Dilimizin
yeni orfoqrafiya lüğətinə tələb gündən-günə
böyüyür...
Yeni
orfoqrafiya qaydalarının və lüğətinin
yaradılmasına ehtiyac var. AZƏRTAC xəbər
verir ki, bu fikir oktyabrın
10-da Azərbaycan Milli
Elmlər Akademiyasında
(AMEA) "Azərbaycan dilinin
müasir problemləri:
reallıqlar və vəzifələr” mövzusunda
keçirilən elmi-praktik
konfransda səsləndirilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan dilinin hərtərəfli inkişaf
etməsi və zənginləşməsi, onun
rəsmi dövlət
dilinə çevrilməsi,
beynəlxalq münasibətlər,
dünya diplomatiyası
sahəsində tətbiqi
və nüfuz qazanmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Ümummilli Liderin həyata keçirdiyi dil siyasətini bu gün Prezident
İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi
nəşrlərin həyata
keçirilməsi və
onların kitabxanalara pulsuz paylanılması bunun parlaq göstəricisidir.
Təqdirəlayiq haldır
ki, ulu öndər
Heydər Əliyevin ideyalarını uğurla
davam etdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə
böyük həssaslıqla
yanaşır. Azərbaycan
ədəbiyyatını, azərbaycanlı
düşüncəsini əks
etdirən sanballı əsərlərin latın
qrafikasında yenidən
nəşr edilməsi
məhz dövlət başçısının təşəbbüsü
ilə reallaşıb.
Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı”nın hazırlanması
barədə 2012-ci il
23 may tarixli Sərəncamı ana dilimizin saflığının
və zənginliyinin qorunmasında mühüm
dönüş
olub. Vurğulanıb ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti,
dünya azərbaycanlılarının
həmrəyliyinin sarsılmaz
təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının
müqəddəs borcudur.
İ.Həbibbəyli diqqətə çatdırıb
ki, bu günədək
altı dəfə orfoqrafiya lüğəti
hazırlanıb. Ancaq
müstəqillik dövrü
orfoqrafiya qaydalarına
yenidən baxmağı
tələb edir.
AMEA-nın Humanitar
Elmlər Bölməsinin
akademik-katibi, akademik Teymur Kərimli "Ana dilimiz - milli
varlığımızdır” müsabiqəsi haqqında
tədbir iştirakçılarına
məlumat verib.
Sarıyeva
İradə
Bakı
xəbər.- 2017.- 12 oktyabr.- S.15.