Qulu Kəngərlinin özbək
dilinə tərcümə
və çap etdirdiyi kitabların təqdimatı keçirildi…
Oktyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində
AZƏRTAC-ın Orta Asiya və Pakistan
üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Daşkənddə
Azərbaycan şair və yazıçılarının,
alimlərinin özbək
dilinə tərcümə
və çap etdirdiyi kitabların təqdimatı keçirilib.
Tədbiri giriş
sözü ilə açan Əməkdar Jurnalist Tahir Aydınoğlu Qulu Kəngərlinin keçdiyi
həyat yoluna və yaradıcılığına
nəzər salıb.
Bildirib ki, Azərbaycanın beynəlxalq
jurnalistikasında öz
dəst-xətti ilə
seçilən Qulu Kəngərli peşəkar
media mənsublarından
biri kimi bu sahədə uzun illərdir fəaliyyət göstərir.
O, jurnalist kimi bir çox ilklərə imza atıb. Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasına böyük əmək sərf edib. Belə ki, Qulu
Kəngərli qanlı
20 Yanvar günlərində
qırğına məruz
qalmış vətəndaşlarımızın
fotolarını ilk olaraq dünyaya yaymağa müvəffəq
olub. Həmçinin qanlı Yanvar hadisələrinə dair film ssenarisi yazıb.
Qeyd edilib
ki, Qulu Kəngərli 1990-cı il
20 Yanvar faciəsindən
sonra "Şəhidlər",
"Şəhidlər-2" bukletlərini
çap etdirib.
1991-ci ildə Azərbaycan və rus dillərində "Qanlı Yanvar şəhidləri" kitabı
işıq üzü
görüb.
Tahir Aydınoğlu
deyib ki, Qulu Kəngərli həm də yaradıcı insandır.
Onun zəhməti hesabına Azərbaycan ədiblərinin əsərləri
Daşkənddə özbək
dilində çap olunub. Beləliklə, bu dildə 17 kitab işıq üzü görüb. Bu nəşrlərin tərtibçisi kimi onun əməyi böyükdür. Bu işlərin, sözsüz
ki, reallığa çevrilməsində Q.Kəngərlinin
çalışdığı
AZƏRTAC-ın da böyük rolu var. Bundan sonra
"Erməni lobbisi: Azərbaycan faciəsi",
"Qanlı şənbəyə
gedən yol" kitabları çap olunub. 1991-ci ildə onun ssenarisi əsasında 20 Yanvar faciəsindən bəhs edən "Bakıda insan ovu" sənədli filmi çəkilib. Diqqətə çatdırılıb ki, Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların
Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazıb və Daşkənddə onun ssenarisi əsasında "Sürgün"
sənədli filmi çəkilib. Hazırda
Orta Asiyada yaşayan tanınmış
azərbaycanlıların həyatı
və fəaliyyəti
ilə bağlı kitab üzərində işləyir.
Tədbirdə çıxış edən
Azərbaycanda Atatürk
Mərkəzinin rəhbəri,
akademik Nizami Cəfərov Qulu Kəngərlinin gördüyü
işləri yüksək
qiymətləndirib. Bildirib
ki, onun özbək dilinə tərcümə etdirdiyi kitablar Azərbaycanın tanınması baxımından
müstəsna rol oynayır. Qulu Kəngərli Özbəkistanda
davamlı olaraq Azərbaycanla bağlı
kitabların çap edilib yayılmasında böyük xidmətlər
göstərir. Nizami Cəfərov
bu sırada Sabir Rüstəmxanlı,
tarixi romanlar müəllifi Yunus Oğuz, eləcə də digər müəlliflərin kitablarının
Özbəkistanda geniş
yayıldığını diqqətə çatdırıb
və Qulu Kəngərlıinin əməyini
yüksək qiymətləndirib.
Millət vəkili deyib ki, Özbəkistan
türk dünyasının
ən böyük mədəniyyət mərkəzlərindən
biridir və burada Oğuz cəmiyyəti yaşayır.
Nizami Cəfərov Qulu Kəngərlinin bu fəaliyyətinin Azərbaycan-Özbəkistan əlaqələrinin,
xüsusilə iki ölkə arasında mədəni sahədə
əməkdaşlığın inkişaf etdirilməsinə
mühüm töhfə
verdiyini diqqətə
çatdırıb. Xalq
şairi Sabir Rüstəmxanlı da Qulu Kəngərli fəaliyyətini təqdir
edib. Alqışlayıb.
Bildirib ki, Qulu Kəngərlidə ədəbiyyata, mədəniyyətə
aşiqlik var. Son illərdə ortaq türk dili, ədəbiyyatı barədə
çox danışdığımızı,
lakin bu istiqamətdə konkret heç bir addım atmadığımızı
deyən xalq şairi deyib ki, Qulu Kəngərlinin
fəaliyyəti, ədəbi
yaradıcılığı əslində ortaq dil və əlifbanın
formalaşmasına təkan
verir. Məhz bu kimi fəaliyətlərin Azərbaycan-Özbəkistan
əməkdaşlığına da müsbət təsir göstərdiyini
deyən Sabir Rüstəmxanlının sözlərinə
görə, Bakı ilə Daşkənd arasında ədəbi və bədii sahələrdə əlaqələrin
inkişafında böyük xidmətləri
olmuş şəxslərdən
biri də məhz Qulu Kəngərlidir. Tədbirdə çıxış edən
AZƏRTAC-ın baş
redaktoru Yaşar Quluzadə, ədəbiyyatşünas,
tərcüməçi-publisist Ramiz Əsgər və digərləri Qulu Kəngərlinin Azərbaycan ədəbiyyatına,
mədəniyyətinə dəyərli
töhfələr verdiyini
vurğulayıblar. Həmçinin
qeyd edilib ki, Qulu Kəngərli
bu fəaliyyəti ilə Azərbaycan-Özbəkistan
əlaqələrinin inkişafına
da öz töhfəsini verir. Yazıçı-publisist, tarixi
romanlar müəllifi
Yunus Oğuz Özbəkistanda indiyə
qədər 4 kitabının
tərcümə edilərək
yayıldığını və beşinci kitabı üzərində
iş getdiyini deyib. Bildirib ki, bütün bunların ərsəyə
gəlməsində Qulu
Kəngərlinin əməyi
böyük olub. Yunus Oğuz "Əmir Teymur" kitabının Özbəkistanda
tərcümə olunub
yayılması barədə
ətraflı məlumat
verib: "Özbəkistanda
kitab sərgisində Sabir Rüstəmxanlı məni Usman Kuçkarla tanış etdi. Usman Kuçkar
Əmir Teymur haqqında kitab yazdığımı bildikdən
sonra onu özbək dilinə tərcümə etmək
istəyini ifadə etdi. Təxminən 2 ay sonra mənə
zəng edərək kitabın özbək dili variantının hazır olduğunu dedi və mən
də Özbəkistana
səfər etdim. Ancaq bir neçə
gün biz həmin kitabın təqdimatının keçirilməsinə
nail olmaq üçün heç bir iş görə
bilmədik və hansı idarəyə, təşkilata getdiksə,
bizi qapıdan qaytardılar". Yunus Oğuz deyib ki, o zaman Qulu
Kəngərli mərhum
Özbəkistan prezidenti
İslam Kərimova teleqram vurmağı məsləhət görüb:
"Qulu Kəngərli
bildirdi ki, İslam Kərimov xarici ölkədən gələn teleqramlara xüsusi diqqət edir. Mən də Azərbaycandan
İslam Kərimovun adına teleqram vurdum və niyyətimi açıqladım.
İki həftə sonra Usman Kuçkar
mənə zəng vurub dedi ki,
13 vərəqlik tərcümeyi
hal lazımdır və kitabın təqdimatı keçiriləcək.
Beləliklə, həmin
kitabın Özbəkistanda
geniş təqdimat mərasimi keçirildi və Usman Kuçkarı
da o zaman nəşriyyatın baş
direktoru təyin etdilər". "Xalq Cəbhəsi" qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli
Qulu Kəngərlinin media təmsilçisi kimi də yüksək
peşəkarlıq nümayiş
etdirdiyini söyləyib.
Bildirib ki, Qulu Kəngərlinin Özbəkistan-Azərbaycan mədəni
əlaqələrinin inkişafında
xidmətləri əvəzsizdir.
Elçin Mirzəbəyli
deyib ki, Qulu Kəngərli Azərbaycan mədəniyyətini
yüksək səviyyədə
təmsil edir. Tanınmış özbək
yazıçısı Şöhrət
Barlas da Qulu Kəngərlinin fəaliyyətini təqdir
edərək onun gördüyü işlərin
iki ölkə arasında əlaqələrin
inkişafında misilsiz
rol oynadığını
bildirib. Sonda çıxış edən
Qulu Kəngərli bu istiqamətdəki fəaliyyətini bundan sonra da davam
etdirəcəyini söyləyib.
Bildirib ki, bu fəaliyyəti özünə borc bilir və maksimum
dərəcədə Azərbaycan
mədəniyyəti, ədəbiyyatını
təbliğ etməyə,
yaymağa çalışacaq.
Qulu Kəngərli yaxın vaxtlarda daha bir neçə
kitabın da özbək dilində bu ölkədə yayılacağına diqqət
çəkib. Qulu Kəngərli bu işdə ona Özbəkistanda fəaliyyət
göstərən Heydər
Əliyev adına Mədəniyyət Mərkəzi
və şəxsən
Mərkəzin rəhbəri
Samir Abbasovun yaxından dəstək verdiyini söyləyib. Bildirib ki, hətta
Samir Abbasov bu kimi işlərin
görülməsi üçün
Mərkəzin binasında
Qulu Kəngərli üçün otaq da ayırıb. Qulu Kəngərli bundan sonra da
media ilə yanaşı. ədəbi
və bədii sahədə fəaliyyətini
davam etdirəcəyini
vurğulayıb.
S.İsmayılbəyli
Bakı
xəbər.- 2017.- 13 oktyabr.- S.14.