Arxeoloji kəşfiyyat ekspedisiyası Gəncədə kurqanlar aşkarlayıb

Pərviz Qasımov: “Həmin arxeoloji kəşfiyyat ekspedisiyasının apardığı tədqiqatlar nəticəsində Gəncə Gəncəətrafı ərazidə 62 kurqan, qəbir abidəsinin yeri dəqiqləşdirilib

img

Arxeoloqlarımız Gəncədə qədim dövrə aid kurqan aşkarlayıblar. Bu barədəBakı-Xəbər”ə AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutundan məlumat daxil olub. Qeyd edək ki, mətbuatda gedən məlumata görə, arxeoloji qazıntılar zamanı aşkarlanan kurqanın 3300 il yaşı var.

AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərviz Qasımov bizimlə söhbətində bildirdi ki, kurqanın yaşı haqqında hələ dəqiq məlumat vermək mümkün deyil bu müvafiq ekspertiza nəticəsində müəyyən ediləcək. P.Qasımovun sözlərinə görə, 2015-ci ilin may ayında Gəncə Gəncəətrafı ərazilərdəki arxeoloji abidələrin müəyyən edilməsi üçün xüsusi kəşfiyyat ekspedisiyası təşkil olunub. Həmin arxeoloji kəşfiyyat ekspedisiyasının apardığı tədqiqatlar nəticəsində Gəncə Gəncəətrafı ərazidə 62 kurqan, qəbir abidəsinin yeri dəqiqləşdirilib. Onlar haqqında hələ Sovet dövründə məluma var idi, amma yerləri dəqiqləşdirilməmişdi. Bu barədə əvvəlki tədqiqatçıların əsərlərində qeydlər var idi. Ancaq yerləri müəyyən edilməmişdi. Buna görə indiki dövrə qədər onları axtarıb tapmaq çətin idi. İndi isə müasir texnologiyaların köməyi ilə onların koordinatları peyk vasitəsilə götürüldü. Bundan əlavə, qədim dövr antik Şəhriburun şəhərinin ərazisinə  baxış keçirildi. Onun da peyk vasitəsilə elektron qeydiyyatı aparıldı. Bundan sonra isə 2015-2017-ci illər arasında həmin ərazilərdə tədqiqatlar aparılması planlaşdırıldı. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev institutumuzun direktoru Maisə Rəhimova arasında aparılan fikir mübadiləsi nəticəsində bu ilin payızından etibarən həmin ərazidəki, əsasən Gəncəyə yaxın ərazilərdəki kurqan tipli qəbir abidələrinin tədqiqinə başlandı. Ekspedisiyanın rəhbəri Arxeologiya Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovdur”.

Qeyd edək ki, qeydiyyata alınan 62 kurqandan 4-ü artıq tədqiqata cəlb edilib. Məlumatlara görə, tədqiqatlar zamanı şəhərin Heydər Əliyev parkında kurqanların dördkünc oval formalı kameralarının ağac tirlərlə örtüldüyü, üzərində isə çay daşları düzümü olduğu aşkarlanıb.

3300 il yaşı olan kurqan kameraları 1-1,4 metr dərinliyində qazılıb onların hər birində bir nəfər dəfn edilib. İnsanın sümük qalıqları fizioloji quruluş formasının pozulmuş vəziyyətində kameraların müxtəlif dərinliklərində müəyyən edilib.

İnstitutun ekspedisiya qrupunun rəhbəri Bəxtiyar Cəlilovun sözlərinə görə, qazıntılar zamanı, həmçinin, müxtəlif formalı saxsı qab nümunələri, tunc asma bəzək əşyaları, tunc düymələr, muncuqlar, ox ucluqları, daş toppuz digər maddi mədəniyyət nümunələri tapılıb.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 28-30 oktyabr.- S.14.