar yetişib, dünya miqyaslı əsərlər yaranıb.

Dövlətin klassik musiqi sahəsinə göstərdiyi qayğı nəticəsində bu sahəyə gənclərin axını çoxdur. Ciddi musiqi ilə maraqlanan gənclərin çoxluğu, əslində, milli klassik musiqimizin qələbəsidir. Keçən əsrin 90-cı illərindən başlayaraq dünyanın klassik musiqi sahəsi üzrə böyük musiqiçiləri, pianoçuları, skripkaçıları, müğənniləri Azərbaycana dəvət edilir. O sənətkarlar burada gənc klassik musiqiçilərə ustad dərsləri keçirlər. İndiyə qədər bir neçə dünya şöhrətli musiqiçi Azərbaycanda səfərdə olub onlar burada ustad dərsləri keçiblər. Düzdür, ustad dərsləri iki-üç gün davam edib, amma gənclər bu ustad dərslərindən böyük nəticələr əldə ediblər.

Dünya şöhrətli musiqiçilərin Azərbaycan klassik musiqisi sahəsində ustad dərsləri keçməsinin musiqimiz üçün əhəmiyyəti nədir?

Musiqişünas, professor Zümrüd DadaşzadəBakı-Xəbər”ə bildirdi ki, ustad dərslərinin əhəmiyyəti danılmazdır: “Bunun əhəmiyyəti çox böyükdür. Dünya musiqisində çox böyük yeniliklər baş verir onları yeni nəslə aşılamaq çox vacibdir. Onlar öz təcrübələrini, biliklərini gənclərə çatdırırlar. Bu gün klassik musiqi sahəsində gözəl ənənələr var. Ustad dərslərində o ənənələri gənclərə göstərəndə bu onların bir musiqiçi kimi dünyagörüşünün genişlənməsində, yanaşma tərzinin yenilənməsində, daha doğrusu, dəqiqləşdirilməsində əhəmiyyətli dərəcədə rol oynayır. Ustad dərsləri istər ifaçılıq,  bəstəkarlıqda, istərsə digər sahələrdə böyük fayda verir. Hesab edirəm ki, bəlkə ustad dərslərini genişləndirmək gərəkdir. Ustad dərsi keçənlər dünya şöhrətli musiqiçilərdir. Məsələn, mənim yadıma gəlir ki, birinci bizdə ustad dərsi keçən Rastropoviç oldu. Onun gəlişi Azərbaycan musiqi sənətində çox böyük canlanma yaratdı. Onun mütəmadi olaraq Bakıya gəlməsi, ustad dərsləri keçməsi böyük əks-səda yaratdı. Ondan sonra digər böyük musiqiçilər Azərbaycana gəldilər. Bu gün bu ənənə davam etməkdədir. Bunun ən yaxşı tərəflərindən biri odur ki, gənclər Bakını tərk etmədən böyük sənətkarlarla ünsiyyətdə olurlar, onların konkret məsləhətlərini alırlar. Gənclərin dünya musiqisində, ifaçılıq sənətində olan tendensiyalara bələd olmasında yeri danılmazdır. Bizim gənclər beynəlxalq müsabiqələrə getmiş olsalar, hansısa bir festivalda iştirak etsələr, o təcrübədən yararlana bilərlər. Yəni artıq onlar bu sahədə bilik bacarıqlarını göstərə bilərlər. Bu ustad dərsləri müxtəlif sahələri əhatə edə bilər. Alət ifaçıları üçün ayrıca, pianoçular üçün ayrıca, vokalçılar üçün ayrıca keçirilə bilər. Vokalçılarda əsasən tələffüz problemləri olur. Yadıma gəlir, 2008-ci ildə bizim iştirakçılar Moskvada keçirilən Yelena Obrazsova müsabiqəsində iştirak edirdilər. Mən özüm orada idim. Bizim ifaçılarda italyan mətnlərinin tələffüzündə müəyyən problemlər vardı. Konkret tövsiyələrlə onlar italyan dilinin spesifikasına bələd olaraq musiqinin sözlə əlaqələndirilməsini bacara bilərlər. Ustad dərsləri gənclərin gələcəkdə müsabiqələrdə iştirakın üçün əvəzolunmaz əhəmiyyətə malikdir”.

Musiqiçi Gülüm Qiyasova bizimlə söhbətində bildirdi ki, dünyanın ünlü musiqiçilərinin Azərbaycana dəvət edilərək onların burada ustad dərsləri keçməsinə dövlət tərəfindən şərait yaradılır. Bu işdə şəxsən Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın çox böyük rolu var. O bildirdi ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Rusiyanın xalq artisti, Vaqanova adına Rusiya Balet Akademiyasının rektoru Nikolay Tsiskaridzenin ustad dərsləri keçməsi üçün ölkəmizə dəvət edilməsi buna nümunədir. Musiqiçi bildirdi ki, Nikolay Tsiskaridze noyabrın sonunda Bakıya səfər edəcək burada bir sıra ustad dərsləri keçəcək: “Dünyanın tanınmış musiqiçiləri vaxtaşırı olaraq Azərbaycana gəlir burada ustad dərsləri keçirlər. Mehriban Əliyevanın dəvətilə Rusiyanın xalq artisti, Vaqanova adına Rusiya Balet Akademiyasının rektoru Nikolay Tsiskaridzenin ustad dərsləri keçmək üçün ölkəmizə gəlməsi müsbət haldır. Onun özü bu barədəMənim Azərbaycana dəvət olunmağımda Mehriban Əliyevanın da rolu var. Ona görə, fikrimcə, Azərbaycanda hər şey yaxşı alınacaq. Əlbəttə, Sovet İttifaqının dağılmasından sonra bütün keçmiş ittifaq ölkələrində baletin Rusiya təsirinə çox ehtiyacı var. Mən bu barədə dəfələrlə danışmışam. Gürcüstan, Azərbaycan, Litva, Ukrayna s. baletləri 1991-ci ildə başlayıb. Buna qədər bu ölkələrdə baletin tarixi Rusiya ilə sıx bağlı idi əgər ümumiləşdirsək, bütün bunlar Rusiya imperiyası dövründə rus baleti, Sovet İttifaqı dövründə sovet baleti idi. Ona görə ixtisasın artırılmasında zərurət var. Ümid edirəm ki, Azərbaycana səfərimdən sonra ölkələrimizin balet ictimaiyyəti arasında daha sıx əlaqələr qurulacaq” - deyə bildirib. Sözsüz ki, bu ustad dərsləri gənclərə müsbət təsir göstərəcək onlar çox şey əxz edəcəklər. Çünki Sovetlər dağılandan sonra musiqi sahəsində xeyli problemlər oldu. Ancaq indi bu sahə böyük musiqiçilərin dəstəyi ilə inkişaf edir”.

G.Qiyasova, həmçinin, bildirdi ki, 2004-cü ildə dünya şöhrətli ispan müğənnisi Monserrat Kabalye Bakıya gəlib burada həm çıxış etmişdi, həm Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ustad dərsləri keçmişdi. Ekspert qeyd etdi ki, ustad dərslərində gənc vokalçılar iştirak edirdi.

O, həmçinin, qeyd etdi ki, keçən illərdə Bakı Musiqi Akademiyasında Amerika Birləşmiş Ştatlarının məşhurApple Hillkvarteti tələbələr üçün ustad dərsləri keçib. “Bütün bunların gənc musiqiçilər üçün əhəmiyyəti danılmazdır. Bu gün dünya klassik musiqisində çox böyük yeniliklər var. Həmin yenilikləri dünya şöhrətli musiqiçilər gənclərə öyrədirlər. Bu çox müsbət haldır” - deyə G.Qiyasova bildirdi.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 3 noyabr.- S.15.