Xalq teatrları peşəkar teatrlar üçün kadr hazırlaya bilirmi

Zülfiyyə Eldarqızı: “Keçən dövrlərdə olduğu kimi, bu gün özfəaliyyət dərnəkləri xalq teatrları gənclərin yetişməsində az rol oyanamırlar

Məlum olduğu kimi, son illər teatrlar üçün kadr hazırlığı məsələsi daha çox gündəmə gətirilir. Məsələ bundadır ki, əksər hallarda teatrşünaslar da, elə teatrların özləri bu sahəyə gələn gənclərin çoxunun səviyyəsinin qənaətbəxş olmadığını deyirlər. Yəni onlar hesab edirlər ki, auditoriyadan durub teatra gələn gənc aktyor rejissorların əksəriyyəti fəaliyyət dövründə özünü ifadə edə bilmir.

Bu da o anlama gəlir ki, teatr üçün kadr hazırlığı yalnız ali məktəblə bağlı olmamalıdır. Bu işə ali məktəblərlə yanaşı, teatrlar yaradıcılıq studiyaları dəstək olmalıdırlar. Bu gün teatrların çoxunun nəzdində yaradıcılıq studiyaları fəaliyyət göstərir. Bu öz yerində. Bölgələrdə Bakı kəndlərinin çoxunda keçən çağlarda da, bu gün özfəaliyyət dərnəklərinin nəzdində xalq teatrları mövcuddur. Bir zamanlar xalq teatrlarında yerli gənclər məşğul olurdu. Bu gənclərin gələcəyin aktyor aktrisaları kimi yolları xalq teatrlarından keçirdi. Bu gün Azərbaycanın çox görkəmli səhnə ustadlarının əksəriyyəti dram dərnəklərində ilk addım atanlardır.

Hazırda fəaliyyət göstərən xalq teatrları, dram dərnəkləri gənc aktyorların peşəkar səhnəyə gəlməsində hər hansı bir rol oynaya bilirmi?

Teatrşünasların bildirdiyinə görə, xalq teatrları təsadüfi adamlar tərəfindən yaradılmayıb, onlar dövlətin dəstəyi peşəkarların zəhməti, istedadı sayəsində mövcud olub. Bu gün Azərbaycanın bir çox yerlərində mədəniyyət evlərinin tərkibində xalq teatrlarının, dram dərnəklərinin fəaliyyət göstərdiyini deyən ekspertlər bildirirlər ki, teatrların nəzdindəki teatr studiyaları ilə bərabər xalq teatrları da müəyyən işlər görə bilirlər. Gənclərin teatra hazır şəkildə gedib çətinlik çəkmədən səhnədə özlərini təqdim edə bilməsinin əsas səbəblərindən birinin xalq teatrları olduğunu deyən ekspertlər qeyd edirlər ki, o gənclər bu vərdişi dram dərnəklərində qazanırlar. Doğrudur, bəzən kimlərsə deyir ki, dram dərnəkləri Sovet dövrünün qalığıdır onların olmasına ehtiyac yoxdur. Bu qənaətdə olanlar unudurlar ki, bütün teatrlarda teatr studiyası fəaliyyət göstərmir heç bütün rayonlarda peşəkar teatr yoxdur. Bu baxımdan gənclərin özlərini peşəkar səhnəyə hazırlaması üçün onlar dram dərnəklərində məşğul olmalıdırlar. Teatr mədəniyyətinə, peşəkar teatra kadr hazırlayan teatr dərnəkləri, xalq teatrı daha böyük əzmlə çalışmalıdırlar ki, öz missiyalarını yerinə yetirə bilsinlər. Bildiyimiz kimi, Mədəniyyət Turizm Nazirliyinin yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə özfəaliyyət dərnəkləri, xalq teatrları fəaliyyətlərini davam etdirirlər. Onu da vurğulayaq ki, vaxtaşırı olaraq nazirliyin xətti ilə xaql teatrı festivalları keçirilir bu teatrlarda hazırlanan tamaşalar nümayiş etdirilir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı bizimlə söhbətində bildirdi ki, gənc aktyorların peşəkar səhnə üçün yetişməsində xalq teatrlarının özfəaliyyət dərnəklərinin rolu böyükdür: “Olduqca böyükdür. Keçən dövrlərdə olduğu kimi, bu gün özfəaliyyət dərnəkləri xalq teatrları gənclərin yetişməsində az rol oyanamırlar. Mən sizə bununla bağlı iki fakt demək istəyirəm. Bu gün Badamdarda Maştağada xalq teatrları fəaliyyət göstərir. Mən onların fəaliyyətini yaxından izləyirəm. 2011-ci ildə keçirlənXalq teatrlarıfestivalında Maştağada fəaliyyət göstərən dram dərnəyi 1-ci yerə layiq görüldü. Daha sonra həmin dərnəyə uğurlu fəaliyyətinə görəXalq teatrıstatusu verildi. 2012-ci ildə isə Teatr Xadimləri İttifaqının keçirdiyi “2+1” Eksperimental Teatr Festivalının laureatı oldu. Bu onu göstərir ki, bu gün xalq teatrları da, özfəaliyyət dram dərnəkləri teatrlar üçün kadr hazırlığına dəstək verirlər. Onlar əvvəlcə gəncləri tədrisə yönəldir, dərnək üzvü olan gənclər Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinə Mədəni-Maarif Kollecinə qəbul olunurlar, təhsil aldıqdan sonra teatrlara gəlirlər. Teatrlarda işləyən kifayət qədər aktyor var ki, onlar xalq teatrının yetirməsidir. Xalq teatrlarından gələn aktyorlar, başqalarından fərqli olaraq, daha yetkin, səhnəni bilən, özünə güvənən aktyorlardır. Əksəriyyəti xalq artistləridir”.

Z.Eldarqızı bildirdi ki, özfəaliyyət dərnəklərində xalq teatrında məşğul olmaq əsas deyil, əsas həm təhsil almaqdır. Vaxtilə Bakıda Xalq artisti, mərhum Lütfi Məmmədbəyovun rəhbərliyi ilə fəaliyyət göstərən xalq teatrından danışan Z.Eldarqızı bildirdi ki, bu dərnəkdən çıxanların əksəriyyəti sonradan professional səhnəyə gəlib yüksək titullar qazanıblar.

Z.Eldarqızının sözlərinə görə, bir neçə xalq teatrı dram dərnəyinin rəhbərlərinin gənc nəslin yetişdirilməsində rolu böyükdür. O qeyd etdi ki, bu sahədə Maştağa Xalq Teatrının, Badamdarda yerləşən Xalq Teatrının, eləcə Əbilov adına Mədəniyyət Sarayı rəhbərliyinin bu sahədə əməyi böyükdür: “Çox istərdim ki, bu sahədə əməyi olan Maştağa Xalq Teatrının direktoru Kamal Qədimovun, Badamdarda yerləşən Xalq Teatrının rəhbəri Fəridə Babayevanın, Əbilov adına Mədəniyyət Sarayında çalışan Mirəhməd Əsgərovun adlarını qeyd edim. Bu onların əməyinə göstərilən diqqət olardı. Həqiqətən onlar böyük işlər görürlər”.

Bölgələrdə fəaliyyət göstərən xalq teatrlarının da fəaliyyətinə toxunan Z.Eldarqızı bildirdi ki, onlar da bu sahədə böyük işlər görürlər. “Bölgələrdə fəaliyyət göstərən özfəaliyyət dərnəklərinin xalq teatrlarının da bu sahədə gördüyü işlər çoxdur. Onlar bölgə gənclərin teatra cəlb edir, onları bu sahəyə yönəldir, peşəkar teatra hazırlayırlar”- deyə Z.Eldarqızı vurğuladı.

Iradə Sarıyeva

Bakı xəbər.- 2017.- 24 noyabr.- S.14.