Azərbaycan muzeyləri mədəni turizm elementi kimi beynəlxalq konfransda

 

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi Azərbaycan Xalça Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeylərinin 50 illik yubileylərinin qeyd olunması kontekstində Sofiyada Avropa Komissiyasının Bolqarıstandakı nümayəndəliyininAvropa EvizalındaAzərbaycan muzeyləri. Muzeylərmədəni turizmin cəlbedici obyektlərimövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Mədəniyyət Turizm Nazirliyi Bolqarıstan Mədəniyyət Nazirliyinin himayəsi altında Bolqarıstanın “199” Mədəniyyət Fondu ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.

Konfransda Bolqarıstanın dövlət özəl qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri muzey mütəxəssisləri iştirak ediblər.

 

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstan Mədəniyyət Nazirliyinin beynəlxalq regional fəaliyyətlər departamentinin direktoru Ventsislav Velev, Avropa Parlamentinin Bolqarıstandakı İnformasiya Bürosunun rəhbəri Teodor Stoyçev, Azərbaycan Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının (İKOM) Azərbaycan Milli Komitəsinin prezidenti Şirin Məlikova Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış ediblər.

 

Səfir N.Qurbanova muzeylərin xalqımızın maddi mənəvi xəzinəsini təmsil ölkəmizin yaxın uzaq keçmişini canlı şəkildə təcəssüm etdirdiyini bildirib. Ölkəmizdə 250-dən çox dövlət özəl muzeyin olduğunu vurğulayan səfir Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi, Milli İncəsənət Muzeyi, “QalaAçıq Səma Altında Arxeoloji-Etnoqrafik Muzey, dünyada ilk olan Azərbaycan Xalça Muzeyi, “Ginnesin Rekordlar Kitabı”na daxil edilən Miniatür Kitablar Muzeyi digərlərinin adlarını sadalayıb.

 

 

Mədəni turizmin əsas obyektləri kimi, muzey qalereyaların ölkənin turistik imicinin yaradılmasında əvəzedilməz rolu olduğunu söyləyən diplomat mədəni turizmin qlobal turizmin 40 faizini təşkil etdiyini vurğulayıb. O, UNESCO-nun statistikasına əsasən, bütün dünyada muzeylərin sayında 1975-ci ildən indiyədək 22 mindən 55 minədək artım müşahidə olunduğu barədə məlumat verib. Konfrans iştirakçılarına Azərbaycan Xalça Musiqi Mədəniyyəti Dövlət muzeyləri barədə məlumat verən səfir dünyada ilk xalça muzeyinin 1967-ci ildə Bakıda yaradıldığını, xalçaçılıq sənətinin Azərbaycanda qədim tarixə güclü ənənələrə malik olduğunu, dünyaca məşhur Azərbaycan xalçalarının 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edildiyini bildirib.

 

Eyni zamanda, bu il 50 illik yubileyini qeyd edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyasına 55 mindən artıq eksponatın daxil edildiyini, musiqimizin milli identikliyin vacib elementi olduğunu vurğulayıb. Səfir Azərbaycan musiqi mədəniyyətinin 3 elementininmuğam, aşıq sənəti, tar onun ifaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edildiyi barədə məlumat verib. N.Qurbanova, həmçinin Azərbaycan musiqisinin incisi olan muğamın balaban alətində ifasının qızıl diskə yazılmış parçasınınVoyagerkosmik gəmisinin göyərtəsində fəzaya göndərilməsi barədə danışıb.

 

Avropa Parlamentinin Bolqarıstandakı İnformasiya Bürosunun rəhbəri T.Stoyçev muzeylər mövzusunda konfransın təşkilinin təqdirəlayiq hal olduğunu deyib. O bildirib ki, Avropanın birləşməsi iqtisadi sahədən başlasa da, olduqca vacib olan mədəniyyət sahəsi bu prosesə böyük töhfə verib Avropanın inkişafının mühərrikinə çevrilib. Mədəni müxtəlifliyin insanları daha da yaxınlaşdırdığını, onları bir araya gətirdiyini deyən T.Stoyçev belə tədbirlərin rolunu yüksək qiymətləndirib bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd edib.

 

Bolqarıstan Mədəniyyət Nazirliyinin beynəlxalq regional fəaliyyətlər departamentinin direktoru Ventsislav Velev mədəniyyət naziri Boil Banovun tədbir iştirakçılarına müraciətini çatdırıb. Müraciətdə bu il Azərbaycan ilə Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyi, ölkələrimiz arasında əməkdaşlığın sürətlə inkişaf etdiyi, mədəniyyət sahəsinin ikitərəfli əlaqələrdə vacib amil olduğu və mədəni dialoqun uğurla davam etdirildiyi göstərilib.

 

Azərbaycan Xalça Muzeyinin direktoru Ş.Məlikova rəhbərlik etdiyi muzeyin tarixi barədə məlumat verərək muzeyin dünyada xalçaçılıq sahəsində ilk ixtisaslaşmış muzey olduğunu bildirib, muzeyin yaradılmasında əvəzsiz rolu olmuş dünyaca məşhur xalçaçı-rəssam Lətif Kərimovun yaradıcılığı, 2014-cü ildən muzeyin bükülmüş xalça formasında olan yeni binasının istifadə verildiyi, Azərbaycanda Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ Təbriz xalça məktəblərinin olduğu, bu təsnifatın ilk dəfə L.Kərimov tərəfindən verildiyi barədə danışıb. Muzeyin fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə ətraflı məruzə ilə çıxış edən direktor cari ilin iyun ayında Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Bolqarıstanın Etnoqrafiya Muzeyi ilə birgəƏzəmət nümunələriAzərbaycan xalq sənətiadlı sərginin təşkil edildiyini xatırladıb.

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru A.Bayramova rəhbərlik etdiyi muzeyin yaradılması, tarixi, keçdiyi inkişaf yolu barədə məruzə ilə çıxış edib. Muzeyin məqsəd vəzifələri barədə danışan direktor muzeyin zəngin kolleksiyaya malik olduğunu qeyd edib eksponatlar barədə məlumat verib. O qeyd edib ki, muzeydə Azərbaycan milli musiqi alətləri ilə yanaşı, milli musiqimizin banisi Üzeyir Hacıbəylinin, digər görkəmli bəstəkarlar musiqi xadimlərinin müxtəlif not yazmaları, şəxsi əşyaları, fotoşəkillər, təsviri sənət nümunələri s. nümayiş etdirilir. Muzeyin nəzdində xalq çalğı alətləri daimi sərgisi, Niyazinin, Vaqif Mustafazadənin mənzil-muzeylərinin filiallarının olduğunu bildirib açılması nəzərdə tutulan Qara Qarayevin mənzil-muzeyi barədə məlumat verib.

 

Konfrans çərçivəsində Azərbaycan Xalça Muzeyinin direktoru Ş.Məlikova Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru A.Bayramova Bolqarıstan Milli Radiosunun türkdilli xidməti Fokusradiosuna müsahibələr veriblər. Müsahibələrdə bolqar ictimaiyyətinə Azərbaycan mədəniyyətinin bir hissəsi olan muzeylərimiz, onların tarixi, zəngin kolleksiyaları, eksponatları, muzeylər tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

 

Konfrans Bolqarıstan KİV-lərində geniş işıqlandırılıb. Bu ölkənin aparıcı qəzetlərindən olanTelegrafqəzetində, “FokusXəbər Agentliyi Bolqarıstan Milli Radiosunun saytlarında konfrans barədə məqalələr yerləşdirilib.

 

Günel Cəlilova

Bakı xəbər.- 2017.- 3 oktyabr.- S.14.