Qarabağa dair sənədli filmlərin ayrıca festivalı…
Azərbaycanda Qarabağla bağlı
sənədli filmlər
festivalının keçirilməsi
zərurəti yaranıb…
Zülfiyyə Eldarqızı: “Çox
gözəl ideyadır,
həyata keçsə,
böyük əks-səda
doğuracaq”
Nərgiz
Xanqızı: “Qarabağ
mövzusunu hər xalqa öz dilində
çatdırmaq lazımdır”
Sənədli film baş vermiş real hadisələri canlandıran
vizual sənət növüdür. Bu gün
dünya televizyalarında,
eləcə də kino şirkətlərində
sənədli filmlərin
istehsalına xüsusi
əhəmiyyət verilir.
Deyərdik ki, sənədli filmlərin tamaşaçısı heç
də bədii filmlərin tamaşaçısından
az deyil.
Sənədli kino istənilən
sosial-ictimai, mədəni-kütləvi
hadisəni əks etdirmək baxımından
çox böyük təsir gücünə malikdir.
Bəzən bədii kinoda deyə, aça bilmədiyin “düyü”nü
rahatlıqla sənədli
filmdə aça bilirsən. Təbii, sənədli filmin
öz estetikası, öz qaydaları var. Bunlara əməl edilsə, sənədli filmlər insanlara daha çox söz deyir, informasiya ötürə bilir.
Azərbaycanda sənədli kinonun inkişafı hələ
Sovet illərindən müşahidə edilməyə
başlanıb. Azərbaycan müstəqillik qazandıqdan sonra sənədli filmlərə
yeni bir baxış, yanaşma sərgilənib. Sirr
deyil ki, yerli televiziyalarda, AzTV-nin nəzdində olan “Telefilm” Yaradıcılıq
Birliyində, “Azərbaycanfilm”
Kinostudiyasının balansında
fəaliyyət göstərən
“Yaddaş” və “Salnamə” studiyalarında
sənədli filmlər
çəkilir. Deyək
ki, sənədli filmlərin heç də hamısı yüksək səviyyədə
olmasa da, səviyyəsi
yuxarı olanlar da az deyil.
Əlbəttə, Azərbaycanda
sənədli filmlərin
inkişafına dövlət
maliyyə vəsaiti ayırır və bu studiyalarda çəkilən filmlərin
əksəriyyəti, xüsusən
də Qarabağ müharibəsi ilə, qəhrəmanlarımızla, tariximizlə
və s. bağlı filmlərə dövlət
maliyyə vəsaiti ayırır. Çəkilən filmlərin Azərbaycandan
kənarda nümayişi
ancaq festivaldan-festivala
olur. Bu festivallara
Qarabağla bağlı
filmlərin aparılmadığı
bildirilir. Əslində, beynəlxalq sənədli
film festivalında Qarabağ
həqiqətlərini əks
etdirən sənədli
filmlərin olması vacibdir.
Azərbaycanda beynəlxalq sənədli
film festivalı keçirilir. Oktyabrın 12-də Azərbaycanda ilk dəfə
“DokuBaku” beynəlxalq sənədli film festivalının
açılışı olub. Festival İtaliya
istehsalı olan "Fuocoammare" sənədli
filminin nümayişi
ilə açılıb.
Filmdə İtaliyaya Yaxın
Şərq və Afrika ölkələrindən
gələn miqrantlardan
bəhs olunur.
Xatırladaq ki, “Reallığı sınayaraq” devizi altında təşkil olunan festival iki hissədən - əsas və yerli rejissorlar
üçün nəzərdə
tutulmuş müsabiqə
proqramından ibarətdir. Əsas proqram
çərçivəsində tamaşaçılara 18 sənədli
film təqdim ediləcək,
rejissor və prodüserlər üçün
ustad dərsləri təşkil olunacaq.
Yerli rejissorlar
üçün müsabiqə
proqramında isə
son iki ildə çəkilən 15 qısametrajlı
sənədli filmin nümayişi nəzərdə
tutulur. Filmlər tanınmış yerli və xarici
kino mütəxəssislərinin
təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Festivalda əsas məqsəd azərbaycanlı rejissorları
sənədli filmlər
yaratmağa və festivallarda iştirak etməyə sövq etmək, sənədli
film janrının özəllikləri
və müxtəlifliyini
göstərmək və
bu sahədə fikir mübadiləsi aparmaqdır.
Qeyd edək
ki, oktyabrın 20-dək
davam edəcək festivalın ideyası rejissor İmam Həsənov
və prodüser Veronika Yanatkovaya məxsusdur. Bu çox
maraqlı məsələdir
və Azərbaycanın
sənədli filmlər
çəkən rejissorlarının
da bu festivalda iştirakı təqdirəlayiqdir.
“Bakı-Xəbər” qəzeti olaraq təklif edirik ki, Azərbaycanda Qarabağ həqiqətləri
ilə bağlı beynəlxalq sənədli
filmlər festivalı
keçirilsin. Söz yox ki, Qarabağla
bağlı çəkilən
sənədli filmlərin
festivalı keçirilərsə,
biz bu problemin daha geniş səviyyədə tanıdılmasına
nail ola bilərik.
Son illər Azərbaycanda
müharibə mövzusunda
çəkilən filmlər
arasında Qarabağla
bağlı həm tammetrajlı və qısametrajlı, həm də sənədli və cizgi filmləri
əsas yer tutur. Qarabağ həqiqətləri,
Qarabağ münaqişəsinin
gerçəkləri, müharibə
və onun fəsadları, humanitar fəlakətlər bu filmlərin baş mövzusunu təşkil edir. Həmin filmlərin əksəriyyəti
xarici ölkələrdə
də nümayiş etdirilərək böyük
populyarlıq qazanıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı
bizimlə söhbətində
Qarabağla bağlı
sənədli filmlər
festivalı keçirilməsi
ideyasını yüksək
dəyərləndirdiyini dedi.
“Çox gözəl
ideyadır, həyata keçsə, böyük
əks-səda doğuracaq.
Azərbaycanda Qarabağla
bağlı sənədli
filmlər çəkilib,
bu sahədə xeyli iş görülüb.
Qarabağ probleminin sənədli
filmdə ifadəsi daha effektiv olar.
Çünki ermənilər bu
sahədə böyük
təbliğat işi
aparırlar. Haqsız olduqları
halda, yenə də özlərini təmizə çıxarmağa
çalışırlar. Qarabağla bağlı çəkilən
sənədli filmlər
festivalının keçirilməsi
çox yaxşı hal olardı. Belə bir festival keçirilərsə,
ona qatılmaq istəyənlər çox
olacaq. Hesab edirəm ki, bunun uğurlu nəticəsi ola
bilər” - deyə bildirən Z.Eldarqızının
sözlərinə görə,
Azərbaycanın belə
bir festival keçirməsi
vacibdir. O deyir ki, Qarabağ torpağı Azərbaycana
məxsusdur və onun adı ilə
ölkəmizdə keçirilən
bütün tədbirlər
o torpaqlara qayıtmağa
ümid aşılamalıdır.
Kinoşünas Nərgiz Xanqızı bizimlə söhbətində
bildirdi ki, Azərbaycanda Qarabağ həqiqətlərinin dünyaya
çatdırılması, bu problemin sərt
üzünün sənədli
filmdə əks etdirilməsi baxımından
ortada xeyli iş var. Onun
sözlərinə görə,
Azərbaycanda Qarabağla
bağlı sənədli
filmlər festivalının
keçirilməsi vacibdir
və bunu növbəti illərdə
həyta keçirmək
lazımdır: “Azərbaycan
bu müharibəyə
zorla cəlb olunub. Ermənilər torpaqlarımıza iddialı
olmasaydı, heç bu müharibə də başlamazdı, insanlar öz ev-eşiyindən didərgin
düşməzdi, insanlar
şəhid olmazdı,
erməni əsirliyində
can çürütməzdilər.
Qarabağ müharibəsini
ermənilər və
onların mənfur ideoloqları, havadarları
başlayıb, Azərbaycan
bu müharibəyə
cəlb edilib. Qarabağla bağlı çoxlu sayda sənədli film şəkilib. Bu filmlərdə bu problem geniş şəkildə işıqlandırılıb.
Onu vurğulayım ki, Xocalı soyqırımı ilə
bağlı filmlər
də çəkilib.
Eyni adlı sənədli film
1993-cü ildə Ramil
Ələkbərovun ssenarisi
və quruluşunda ekranlaşdırılıb. Bu
sahədə “Salnamə”
Sənədli Filmlər
Studiyası xeyi iş görüb. Qarabağla bağlı filmlər Azərbaycan Respublikasının
ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağın
tarixindən, keçmişindən
ta bu günədək
siyasi oyunlar burulğanında keçdiyi
çətin və mürəkkəb yoldan bəhs edir, qaçqınların, köçkünlərin
taleyindən danışır, ermənilərin
bizə qarşı etdikləri zorakılığa,
vandalizmə bir etirazdır. Mən onu da vurğulayım
ki, 2010-cu ildə TRT telekanalı da Qarabağ problemi barədə veriliş və sənədli filmlər hazırlayıb.
Bu kanal Dağlıq Qarabağ probleminə daha çox diqqət ayırıb. Bu da təqdirəlayiqdir. Vurğulayım ki, Qarabağ sənədli filmlər festivalı keçirilsə, burada iştirak etmək istəyən dövlətlər
olacaq. Elə təkcə türk dövlətləri iştirak
etsə, bu, problemə baxışları
yönəltməyə xidmət
edəcək. Çalışmalıyıq
ki, bu mövzuda
xarici rejissorlar çəksin. Bu daha effektiv olar.
Qarabağ sənədli
filmlər festivalı
keçirilərsə, bu
festivala maraq göstərənlər çox
olacaq. Düşünürəm
ki, Qarabağla bağlı sənədli
film festivalı keçirilsə, Azərbaycanda,
Türkiyədə çəkilən
sənədli filmlər
burada göstərilə
bilər. Bir də ki, biz
çalışmalıyıq ki, Qarabağla bağlı filmlərin beynəlxalq sənədli
filmlər festivallarında
iştirakına nail olaq. Bilirsiniz ki, bu cür
festivallara Qarabağla
bağlı sənədli
filmlərin çıxmasına
həmin festivalları
keçirən təşkilatlar
qısqanclıqla yanaşır.
Odur ki, Qarabağla bağlı sənədli filmlər festivalı keçirməliyik
ki, bu mövzuda
olan filmlər iştirak etsin və bu filmləri
ictimaiyyətə tanıdaq”.
N.Xanqızının sözlərinə görə,
Qarabağla bağlı
sənədli film festivalı keçirilərsə,
bu, gənclərin də yaradıcılıq
həyatında önəmli
rol oynayar. Onun sözlərinə görə, bu gün xarici dilləri mükəmməl
bilən gənclərimiz
var ki, onları
Qarabağla bağlı
mövzuların işıqlandırılmasına
cəlb etmək lazımdır:
“Bizim çox istedadlı gənclər var, onları bu işə cəlb etmək lazımdır. Bu onunla bağlıdır ki, o gənclər Qarabağla bağlı filmləri həm də xarici dillərdə təqdim edə bilsinlər. Qarabağ mövzusunu hər xalqa öz dilində çatdırmaq lazımdır.
Bu çox önəmlidir. Qarabağ
filmləri ilə bağlı sənədli
filmlər festivalının
keçirilməsi vacibdir.
Çünki bu problemin həqiqi siması dünyaya tanıdılmalıdır”.
İradə SARIYEVA
Bakı xəbər.- 2017.-16-18
oktyabr.- S.15.