Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın arxeoloji qılınclar sərgisi

Şəmistan Nəzirli: “Muzeydə nümayiş etdirilən arxeoloji kolleksiyada qılıncların da yer almasını çox bəyənirəm

Leyla Məmmədəliyeva: “Bildiyim qədər, ekspozisiyada ən qədim dövrlərə aid qılınclar…”

 

Qədim tarixə malik ölkəmizin mədəniyyəti zəngindir. Bu zənginlik bizə əsas verir ki, tarixi keçmişimizlə maraqlanaq, onunla qürur duyaq. Məlumdur ki, Azərbaycan xalqı tarixən qocaq, cəsur, yadellilərə qarşı barışmaz olub. Bu xalqın qadınları da kişilərlə yanaşı, düşmən səfinə qılınc vurub. Azərbaycanda silah işinə qədim dövrdən əhəmiyyət verilib.

Qılıncqayırma sənətinin tarixi çox qədimdir. Bu barədə ən bitkin sözü bu sahədə araşdırmalar aparmış silahşünaslıq üzrə tədqiqatçılar deyə bilər. Fakt budur ki, Azərbaycanda qılınc həmişə el qəhrəmanının, xalq hökmdarının ayrılmaz silahı olub. Çünki onlar qılıncla Vətəni, torpağı, eli, ulusu müdafiə ediblər.

Azərbaycanda müxtəlif illərdə həyata keçirilən arxeoloji qazıntılar zamanı ən müxtəlif dövrlərə, mədəniyyətlərə aid qılınc növləri aşkarlanıb. Bundan başqa, Azərbaycan xanlarının, sərkərdələrinin bir çoxunun qılıncı bu gün tarixi nümunə kimi muzeylərdə qorunur. Bir çox muzeylərimizdə ayrı-ayrı tarixi dövrlərə aid qılınc nümunələri qorunub saxlanır. Bu muzeylərdən biri Milli Azərbaycan Tarixi Muzeyidir. “Trend.az”ın yaydığı xəbərə görə, muzeydə nümayiş olunan arxeoloji kolleksiyada qılınclar da yer tutur.

Muzeydən bildirilib ki, Azərbaycanın qədim dövr hərb sənətinin öyrənilməsində qiymətli məxəz rolunu oynayan həmin qılınclar bu gün silahşünas tədqiqatçıların diqqətini özünə cəlb edir. İndiyədək Azərbaycanda aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş qılıncların bəzi nümunələri Arxeologiya Fondunda saxlanır. Məlumatlara görə, Arxeologiya Fonduna daxil olmuş qılınc nümunələrinin ümumi sayı təqribən 50-dən çox olmaqla, Çovdar, Əmirvar, Uzuntəpə, Qaracəmirli, Torpaqqala, Mingəçevir, Nüzgər digər abidələrdən tapılıblar. Onlardan 14 ədədi muzeyin ekspozisiyasında nümayiş olunur.

Muzeydəki qılınc nümunələrinin dövrünə gəldikdə isə, onların hər biri tunc dövrünün son mərhələsindən başlayaraq, inkişaf etmiş orta əsrlərədək davam edən uzun zaman kəsiyinin ayrı-ayrı dövrlərini aiddirlər. Qılınclar aid olduqları dövrlərdə üzbəüz döyüş üçün əlverişli etibarlı hücum silahlarından biri olublar.

Məlumatlara görə, konkret olaraq qılıncların formalarına gəldikdə, onlar məkanına zamanına görə fərqlənirlər. Muzeydən bildirilənə görə, Xocalı-Gədəbəy mədəniyyətinə aid Cənubi Qafqaz tipli qılınclar öz formasına görə Talış-Muğan mədəniyyətinə aid qılınclardan kəskin fərqlənirlər. Xocalı-Gədəbəy mədəniyyətinə aid qılınclar üçün bütünlüklə tökmə olmaları enli tiyələr səciyyəvidir. Tiyələr yuxarıdan aşağıya doğru daralır. Onların hər iki tərəfdən üzərində yuxarıdan aşağıya bir-birinə paralel 4-8 sıra düz novçalar salınırdı. Bu novçaların qılınca çapma zamanı möhkəmlik verilməsi ya qanın axmasının təmin edilməsi üçün salındığı ehtimal olunur. Bəzən tiyənin yuxarı hissəsində zoomorf təsvirlər zərb edilirdi. Dəstək hissələrinə gəldikdə isə, ağac sümüklə inkrustasiya olunurdu. Dəstəyin yuxarı hissəsi şəbəkəli naxışlarla bəzədilmiş yarımkürə ilə tamamlanır. Onların uzunluğu 60-70 sm arasında dəyişir. Bundan başqa, bu tip qılınclarda tiyələrin ucu yarımdairəvidir. Belə qılınclar daha çox çapma üçün yararlıdır. Fondda onların Mingəçevirdən, Xaçbulaqdan, Nüzgərdən Əmirvardan tapılmış nümunələri saxlanır. Milli Azərbaycan Tarixi Muzeyində saxlanan qılınclar arasında Talış-Muğan mədəniyyətinə aid nümunələr yer alıb. Dəstəyinin başlığı yəhərvari olan qılıncların əksəriyyəti Uzuntəpə abidəsindən məlumdur. Həmin qılınclar İshaq Cəfərzadə tərəfindən iki qrupa ayrılıb: 1) həm dəstəyi, həm tiyəsi tuncdan olanlar; 2) tiyəsi dəmir, dəstəyi isə tunc olanlar. Arxeoloq Fərman Mahmudov dəstəyi yəhərvari başlıqlı qılıncların ilk dəfə Muğanda formalaşdığını nəzərə alaraq, onların Muğan tipli adlandırılmasını təklif etmişdi. Uzuntəpə-Muğan tipli tunc dəstəkli dəmir qılınclar Çaylı Dovşanqoludan da məlumdur. Bu tip qılınclar tunc ya ağac qınlara qoyulurdu. Məsələn, Qazaxbəylidə 4-cü qəbirdən əldə edilmiş, uzunluğu 73 sm olan tunc dəstəkli dəmir tiyəli qılınc aşağısı tunc, yuxarısı dəri ya ağacdan olan qının icinə qoyulub.

Muzeyin son tunc dövrü qılınc kolleksiyaları arasında Ön Asiya tipli qılıncların da xüsusi payı var. Bu qılınclar say baxımından azlıq təşkil etsələr , forma baxımından əvvəlkilərdən kəskin fərqlənirlər. Bu qılınclar üçün kiçik uzunluq dəstəklərindəki dəlik səciyyəvidir. Belə bir nümunə Qaracəmirli abidəsindən məlumdur. Əvvəlki dövrlərdən fərqli olaraq, antik dövrün hərb işində daha çox dəmir qılınclardan istifadə olunub. Bunu arxeoloji tapıntılar da sübut edir. Mingəçevirdən, Şamaxıdan, İsmayıllıdan, Çuxuryurddan başqa yerlərdən tapılan qılınclar dəmirdəndir. Bu qılıncların tiyələri ensiz uzun, ucları sivridir. Bəzisində ağac ya sümük bəzəyinin izləri var. Üzünə dəri çəkilmiş qınlar da qalıb. Qılıncların bir qisminin dəstəyi halqavari çıxıntı ilə tamamlanır. Belə qılınclardan biri muzeyin ekspozisiyasında nümayiş olunur. Halqaşəkilli başlıqları olan həmin qılınclar Qara dənizin şimal sahillərindən Çinə qədər çox böyük bir ərazidə geniş yayılmışdı.

Bu tip qılıncların Qafqaz Albaniyasına sarmat tayfaları vasitəsilə gətirildiyi ehtimal olunur. Erkən orta əsrlərin hərb işində dəmir qılınclara üstünlük verilib. Bunu Torpaqqala abidəsindən tapılan qılınc da təsdiq edir.

Beləliklə, Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji qılıncları təmsil etdikləri dövrün bölgənin hərb sənəti ilə yanaşı, onları yaratmış ustaların metalişləmə sahəsindəki bacarıq təcrübələri haqqında da dolğun təsəvvür yaradır.

Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli bizimlə söhbətində bildirdi ki, muzey ekspozisiyasında qılınc növlərinin nümayişi olduqca müsbət haldır. Ekspertin sözlərinə görə, bu, tariximizi, tarixi dövrlərimizi öyrənmək, təbliğ etmək baxımından çox əhəmiyyətlidir: “Muzeydə nümayiş etdirilən arxeoloji kolleksiyada qılıncların da yer almasını çox bəyənirəm. Qılınc növlərimizin sərgilənməsi müsbət haldır. Deyim ki, bizim çox zəngin qılınc kolleksiyamız var. Muzeydə Qacar sərkərdələrinə aid qılınclar da var. Şəki xanı Hacı Çələbinin qılıncı, Gəncə xanı Cavad xanın isə qılıncı bayrağı qorunur. Fətəli xanın baş daşı da Milli Azərbaycan Tarixi Muzeyindədir. Tariximizə, tarixi şəxsiyyətlərimizə aid bütün eksponatlar nümayiş olunmalıdır ki, camaatımız bizim qədər böyük sərvətimiz olduğunu görsün. Bu işi, birmənalı olaraq, alqışlayıram, bəyənirəm”.

Ədəbiyyatşünas Leyla Məmmədəliyevanın (Fərhadqızı) bildirdiyinə görə Azərbaycan tarixi ilə bağlı nümunələrin sərgilənməsi çox vacib məsələdir. Muzeyin təqdim etdiyi kolleksiyanı təqdir edən ədəbiyyatşünas hesab edir ki, bu həm turistlərin marağını özünə cəlb edə bilər: “Qılıncların sərgilənməsi çox yaxşı haldır. Azərbaycan böyük tarixi keçmişə malikdir zəngin dövlətçilik ənənələri var. Milli Azərbaycan Tarixi Muzeyində tarixi dövrlərimizə aid arxeoloji nümunələr qorunur, sərgilənir. Onlar arasında qılınc kolleksiyasının olması da əhəmiyyətlidir. Bu, Azərbaycan xalqının tarixən döyüşkən xalq olduğuna, cəsurluğuna dəlalət edən bir məsələdir. Bu sərgilər turistləri cəlb etmək baxımından maraqlıdır. Xarici turistlər gəlib muzeydə Azərbaycan xanlarının, sərkərdələrinin qılınclarını görəndə onlarda xalqımız haqqında əlavə bir təəssürat yaranacaq. Bildiyim qədər, ekspozisiyada ən qədim dövrlərə aid qılınclar da nümayiş olunur. Təsəvvür edin bu deməkdir. Yeni nəslin tariximizi öyrənməsinin əhəmiyyətini nəzərə alaraq tariximizin təbliği ilə bağlı ayrı-ayrı qurumlar tərəfindən daha geniş səviyyəli, əhatəli layihələr həyata keçirilməlidir”.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 27 oktyabr.- S.12.