Kitabxanalarımızda uşaq ədəbiyyatı qıtlığı?...

F.Köçərli adına Respublika Kitabxanasının əməkdaşı: “Dünya uşaq ədəbiyyatının klassik müasir yazarlarının əsərləri ilə kitabxanamız təmin olunub”M.Seyidzadə adına Mərkəzi Uşaq Şəhər Kitabxanasının əməkdaşı: “Uşaq ədəbiyyatı  nümunələrinə gəlincə, bu sahədə heç bir korluğumuz yoxdur”Bakı Şəhər Uşaq Kitabxanasının əməkdaşı: “Bizim kitabxanada müasir uşaq yazıçı şairlərinin kitabları azdır

Kəmalə Qəzənfərli: “Ola bilsin hamısında deyil, bəzi kitabxanalarda indiki Azərbaycan dünya uşaq ədəbiyyatı nümunələri olmasın

 Uşaq ədəbiyyatı uşaqların formalaşmasında olduqca böyük rol oynayır. Müasir uşaqların internet asılılığını nəzərə alsaq deyə bilərik ki, indi məktəbli uşaqlar arasında onlar üçün yaradılan ədəbiyyata maraq elə güclü deyil. Uşaqlarımızın ədəbiyyata bağlanmasına hər birimiz əməlli-başlı çalışmalıyıq. Sözsüz ki, burada kitabxanaların da rolu böyük olmalıdır. Bəziləri uşaqların kitabxanalara üz tutmamasının səbəbini guya burada uşaq ədəbiyyatı nümunələrinin az sayda olması ilə əlaqələndirir. Deyilənə görə, bəzi kitabxanalarda müasir uşaq yazarlarının əsərlərinə rast gəlinmir.

Yeri gəlmişkən, onu da bildirək ki, müasir uşaqların əksəriyyəti onunla bir dövrdə yaşayan, əsərlər yazıb çap etdirən yazıçıları tanımır. Təbii, burada günah bu sahədə təbliğatın zəif olmasındadır. Yəni uşaq yazıçı şairləri təbliğ olunsaydı, uşaqlar mütləq onları tanıyar, yazdıqlarını oxumağa çalışardılar.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən, Azərbaycan dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə kütləvi çapı həyata keçirildi. Burada dünya Azərbaycan uşaq ədəbiyyatı nümunələri vardı.

Uşaq ədəbiyyatı nümunələrinin uşaqlar arasında lazımi səviyyədə təbliğ edilməməsikitabxanalarda uşaq ədəbiyyatı qıtdırfikrinin yaranmasına gətirib çıxarır.

Əlaqə saxladığımız şəhər kitabxanalarından bir çoxundan bildirdilər ki, Prezident Sərəncamı ilə latın əlifbası ilə çap olunan dünya Azərbaycan uşaq ədəbiyyatı nümunələri alıblar, kitabxanalarda əsasən müasir yazarların əsərlərinə az rast gəlinir.

Firudin bəy Köçərli adına Respublika Uşaq KitabxanasındanBakı-Xəbər”ə verilən məlumata görə, bu kitabxanada uşaq ədəbiyyatı sahəsində heç bir problem yoxdur. Kitabxana əməkdaşının bildirdiyinə görə, kitabxana profilinə uyğun olaraq klassik müasir Azərbaycan, eləcə dünya ədəbiyyatı nümunələri ilə zəngindir: “Bura Respublika Uşaq Kitabxanası olduğu üçün bizim fondda bütün ədəbiyyat nümunələri var. Dünya uşaq ədəbiyyatının klassik müasir yazarlarının əsərləri ilə kitabxanamız təmin olunub. Azərbaycan ədəbiyyatının da həm klassik, həm müasir uşaq yazarlarının kitablarını almışıq. Bizdə müasir uşaq yazıçı şairlərindən İlyas Tapdığın, Qəşəm İsabəylinin, Sevinc Nuruqızının, Zahid Xəlilin, Ələmdar Quluzadənin, Elvira Məmmədlinin, Aygün Bünyadzadənin, Gülzar İbrahimovanın digərlərinin kitabları var. Biz Sevinc Nuruqızının kitablarını Beynəlxalq Kitab Şurasına təqdim etmişik. Ümumiyyətlə, uşaq ədəbiyyatı nümunələri ilə bağlı kitabxanamızda heç bir problem yoxdur. Uşaqlar bizimlə mütəmadi əlaqə saxlayır, kitabları götürüb oxuyurlar. Kitabxanamızın fondu olduqca zəngindir. Biz hətta burada şagirdlərin uşaq yazıçı şairlərinin görüşlərini təşkil edirik”.

Bakı Şəhər Uşaq Kitabxanasından (M.Qorki adına Səyyar kitabxana fondu) isə bildirdilər ki, kitabxanada  Prezident Sərəncamı ilə nəşr edilən dünya Azərbaycan uşaq ədəbiyyatı nümunələri çox olsa da, müasir dünya Azərbaycan uşaq ədəbiyyatı nümunələri azdır: “Bizim kitabxanada müasir uşaq yazıçı şairlərinin kitabları azdır”.

M.Seyidzadə adına Mərkəzi Uşaq Şəhər Kitabxanasından isə bizə bildirdilər ki, kitabxana şəhərin mərkəzində yerləşdiyindən, bura maraq böyükdür. Kitabxana fondunda olan kitablara tələbatın çox olduğunu deyən kitabxana əməkdaşının sözlərinə görə, kitabxana tam olaraq uşaq ədəbiyyatı nümunələri ilə təmin olunub: “Biz mütəmadi olaraq kitablar alırıq. Prezident Sərəncamına əsasən, latın qrafikası ilə çap olunan kitablar da kitabxanamızda var. Uşaq ədəbiyyatı nümunələrinə gəlincə, bu sahədə heç bir korluğumuz yoxdur. Müasir yazarların özləri kitablarını bizə hədiyyə edirlər”.

Məsələni şərh edən kitabxanaşünaslar hesab edirlər ki, bu gün Azərbaycanın ən ucqar yerlərində belə Prezident Sərəncamına əsasən, latın qrafikası ilə çap olunan kitablar var. Bu kitabların təmənnasız olaraq dövlət tərəfindən kitabxanalara verildiyini deyən kitabxanaşünas Kəmalə Qəzənfərlinin dediyinə görə, kitabxanalar dövlət qayğısı ilə əhatə olunub: “Azərbaycanda kitabxana işinə göstərilən diqqət qayğı sayəsində bu istiqamətdə bir sıra işlər görülüb. Fondlar yenilənib, kitabxanaların böyük əksəriyyəti həm elektronlaşıb. Bu, günün olduqca vacib tələblərindən biri idi. İndi kitabxanaların əksəriyyəti təmir edilib, yenidən qurulub. Bütün bunlar müsbət haldır. Sevindirici haldır ki, rayon kənd kitabxanalarına diqqət artırılıb. Kəndlərdə müasir kitabxanalar qurulmaqdadır. Kitabxanaların hamısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə çap olunan kitablarla təmin olunub. Hər kitabxanaya qədər kitab düşürsə, o qədər ala biliblər. Məsələn, oxucu sayı çox olan kitabxana ilə oxucu sayı az olan kitabxanaya eyni sayda kitab verilə bilməz. Çünki tələbat daha çox hansı kitabxanayadır, ora verilən  kitabın sayı çox olmalıdır. Bu gün Bakı kəndlərində , bölgələrdə kitabxanalar kitabla təmin olunub. Uşaq ədəbiyyatı çox həssas bir sahədir. Bilirsiniz ki, ölkə başçısının Sərəncamı ilə çap olunan klassik müasir dünya Azərbaycan ədəbiyyatı nümunələrinin sırasında uşaq ədəbiyyatı seriyası da var. Bu yazıçı şairlərin əsərləri ilə o uşaqların valideynləri tanışdır, onlar indi latın qrafikası ilə yenidən çap olunduğu üçün, müasir uşaqlar da o kitabları maraqla oxuyurlar. Ola bilsin ki, indi hamısında  deyil, bəzi kitabxanalarda müasir Azərbaycan dünya uşaq ədəbiyyatı nümunələri olmasın. Bu da ondan irəli gəlir ki, müasir uşaq yazıçı şairləri o kitabxanalara kitab göndərmirlər. Müasir dünya uşaq ədəbiyytı belədir ki, ola bisin kitabxanaların əli onlara çatmır. Amma Azərbaycan yazıçı şairlərinin çoxu kitabı öz şəxsi vəsaiti hesabına çap etdirdiyi üçün, o kitabı satışa göndərməklə yanaşı, müəyyən bir sayını siyahı üzrə respublika kitabxanalarına göndərə bilərlər. Amma dövlət xətti ilə çap olunan uşaq ədəbiyyatı nümunələri mütləq mənada kitabxanalara göndərilir”.

Bu gün valideynlərin uşaqlarını kitabxanalara cəlb etməli olduğunu deyən K.Qəzənfərli hesab edir ki, məktəblərdə bu təbliğ edilməlidir: “Bəzən deyirlər ki, uşaqlar, şagirdlər kitabxanalara getmir. Bu ondan irəli gəlir ki, şagirdlərdə kitabxanaya getmək, kitabdan istifadə etmək vərdişləri formalaşdırılmayıb. Bəzən kitab mağazalarında müşahidə edirik ki, valideynlər uşaqlarına uşaq kitabları alır, bu kitabların çoxuUşaq ədəbiyyatıseriasından müxtəlif nəşriyyatlar tərəfindən çap olunur. Bəzən görürsən ki, bu kitablarda qədər ziyanlı məqamlar var. Yaxşı olar ki, valideynlər uşaqlarını kitabxanalara üzv yazdırsınlar, kitabxanalar da o uşaqlara əsl uşaq ədəbiyyatı nümunələri verəcəklər”.

İradə SARIYEVA   

Bakı xəbər.- 2017.-22 sentyabr.- S.15.